Məhkəmə qərarları › İş №2-1(108)-106/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-106/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-106/2024 05.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X11 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, X13 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “X5 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 21(122)-1193/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş “X5 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxu nulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 21(122)-1193/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “X5 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1193/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin və ona əlavənin baxışa təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi hakim Hüseyov Elnur Heydər oğlunun sədrliyi ilə xx.xx.2024-cü il tarixdə 2-1(122)1193/2024 saylı ərizəyə baxılaraq "İddianın mümkün sayılmaması haqqında" qərardad çıxarılmışdır. İddiaçının hüquqları bununla da kobud surətdə pozmuşdur. Apellyator bildirir ki, 30 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə "Kompensasiya tələbi, maddi və mənəvi ziyanının ödənilməsi tələbinə dair" iddia ərizəsinə əlavə təqdim edib. İddia ərizəsinə əlavədə göstərmişdir ki, mülkiyyətində olan Naxçıvan şəhər 1 saylı kolxoz bazarı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ilin oktyabr ayında əlindən alınıb. İcra Hakimiyyəti başçısı, başçının müavini bir qrup şəxslə bazara gələrək, vəzifəsindən sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşıb işçiləri qovaraq həmin vaxt iddiaçının şəxsi mülkiyyətində olan obyekti qanunsuz olaraq ələ keçiriblər. Uzun müddət şikayətlər edib, 2004-cü ilin oktyabr ayında bildiriblər ki, Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamə ləğv edilib. Naxçıvan Şəhər Məhkəməsinə getdikdə məlumat alıb ki, 16 sentyabr 2004-cü il tarixdə mülkiyyət şəhadətnaməsi ləğv edilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi 8 fevral 2005-ci ildə yeni qər ar qəbul etdikdən sonra həmin qərar qanuni qüvvəyə minib. Bildirir ki, həmin dövrdə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti ona məxsus 1 saylı kolxoz bazarını ən azı 3 il 4 ay müddətində qanunsuz şəkildə idarə edib. Bazarın iddiaçıya çatmalı olan bütün gəlirlərini mənimsəyib. Həmin dövrdə iddiaçıya vurulmuş ziyan 2 milyon manata bərabərdir. Lazım gələrsə bu barədə məhkəmədə detallı məlumat verəcək. Qeyd edir ki, yazdıqlarını təsdiq edəcək kifayət qədər şahidləri var. O cümlədən bazarın bütün kollektivi də bunu təsdiqləyər. Hansı ki, bazarın 15 faiz payçısı da bazarın kollektivi idi. Həm bazar kollektivi və həm də iddiaçı 15 faizlik digər payını özəlləşdirmə çekləri vasitəsilə özəlləşdiriblər. Bu barədə məhkəmə qətnamələrində heç bir şey göstərilməyib. Payçı kimi şəriklikləri bu günə qədər də davam edir. Kollektivdən başqa şahid qismində dəvət edilərlərsə, Naxçıvan Şəhər Baytarlıq və Sanitar ekspertizası labaratoriyasının müdiri, həmin vaxt işləmiş sahə müvəkkili, post-patrul xidmətinin əməkdaşları da təsdiq edə bilər. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasının 8 fevral 2005-ci il tarixli, 33-02 2005-ci il saylı Ali Məhkəmənin hakimi X7 sədrliyi ilə hakimlər X4 və X2 ibarət tərkibdə iş üzrə qəbul edilmiş qətnamədə göstərilən demək olar ki, bütün şahid ifadələrində göstərilir ki, bazar İddiaçı əlindən alınaraq X1 isə Zahid adlı şəxsə tapşırılmışdır. Bütün şahidlər təsdiq ediblər ki, bu müddətdə bazar işləyib və müxtəlif məbləğlərdə əməkhaqqı alıblar. Onu da təsdiq ediblər ki, iddiaçı bazarın mülkiyyətçisi olduğu hal da bazara başqa şəxslər rəhbər təyin ediliblər. Həmin vaxt iddiaçı Bakı şəhərində olub. Sonra isə məhkəmə qərarı əsasında iddiaçının əlindən alınıb. İddiaçı bu məsələlər barəsində iş baxışa təyin edildikdən sonra ətraflı məlumat verəcəyini qeyd edir. Faktiki olaraq 1997-ci ildə özəlləşdirdiyi kolxoz bazarını təmir edib bitirdikdən sonra cəmi bir ay işlətməyə müvəffəq olub. Bir aydan sonra 2001-ci ilin oktyabr ayında iddiaçının əlindən alınaraq başqalarının idarəçiliyinə verilib və 2004-cü ilin noyabr ayında saxtakarlıq, vəzifədən sui-istifadə, məhkəməyə təzyiq və sair yollarla əlindən faktiki alınmış, özlərinin işlətdiyi bazarı guya təmiz saxlamadığı üçün məhkəmə qərarı ilə iddiaçının əlindən alıblar. İddiaçının hazırki qərardaddan əsas şikayəti odur ki, 2001-ci ilin oktyabr ayından 08 fev ral 2005-ci il tarixə qədər heç bir məhkəmə qərarı olmadan həmin vaxt mülkiyyətində olan kolxoz bazarının işlədilməsinə, həmin vaxt vurulmuş ziyana, əldən çıxmış faydaya münasibət bildirilməmişdir. Hazırkı məsələdə də məhkəmə qərardadı 20 sentyabr 2024-cü ildə qəbul etsə də qərardadın surətini 01 oktyabr 2024-cü ildə poçt vasitəsilə alıb. İddiaçı onu da əlavə edir ki, şəhadətnamənin ləğv edildiyi məhkəmə qətnaməsində özəlləşdirmə üçün ödədiyi 40 milyon manatın İqtisadi İnkişaf Nazirliyindən alınaraq ona ödənilməsi haqqında bənd var. Amma nədənsə bu günə qədər bu bənd də icra olunmayıb. Təmir xərclərinə çəkdiyi 200 min dollardan artıq vəsait də havadan asılı qalıb. Hüquqlarını qorumalı olan məhkəmələr dünənə qədər Vasif Talıbovun göstərişi ilə hüquqlarını pozub, indi isə məhkəmə baxışını mü mkün hesab etmir. Hətta qərardadın 4-cü səhifəsində hörmətli hakim qeyd edib ki, "Həmçinin o da qeyd edilməlidir ki, bu (subyektiv) hüququn sahibi olmayan iddiaçı iyirimi ilə yaxın müddət öncə hüquqi müqəddəratı məhkəmə qətnaməsi ilə həll edilmiş mülkiyyətə dair başqa iddia qaldırması əsassız olaraq cavabdehin hesabına özünə yeni imkanlar yaratmaq niyyəti daşıyır ki, bu imkanın yaradılması cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və onu hüquqi əsas olmadan zərər vurulmasına səbəb ola bilər.” Təkcə bu abzasda yazılanlar kifayətdir ki, hakimin obyektivliyinə ciddi şübhələr yaransın. Həmin cümlədə hakim faktiki olaraq cavabdeh dövlət orqanına vəkillik edir. İddiaçının illərlə pozulan mülkiyyət hüququnu isə görməzdən gəlir. Halbuki, vətəndaşın hüququ ilə şirkət və ya dövlət o rqanının hüquqları arasında ziddiyət yaranarsa məhkəmə həmin mübahisəni vətəndaşın xeyrinə həll etməlidir. Apellyator bildirir ki, həmin kolxoz bazarının aylıq gəliri 50-70 min manat aralığında dəyişir. 2001-ci ilin oktyabr ayından 2005-ci ilin fevralına qədər 40 ay müddətində əmlakım heç bir məhkəmə qərarı olmadan cavabdeh tərəfindən ələ keçirilərək mənimsənilib. Qırx ay müddətində iddiaçının gəliri ən azı iki milyon manat ola bilərdi. Bildirir ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradovun qəbulunda olub. Məhkəmə sədri sənədlərlə və xx.xx.2005-ci il tarixli qətnamə ilə tanış olduqdan sonra iddiaçıya bildirib ki, kompensasiya tələbi ilə məhkəməyə müraciət edə bilər. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)1193/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X14 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1193/2024 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati işin materiallarını araşdırıb inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq, şikayətin dəlillərinə məcmu halda qiym ət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 08 fevral 2005-ci il tarixli, 33-02 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Naxçıvan şəhər 1 saylı kolxoz bazarının İddiaçı mülkiyyətinə verilməsi haqqında 22 avqust 1997-ci il tarixli 626 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə ləğv edilmiş və Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən 40.000.000 (qırx milyon) manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının “X5 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunulmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar a və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkü nlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xid məti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); İş materiallarından aydın olur ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahis ə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırıl mış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən və hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyan hallardan görünür ki, iddiaçının qanunsuz yolla əlindən alındığını iddia etdiyi Naxçıvan şəhər 1 saylı kolxoz bazarının üzərində mülkiyyət hüququnu təsdiq edən 22 avqust 1997- ci il tarixli 626 saylı Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının yuxarıda göstərilən qətnaməsi əsasında ləğv edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəl mişdir. Kollegiya qeyd edir ki, əvvəllər baxılmış və hazırki iddianın predmeti, əsası və tərəfləri eynidir. İddiaçı hazırkı iddia tələbində hər hansı yeni əsasa da istinad etməmişdir. Bununla əlaqədar “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göstərilmişdir ki,... qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətin i və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar...İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara ə qdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq mü nasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. “Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmi r və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Kollegiya qeyd edir ki, mübahisə predmeti barəsində qanuni qü vvəyə minmiş məhkəmə qərarının mövcudluğu Azərbaycan Respublikası MPM-nin 233.3-cü və İPM-nin 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Odur ki, tərəflər arasında mövcud olmuş mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəyə minməsi nəzərə alınaraq hazırki iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə predmeti ilə bağlı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan və hazırkı iddia tələbində hər hansı yeni əsasa istinad olunmadığından prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməklə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şik ayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Kollegiya iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya mə hkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1193/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “X5 Şəhər İcra Hakimiyyəti arasında bağlanmış ona məxsus olan, lakin qanunsuz yolla ələ keçirilmiş Naxçıvan şəhər kolxoz bazarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, toxunu lmaz mülkü olan və qanunsuz yolla əlindən alınmış Naxçıvan şəhər 1 saylı kolxoz bazarının özünə qaytarılması və ya qaytarılmayacağı təqdirdə vurulmuş maddi ziyanın əvəzi olaraq cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətindən 2.000.000 (iki milyon) manat kompensasiya ödənilməsi, 23 ildir əldən çıxmış fayda olaraq 5.040.000 (beş milyon qırx min) manat və ona vurulan mənəvi zərər olaraq 500.000 (beş yüz min) manat, ümumilikdə 7.540.000 (yeddi milyon beş yüz qırx min) manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 21(122)-1193/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 21(122)-1193/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar