Məhkəmə qərarları › İş №2-1(108)-11/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-11/2022

25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-11/2022 25.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 03 iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi” barədə inzibati mübahisəyə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarından cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 26 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun 03 iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı 03 iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarını ləğv edib iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. C avabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarını əsassız hesab etdiyini, İddiaçı 1988-ci ildə anadan olduğunu, 2009-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğunu, hal-hazırda X2 N nömrəli hərbi hissəsində (Hərbi hospital) xidmətini davam etdirdiyini, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifəsində xidmət etdiyini, buna görə də kifayət qədər təcrübəli zabit olduğunu, eyni zamandan İddiaçı tibb sahəsində peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsində, hərbi hospitalında ixtisasına uyğun hazırlandığını, bundan başqa Türkiyə Respublikasının “Gülhanə Tədris və Araşdırma Xəstəxanası”nda (travmatologiya-ortopediya) kursunda 2 dəfə iştirak etdiyini, hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsinin nəzərə alınaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərarın məqsədəmüvafiq hesab edilmədiyini, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin kiçik zabitlər üçün 48 yaş müəyyən edildiyinin, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, kapitan rütbəsində olan hərbi qulluqçuların 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bildiklərini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin m üvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün hərbi təhsil almış zabitlərin 10 il müddətində peşəkar bir zabitə çevrildiyini, yüksək səviyyəli təcrübə topladığını, öz vəzifəsi üzrə praktiki vərdişlər əldə etdiyini, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqların gənc zabitlərin hazırlanmasında böyük rolu olduğunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunun hal-hazırda məhkəmə qərarları əsasında həyata keçirilməsinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsinə, bununla da “Vətən müharibəsi”ndən sonra zabit kadrların çatışmazlığına gətirib çıxaracağını qeyd edərək sonda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81 və 85-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişi ndə onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)06/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiya məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasi tələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-c ü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının izahatını dinləyib, şikayə tin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində istinad etdiyi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin kiçik zabitlər üçün 48 yaş müəyyən edilməsi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, kapitan rütbəsində olan hərbi qulluqçuların 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilmələri dəlilinə münasibətdə qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər üçün 48 yaş müəyyən edilsə də, həmin Qanunun 41.0 və 41.0.9-cu maddələrində imperativ qaydada göstərilir ki, ehtiyatda olmağın son yaş həddinə çatmayan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İddiaçı hazırda 34 yaşı olsa da, yəni o, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da, məhkəmə kollegiyası tərəfindən tədqiq olunmuş İddiaçı aid MN ******* nömrəli şəxsi vəsiqə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nomrəli hərb i hissənin N yanvar 2022-ci il tarixli 181 nömrəli arayışı ilə onun 10 ildən artıq (24 iyun 2011ci il tarixindən) zabit heyəti vəzifələrində xidmət etməsi öz təsdiqini tapdığından “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə görə onun öz arzusu ilə ehtiyata buraxılması qanunauyğun hesab edilir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyi də iddiaçının qanunvericiliklə hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılmasının zəruri şərti kimi müəyyən edilmiş 10 ildən artıq zabit heyəti vəzifələrində xidmət etməsi faktını inkar etmir. Kollegiya həmçinin cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarının ləğv edilməsi üçün göstərdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün hərbi təhsil almış zabitlərin 10 il müddətində peşəkar bir zabitə çevrilməsi, yüksək səviyyəli təcrübə toplaması, öz vəzifəsi üzrə praktiki vərdişlər əldə etməsi, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqların gənc zabitlərin hazırlanmasında böyük rolu olması, Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunun hal-hazırda məhkəmə qərarları əsasında həyata keçirilməsinin Azərbaycan Respublikası Silahlı Qüvvələ rinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsinə, bununla da “Vətən müharibəsi”ndən sonra zabit kadrların çatışmazlığına gətirib çıxaracağı dəlilinə münasibətdə qeyd edir ki, sadalanan hallar İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından imtina edilməsinə əsas ola bilməz, belə ki, qeyd edilən halların qanunvericiliyin tətbiqi baxımından heç bir hüquqi əsası yoxdur və bu nüanslar hərbi qulluqçu olan iddiaçının yuxarıda məzmunu göstərilmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0 və 41.0.9-cu maddələrinin imperativ normalarında, eləcə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsin in “j” bəndində imperativ olaraq, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər- hərbi qulluqçuların öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxıldıqları kimi ifadə olunmuş normada müəyyən edilmiş hüququndan (öz arzusu ilə ehtiyata buraxılması) istifadə etməsinə mane ola bilməz. Ümumiyyətlə kollegiya şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirərək yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarına düzgün istinad etmiş, iddia tələbinin əsaslarına münasibətdə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya tərəfindən şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən inzib ati iş üzrə cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 03 iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi” barədə inzibati mübahisəyə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68. 2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 87, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 03 iyul 2021-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi” barədə inzibati mübahisəyə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarından cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin N yanvar 2022-ci il tarixli, 2-1(122)-06/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar