Məhkəmə qərarları › İş №2-1(108)-115/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-115/2025

22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-115/2025 22.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçı İddiaçı Əliyar oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı Əliyar oğlunun cavabdeh Cavabdeh qarşı sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı Əliyar oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək, sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (hakim Hicran Muradov) ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı İddiaçı Əliyar oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, ona məxsus sökülən qeyri-yaşayış sahələrində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Əvvəl dayanacaqlarda, dayanacaqlar söküləndən sonra yeməkxanada, yeməkxana söküləndən sonra ona məxsus həyət evində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Hər iki avtodayanacaq 2002-ci ildə, yeməkxana isə 2009-cu ildə cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. O, vurulmuş ziyana görə kompensasiya ödənilməsi üçün Cavabdeh ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq Cavabdeh ona məxsus qeyri-yaşayış sahələrinin sökülməsindən heç bir məlumatlarının olmadığını bildirmişdirlər. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki avtodayanacaq və yeməkxana cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Cavabdeh sübut etməlidir ki, həmin qeyri-yaşayış sahələri onlar tərəfindən sökülməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq bildirmişdir ki, sübutetmə yükü əsassız olaraq iddiaçının üzərinə qoyulmuşdur. Prosessual məsələlər Iddiaçı İddiaçı Əliyar oğlu məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən tikililərin Cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir və Cavabdeh tərəfindən sökülməmişdir. Cavabdeh tərəfindən inzibati icraat aparılmışdır. Araşdırma zamanı həmçinin iddiaçının qeyd edilən tikililərinin başqa inzibati orqan tərəfindən sökülməsi halı da müəyyən edilməmişdir. Ehtimal edilir ki, bəlkə iddiaçının özü sökmüşdür. Apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan Cavabdeh iddiaçı İddiaçı Əliyar oğluna ünvanladığı ## ### 2023-cü il tarixli, *- **/*-Q-**/*/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “## ##### 2023-cü il tarixli müraciətlə əlaqədar bildiririk ki, Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində qanunla qorunan hüquqlarınız pozulmamışdır. Mülkiyyətinizdə olan tikililərin sökülməsinə dair Cavabdeh tərəfindən heç bir sərəncam və ya inzibati akt qəbul edilməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir”. Işdə olan Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçı İddiaçı Əliyar oğluna ünvanladığı ## ### 2023-cü il tarixli, *-Q-*** nömrəli məktubda bildirilmişdir ki, müraciəti ilə əlaqədar aparılmış araşdırmalar zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ona qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı hər hansı bir hüquqi sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. Işdə olan Cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı ## #### 2023-cü il tarixli, *-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əliyar oğlunun Culfa şəhərində yerləşən yeməkxanasının və avtomobil dayanacağının dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı Əliyar oğluna məxsus yeməkxana və avtomobil dayanacağının sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericilikdə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı Əliyar oğlunun qanunla qorunan maraqlarına xələl gətirilməmiş, hüquqları pozulmamışdır. Belə bir hal mövcud olsaydı, İddiaçı yeməkxanasının və avtomobil dayanacağının söküldüyü 2009-cu ildə bununla bağlı məhkəmə orqanlarına müraciət edər, pozulmuş hüquqlarının bərpasını tələb edərdi. Ona görə də iddiaçının Cavabdeh qarşı “sökülmüş əmlaklarına görə ona vurulmuş ziyanın bir milyon manatın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” tam əsassızdır. Işdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Naxçıvan Muxtar Respublikası X21 və Mülkiyyət Hüquqları Qeydiyyat Idarəsi tərəfindən verilmiş *** nömrəli qeyri-yaşayış binasının texniki pasportunun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Culfa şəhər Icra Nümayəndəliyinin ## ######## 2000-ci il tarixli, ** saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən avtodayanacaq Culfa rayonu Qarabağ Əlillər Cəmiyyətiniə verilmişdir. Işdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Naxçıvan Muxtar Respublikası X21 və Mülkiyyət Hüquqları Qeydiyyat Idarəsi tərəfindən verilmiş *** nömrəli qeyri-yaşayış binasının texniki pasportunun təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Culfa şəhər Icra Nümayəndəliyinin ## ######## 2000-ci il tarixli, ** saylı sərəncamına əsasən Culfa şəhəri Təbriz küçəsində yerləşən avtodayanacaq Culfa rayonu Qarabağ Əlillər Cəmiyyətiniə verilmişdir. Işdə olan ## ###### 2003-cü il tarixli, ** nömrəli Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X14 Nazirliyi, Dövlət Əmlakının Özəlləşdirilməsi idarəsinin rəisi X1, alıcı İddiaçı Əliyar oğludur. Satın alınan obyektin adı Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan hissəsi FTŞ-in ** nömrəli yeməkxanasıdır. Işdə olan Naxçıvan MR Iqtisadi Inkişaf Nazirliyi tərəfindən verilmiş ##.##.2003-cü il tarixli, ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamənin surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Dəmir Yolu Naxçıvan hissəsi FTŞ-in Culfa şəhərində yerləşən ** nömrəli yeməkxanasını İddiaçı Əliyar oğlu qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Əmlakın ümumi satış qiyməti 728192 (yeddi yüz iyirmi səkkiz min yüz doxsan iki) manat olmuşdur. Işdə olan Culfa şəhəri 24-cü məhəllədə yerləşən yeməkxananın texniki pasportunun surətindən görünür ki, balans saxlayıcı İddiaçı Əliyar oğludur. Tikinti altı sahəsi 131 kv.m, ümumi sahəsi 126,2 kv.m, əsas sahəsi 126,2 kv.m-dir. Işdə olan Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı ## ###### 2024-cü il tarixli, **************** nömrəli “Məlumatın təqdim olunması haqqında” məktubunda bildirilmişdir ki, Culfa Rayon Qarabağ Əlillər Cəmiyyəti hüquqi şəxs kimi Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, X18 Veteranları və X7 Birliyinin Culfa Rayon Şöbəsi (VÖEN: **********) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən ## ##### 2001-ci il tarixdə *** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Işdə olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin birinci instansiya məhkəməsinə ünvanladığı “Müvafiq məlumatların təqdim edilməsi barədə” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Dövlət Dəmir X12 X15 Culfa şəhərindəki ** nömrəli yeməkxanasının yerləşmiş olduğu ərazi hazırda “xxxx” MMC-nin balansındadır. Belə ki, Culfa stansiyasının ərazisində 408-ci kilometrin 1-ci piketində mövcud olmuş həmin yeməkxana dəmir yolu kilometrinin artan istiqamət üzrə sağ tərəfdə 14 metr məsafədə yerləşdiyindən, qeyd olunan ərazidə xüsusi təyinatlı təhkim zolağına daxildir. Işdə olan Naxçıvan MR Cavabdeh ## ###### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin kim tərəfindən, hansı qaydada sökülməsi ilə bağlı suala iddiaçı avtodayanacağın 2002-ci ildə, yeməkxananın isə 2009-cu ildə söküldüyünü və söküntüdə Naxçıvan şəhərindən gələn 6-7 məmurun iştirak etdiyini, lakin onların hansı qurumun nümayəndələri olduğunu bilmədiyini və Cavabdeh isə avtodayanacaq və yeməkxananın sökülməsində Cavabdeh başçısı, Aparatının Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Davud Ağayevin iştirak etdiyini bildirdi. Aparılan araşdırma zamanı Cavabdeh başçısı, Aparatının Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Davud Ağayev Bakı şəhərində işlədiyi və yaşadığı tərəfimizdən aşkar edilmişdir. Davud Ağayevlə telefon əlaqəsi yaradıldı və bildirildi ki, 2009-cu ildə Culfa şəhəri 24-cü məhəllədə Azərbaycan Respublikası Dövlət Dəmir Yolu Naxçıvan hissəsi FTŞ-nin Culfa şəhərində yerləşən ** nömrəli yeməkxanasının sökülməsi ilə Cavabdeh heç bir əlaqəsi olmayıb. Iddiaçıya obyektlərin sökülməsi ilə bağlı suala heç bir bildiriş göndərilmədiyini bildirdi. İddiaçı Əliyar oğlunun mülkiyyətində olmuş əmlakların dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə Cavabdeh tərəfindən heç bir qərar qəbul edilməmiş, əmlakların sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. Qeyri-yaşayış sahələrinin dəyərinin müəyyən edilməsi üçün aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı Əliyar oğlu Culfa şəhəri 24-cü məhəllədə Azərbaycan Respublikası Dəmir Yolu Naxçıvan hissəsi FTŞ-nin Culfa şəhərində yerləşən ** nömrəli yeməkxanasını ## #### 2003-cü il tarixdə Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsində 728192 manat göstərilsə də, dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabına 546144 manat məbləğində pul köçürmüşdür. Avtodayanacaqların dəyərinin müəyyən edilməsi ilə bağlı bildirilir ki, hər iki avtodayanacağa Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Naxçıvan Muxtar Respublikası X21 və Mülkiyyət Hüquqları Qeydiyyat Idarəsi tərəfindən Qarabağ Əlillər Cəmiyyəti adına texniki pasportu verilmişdir. Həmin texniki pasportlar Culfa şəhəri Icra Nümayəndəliyinin ## ######## 2000-ci il tarixli, ** saylı Sərəncamına əsasən hazırlanmışdır. Lakin araşdırmalar zamanı Culfa şəhər Icra Nümayəndəliyinin ## ######## 2000-ci il tarixli, ** saylı Sərəncamında istər vətəndaş barəsində, istərsə də Qarabağ Əlillər Cəmiyyətinin adına torpaq sahəsinin ayrılması qeyd edilməmişdir. Işdə olan Culfa Rayon Arxivi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, *** nömrəli arayışda bildirilmişdir ki, 140 inventar nömrəli, 01/*** qeydiyyat nömrəli qeyri-yaşayış binasının texniki pasportu, ünvan 2 ünvanında yerləşən avtodayanacağın İddiaçı Əliyar oğlunun və ya digər şəxslərin adına keçirilməsi ilə bağlı sənədlər, həmçinin ##.##.2001-ci il tarixli, *-Ə-** nömrəli alqı-satqı müqaviləsi; 143 inventar nömrəli, 01/*** qeydiyyat nömrəli qeyri-yaşayış binasının texniki pasportu, həmin texniki pasport əsasında tərtib edilən sənədlər, ünvan 1 ünvanında yerləşən avtodayanacağın İddiaçı Əliyar oğlunun və ya digər şəxslərin adına keçirilməsi ilə bağlı sənədlər, həmçinin ##.##.2001-ci il tarixli, *-Ə-** nömrəli alqı-satqı müqaviləsi; ## #### 2003-cü il tarixli, ****** nömrəli texniki inventarlaşdırma şöbəsinin müəssisə və obyektin texniki pasportu, həmin texniki pasport əsasında tərtib edilən sənədlər, ## #### 2003-cü il tarixli, ****** nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması” haqqında şəhadətnamə, həmin şəhadətnamənin tərtib edilməsinə səbəb olan sənədlər, həmçinin ## ###### 2003-cü il tarixli, ** nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi Culfa rayon Dövlət arxivinə verilməmişdir. Işdə olan “xxxx” QSC “xxxx” MMC-nin məhkəmə sorğusuna olan cavab məktubunda bildirilmişdir ki, 2004-cü ilədək Naxçıvan şəhərində fəaliyyət göstərən dəmir yolunun Naxçıvan Hissəsinin keçmiş Fəhlə Təchizatı şöbəsi (FTŞ) dəmir yoluna aid olsa belə birbaşa Azərbaycan Dəmir Yolunun FTŞ-nin tabeliyində olmuşdur. O dövrdə FTŞ-nin balansında olan əmlakların fiziki şəxslərin adına özəlləşdirilməsinə razılıq məktubu həmin qurumun özü tərəfindən verildiyindən, Culfa şəhərindəki 24-cü məhəllədə yerləşən yeməkxananın iddiaçının mülkiyyətinə keçməsinə və sonradan sökülməsinə dair “xxxx” MMC-də heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid X2 (2000-2006-cı illərdə Cavabdeh başçısı) ifadə verərək bildirmişdir ki, mübahisəli yerlər Cavabdeh tərəfindən sökülməyib və bu barədə onun işlədiyi dövrdə iddiaçının rəsmi, qeyri-rəsmi şikayəti olmamışdır. ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid X5 (2006-2018-ci illərdə Cavabdeh başçısı) ifadə verərək bildirmişdir ki, o, iddiaçını həm rayon sakini, həm də qazi kimi tanıyır. Həmin dövrdə o, rayonun icra başçısı olmuşdur. Iddia ilə əlaqədar həmin zaman sözügedən yerlərin sökülməsi ilə bağlı Cavabdeh qərarı olmamışdır. Qanunsuz tikintilərin dayandırılması ilə bağlı proseslər həyata keçirmişlər, amma iddiaçının qeyd etdiyi yerlər barədə məlumatı yoxdur. Qeyd olunan yeməkxananın sökülməyi yadında deyildir. Söküntünün kim tərəfindən hansı məqsədlə aparıldığı haqqında məlumatı olmayıb. Bu söküntü ilə əlaqədar kompensasiya və ya başqa əvəzləşdirmə məqsədilə hər hansı bir hərəkət olmayıb. Bu barədə iddiaçı qəbulunda olmamışdır. ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid Ağayev Davud Nağı oğlu ifadə verərək bildirmişdir ki, o, iddiaçını rayon sakini kimi tanıyır. Həmin zaman o, Memarlıq və Tikinti Şöbəsində işləyirmiş, daha sonra həmin şöbənin müdiri olmuşdur. Işlədiyi dövrlərdə bir çox qanunsuz tikililərin sökülməsində verilən tapşırığa əsasən özü söküntüdə iştirak etmişdir. Amma iddiaçının tikililərinin kim tərəfindən sökülməsi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahələrinin cavabdeh inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmur. Həmçinin iddiaçı ona məxsus qeyriyaşayış sahələrinin cavabdeh inzibati orqan, o cümlədən başqa bir inzibati orqan və ya şəxs tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edə bilmir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə araşdırmaları ilə, müvafiq qurumlara göndərilən sorğulara cavab məktubları ilə, həmçinin şahid ifadələri ilə iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin cavabdeh inzibati orqan, başqa bir inzibati orqan və ya şəxs tərəfindən sökülməsi halları müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, sözügedən tikililər Cavabdeh tərəfindən sökülməmiş, həmin tikililərin Cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Cavabdeh tərəfindən inzibati icraat aparılmışdır. Araşdırma zamanı həmçinin iddiaçının qeyd edilən tikililərinin başqa inzibati orqan tərəfindən sökülməsi halı da müəyyən edilməmişdir. Iddiaçı qeyd edir ki, o, ona məxsus sökülən qeyri-yaşayış sahələrində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Əvvəl dayanacaqlarda, dayanacaqlar söküləndən sonra yeməkxanada, yeməkxana söküləndən sonra ona məxsus həyət evində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Həmin qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, həmin tikililərin iddiaçının sökülməsini qeyd etdiyi illərdə hansı ölçüdə və hansı vəziyyətdə olması barədə məlumatlar mövcud deyildir. Iddiaçı avtodayanacaqların 2002-ci ildə, yeməkxananın isə 2009-cu ildə cavabdeh Cavabdeh tərəfindən söküldüyünü bildirir. Lakin həmin qeyri-yaşayış sahələri həmin illərdə cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçının uzun müddət bu hallara etiraz, fikir bildirməməsi, bu halları mübahisələndirməməsi şübhə doğurur. Həmçinin həmin qeyri-yaşayış sahələri cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçı uzun illər bu halı mübahisələndirməməsinin səbəblərini əsaslandırmamışdır. Hazırda isə uzun müddət keçmiş, həmin qeyri-yaşayış sahələrinin kimin tərəfindən və hansı qaydada sökülməsi halları müəyyən edilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı Əliyar oğlunun apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- 1(122)-28/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar