Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-112/2025 24.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi vəkil1 və cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı “Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, * nömrəli evinin ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətindən tutulması və ona ödənilməsinin təmin edilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, * nömrəli evi ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə həvalə edilməsi və ya həmin evin qaytarılması mümkün olmadığı təqdirdə ümumilikdə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətindən tutulması və İddiaçı ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının vəkili və nümayəndəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün ## ###### 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı nümayəndəsi və vəkili vasitəsilə şikayətlə Naxçıvan MR Ali Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, lakin Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 14 yanvar 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinə müvafiq göstərişlər verilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən yenidən işə baxılan zaman, Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə müəyyən edilmiş hallar əsasında birinci instansiya məhkəməsinə verilən bəzi göstərişlərə açıq-aşkar əməl edilməmiş, iddia ərizəsində, eləcə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrdə göstərilən və iddiaçının nümayəndəsinin məhkəməyə AZEMİS vasitəsilə təqdim etdiyi izahatlarını, dəlilləri, faktları və tərəflər arasındakı hüquq münasibətlərini iş materiallarındakı digər sübutlarla müqayisəli təhlil aparmaqla dəyərləndirməmiş və bəzi faktları ümumiyyətlə nəzərə almamaqla açıq-aşkar təhrif olunmuş qənaətə gəlməklə yalnız özünə aydın olan, o cümlədən qeyri-adekvat ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqındakı arayışı, mübahisə predmetinin obyekti olan evə dair tərtib olun ##.##.2002-ci il tarixli Texniki Pasportu, 1992-1993-cü illərdə erməni quldurlarının və işğalçılarının hücumu zamanı, Sədərək rayonu Nümunəvi qəsəbə ərazisində yerləşmiş İddiaçı yaşadığı evin və evdə yerləşən əşyaların məhv edilməsilə bağlı dəymiş zərərin müəyyənləşdirilməsinə dair müxtəlif dövlət orqanlarının nümayəndələrindən təşkil edilmiş komissiya üzvlərinin, eləcə də İddiaçı iştirakı ilə tərtib edilmiş ##.##.1993-cü il tarixli aktı ümumiyyətlə dəyərləndirməmiş, dəyərləndirmədiyinin səbəblərini də qərarda acıqlamamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi olan- ##.##.2002-ci il tarixli, 01\22A qeydiyyat nömrəli Qeydiyyat Vəsiqəsi əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin qeydiyyat vəsiqəsinin aidiyyəti qurumda mövcudluğu və qüvvədə olması barədə araşdırma aparılması, həmin qeydiyyat vəsiqəsi və texniki pasportun qeydə alındığı və tərtib edildiyi tarixlərdə aidiyyəti qurumlarda mövcud olmuş qeydiyyat kitablarında qeydiyyatının olub-olmaması və s. göstərişlərinə də birinci instansiya məhkəməsi tərəfindən əməl olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarının 7-ci səhifəsinin 1-ci abzasından başlayaraq axırıncı abzası da daxil olmaqla, hazırkı məhkəmə predmetinə ümumiyyətlə adiyyəti olmayan - Naxçıvan MSSR Nazirlər Sovetinin ## ######## 1982-ci il tarixli, *** nömrəli Qərarına; Naxçıvan MSSR Nazirlər Sovetinin ## ######## 1984-cü il tarixli, *** nömrəli Qərarına; Naxçıvan ASSR X13 İcraiyyə Komitəsi Rayonun Baş memarının ## ###### 1984-cü il tarixli Naxçıvan MSSR Nazirlər Sovetinə ünvanlandığı məktubuna; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 1998-ci il tarixli, ** nömrəli Qərarına; Sədərək Rayon Məhkəməsinin "...torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi" tələbi barədə ## ### 2010-cu il tarixli qətnaməsinə istinad edilmişdir. İddiaçı qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinə dair Şəhadətnaməsi etibarsız hesab edildikdən sonra, həmin torpaq sahəsində yerləşən evindən özbaşına olaraq çıxarıldılmış və X1 özbaşına olaraq onun mülkiyyətində olan evə yerləşdirilmiş və eləcə də həmin ev açıq-aşkar qanunsuz olaraq X1 istifadəsinə verilmişdir. Cavabdehin təqdim etdiyi ** nömrəli ##.##.2023cü il tarixli və ** nömrəli ##.##.2023-cü il tarixli sərəncamlar da, İddiaçı mülkiyyətində olan evin Dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab edilməsi və ya ləğv edilməsi üşün əsas deyil və ola bilməz. Digər tərəfdən qanunvericiliyin tələbinə görə, cavabdehin səlahiyyəti olmadan, yəni iddiaçının xüsusi mülkiyyətində olan ev barədə, onun iradə ifadəsinə zidd olaraq digər şəxsin istifadəsinə verilməsinə dair qəbul edilmiş inzibati aktlar etibarsız hesab edilir. Odur ki, həmin inzibati aktlar qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunmalıdır ki, mübahisə predmetinin obyekti olan evin ##.##.2023-cü il tarixədək iddiaçıya məxsusluğu- iddia ərizəsi ilə birlikdə ##.##.2024cü il tarixdə AZEMİSdəki iş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2023-cü il tarixli elektron arayışla açıq-aşkar təsdiq olunur. Deməli, yuxarıda göstərilən ev üzərində İddiaçı mülkiyyət hüququ toxunulmaz olmaqla yanaşı, onun bu hüququ dövlət tərəfindən müdafiə olunur, eləcə də qanunla qorunur və mülkiyyətçi subyekt olaraq mülkiyyətində olan evindən öz istəyinə uyğun sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdir. Odur ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ev, Sədərək rayon İcra Hakimiyyəti tərəfindən heç bir hüquqi əsas olmadan, eləcə də mülkiyyətçiyə xəbərdarlıq edilmədən və eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən, yəni əsassız və qanunsuz olaraq ondan alınmış və başqa bir şəxsin istifadəsinə verilmişdir. Apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu “İnzibati icraat haqqında” Qanunun 2-ci, 13.1-ci, 19.1-ci, 65-ci, AR Mülki Məcəlləsinin 140-cı, 152.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.6-cı, "Məhkəmə və hakimlər haqqında" Azərbaycan Respublikası Qanunun 79.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəmənin *-*(***)-***/**** nömrəli ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli, *-*(***)-**/**** nömrəli ##.##.2022-ci il tarixli qərarlarına, "X9rşı" və Axverdiyev Azərbaycana qarşı" işləri üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarlarına istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamamışdır. Kollegiya tərəfindən apellyasiya şikayətinə baxılan zaman iddiaçı İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində göstərildiyindən Kollegiya bunu vəsatət kimi qəbul edərək ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının vəsatətini təmin etməmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili və nümayəndəsi Abbasov İlqar Hüseyn oğlu məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı, iddiaçının vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları,iddiaçının,cavabdehin nümayəndəsinin izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı vəkili və nümayəndəsi Abbasov İlqar Hüseyn oğluna ünvanlanmış ## ##### 2024-cü il tarixli, *-**/*-***/**** nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 1998-ci il tarixli *** nömrəli qərarı ilə nümunəvi qəsəbədə boş qalmış evlərin Sədərək rayonunun qeydiyyatında və mənzilə ehtiyacı olan vətəndaşlara müvafiq qaydaya uyğun olaraq verilməsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununda torpaq sahəsinin vətəndaşların ərizəsi əsasında mülkiyyətinə verilməsi üçün onların daimi həmin yerlərdə yaşamalarının nəzərdə tutulmasına baxmayaraq cavabdehin torpaq islahatı aparılan zaman Heydərabad qəsəbəsində yaşamamasını, strateji əhəmiyyət kəsb edən həmin sahələrin boş qalmasını, cavabdehin faktiki rayon ərazisində yaşamadığını, cavabdehin adına rəsmiləşdirilmiş torpaq sahəsində başqa şəxsin məskunlaşmasını nəzərə alaraq İddiaçı (kadastr nömrəsi JN-3044A) torpaq mülkiyyətinə dair şəhadətnaməsi Naxçıvan Muxtar Respublikası Sədərək rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən * nömrəli mənzil vətəndaş İddiaçı istifadəsindən alınaraq qəsəbə ərazisində yaşayan başqa vətəndaşın istifadəsinə verilmişdir. Heydərabad qəsəbəsində yerləşən dövlət mənzil fonduna aid * nömrəli mənzilin İddiaçı aid olduğuna dair ## ##### 2024-cü il tarixə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daşınmaz əmlakın dövlət reyestrindən arayışın alınması və Sədərək Rayon İcra Hakimiyyətinə təqdim olunması xahiş olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01/22A reyestr nömrəli, 22A inventar nömrəli qeydiyyat vəsiqəsinin surətində göstərilmişdir ki, Sədərək rayonu, Heydərabad qəsəbəsində ümumi sahəsi 130,5 kv.metr, yaşayış sahəsi 75 kv.metr, köməkçi sahəsi 55 kv.metr olan * nömrəli yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Həmin yaşayış evinin qeydiyyatının aparılmasına əsas kimi Azərbaycan Respublikası Prezidentinin və Milli Məclisin ***-*** nömrəli, ## ###### 1993-cü il tarixli Fərman və Qərarı göstərilmişdir. -Naxçıvan MR Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ## ###### 2002-ci il tarixdə verilmiş 01/22A reyestr nömrəli, 22A inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən aydın olur ki, həmin texniki pasport ünvan 1 ünvanına münasibətdə İddiaçı adına verilmişdir. - JN – ****A nömrəli, Kod 10101008 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətində göstərilmişdir ki, Sədərək rayon Aqrar İslahat Komissiyasının ## ###### 2000-ci il tarixli, ** nömrəli qərarı ilə İddiaçı və ailə üzvü X5 0.12 hektar torpaq sahəsi verilmişdir. - Sədərək Rayon Məhkəməsinin iddiaçı Sədərək Rayon İcra Hakimiyyətinin “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidməti, X3 və qeyrilərindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbi barədə mülki işə dair ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli qətnaməsindən görünür ki, İddiaçı verilmiş JN – 3044A kadastr nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə etibarsız hesab edilmişdir. - Sədərək Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2010-cu il tarixli, ** nömrəli sərəncamı ilə iddiaçının mübahisələndirdiyi Sədərək rayon Heydərabad qəsəbəsində dövlət mənzil fonduna aid 2 mərtəbəli, 124.6 kvadratmetr yaşayış, 800 kvadratmetr torpaq sahəsi olan * nömrəli ev X1 istifadəsinə verilmişdir. - Sədərək Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2011-ci il tarixli, ** nömrəli Sədərək rayon Heydərabad qəsəbəsində 16 ədəd yeni tikilmiş 2 mərtəbəli fərdi yaşayış evinin və yenidən qurulmuş 41 ədəd 2 mərtəbəli fərdi yaşayış evinin rayon icra hakimiyyətinin balansına alınması haqqında sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## ###### 2011-ci il tarixli, 7/05 və */** nömrəli məktubuna əsasən Sədərək rayon, Heydərabad qəsəbəsində 16 ədəd yeni tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi və yenidən qurulmuş 41 ədəd 2 mərtəbəli fərdi yaşayış evi rayon icra hakimiyyətinin balansına alınmışdır. -Sədərək Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, ** nömrəli “Sədərək rayon Heydərabad qəsəbəsində vətəndaşlara mənzillər verilməsinə dair müxtəlif dövrlərdə verilmiş Sədərək Rayon İcra Hakimiyyəti başçısının sərəncamlarının ləğv edilməsi haqqında” sərəncamda göstərilmişdir ki, Heydərabad qəsəbəsində əhalinin məskunlaşmasına yenidən baxılması, adlarına sərəncam verilmiş şəxslərin vəfat etməsi və ya yaşayış yerini tərk etməsi nəzərə alınaraq Sədərək rayon Heydərabad qəsəbəsində vətəndaşlara 53 ədəd mənzil verilməsinə dair rayon icra hakimiyyəti başçısı tərəfindən müxtəlif tarixlərdə verilmiş sərəncamlar ləğv edilsin . - Sədərək Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, ** nömrəli Sədərək rayon Heydərabad qəsəbəsində dövlət balansında olan mənzillərin order əsasında 51 vətəndaşın ailəsi ilə birlikdə istifadəsinə verilməsi haqqında sərəncamı ilə Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən * nömrəli mənzil X1 istifadəsinə verilmişdir. -##.##.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən verilmiş daşınmaz əmlakın dövlət reyestrinə aid arayışda göstərilmişdir ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlaklar: Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində yerləşən 2 torpaq sahəsi və Naxçıvan Muxtar Respublikası, ünvan 2 ünvanında olan Naxçıvan MR DTİ və MHQ İdarəsinin ##.##.2002-ci il tarixli, 01/22A qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış fərdi yaşayış evidir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən yaşayış evləri Sədərək Rayon İcra Hakimiyyətinin Sərəncam və orderləri əsasında vətəndaşların yaşaması üçün verilmişdir. Sərəncam və orderlərdə yaşayış evlərinin özgəninkiləşdirilməsi qadağan olunduğu qeyd olunmuşdur. ##.##.2023-cü il tarixdə İddiaçı adına arayış verilən zaman texniki səhvliyə yol verilmiş, Xidmətin informasiya bazasında olan məlumatlar deyil vətəndaşın təqdim etdiyi sənədlər əsasında arayış tərtib olunaraq vətəndaşa verilmişdir. ##.##.2024-cü il tarixdə həmin arayışın verilməsində texniki səhvliyə yol verildiyi aşkar olunmuş və “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə uyğun olaraq arayışda müvafiq düzəliş olunmuş və İddiaçı ##.##.2024-cü il tarixli ** nömrəli bildiriş göndərilmişdir. Publik hüquqi şəxsin informasiya bazasında **/**A nömrəli Qeydiyyat vəsiqəsi, eləcə də qeyd olunan yaşayış evinin İddiaçı məxsus olmasına dair məlumat mövcud deyildir. Daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsi və vəsiqənin əlavəsi olan Dövlət müəssisələrinin (orqanlarının) balansında olan daşınmaz əmlakların siyahına əsasən İddiaçı iddia etdiyi yaşayış evi Sədərək Rayon İcra Hakimiyyətinin balansında olan yaşayış sahəsidir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## #### 2024cü il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, Sədərək rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ilə JN – ****A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin qeydiyyatı ləğv olunmuşdur. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və **/**A nömrəli qeydiyyat vəsiqəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsinin ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmur. - Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin ## ###### 2025ci il tarixli məktubunda göstərilmişdir ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən ümumi sahəsi 130,5 m2, yaşayış sahəsi 75 m2, köməkçi sahəsi 55 m2 olan * nömrəli yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə əsas olan bütün hüquqmüəyyənedici sənədlərin, Naxçıvan Muxtar Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına verilmiş 01/22A reyestr nömrəli, 22A inventar nömrəli qeydiyyat vəsiqəsinin ləğv olunub-olunmaması, ləğv olunubsa nə vaxtdan və hansı əsasla ləğv olunması barədə məlumat və sənədlər haqqında sorgu Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə göndərilmişdir. -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində hüquqlar Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli *(***)-*/**** nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən yaşayış evləri Sədərək Rayon İcra Hakimiyyətinin Sərəncam və orderləri əsasında vətəndaşların yaşaması üçün verilmişdir. Sərəncam və orderlərdə yaşayış evlərinin özgəninkiləşdirilməsinin qadağan olunduğu qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasında **/**A nömrəli Qeydiyyat vəsiqəsi, eləcə də qeyd olunan yaşayış evinin İddiaçı məxsus olmasına dair məlumat mövcud deyildir. İddiaçı iddia etdiyi, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən əmlak Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş balansda olan daşınmaz dövlət əmlaklarına dair “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi”nə əsasən dövlət əmlakının registrində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin ## ###### 2025ci il tarixli məktubunda göstərilmişdir ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən ümumi sahəsi 130,5 m2, yaşayış sahəsi 75 m2, köməkçi sahəsi 55 m2 olan * nömrəli yaşayış evinin İddiaçı ilkin istifadəsinə verilməsinə əsas olmuş order və ya qərar haqqında heç bir məlumat Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək Rayon Dövlət Arxivində mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin ## ##### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən, ümumi sahəsi 130,5 m2 olan * nömrəli yaşayış evinin tikildiyi vaxtdan Sədərək Rayon İcra Hakimiyyətinin balansına verilmədən əvvəl kimlərin istifadəsində və ya mülkiyyətində olmasına dair publik hüquqi şəxsin informasiya bazasında və mühafizə olunan arxiv sənədləri arasında məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin ## ##### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən yaşayış evləri Sədərək Rayon İcra Hakimiyyətinin Sərəncam və orderləri əsasında vətəndaşların yaşaması üçün verilmişdir. Sərəncam və orderlərdə yaşayış evlərinin özgəninkiləşdirilməsi qadağan olunduğu qeyd olunmuşdur. Publik hüquqi şəxsin informasiya bazasında və mühafizə olunan arxiv sənədləri arasında Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən, ümumi sahəsi 130,5 m2 olan * nömrəli yaşayış evinin qeydiyyata alındığı **/**A nömrəli qeydiyyat, qeydiyyatın aparıldığı reyestr kitabı, 22A inventar nömrəli texniki pasport, həmin evin İddiaçı adına qeydiyyata alınmasına əsas olan sənədlər və ümumiyyətlə qeyd olunan yaşayış evinə dair hər hansı sənəd və məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “xxxx” publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən yaşayış evləri Sədərək Rayon İcra Hakimiyyətinin Sərəncam və orderləri əsasında vətəndaşların yaşaması üçün verilmişdir. Sərəncam və orderlərdə yaşayış evlərinin özgəninkiləşdirilməsi qadağan olunduğu qeyd olunmuşdur. Publik hüquqi şəxsin informasiya bazasında **/**A nömrəli Qeydiyyat vəsiqəsi, eləcə də qeyd olunan yaşayış evinin İddiaçı məxsus olmasına dair hər hansı məlumat mövcud deyildir. Daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsi və vəsiqənin əlavəsi olan Dövlət müəssisələrinin (orqanlarının) balansında olan daşınmaz əmlakların siyahına əsasən İddiaçı iddia etdiyi yaşayış evi Sədərək Rayon İcra Hakimiyyətinin balansında olan yaşayış sahəsidir. -Sədərək Rayon İcra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən ümumi sahəsi 130,5 m2, yaşayış sahəsi 75 m2, köməkçi sahəsi 55 m2 olan * nömrəli yaşayış evinin İddiaçı ilkin istifadəsinə verilməsinə əsas olmuş order və ya qərar haqqında heç bir məlumat Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək Rayon Dövlət Arxivində mövcud deyildir. Həmin ev Sədərək Rayon İcra Hakimiyyətinin balansına verildikdən sonra digər şəxsə yaşaması üçün Orderlə verilmişdir. ##.##.2026-cı il saat 11:00-da Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində keçirilən məhkəmə iclasında İddiaçı çıxışında da dediyi kimi, onun iddia etdiyi 2 mərtəbəli mənzil Şərur Rayon İcrayə Komitəsi tərəfindən ona sadəcə yaşamaq üçün verilmiş,qəsəbə salınan vaxt ərazidə yaşayışı müvəqqəti təmin etmək üçün həmin ərazidə məskunlaşan vətəndaşlara bu evlər yaşamaq üçün verilmişdir. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı əsasında qəsəbədəki 1 və 2 mərtəbəli yaşayış evləri Sədərək Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Bu evlər vətəndaşlara sadəcə yaşamaq üçün verilmiş, özəlləşdirilməsi, satılması, hədiyyə edilməsi və evin xarici görünüşündə dəyişiklik edilməsi qadağan edilmişdir. Qəsəbədə yaşayışın təmin olunması inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən mütəmadi olaraq yoxlanılır. Qəsəbədəki evlərdə 6 ay üzrsüz səbəbdən yaşamayan vətəndaşlara xəbərdarlıq edilir, yaşayış təmin olunmadıqda isə ev alınaraq ehtiyacı olan və mənzil uçotunda qeydiyyatda duran şəxslərə verilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxs tərəfindən Sədərək Rayon İcra Hakimiyyətinə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilən # ##### 2026-cı il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, Sədərək rayon Heydərabad qəsəbəsində 1200 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.5 m2 olan yaşayış evi Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş balansda olan "Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi"nə əsasən dövlət əmlakının Reyestrində qeydiyyata alınmışdır. Həmin əmlak Sədərək Rayon İcra Hakimiyyətinin balansındadır. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilən, Sədərək rayonu Heydərabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli Qətnaməsi ilə ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsin informasiya bazasında və mühafizə olunan arxiv sənədləri arasında Sədərək rayon Heydərabad qəsəbəsində yerləşən, ümumi sahəsi 130,5 m2 olan * nömrəli yaşayış evinin qeydiyyata alındığı **/**A nömrəli qeydiyyat və qeydiyyatın aparıldığı reyestr kitabı, 22A inventar nömrəli texniki pasport, həmin evin İddiaçı adına qeydiyyata alınmasına əsas olan sənədlər və ümumiyyətlə qeyd olunan yaşayış evinə dair hər hansı sənəd və məlumat mövcud deyildir. İddiaçı Sədərək Rayon İcra Hakimiyyətinin balansında olan və ona sadəcə yaşamaq üçün verilən evin özəlləşdirilməsi ilə bağlı heç bir məlumat verməmişdir. Özəlləşdirmə ilə bağlı bütün məsuliyyət Naxçıvan Muxtar Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin və İddiaçı üzərinə düşür. Çünki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx publik hüquqi şəxsin də qeyd etdiyi kimi həmin özəlləşdirmə ilə bağlı heç bir məlumat qurumun informasiya bazasında və mühafizə olunan arxiv sənədləri arasında mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı məhkəməyə müraciət edərək ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan evin Sədərək rayon İcra Hakimiyyəti tərəfindən heç bir hüquqi əsas olmadan, eləcə də ona xəbərdarlıq edilmədən və eyni zamanda hər hansı bir kompensasiya ödənilmədən, yəni əsassız və qanunsuz olaraq alınıb başqa bir şəxsin istifadəsinə verildiyini göstərərək, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsində, 12 sot torpaq sahəsində yerləşən, ümumi sahəsi 130,5 kv.metr, o cümlədən 4 yaşayış otağından və köməkçi sahədən ibarət, * nömrəli evinin ona qaytarılmasının, həmin evin qaytarılması mümkün olmadığı təqdirdə isə 330.900 manat kompensasiyanın dövlət büdcəsi hesabına Sədərək Rayon İcra Hakimiyyətindən tutularaq ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, Sədərək Rayon Heydərabad qəsəbəsinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası bütün dövrlərdə dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmiş, həmin mənzilin tikintisinə iddiaçı tərəfindən hər hansı maddi vəsait sərf edilməmişdir. Sonuncu dəfə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ###### 2010-cu il tarixli, **s nömrəli Sərəncamı ilə Sədərək rayon Heydərabad qəsəbəsində yaşayış evlərinin yenidən qurulması üçün ayrılmış vəsaitdən cəmi 2288910,0 manat ödənilmişdir. İstər iddiaçının istərsə də, həmin evdə yaşamayan digər şəxslərin həmin evə mülkiyyət hüququ olmamış, həmin evə dair mülkiyyətçi kimi sərəncam vermək hüquqlarına malik olmamışlar. İddiaçının mülkiyyəti olmayan, hazırkı iş üzrə mübahisə predmeti olan əmlaka dair cavabdeh tərəfindən müdaxilə qanuni olmuş və bunun nəticəsində iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ##.##.2023cü il tarixli arayışına münasibətdə qeyd edir ki, həmin arayışda İddiaçı adına ünvan 2 ünvanı üzrə fərdi yaşayış evinə dair reyestr məlumatlarının mövcudluğu göstərilmiş, lakin məhkəməyə təqdim edilmiş digər sənədlərdə həmin yaşayış evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın mövcud olmaması göstərilmişdir. Bununla bağlı ziddiyyətli hallar müəyyən olunduğundan, bu ziddiyyətlərin aradan qaldırılması məqsədilə müvafiq sorğular verilmişdir. Sorğulara verilmiş cavablardan aydın olmuşdur ki, ##.##.2023-cü il tarixli arayış tərtib edilərkən texniki səhvə yol verilmiş, arayış Xidmətin informasiya bazasındakı məlumatlar əsasında deyil, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən hazırlanmışdır. Sonradan, ##.##.2024cü il tarixdə həmin səhv aşkar edilmiş və Xidmət tərəfindən arayışda müvafiq düzəliş aparılaraq bu barədə iddiaçıya ##.##.2024-cü il tarixli, ** nömrəli bildiriş göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, Xidmətin informasiya bazasında **/**A nömrəli qeydiyyat vəsiqəsinə, habelə mübahisə predmeti olan yaşayış evinin İddiaçı məxsusluğunu təsdiq edən hər hansı məlumata rast gəlinmir. Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, daşınmaz dövlət əmlakının qeydiyyat vəsiqəsi və onun əlavəsi olan dövlət müəssisələrinin balansında olan daşınmaz əmlakların siyahısına əsasən mübahisə predmeti olan yaşayış evi Sədərək Rayon İcra Hakimiyyətinin balansında olan yaşayış sahəsi kimi qeydiyyata alınmışdır. Hal-hazırda həmin yaşayış evi Sədərək Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2023-cü il tarixli, ** nömrəli Sərəncamı ilə ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan X1 istifadəsinə verilmişdir. İddiaçı iddia etdiyi yaşayış evinə münasibətdə qəbul edilən sərəncamları mübahisələndirməmişdir. Bununla yanaşı, iddiaçı həmin yaşayış evinin onun qanuni sahibliyində və ya mülkiyyətində olmasını, habelə iddia etdiyi məbləğdə zərərin ona vurulduğunu təsdiq edən mötəbər və kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən istinad edilən Naxçıvan Muxtar Respublikası Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01/22A reyestr nömrəli, 22A inventar nömrəli qeydiyyat vəsiqəsi və ## ###### 2002-ci il tarixli, eyni rekvizitli texniki pasportun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər araşdırmalar zamanı aşkar edilməmiş, ümumiyyətlə, mübahisə predmeti olan yaşayış evinə dair hər hansı sənəd və məlumatın mövcud olmadığı bildirilmiş, bununla yanaşı həmin sənədlərin əsllərinə baxış keçirilməsi üçün təqdim edilməsi barədə kollegiyanın tələbinə baxmayaraq iddiaçı tərəfindən həmin sənədlərin əslləri məhkəməyə təqdim olunmamışdır. Kollegiya həmçinin iş materiallarında olan JN–****A nömrəli, 10101008 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə münasibətdə qeyd edir ki, Sədərək Rayon Məhkəməsinin ## ### 2010-cu il tarixli, *(***)-*/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Sədərək Rayon İcra Hakimiyyətinin “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi barədə” iddia tələbi təmin edilmiş, o cümlədən Sədərək rayonu, Heydərabad qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı verilmiş JN–3044A kadastr nömrəli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Heydərabad qəsəbəsində yerləşən və hazırda iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahələrinə münasibətdə torpaq islahatı aparılan dövrdə mülkiyyətə dair şəhadətnamələr verilmiş şəxslər 1992-ci ilin may ayından 1999-cu ilədək faktiki olaraq həmin ərazidə yaşamamış, habelə torpaq sahələrinin mülkiyyətlərinə verildiyi vaxta qədər onların qanuni istifadəsində olmasını təsdiq edən sənədlər mövcud olmamış, nəticədə torpaq islahatı haqqında qanunvericiliyin tələbləri pozulmaqla müvafiq şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu zəruridir: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı mübahisədə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilməmişdir Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən ona cavabdehin hüquqazidd hərəkəti nəticəsində zərərin vurulmasına dair heç bir sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2-1(122)- 676/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-112/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-112/2025
24.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver