Məhkəmə qərarları › İş №2-1(108)-104/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-104/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-104/2024 31.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X12 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X5 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx. xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömr əli qərarının ləğv edilməsi və onun 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 21(122)-701/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 21(122)-701/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi şikayətində göstərmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı Şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin heç bir hüquqi əsası yoxdur. Belə ki, xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Çalxanqala kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 dekabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıya əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən 25 il sığorta stajının və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi, həmçinin sözügedən Qanunun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalının olmaması göstərilmişdir. İddiaçı Fondun imtinası ilə razılaşmayaraq hazırkı i ddia tələbi ilə Naxçıvan Muxtar Respublikasının inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu il tarixdən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə görə 2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. X19 təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarı ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1978-ci ildən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuş, sonra yenidən əmək fəaliyy ətinə davam etmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətlər nəzərə alınmaqla onun əmək stajı 20 il 11 ay 14 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajından azdır. Həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı təqdim etdiyi JN-354 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1997-ci il tarixli, 30 saylı qərarına əsasən 1,67 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi Babək Rayon, Çalxanqala kənd sakini İddiaçı və onun ailə üzvləri X2, X10, X7, X8 və X11 mülk iyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2010-cu il tarixdən 2018-ci il tarixədək ümumilikdə 239,0 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Lakin ödənilmiş həmin vəsaitlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin X1 Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı X1 Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Beləliklə, iddiaçı tərəfindən qeyd edilən illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara” əsasən, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar təqdim edil mədiyndən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumat sığortaolunanın fərdi şəxsi hesabında əks olunmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Beləliklə, iddiaçı nə 25 il sığorta stajına, nə də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məbləğdə pensiya kapitalına malik olmadığına görə iddia tələbi təmin edilə bilməz. Apellyator şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun, “Sosial sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun, “Əmək p ensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı qərarının, Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə ar aşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndiri lməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən ye ni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 09 yanvar 2024-cü il tarixli, 5 nömrəli qərarından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən vətəndaşın tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - JN-354, KOD 10300018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.67 hektar t orpaq sahəsi verilmişdir. - İddiaçı tərəfindən mülkiyyətində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəyə görə 17 fevral 2010-cu il tarixdə 419238 nömrəli qəbzlə 4 manat, 21 fevral 2012-ci il tarixli, 042128 nömrəli qəbzlə 5 manat, 18 aprel 2012- ci il tarixli, 044752 nömrəli qəbzlə 5 manat, xx.xx.2012-ci il tarixli, 045824 nömrəli qəbzlə 3 manat, 08 iyul 2012-ci il tarixli, 166 nömrəli qəbzlə 3 manat, 30 iyul 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 23 avqust 2012-ci il tarixli, 78 nömrəli qəbzlə 3 manat, 06 oktyabr 2012-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 24 oktyabr 2012-ci il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 10 dekabr 2012-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 14 yanvar 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 13 fevral 2013-cü il tarixli, 16 nömr əli qəbzlə 3 manat, 01 mart 2013-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 02 aprel 2013-cü il tarixli, 39 nömrəli qəbzlə 3 manat, 29 aprel 2013-cü il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 29 may 2013-cü il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 25 iyun 2013-cü il tarixli, 8 nömrəli qəbzlə 3 manat, 29 iyul 2013- cü il tarixli, 51 nömrəli qəbzlə 3 manat, 28 avqust 2013-cü il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2013-cü il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 22 oktyabr 2013-cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 noyabr 2013-cü il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 20 dekabr 2013-cü il tarixli, 18 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2014-cü il tarixli, 31 nömrəli qəbzlə 3 manat, mart 2014-cü il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 28 aprel 2014-cü il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 05 may 2014-cü il tarixli, 15 nömrəli qəbzlə 3 manat, 26 iyun 2014-cü il tarixli, 19 nömrəli qəbzlə 3 manat, 15 iyul 2014-cü il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 20 avqust 2014-cü il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 25 sentyabr 2014-cü il tarixli, 17 nömrəli qəbzlə 3 manat, 21 oktyabr 2014-cü il tarixli, 12 nömrəli qəbzlə 3 manat, 24 noyabr 2014-cü il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 24 dekabr 2014-cü il tarixli, 94 nömrəli qəbzlə 3 manat, 31 yanvar 2015-ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 27 fevral 2015-ci il tarixli, 33 nömrəli qəbzlə 3 manat, mart 2015-ci il tarixli, 10 nömrəli qəbzlə 3 manat, 30 aprel 2015-ci il tarixli, 87 nömrəli qəbzlə 3 manat, 29 may 2015-ci il tarixli, 20 nömrəli qəbzlə 3 manat, 3 iyun 2015-ci il tarixli, 15 nömrəli qəbzlə 3 manat, iyul 2015-ci il ta rixli, 208 nömrəli qəbzlə 3 manat, 27 avqust 2015-ci il tarixli, 85 nömrəli qəbzlə 3 manat, 28 sentyabr 2015-ci il tarixli, 28 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2015-ci il tarixli, 3 nömrəli qəbzlə 3 manat, 25 noyabr 2015-ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 30 dekabr 2015-ci il tarixli, 95 nömrəli qəbzlə 3 manat, 29 yanvar 2016-cı il tarixli, 427 nömrəli qəbzlə 3 manat, 29 fevral 2016-cı il tarixli, 73 nömrəli qəbzlə 3 manat, 04 aprel 2016cı il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 04 may 2016-cı il tarixli, 27 nömrəli qəbzlə 3 manat, 04 iyul 2016-cı il tarixli, 98 nömrəli qəbzlə 6 manat, 02 avqust 2016-cı il tarixli, 41 nömrəli qəbzlə 3 manat, 04 noyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzlə 6 manat, 07 dekabr 2016-cı il tarixli, 22 nömrəli qəbzlə 3 manat, 09 yanvar 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 08 fevarl 2017-ci il tarixli, 4 nömrəli qəbzlə 3 manat, 06 mart 2017-ci il tarixli, 5 nömrəli qəbzlə3 manat, 10 aprel 2017-ci il tarixli, 6 nömrəli qəbzlə 3 manat, 17 may 2017-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 29 iyun 2017-ci il tarixli, 21 nömrəli qəbzlə 6 manat, 24 iyul 2017- ci il tarixli, 32 nömrəli qəbzlə 3 manat, 16 avqust 2017-ci il tarixli, 16 nömrəli qəbzlə 3 manat, 19 sentyabr 2017-ci il tarixli, 7 nömrəli qəbzlə 3 manat, 18 oktyabr 2017-ci il tarixli, 5 nömrəli qəbzlə 3 manat, 05 yanvar 2018-ci il tarixli, 68 nömrəli qəbzlə 6 manat, 07 fevral 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 05 mart 2018-ci il tarixli, 64 nömrəli qəbzlə 3 manat, 04 aprel 2018-ci il tarixli, 50 nömrəli qəbzlə 3 manat, 04 may 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat, 05 iyun 2018-ci il tarixli, 2 nömrəli qəbzlə 3 manat, 06 iyul 2018-ci il tarixli, 61 nömrəli qəbzlə 3 manat, 03 avqust 2018-ci il tarixli, 35 nömrəli qəbzlə 3 manat, 07 sentyabr 2018-ci il tarixli, 18 nömrəli qəbzlə 3 manat, oktyabr 2018-ci il tarixli, 23 nömrəli qəbzlə 3 manat, 26 oktyabr 2018-ci il tarixli, 34 nömrəli qəbzlə manat, 26 noyabr 2018-ci il tarixli, 13 nömrəli qəbzlə 3 manat sosial sığorta haqqı ödənilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Çalxanqala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli, 28 nömrəli arayışdan görünür ki, Vəliyev X4 rayonu, Çalxanqala kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırı lır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qayda da məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar ə sasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. -18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar i zahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının X1 sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistem i haqqında Əsasnamə”nin: 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İşin mü əyyən edilmiş hallarından görünür ki, iddiaçı xx xxxxxx 1958-ci il təvəllüdlüdür və onun 25 ildən az ümumi iş stajı vardır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun olmasını, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqları ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina onunla əsaslandırılmışdır ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən iddiaçının tələb olunan 25 il sığorta stajı yoxdur və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, həmçinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi tətbiq edilməklə, avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 221.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınmış pensiya kapitalı olmalıd ır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ yaranmışdır. İddiaçıya münasibətdə ikinci şərt də mövcud olmuş, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınmış pensiya kapitalı olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 12 aprel 1999-cu il tarixli, 30 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.67 hektar torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pullarının ödənilməs i iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2010-cu ildən 1 iyul 2018-ci il tarixinədək müxtəlif məbləğlərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Cavabdeh tərəfindən həmin hal mübahisələndirilmir. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təm in olunmasına xidmət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi mü əyyən olunur. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının məcburi dövlət sosial sığorta haqqlarını ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinədək qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini kollegiya əsaslı saymır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı tor paqlardan istifadəyə görə sosial sığorta haqqını ödəməsi barədə sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz və iddiaçının konstitusion hüququ olan sosial təminat almaq hüququnun pozulmasına səbəb ola bilməz. Kollegiya bir daha vurğulayır ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iddia etdiyi illər üzrə torpaq sahəsi ilə bağlı m əcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə kifayət qədər sübutlar mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi qanu na zidd olmaqla iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tər əfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin 09 yanvar 2024-cü il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(122)-701/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 21(122)-701/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar