Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-115/2024 15.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "sahiblik və istifadəsinə verilərək inşa olunmuş Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min manat) kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1219/2024 nömrəli qərardadınd an İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahiblik və istifadəsinə verilərək inşa olunmuş Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min manat) kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1219/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "sahiblik və istifadəsinə verilərək inşa olunmuş Naxçıvan şəhərində yer ləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min manat) kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1219/2024 nömrəli qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. 15 noyabr 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında İddiaçı 15 noya br 2024-cü il tarixli ərizəni kollegiyaya təqdim edərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, apellyasiya şikayətindən imtina qəbul edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 88.3-cü mаddəs inə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 397.3-cü maddəsinə əsasən, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən, qərardaddan verilmiş şik ayətdən imtina olunduqda apellyasiya icraatına xitam verilir. İnzibati Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə İddiaçı birinci instansiya məhkəməsinin qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kolle giyası qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "sahiblik və istifadəsinə verilərək inşa olunmuş Naxçıvan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 70000 (yetmiş min manat) kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1219/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına хitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-115/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-115/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver