Məhkəmə qərarları › İş №2-1(108)-119/2024

Ali Məhkəmə Qərar — İş №2-1(108)-119/2024

18.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-119/2024 18.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X6, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, İbrahimova Səlimə Bayram qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı 17 fevral 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 fevral 2023-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə 02 mart 2024-cü il tarixli ərizə ilə müraciət etmiş, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən iddiaçının vəsatəti təmin edilmiş, məhkəmənin 29 aprel 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərardadı ilə İddiaçı 02 mart 2024-cü il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim: H.Muradov). Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 21(122)-21/2024 nömrəli qərarından narazı qalan İddiaçı 01 noyabr 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respubl ikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 saylı qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin icrası hazırki vəziyyətdə mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, ilk növbədə, qeyd edilməlidir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzil 2016-cı ildə cavabdeh ünvan 3 qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür. İddiaçının mülkiyyət hüquqlarının pozulması işin mübahisəsiz halına aiddir. Bu hal cavabdeh inzibati orqan tərəfindən də etiraf edilir. Lakin qeyd edilməlidir ki, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının qarşılığında ona kompensasiya məqsədi ilə mənzil və torpaq s ahəsi təklif edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş akt iş materiallarına əlavə edilmişdir. Lakin icra nümayəndəliyi tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadakı bütün mənzillər hazırda xüsusi mülkiyyətə verilmişdir. İddiaçının tələbinin icrası hazırki vəziyyətdə qeyri-mümkündür. Belə ki, iddiaçının iddia etdiyi binadakı mənzillər hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olmadığından iddiaçıya həmin binadan mənzil verilə bilməz. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbin in təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən mənzil **********71-05101-093004 reyestr nömrəsi ilə ona məxsus olmuşdur. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından o həmin yerdə inşa olunmuş mənzillə təmin olunmalı idi. Lakin bina tikilsə də mənzillə təmin edilməmişdir. Söküntü aparılmamışdan qabaq ona deyilmişdi ki, məhz həmin ərazidə ona yaşayış evi veriləcək. Lakin 6 il müddətində o heç bir mənzillə təmin olunmamışdır. Daha sonra o, 2022-ci ildə sökülmüş mənzilinin əvəzində həmin ərazidə yeni mənzil ilə təmin olunmağı ilə bağlı Naxçıvan MR İnzibati Məhkəməyə müraciət etmişdir. O, məhkəməyə müraciət etdikdən bir neçə ay sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti ona məktub göndərib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin ona göndərdiyi məktubda bildirilir ki, H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində Naxçıxan şəhəri. Ə.Qəmküsar küçəsi, ev 22 ünvanında 3 otaqlı, 23JVb-li mənzil onun üçün təklif olunmuşdur. Məktubda mənzilin ona təklif olunduğu yazılsa da, o həmin təklif ilə razılaşmamışdır. Qeyd edir ki, məktubda göstərilənlər də həqiqəti əks etdirmir. Belə ki onun mənzili sökülməmişdən əvvəl qəzalı vəziyyətdə olmamışdır. Qəzalı vəziyyətdə olduğunu qarşı tərəf iddia edirsə, bunu sənədlərlə təsdiq etməl idir. Yuxarıda qeyd etdiyi kimi, mənzil sökülməmişdən qabaq ona həmin ərazidə mənzil veriləcəyi vəd olunmuşdur. Lakin Naxçıvan Şəhər İcra Hakimiyyəti verdiyi sözü yerinə yetirməmişdir. Onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. O onun mülkiyyət hüququ olan sökülmüş mənzilinin yerində ona vəd olunan yeni yaşayış binasındam mənzillə təmin edilməyini, mənzilin verilməsini istəyir. Beləliklə İddiaçı hesab edir ki, məhkəmə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi" nə dair iddiasını qanunsuz və əsassız olaraq təmin etməmişdir. İddiaçı apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.4, 72, İnsan Hüquqları Üm umi Bəyannaməsinin 17-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 245,246,247,248-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini k ollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(122)-21/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə

58. Sübutların araşdırılması qaydası..... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri.

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat..... 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası inzibati mübahisəyə dair iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatlarını dinləyib işdə olan sübutlara hüquqi qiymət verərək, iddiaçı tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyini, maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini tam yoxlayaraq aşağıdakıları qeyd edir. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədlərini müəyyən edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 10 mart 2020-ci il tarixli, 27/Q-27 nömrəli məktubundan görünür ki, H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan bi nanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində ünvan 13 ünvanında 3 otaqlı, 23 №-li mənzil onun üçün ayrılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, 2155 nömrəli arayışından görünür ki, Quliyev X7 şəhəri, Əziz Əliyev, döngə 4, ev 3 ünvanında yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1964-cü ildə Naxçıvan şəhərində doğulmuş Quliyev X7 şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 9 ünvanında yaşayır. - 20 aprel 2009-cu il tarixdə tərtib edilmiş 13978 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 4/9 ünvanının hüquq subyekti kimi İddiaçı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 88 nömrəli məktubdan görünür ki, AR DTX Naxçıvan MR üzrə baş idarəsinə daxil olmuş Q-88 saylı, xx.xx.2022-ci il tarixli ərizə araşdırılmış və tələbin mülki öhdəlik olduğu müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(078)-196/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilər ək, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati qərar, hərəkət və hərəkətsizliyi ilə əlaqədar aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 02/91 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) yerləşən mənzilin 2016-cı ildə sökülməsinə, İddiaçı kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı məlumat Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 m art 2023- cü il tarixli, 05/182 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 13 may 2009-cu il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən ümumi sahəsi 38,83 kv.m. olan 9 nömrəli mənzil qeydiyyata alınmışdır. Xidmətin informasiya bazasında həmin mənzilin sökülməsinə, yaxud əvəzinin ödənilməsinə dair heç bir məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 mart 2023-cü il tarixli, 4/118 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) 2016-cı ildə təmir və abadlıq işlərinin aparılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Kom itəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 06 dekabr 2023-cü il tarixli, 5-5/2-1819/2023 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus olmuş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 qəzalı vəziyyətdə olduğu üçün sökülmüş, sökülən mənzillərin əvəzində həmin binanın sakinləri 2016-cı ildə istifadəyə verilmiş Ə.Qəmküsar küçəsi, bina 22 ünvanında yeni mənzillərlə təmin edilmişdirlər. ünvan 12 ünvanında yaşayan İddiaçı məxsus ümumi sahəsi 52,36 kv.m. olmuş iki otaqlı mənzilin əvəzində Naxçıvan şəhərinin Ə.Qəmküsar küçəsində inşa olunmuş 22-ci binada ümumi sahəsi 97,36 kv.m. olan üçotaqlı 23 nömrəli mənzil təklif edilməsinə baxmayaraq o, mənzili qəbul etməkdən imtina etmişdir. Hal-hazırda iddiaçıya təklif edilən ünvan 1 3-də yerləşən 23 saylı mənzil dövlət mülkiyyətindədir, istifadəyə və ya xüsusi mülkiyyətə verilməmişdir. Məktuba Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 2 və bina 4 qəzalı vəziyyətdə olduğu üçün söküldüyündən orada yaşayan vətəndaşlara sökülmüş mülklərinin əvəzinə ünvan 13 ünvanında yeni mənzil verilməsi haqqında sərəncamı əlavə edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 fevral 2024-cü il tarixli, 5-5/2-2170/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli, 67 №-li Sərəncamına əsasən qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 və 4 nömrəli binaların sakinlərinin (25 ailənin) mənzillərlə təmin edildiklərinə, o cü mlədən İddiaçı ailəsi ilə birlikdə mənzil ayrıldığına dair məhkəməyə sübutlar təqdim edilmişdir. 06 fevral 2024-cü il tarixdə məhkəmənin icraatında olan mübahisənin məhkəmədənkənar həll edilərək razılıq əldə edilməsi məqsədilə İddiaçı təkrar Naxçıvan Şəhər İcra Hakimiyyətinə dəvət edilmişdir Naxçıvan Şəhər İcra Hakimiyyətinin mənzil fondunun olmadığı izah edilərək, 2016-cı ildən bugünədək iddiaçının ailəsinə ayrılmış mənzilin və əlavə olaraq Naxçıvan şəhəri, Xətai məhəlləsində ticarət obyekti tikilməsi üçün 500 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi təklif olunaraq mənzilin açarları vətəndaşa təqdim edilmişdir. Lakin İddiaçı təklif edilən mənzilin açarlarını götürməkdən və torpaq sahələrindən imtina edərək razı olmadığını bildirmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respub likasının müvafiq normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” ilə bağlı məhkəmənin icraatında olan inzibatı iş üzrə ədalətli qərar qəbul olunması xahiş edilmişdir. Məktuba əlavə edilmiş 06 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2, Hüquq şöbəsinin məsləhətçisi X4, İstehsalat və xidmət sahələri sektorunun böyük məsləhətçisi X5 və Naxçıvan Şəhər 1 saylı Mənzil-İstismar İdarəsinin baş mühəndisi X3 iştirakları i lə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsində İddiaçı məxsus Naxçıvan şəhəri, H.Əliyev prospekti 4/9 ünvanında yerləşən qəzalı vəziyyətdə olduğu üçün sökülmüş mənzilin əvəzində ünvan 13də yerləşən sahəsi 97,86 kv.m. olan üç otaqlı yeni mənzillə birlikdə Naxçıvan şəhəri, Xətai məhəlləsində 500 kv.m. torpaq sahəsi təklif edilərək mənzilin açarları təqdim edilmiş, lakin vətəndaş İddiaçı təklif edilən mənzilin açarlarını və torpaq sahəsini qəbul etməmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.0556 ha torpaq sahəsində yer ləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 38,83 kv.m. ümumi, 27,66 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********71-05101-093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009). - Naxçıvan Şəhər 5 saylı Mənzil-İstismar İdarəsinin məlumatından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan H.Əliyev prospektində tikilən 7 mərtəbəli 6 mənzilli binanın 1-ci mərtəbəsində “Atəşgah” Sığorta yerləşir, qalan 6 mərtəbəsi isə H.Əliyev prospekti, bina 4, mənzil 1-1314137 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 2-1314207 nömr əli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 3-1314219 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 4-1314140 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 5-22 yanvar 2020-ci il tarixli, 07 nömrəli Sərəncam əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 6-1314178 nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 04/150 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 7 mərtəbəli yaşayış binası xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Naxçıvan Şəhər İcra Hakimiyyətinin adına qeydiyyata alınmış dır. 17 yanvar 2020-ci il tarixdə tərtib edilmiş 19322 nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanının hüquq subyekti kimi Naxçıvan Şəhər İcra Hakimiyyəti göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2019-cu il tarixli, 99 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində yeni tikiləcək 7 mərtəbəli, 6 mənzilli yaşayış binasının tikintisi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin istifadəsinə 334,77 m2 torpaq sahəsi ayrılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2019-cu il tarixli, 102 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 4 ünvanında yeni tikiləcək 7 mərtəbəli, 6 mənzilli yaşayış binasının təsdiq olunmuş layihə əsasında ti kintisinə icazə verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanında yerləşən mənzil 2016-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan sonra sökülmüş binada yaşayan 26 ailədən 25 ailə ünvan 17 ünvanında ev ilə təmin edilmişlər. Bu hal iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ilə öz təsdiqini tapır. Qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanının mülkiyyətçisi İddiaçı ona təklif edilən mənzildən imtina etmişdir. Sonradan iddiaçıya dəfələrlə həmin ünvandakı mənzil ilə bərabər, Naxçıvan şəhəri, Xətai məhəlləsində torpaq sahəsi də təklif edilmişdir. Lakin iddiaç ı bütün təkliflərdən imtina edərək, məhz qəzalı vəziyyətdə olduğu üçün sökülmüş binanın yerində tikilmiş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyətini əsassız hesab edib, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.2-ci maddəsinə vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.2.1-ci maddəsinə əsasən xüsusi mənzil fondu dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. İşin faktiki hallarından görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanında yerləşən mənzil 2016-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan sonra sökülmüş binada yaşayan 26 ailədən 25 ailə ünvan 17 ünvanında ev ilə təmin edilmişlər. Bu hal iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ilə öz təsdiqini tapır. Qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanının mülkiyyətçisi İddiaçı ona təklif edilən mənzildən imtina etmişdir. Sonradan iddiaçıya dəfələrlə həmin ünvandakı mənzil ilə bərabər, Naxçıvan şəhəri, Xətai məhəlləsində torpaq sahəsi də təklif edilmişdir. Lakin iddiaçı bütün təkliflərdən imtina edərək, məhz qəzalı vəziyyətdə olduğu üçün sökülmüş binanın yerində tikilmiş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ddiaçının tələbinin icrası hazırki vəziyyətdə mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, ilk növbədə, qeyd edilməlidir ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən mənzil 2016-cı ildə cavabdeh ünvan 3 qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür. İddiaçının mülkiyyət hüquqlarının pozulması işin mübahisəsiz halına aiddir. Bu hal cavabdeh inzibati orqan tərəfindən də etiraf edilir. Lakin qeyd edilməlidir ki, iddiaçının pozulmuş mülkiyy ət hüquqlarının qarşılığında ona kompensasiya məqsədi ilə mənzil və torpaq sahəsi təklif edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş akt iş materiallarına əlavə edilmişdir. Lakin icra nümayəndəliyi tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadakı bütün mənzillər hazırda xüsusi mülkiyyətə verilmişdir. İddiaçının tələbinin icrası hazırki vəziyyətdə qeyrimümkündür. Belə ki, iddiaçının iddia etdiyi binadakı mənzillər hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olmadığından iddiaçıya həmin binadan mənzil verilə bilməz. Göründüyü kimi iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilə bilmədiyindən iddia tələbi əsassız hesab edilmiş və bu səbəbd ən də rədd edilməlidir Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilə r. Qeyd olunan halları araşdırmaq apellyasiya instansiyası məhkəməsinin də xidməti vəzifəsinə aid olduğundan məhkəmə kollegiyası bu barədə araşdırma apararaq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89, 90.1, və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1 (122)-21/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 21(122)-21/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar