Məhkəmə qərarları › İş №2-1(108)-113/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-113/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-113/2024 25.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(122)-434/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona «Müharibə veteranı» adının və vəsiqəsinin veri lməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 21(122)-1564/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı “ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələri nin verilməsi üzrə komissiyanın prosessual iştirakçılığına son qoyulmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh qismində işə cəlb olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 21(122)-434/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 17 oktyabr 2024-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(122)-434/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətində gös tərmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-1992 illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Aşağı, Yuxarı Buzqov və Gərməçataq kəndləri və sərhəd boyu digər ərazilərdə erməni separatçılarına qarşı iştirakı öz təsdiqini tapmır və o, bunu mötəbər sübutlarla təsdiq edə bilmir. Lakin iş materiallarına nəzər salınsa iddiaçının döyüşlərdə iştirakını təsdiq edən kifayət qədər sübutun olduğu açıq şəkildə görünür. İddiaçının hansı səbəbdən yaralanmağı öz təsdiqini tapmışdır. Çünki həmin yaraları iddiaçı məhz döyüşlərdə iştirak zamanı almışdır. Onun müharibədə iştirakı hərbi biletinin 7-ci səhifəsində də öz əksini tapmışdır. Məhkəmə iddiaçının hazırda 3-cü qrup əlil o lmağını və bunun hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq istəməmişdir. Məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası olaraq “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə istinad edərək apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(122)-434/2024 nömrəli qərarının ləğv olunması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Azərb aycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Naxçıvan MR İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(122)-434/2024 nömrəli qərarının tamamilə ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edi r ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şami l olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəlləd ə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 17 oktyabr 2023-cü il tarixli, 2/2 9723 nömrəli məktubdan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və İddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2023-c ü il tarixli arayışa əsasən X6 Komitəsinin arxivdə saxlanılan sənədlərində hərbi xidmət barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı”adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14 iyun 2016-cı il tarixli, 553 nömrəli qərarından görünür ki, Naxçıvan Muxtar Respublikası Hərbi Komissarlığı tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildə Babək rayonu Aşağı Buzqov kənd xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: Sağ qolun bilək nahiyəsindən qəlpə yarası" və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz “Qəlpə yaralanmalarından sonra başın aşağı ön alın nahiyəsində bir ədəd başın sağ təpə nayihəsində iki ədəd sol alın nahiyyəsində bir ədəd, sağ saidin orta 1/3-nin içəri-arxa səthində iki ədəd, sol saidin aşağı 1/3-nin ön-içəri səthində bir ədəd çapıq toxumaları və sağ əl pəncəsinin 2-ci barmağının distal-dırnaq falanqasınlın uc hissəsinin qismən amputasiyası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Suraxanı rayon idarəsinin xx.xx.2016-cı il tarixli, 1054 nömrəli, xx.xx.2016-cı il tarixli, 252 nömrəli arayı şı, Babək rayonu A.Buzqov kənd xəstəxanasından verilmiş xx.xx.2005-ci il tarixli, 6 nömrəli arayışı, N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş X6 Komitəsinin xx.xx.1991-ci il tarixli və xx.xx.1992-ci il tarixli, 232 nömrəli əmrlərindən çıxarışlar, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2016-cı il tarixli, 236 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". - 04 may 1978-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1958-ci ildə doğulmuş İddiaçı 04 may 1978-ci ildə hərbi xidmətə çağırılmış, 10 may 1980-ci il tarixədək hər bi xidmətdə olmuşdur. Hərbi biletin 7-ci səhifəsinin 18-ci bəndində İddiaçı 1992-ci ilin may-avqust aylarında Buzqov döyüşlərində iştirak etməsi, 23-cü səhifəsində isə Naxçıvan Muxtar Respublikası HK tərəfindən 1991-ci ildə h/x çağırılmış İddiaçı döyüş zonasında h/x keçərkən xx.xx.1992-ci ildə aldığı xx.xx.1992-ci ildə Babək rayonu, Aşağı Buzqov kənd xəstəxanasında müalicə olunduğu, yaralanmış-diaqnoz sağ qolun bilək nahiyəsindən qəlpə yarası-Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alındığı qeyd edilmişdir. - AZE seriyalı, 15285604 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən xx xxxxxx 1958-ci ildə Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşadığı görünür. - Naxçıvan “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı 07 oktyabr 2023-cü il tarixdən Babək rayonu, Aşağı Buzqov kəndində qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 22 may 2024-cü il tarixli, 3-17-9-4/2-882/2024 nömrəli məktubdan görünür ki, İddiaçı 2018-ci il 21 fevral tarixində Bakı şəhərində yerləşən TibbiSosial Ekspert Komissiyası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar beş il müddətinə üçüncü dərəcə əlilik təyin olunmuşdur. İddiaçı yenidən əlilliyinin təyini üçün göndərişi tibb müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və X4 daxil edilmiş, 2023-cü il 19 deka br və 2024-cü il 9 yanvar tarixlərində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən göndərişlərin natamam doldurulması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. Bildirilir ki, müvafiq elektron sistem üzərindən əlilliyin qiymətləndirilməsindən imtina edilən şəxslər müraciət etdikləri halda əyani müayinəyə dəvət olunurlar. İddiaçı müraciəti əsasında 2024-cü il 21 fevral tarixində Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinəsi aparılmış və tibbi sənədlərinə baxılmışdır. Müayinə nəticəsinə əsasən vətəndaşın hazırki vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyin olunmasına əsas vermədiyi məlum olmuş dur. Vətəndaş yanaşı xəstəlikləri ilə bağlı müayinə olunmaq üçün qeydiyyatda olduğu tibb müəsissəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə ünvanlanan 24 may 2024-cü il tarixli, 1747 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə 1991-1992-ci illərdə fəaliyyət göstərməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə görə məlumatın verilməsinə dair çıxarışdan görünür ki, xx xxxxxx 1958-ci ildə doğulmuş İddiaçı 21 fevral 2018-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik səbəbi kimi Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilmişdir. - Azərba ycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin İddiaçı ünvanlanan 18 aprel 2018-ci il tarixli, 9/2-5629 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti və yaralanması barədə araşdırma aparmaq mümkün olmamışdır. - N nömrəli hərbi hissə komandirinin X6 Komitəsi üzrə 10 noyabr 1991-ci il tarixli, 119 nömrəli İddiaçı bölük starşinası vəzifəsinə təyin edilməsi haqqında əmrinin surətindən görünür ki, Yuxarı Buzqov, X7 və Şada sərhədyanı yaşayış məntəqələrində yaranmış gərgin vəziyyəti nəzərə alaraq həmin məntəqələrin müdafiəsini möhkəmləndirmək məqsədi ilə İddiaçı könüllülər bölüyünə “bölük starşinası” vəzifəsinə təyin edilmiş, lazımi tələbatları qeydiyyata alınmışdır. - N nömrəli hərbi hissə komandirinin X6 Komitəsi üzrə 22 may 1992-ci il tarixli, 232 nömrəli İddiaçı bölük starşinası vəzifəsindən azad edilməsi haqqında əmrinin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdən Yuxarı Buzqov, Aşağı Buzqov, Gərməçataq sərhədyanı yaşayış məntəqələrinə müntəzəm olaraq erməni separatçı qüvvələri hücum edir, müxtəlif növ silahlardan, o cümlədən toplardan atış açır, NDMK silahlı dəstələrinin əsgər, zabit və çavuş heyətinə ciddi xəsarətlər yetirir, yaşayış məntəqələrinə ziyan vururlar. 20 may 1992-ci il tarixdə könüllülər bölüyünün bölük starşinası İddiaçı top mərmisindən qəlpə yarası almışdır. Bütün sərhədyanı yaşayış məntəqələrində müdafiə xətlərinin möhkəmləndirilməsi, əlavə qüvvələr yerləşdirilməsi, aldığı qəlpə yarasından öz vəzifə borcunu yerinə yetirə bil mədiyinə görə İddiaçı tutduğu vəzifədən azad edilməsi, lazımi tələbatlar qeydiyyatından silinməsi əmr edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ə razilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İşin hallarına əsasən müəyyən edilir ki, iddiaçı 1991-ci ilin noyabr ayından 1992-ci ilin may ayınadək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini qeyd etməklə ona müharibə veteran adı və vəsiqəsinin verilməsini tələb edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının hərbi xidməti barədə məlumat olmadığına istinad edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhk əməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kab inetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə”yə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) ray onlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orq anları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməs i iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı tərəfindən döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməsini təsdiq edən sənəd kimi yalnız hərbi biletə istinad edilməsi yetərli deyildir. Qanunvericiliyə əsasən hərbi bilet ilə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarının hərtərəfli araşdırılması məqsədilə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən göndərilmiş 22 noyabr 2024-cü il tarixli, 4040 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı haqqında məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, X6 Komitəsinin Arxivd ə saxlanılan “Nizami hissə üzrə əmrlər kitabı”nda 10 noyabr 1991-ci il tarixli 119 nömrəli əmr mövcud deyil, 22 may 1992-ci il tarixli 232 nömrəli əmr deyil 154 nömrəli əmr mövcuddur, həmin əmrdə vətəndaş İddiaçı haqqında məlumat yoxdur. O, 2019, 2022 və 2023-cü ildə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət edib, xidməti haqqında məlumat olmadığından ona arxiv arayışı verilməyib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 02 dekabr 2024-cü il tarixli 1827 nömrəli məktubuna əsasən iddiaçıya dair xx.xx.2016-cı ildə verilmiş 553 nömrəli qərar və həmin qərarın verilməsi üçün əsas olmuş sənədlərin surəti kollegiyaya göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nö mrəli hərbi hissəsinin N dekabr 2024-cü il tarixli, 4413 nömrəli məktubunda göstərilmişdir ki, X6 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. Əlavə olaraq bildirilmişdir ki, X6 Komitəsinin sənədləri xx.xx.2014-cü il tarixdə N nömrəli hərbi hissənin arxivinə qəbul edilib, xx.xx.1996-cı il tarixdə N nömrəli hərbi hissə tərəfindən verilmiş X6 Komitəsinin 3 nömrəli Əmrlər Kitabının 17-ci səhifəsində olan 10 noyabr 1991-ci il tarixli 119 nömrəli və həmin kitabın 72-ci səhifəsində olan 22 may 1992-ci il tarixli 232 nömrəli əmrlərdən çıxarışlar arxivdə saxlanılan mövcud uçot sənədləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N dekabr 2024-cü il tarixli, 4413 nömr əli məktubuna 3 nömrəli “Nizami hissə üzrə əmrlər kitabı”nın 17ci səhifəsində olan xx.xx.1991-ci il tarixli, 27 nömrəli əmrdən çıxarış və həmin kitabın 72-ci səhifəsində olan xx.xx.1992-ci il tarixli, 22 nömrəli əmrdən çıxarış əlavə olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə onun 1992-ci ilin may-avqust aylarında Buzqov döyüşlərində iştirak etməsi barədə qeyd olsa da yuxarıda sadalanan normaların tələbinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı təsdiq edən hərbi bilet yalnız şəxsin hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün əsas sayıla bilər. İddiaçı tərəfindən məhkəməyə müvafiq əmrlərin təqdim edilməs inə baxmayaraq, məhkəmə araşdırması zamanı həmin əmrlərin X6 Komitəsinin Arxivdə saxlanılan mövcud uçot sənədləri ilə ziddiyyət təşkil etdiyi müəyyən edilmiş, həmçinin iddiaçı tərəfindən həmin əmrlərin mötəbərliyi sübuta yetirilə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N dekabr 2024-cü il tarixli, 4413 nömrəli məktubuna əlavə edilmiş 3 nömrəli “Nizami hissə üzrə əmrlər kitabı”nın 17-ci səhifəsində olan xx.xx.1991-ci il tarixli, 27 nömrəli əmrdən çıxarış və həmin kitabın 72-ci səhifəsində olan xx.xx.1992-ci il tarixli, 22 nömrəli əmrdən çıxarış İddiaçı 10 noyabr 1991-ci ildə bölük starşinası təyin olunması barədə 119 nömrəli və 22 may 1992-ci il tarixdə həmin vəzifədən azad olunması barədə 232 nömrəli əmrlərin mötəbərliyini şübhə altına alır. Buradan müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş onun 10 noyabr 1991-ci ildə bölük starşinası təyin olunması barədə 119 nömrəli və 22 may 1992-ci il tarixdə həmin vəzifədən azad olunması barədə 232 nömrəli əmrlərin qeyd olunduğu 3 nömrəli “Nizami hissə üzrə əmrlər kitabı”nın müvafiq olaraq 17 və 72-ci səhifələrində tamamilə fərqli tarix və məzmunda əmrlər öz əksini tapmışdır və həmin əmrlərdə İddiaçı barədə məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəb ulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar b arədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılma lıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbayca n Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(122)-434/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 21(122)-434/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Re spublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar