Məhkəmə qərarları › İş №2-1(108)-11/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-11/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-11/2025 30.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1360/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı cavabdehin 12 avqust 2024-cü il tarixdə 05/Ə-K-33/115/2024 nömrəli məktubunun əsassız sayılması, mənzilin üzərində hüquqlarının məhdudlaşdırılması nəticəsində pozulmuş hüquqlarının bərpa olunması, mənzil üzərində olan yüklülüyün götürülməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 12 avqust 2024-cü il tari xdə 05/Ə-K-33/115/2024 nömrəli məktubunun əsassız sayılması, mənzilin üzərində hüquqlarının məhdudlaşdırılması nəticəsində pozulmuş hüquqlarının bərpa olunması, mənzil üzərində olan yüklülüyün götürülməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1360/2024 nömrəli qərardadı ilə İddiaçı 17 oktyabr 2024-cü il tarixli ərizəsinin təmin edilməsi, iddianın geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya instansiyası məhkəməsində ba xılan zaman İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətini geri götürdüyünü, bunun hüquqi nəticələrinin ona aydın olduğunu bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini geri götürməsinin səbəbini onunla izah etmişdir ki, mübahisənin məhkəmədən kənar həlli ilə bağlı cavabdeh orqanla razılıq əldə edilmişdir. Odur ki, hazırkı iş üzrə mübahisənin davam etdirilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X4 apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin qəbul edilməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək, cavabdehin ərizəyə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsa slar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 88-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1360/2024 nömrəli qərardadından İddiaçı verdiyi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi qəbul edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar