Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-112/2024 21.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1156/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan M uxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı ona xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikas ı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1156/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 08 iyun 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosia l Müdafiə Fondu” publik hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 63 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-N3707/2024 nömrəli məktubu ilə onun müvafiq müraciətindən imtina edilmişdir. Həmin məktubda yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanın əsası kimi onun 01 yanvar 1980-cı il tarixdən 01 iyul 1992-c i il tarixədək sosial sığorta stajının 9 il 9 ay təşkil etməsi və 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi şəxsi hesabında sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. İddiaçı qeyd edir ki, onun tərəfindən 2014-cü ilin oktyabr ayından 28 oktyabr 2019-cu il il tarixədək təsərrüfat təyinatlı torpaq sahəsinin istifadəsinə görə DSMF-də fərdi hesabına sosial sığorta ödənişləri edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi barədə mə lumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X4 Sistemində) öz əksini tapmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, özü dövlət qulluqçusu olduğu üçün, onlara məxsus torpaq sahəsini arvadı olan iş üzrə İddiaçı əkib becərmiş və hər ay məcburi dövlət sosial sı ğorta ödənişlərini həyata keçirmişdir. Həmin ödənişləri cavabdeh orqanın əməkdaşı olmuş X5 iddiaçıdan qəbul edərək ödənişləri bank vasitəsilə həyata keçirdikdən sonra qəbzləri gətirib təqdim etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nə zərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. İşdə olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 07 may 2024-cü il tarixli, 3-17-91/2-N-3707/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və ümumi siğorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli, 53 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, 108 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, 13 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, 48 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2014-cü il tarixli, 90 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2015-ci il tarixli, 68 nömrəli ödəniş qəbzinə əsasən 6 manat, xx.xx.2015-ci il tarixli, 21 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2015-ci il tarixli, 70 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2015-ci il tarixli, 37 nömrəli ödəniş qəbzinə əsasən 3 m anat, xx.xx.2015-ci il tarixli, 14 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2015-ci il tarixli, 192 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 17 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 5 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 12 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 35 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 7 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 24 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2016-cı il tarixli, 54 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 5 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 7 nömrəli ödəniş qəbzinə əsasən 6 manat, xx.xx.2017-ci il tarixli, 1 nömrəli ödəniş qəbzin ə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 1 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 1 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 20 nömrəli ödəniş qəbzinə əsasən 5 manat, xx.xx.2017-ci il tarixli, 41 nömrəli ödəniş qəbzinə əsasən 3 manat, xx.xx.2017-ci il tarixli, 2 nömrəli ödəniş qəbzinə əsasən 2 manat, xx.xx.2018-ci il tarixli, 84 nömrəli ödəniş qəbzinə əsasən 6 manat, xx.xx.2018-ci il tarixli, 98 nömrəli ödəniş qəbzinə əsasən 6 manat, xx.xx.2019-cu il tarixli, TT**********0257,8 nömrəli ödəniş qəbzinə əsasən 7 manat, xx.xx.2019-cu il tarixli, TT**********4917,8 nömrəli ödəniş qəbzinə əsasən 7 manat məbləğində kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. İşdə olan JN-0969, K OD 10800038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən Nümayəndə və ailə üzvləri İddiaçı və Nağıyeva Gülgəz Hicran qızına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,66 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunl a nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğində n az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1- dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabının sığorta hissəsində 01 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. İşin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə qadınlara yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 63 yaşı tamam olmuşdur. İddiaçıya məxsus ödəniş qəbzlərindən aydın olur ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə xx.xx.2014-cü il tarixdən 01 iyul 2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin mötəbərliyinə dair tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının fərdi hesabında tələb olunan pensiya kapitalının və 25 il ümumi iş stajının olmaması, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalının olmamasıdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X4 Sistemində) öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdı rılmış qaydada yaşa görə əmək pensiyası təyin edilə bilməz. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə məlumatların elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və bu hal vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər h esab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməsini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə məcburi dövlət sosial sığorta haqqı ödəməməsinə, həmçinin iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinin həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının məcburi dövlət sosial sığort a haqqı ödəməsi müəyyən edilir ki, bu da iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tut araq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1156/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-112/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-112/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver