Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-107/2024 26.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2-1(122)-347/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Döv lət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçı van Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla ona təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 27 sentyabr 2024-cü il tarixli, 2-1(122)-347/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illərin əmək stajına əlavə olunmaqla yenidən hesablanmaqla İddiaçı təyin olunmuş əmək pensiyasının üzərinə əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə doğulmuş, 1980-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, yaşa görə əmək pensiyası alır. Ona yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi dövrlər staj kimi nəzərə alınmamışdır. O, həmin dövrlərin staj kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlarara sı təchizat bazasında işləməsi qeyd edilsə də, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında həmin illər staj kimi təsdiqini tapmamışdır. Bu səbəbdən qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xah iş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddi anı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 30 avqust 2023-cü il tarixli, 3-17-9-1/2-K-90/2023 nömrəli və 02 oktyabr 2023-cü il tarixli, 317-9-1/2-K-220/2023 nömrəli imtina məktublarında qeyd edilmişdir ki, 01 yanvar 2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış 27942,19 manat pensiya kapitalına əsasən pen siya yenidən hesablanmış və aylıq məbləği 12 manat 4 qəpik artırılaraq 354 manat 83 qəpiyə çatdırılmışdır. Həmçinin, onun 01 yanvar 2006-cı il tarixinədək (hərbi xidmət və təhsil müddəti daxil olmaqla) əmək kitabcasına əsasən 30 il 10 ay iş stajının 8 il 1 ayı (01 09.1974-cü il tarixdən xx.xx.1978-ci il tarixədək (3 il 6 ay) təhsil müddəti, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 1 ay) hərbi xidmət dövrü, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (5 ay, 17 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 ay), xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (5 ay 2 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (1il 4 ay 25 gün)) arxiv arayışları ilə öz təsdiqini tapmışdır. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar ta rixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, Ю 004082 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1974-1978-ci illərdə X1 təhsil almış və ona inşaatçı-texnik ixtisası verilmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Axivindən verilmiş 17 iyul 2023-cü il tarixli, 13/1184 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X2 sənədlərinə baxdıqda müəyyən olundu ki, İddiaçı xx.xx.1974-cü il tarixli, 97 nömrəli əmrlə “Sənaye və mülki tikinti” ixtisasına qəbul olması və əyani təhsil alması, xx.xx.1978-ci il tarixli, 24A nömrəli əmrlə texnikumu bitirməsi əmr kitablarında göstərilmişdir. İşdə o lan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan üzlük piltələr zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 5 saylı Trestin İstehsalat-texnoloji qurğu kompleksi idarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Naxç ıvan şəhər Alt trikotaj fabrikində, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Naxçıvan Taksimotor müəssisəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan Rayonlararası Təchizat Bazasında işləmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 aprel 2024-cü il tarixli, 02/313 nömrəli məktubda qeyd edilmişdir ki, Naxçıvan rayonlararası təchizat bazasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından vətəndaş İddiaçı işləməsi və əməkhaqqı alması barədə məlumat mövcud deyildir. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göst ərmişdir ki, İddiaçı tanıyır, onunla iş yoldaşı olmuşdur. Naxçıvan rayonlararası təchizat bazasında 1982-ci ildən 1989-cu ilə qədər anbar mühasibi vəzifəsində işləmişdir. İşə daxil olanda iddiaçı həmin müəssisədə həm kassir, həm də anbar mühasibi vəzifəsində işləyirdi. İşlədiyi dövrdə müəssisənin direktoru Tahir Babayev olmuşdur. O, işdən çıxanda iddiaçı orada işləməyə davam edirdi. İddiaçı idarə ləğv olunana qədər orada işləmişdir. İş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı tanıyır. Onunla keçmişdə iş yoldaşı olmuşdur. Naxçıvan rayonlararası təchizat bazasında 1983-cü ildən 2001-ci ilə qədər işləmişdir. İşə qəbul ediləndə texnikaların yığılması və sökülməsi üzrə mühəndis vəzifəsində olmuş, kr an işlətmiş, daha sonra anbar müdiri olmuşdur. Naxçıvan rayonlararası təchizat bazasında işə daxil olduğu dövrdə İddiaçı həmin təşkilatda işləmiş, vəzifəsi həm kassir, həm də anbar mühasibi olmuşdur. O, işdən çıxanda da iddiaçı həmin təşkilatda işləyirdi. O, işə girəndə direktor Tahir Babayev olmuş, işdən çıxdığı dövrdə direktor Yaşar Quliyev olmuşdur. Naxçıvan rayonlararası təchizat bazasının təxminən 2530 işçisi var idi. Hazırda özü pensiya alır. 2009-cu ildən 2019-cu ilə qədər icra nümayəndəliyində işləyib, pensiyaya çıxmışdır. Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi illər ona pensiya təyin olunarkən nəzərə alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat sə viyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir(maddə 21.1). Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesabla rında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006cı ilin 1 yanvar tarixinə qeydə alınır(maddə 27.1). İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 65 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən onun əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işlədiyi müddət staj kimi nəzərə alınmamışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət et miş, lakin sözügedən dövr staj kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı əmək kitabçasında xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işləməsi qeyd edilsə də, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında həmin illər staj kimi təsdiqini tapmamışdır. Bu səbəbdən qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin məktubunda qeyd edilmişdir ki, Naxçıvan rayonlararası təchizat bazasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından vətəndaş İddiaçı işləməsi və əməkhaqqı alması barədə məlumat mövcud deyildir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan rayonlararası təchizat bazasında işləmişdir. Bu, iddiaçıya məxsus əmək kitabçası ilə, o cümlədən şahid ifadələri ilə öz təsdiqini tapır. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasındakı müvafiq qeydlərin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. O cümlədən iddiaçının işlədiyi müəssisənin işçilərə aid sənədləri dövlət arxivinə təhvil verməməs i iddiaçının təqsiri deyildir və bu hal iddiaçının əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin fakt iki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxt ar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2-1(122)-347/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-107/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-107/2024
26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver