Məhkəmə qərarları › İş №2-1(108)-11/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-11/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-11/2024 05.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Naibova (İmanova) Pakizə Əli qızının cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "qanuni sahibliyində və istifadəsində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsi haqqında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərənc amının və xx.xx.2013cü il tarixli aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(122)1459/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naibova (İmanova) Pakizə Əli qızı nümayəndəsi Nümayəndə vasitəsilə məhkəməyə müraciət edərək qanuni sahibliyində və istifadəsində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsi haqqında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamının və xx.xx.2013cü il tarixli aktının ləğv edilməsi vəzifəsinin ca vabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 21(122)-1459/2023 nömrəli qərardadı ilə iddiaçı Naibova (İmanova) Pakizə Əli qızının cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "qanuni sahibliyində və istifadəsində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsi haqqında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamının və xx.xx.2013-cü il tarixli aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İddiaçı N aibova (İmanova) Pakizə Əli qızı məhkəmənin qərardadından narazı qalaraq vəkili və nümayəndəsi Vəkil vasitəsilə 11 dekabr 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 21(122)-1459/2023 qərardadının ləğv edilməsi və iddianı mümkün saymaqla işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)- 1459/2023 qərardadı qanunsuz və əsassız olduğundan, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilib iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən mağaza 1988-ci ildən bəri iddiaçının istifadəsində, 1999-cu ildən isə qanuni sahibliyində olmuşdur. O, xx.xx.1999-cu il tarixdən Vergi orqanında qeydiyyata alınmaqla (VÖEN **********), Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən mağazanı sahibkarlıq obyekti kimi qeydiyyata aldırmış və xx.xx.2011-ci il tarixədək fəaliyyət göstərmişdir. xx.xx.2011-ci il tarixdən isə qardaşı Nümayəndə (VÖEN **********) həmin ona məxsus xidmət mərkəzində sahibkarlıq fəaliyyəti göstərmişdir. 2012-ci il mart ayında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ona məxsus mağazaya gələrək, Yuxarı Ə ylis kəndində yerləşən inzibati binaların və xidmət mərkəzlərinin dövlət büdcəsi hesabına abadlaşdırılacağını və ona məxsus mağazanın yenidən tikilib ona təhvil veriləcəyini demişlər. Bu məqsədilə 2012-ci ildə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Gəmiqaya Şirkəti tərəfindən ona məxsus 120 kv metr mağaza sökülüb yerində ümumi sahəsi 115.68 m2 olan, onun 66.0 m2 hissəsi ərzaq və təsərrüfat mağazası, 13.34 m2 hissəsi bərbərxana, 23.0 m2 hissəsi gözəllik salonu, 13.34 m2 hissəsi isə qəssab dükanı olmaqla yeni xidmət mərkəzi tikilmiş və 2012-ci ilin sentyabr ayında onlara təhvil verilmişdir. 2012-ci ilin sentyabr ayından bu günə kimi iddiaçı və qardaşı Nümayəndə həmin xidmət mərkəzində işləmişlər. Mağazanın elektrik, qaz abonent kodları iddiaçının və onun q ardaşı Nümayəndə adına olmuş, qardaşı Məhəmməd mağaza binasını 2020-ci il tarixədək sığorta elətdirmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, Naxçıvan MR İnzibati Məhkəməsi onun Konstitusiyada təsbit edilmiş məhkəməyə müraciət etmək hüququnu, hüquq və azadlıqlarını müdafiə etmək hüququnu, məhkəməyə çatımlılıq hüququnu və dinlənilmək hüququnu təmin etməmişdir. Məhkəmə onun səlahiyyətli dövlət orqanlarının özbaşınalığından və onun mülkiyyətində və istifadəsində olmuş əmlakına sahib olmaq hüququnu əlindən almış, qanunsuz qərarlarından şikayət etmək hüququnu təmin etməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2-ci maddəsinə əsasən mübahisələndirdiyi akt ona məxsus Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsinə dair Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı Sərəncamı və xx.xx.2013-cü il tarilxi aktıdır. Həmin Sərəncam ona ünvanlanmamış, ona rəsmi qaydada təqdim edilməmiş, nə də ki, ona məxsus mağazanın sərəncamla Kooperativlər ittifaqına verildiyi deyilməmişdir. İşlətdiyi xidmət mərkəzinin Naxçıvan MR Kooperativlər ittifaqına təhvil verilməsindən xəbəri olmamış və təhvil-təslim aktı ona təqdim edilməmişdir. Komitənin Sərəncamında və aktıda şikayət vermə qaydası və müddəti də göstərilməmişdir. Onun 2023-cü ildə Naxçıvan MR iqtisadiyyat Nazirliyinə qarşı “Əmlakın özəlləşdirilməsi prosesinin başa çatdırılması və mülkiyyət hüququ haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” id diası üzrə Naxçıvan MR İzibati Məhkəməsində baxılan e-2-1(122)-15/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli məktubu məhkəməyə daxil olduqdan sonra bilmişdir ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı sərəncamına və xx.xx.2013-cü il tarixli Akta əsasən, ona məxsus Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzi (mağaza) Naxçıvan MR Kooperativlər ittifaqına təhvil verilmişdir. Bundan sonra 2023-cü ilin avqust ayında ərizə ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək, Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsinə dair Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı Sərəncamın və xx.xx.2013-cü il tarilxi Aktının ləğv olunmasını xahiş etmiş, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi imtina verdiyi üçün İnzibati Məhkəmədə həmin sərəncamın və aktın ləğvinə dair iddia qaldırmışdır. Belə olduğu təqdirdə o qanunla müəyyən olunmuş müddəti buraxmamışdır. Naxçıvan MR İnzibati Məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq, qeyd edilənləri nəzərə almamış, onun məhkəməyə müraciət hüququnu və mülkiyyət hüququnun müdafiəsi hüququnu əlindən almışdır. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkil və nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli mə lumatında məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı İmanova (Naibova) Pakizə Əli qızı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə iddiaçı İmanova (Naibova) Pakizə Əli qızının, onun vəkil və nümayəndəsi Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının digər nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(122)-1459/2023 nömrəli qərardadının ləğv edilməklə iddi anın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(122)-1459/2023 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət et məsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 16 fevral 2024-cü il tarixli sorğu məktubu ilə Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin nə vaxtdan, hansı əsasla və hansı təşkilatın balansına verilməsi barədə məlumatın, bu barədə məlumat olduğu təqdirdə təsdiqedici sənədlərin (qərar,akt və s.) təsdiq olunmuş surətlərinin kollegiyaya göndərilməsi xahiş olunmuş, müvafiq sorğuya cavab olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 fevral 2024-cü il tarixli məktubu ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s saylı Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyə t göstərən, dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanlarının Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilməsi, sərəncamın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin 19 avqust 2019-cu il tarixli, 81 nömrəli akt əsasında dövlət əmlakı kimi Ordubad Rayon İcra Hakimiyyətindən təhvil götürülərək Nazirliyin balansına alınması bildirilmiş, həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s saylı sərəncamının, Naxçıvan Muxter Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı sərəncamının, 10 yanvar 2013-cü il tarixli aktın və 19 yanvar 2019-cu il tarixli, 81 nömrəli təhvil-təslim aktının surətləri kollegiyaya təqdim edilmişdir İş materiallarından aydın olur ki, iddiaçı Naibova (İmanova) Pakizə Əli qızı nümayəndəsi vasitəsilə iddia qaldıraraq qanuni sahibliyində və istifadəsində olmasını göstərdiyi Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsi haqqında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamını və xx.xx.2013- cü il tarixli aktı mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idd ia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2, 7, 8.5 və 9-cü bəndlərində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, h əmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cava bdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətin ə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən mü ddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Beləliklə kollegiya belə qənaətə gəlir ki, iddiaçı Naibova (İmanova) X8 MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamı və xx.xx.2013- cü il tarixli akt barədə məlumatlı olsa da bunu qanunvericiliklə müəyyən edilmiş 30 gün müddətində mübahisələndirməmiş, müddət ötürüldükdən sonra xx.xx.2023-cü ildə nümayəndəsi vasitəsilə məhkəmədə iddia qaldırmışdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi mümkünlük şərtinə əməl edilmədiyinə görə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Kollegiya şikayətdə göstərilən iddiaçının ona məxsus Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsinə dair Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı Sərəncamı və xx.xx.2013-cü il tarixli aktdan xəbərinin olmamasına görə qanunla müəyyən olunmuş müddəti buraxmaması ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati işin materiallarını şikayətin həmin dəlilləri ilə əlaqəli şəkildə araşdıran kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2023-cü il tarixli ərizəsinə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanladığı məktubunun, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli 07 saylı Sərəncamının, “başa çatmış tikinti, yenidən qurma əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” komissiyanın xx.xx.2013-cü il tarixli aktının və s. sənədlərin surətlərini əlavə etmiş və ərizə sində bu barədə xx.xx.2023-cü il tarixdən məlumatı olmasını göstərmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərardadından iddiaçının vəkil və nümayəndəsi tərəfindən verilmiş şikayətdə də iddiaçının müvafiq aktlardan xx.xx.2023-cü il tarixdə məlumatı olması qeyd edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə kollegiyadakı izahatında bu barədə 2023-cü ilin avqust ayında məlumatlı olmasını göstərsə də onun göstərdikləri yuxarıda qeyd olunan ərizəsi ilə uzlaşmır. İddiaçının vəkili və nümayəndəsi Alışov X7 MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təsərrüfat funksiyalarının həvalə edilməsi barədə “Turan” informasiya agentliyinin məlumatını, Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlərin açılısı barədə məlumatını, Ordubad Rayon İcra Hakimiyyətinin 5-25/2-1010/2023 nöm rəli, 29 dekabr 2023-cü il tarixli məktubunu, xidmət mərkəzinin layihə-smeta sənədini, Azərbaycan Respublikası Ali Məhkəməsinin iddiaçı X6 cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “istifadəsində və sahibliyində olmuş,2012-ci ildə cavabdeh tərəfindən sökülmüş mağazanın əvəzi olaraq maddi zərərin ödənilməsi” tələbinə dair xx.xx.2023-cü il tarixli, 2-1(102)-2795/2023 saylı qərarının surətini, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 3/252 saylı, 12 aprel 2023-cü il tarixli məktubunu, 14 fevral 2024-cü il tarixli məlumatı elektron qaydada kollegiyanın ünvanına göndərmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən göndərilmiş müvafiq sənəd və məlumatlara, eləcə də şikayətdə göstərilən iddianın mahiyyəti ilə bağl ı digər dəlillərə münasibətdə kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia mümkün sayılmadığından göstərilənlərə hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tər əfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçı Naibova (İmanova) Pakizə Əli qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(122)-1459/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naibova (İmanova) Pakizə Əli qızının cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "qanuni sahibliyində və istifadəsində olan Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin (mağazanın) Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilməsi haqqında Naxçıvan MR Dö vlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamının və xx.xx.2013cü il tarixli aktının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2-1(122)1459/2023 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 21(122)-1459/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar