Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-12/2021 21.04.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və X1 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçıların vəkili, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil, İddiaçı3 nümayəndəsi Nümayəndə, cavabdeh təşkilatın nümayəndəsi X3, üçüncü şəxs X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxx x 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçıların vəkili, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil və İddiaçı3 nümayəndəsi Nümayəndə xx xxx 2020-ci il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı qeydiyyatın qismən ləğvi, çıxarışın qismən etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək xx xxxxxx 2018-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində X15 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissədə ləğv olunmasını, həmin qeydiyyat əsasında verilmiş seriya MH №-0061991 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 21(122)-55/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə X18 üçüncü şəxs qismində cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərardadı ilə inzibati işə həmç inin X21 və X20 üçüncü şəxs qismində cəlb edilmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması vəzifəsinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsinə qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan üçüncü şəxs X18 xx xxxxxx 2021-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 21(122)-55/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbu l edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı3 nümayəndəsi Nümayəndə və iddiaçıların vəkili, eyni zamanda İddiaçı1, İddiaçı2 nümayəndəsi Vəkil apellyasiya şikayətinə dair mülahizələr göndərməklə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Üçüncü şəxs X18 şikayəti onunla əsaslandırmışdır ki, mübahisə olunan torpaq sahəsi 1960-cı ildən atası mərhum Əliyev Qadirin qanuni istifadəsinə verilmiş (1969-1971-ci illərə dair təsərrüfat kitabından çıxarışların təsdiq olunmuş surəti birinci instansiya məhkəməsinə təqdim edilmişdir), 1990-cı ildə həmin torpaq üzərində yerləşən yaşayış evinə dair 27 nömrəli texniki pasport tərtib edilmiş, onun qanuni istifadəsində olan torpaq sahəs i həmin pasportda qeyd olunmuşdur. İddiaçı1 mərhum atası ilə 1988-ci ildə rəsmi ailə həyatı qurmuşlar. Xanım atasının ikinci arvadıdır. Naxçıvan Şəhər Məhkəməsində atası Qadirdən miras qalmış bu əmlakla bağlı tərəflərindən mirasın qəbulu ilə bağlı iddia qaldırılmış atası Qadirin ikinci arvadı İddiaçı1, qızları İddiaçı2 və İddiaçı3 inzibati məhkəmədə məlum iddianı qaldırmış Naxçıvan Şəhər Məhkəməsində mirasla bağlı qaldırılmış iddianın icraatı dayandırılmışdır. Göründüyü kimi iddiaçılar bu iddianı qaldırmaqda atasından qalmış mirasdan onlara çatası paydan əlavə torpaq sahəsinə dair əmlakdan daha çox pay əldə etmək istəyirlər. Əgər bu iddia təmin olunarsa atasından miras qalmış əmlakın həcmi əsaslı dərəcədə azalacaq, vərəsələr arasında pay bölgüsündə payın həcminə görə qeyrimütənasiblik və ə dalətsizlik olacaqdır. Onun müraciəti əsasında 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən (həmin dövrdə Dövlət Komitəsi) torpaq sahəsinə dair ******* nömrəli sonra isə həmin torpaq sahəsinə və onun üzərində yerləşən 96.32 m2 ümumi sahəsi olan yaşayış evinə dair ******* nömrəli müvafiq çıxarış verilmişdir. Qeyd olunan çıxarışların verilməsi üçün hüquqi əsas 1990-cı ildə X15 adına tərtib olunmuş texniki pasportdur. Məhkəmə məlum qərarı qəbul edərkən 9-cu səhifədə qeyd edir ki, Dövlət Xidməti tərəfindən iddiaçılara göndərilmiş 147 nömrəli məktubun surətindən müəyyən olunur ki, torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair X15 adına verilən 27 inventar nömrəli texniki pasportda torpaq sahəsinin Qadir Əliyevin qanuni istifadəsində olması öz təsdiqini tapmışdır. Qərarın 1 0-cu səhifəsində isə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, 2003-cü il tarixdə Əliyev Qadir vəfat edəndən sonra komitə tərəfindən torpaq sahəsi digər payçılar nəzərə alınmadan bütünlükdə Qadir Əliyevin adına rəsmiləşdirilərək dövlət aktı tərtib edilmişdir. Qərarın 9-cu səhifəsində torpaq sahəsinin Əliyev Qadirin qanuni istifadəsində olmasını məhkəmə özü təsdiq edir. 10-cu səhifədə isə iddiaçıların torpaq sahəsinə payçı olduqlarına münasibət bildirmişdir. Qərarın 3-cü səhifəsində isə Naxçıvan MR Ali Məhkəməsinin qətnaməsi ilə iddiaçıların cavabdeh təşkilata qarşı payların müəyyən edilməsi tələbi barədə iddialarının rədd edilməsini göstərmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin torpaq islah atı haqqında qanunun dövlət reyestri haqqında qanunun və inzibati icraat haqqında qanunun normalarına istinad etmişdir. Həmin normaların iddiaçıların xeyrinə şərh edilməsini düzgün hesab etmişdir. Lakin torpaq sahəsinə dair qeydiyyatı ləğv etməklə Qadir Əliyevin əmlak üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Yaşayış evinin hal-hazırda hansı obyektin üzərində mövcud olması məlum deyil. Həmçinin məhkəmə qərarından belə nəticə hasil olur ki, Qadir Əliyevin torpağa da mülkiyyət hüququ yoxdur. Məhkəmə qərarın 10-cu səhifəsində Mülki Məcəllənin 23.1-ci maddəsinə istinad etsə də maddənin məzmunu 23.1-ci maddədə qeyd olunandan fərqlidir. Məhkəmə qərar qəbul edərkən məhkəməyə təqdim olunmuş 1969-1971 -ci illərə dair təsərrüfat kitabından çıxarışı və 1990-cı ildə Qadir Əliyevin adına tərtib olunm uş 27 nömrəli texniki pasportu nəzərə almamışdır. Bir tərəfin hüququnun təmin olunması digər tərəfin hüququnun pozulması ilə edilə bilməz. Məhkəmə JN- 940 A torpağa dair şəhadətnaməni torpağın reyestr qeydiyyatına alınması üçün hüquqi əsas hesab etdiyi halda təsərrüfat kitabından çıxarışı və texniki pasportu hüquqi əsas hesab etmir. Şikayətin hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli fərmanına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Qərarına istinad edilməklə, müvafiq maddi hüquq normalarının tələblərinin məhkəmə tərəfindən pozulduğu qeyd olunmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, üçüncü şəxslər X21 və X20 məhkəmə iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, üçüncü şəxslər X16 və X12 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında üçüncü şəxs X18 şikayəti müdafiə edərək onunla eyni məzmunlu izahat verərək şikayətinin təmin olunmasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 20 20-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatlarında iddiaçıların vəkili, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil və İddiaçı3 nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilatın nümayəndəsi X2 rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 239 nömrəli Qərarına əsasən vətəndaşlara JN-940A inventar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verildiyini, bu şəhadətnaməyə əsasən də X22 və onun ailə üzvləri X19, X13 və İddiaçı2 həmin torpaq sahəsinin mülkiyyətçiləri hesab olunduqlarını, lakin çıxarış verilərkən yalnız X15 adı çıxarışa yazıldığını, ümumiyyətlə əvvəllər daşınmaz əmlaklara çıxarış verilərkən yalnız ailə başçısının adı qeyd edildiyini bildirərək bu barədə qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalar ını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya i nstansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçılar tərəf indən X15 adına aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə aid hissəsi mübahisələndirilmişdir. İşin müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayonu, Bulqan kəndində 0.21 ha torpaq sahəsi X15 və onun ailə üzvləri X10, X7 və İddiaçı2 mülkiyyətinə verilmiş və bu barədə JN-940 A kod 10304005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. X13 ilə Nümayəndə arasında xx xxxxxxx 2009-cu il tarixdə nikah bağlanmış və X8 Hüseynova soyadı verilmişdir. Kollegiya ilk olaraq apellyasiya şikayətində göstərilmiş “Məhkəmə qərarın 10-cu səhifəsində Mülki Məcəllənin 23.1-ci maddəsinə istinad etsə də maddənin məzmunu 23.1-ci maddədə qeyd olunandan fərqlidir” dəli linə münasibətdə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarının mətnində (əsaslandırma hissəsində) yol verilmiş aşkar yazı səhvləri düzəldilmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddəsi kimi göstərilmiş 23.1-ci maddə “Daşınmaz əmlakın dövlət reyestiri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsi kimi oxunmalı olduğu qeyd edilmişdir. Kollegiya apellyasiya şikayətində qeyd edilən, “iddiaçıların bu iddianı qaldırmaqda atasından qalmış mirasdan onlara çatası paydan əlavə torpaq sahəsinə dair əmlakdan daha çox pay əldə etmək istəmələri, bu iddia təmin olunarsa atasında n miras qalmış əmlakın həcminin əsaslı dərəcədə azalacağı, vərəsələr arasında pay bölgüsündə payın həcminə görə qeyri-mütənasiblik və ədalətsizlik olacağı, məhkəmənin qərar qəbul edərkən məhkəməyə təqdim olunmuş 1969-1971-ci illərə dair təsərrüfat kitabından çıxarışı və 1990cı ildə Qadir Əliyevin adına tərtib olunmuş 27 nömrəli texniki pasportu nəzərə almaması, məhkəmənin JN- 940 A torpağa dair şəhadətnaməni torpağın reyestr qeydiyyatına alınması üçün hüquqi əsas hesab etdiyi halda təsərrüfat kitabından çıxarışı və texniki pasportu hüquqi əsas hesab etməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki kollegiyasının x xxxxx 2011-ci il tarixli Qərarının Azərbayc an Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2012-ci il tarixli Qərarında qeyd edilir ki, “1991-ci ilədək torpaq sahələri üzərində yalnız dövlət mülkiyyəti olmuş, vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmələri daimi istifadə formasında olmuşdur. Bu öz növbəsində onların torpağa və onun üzərində yerləşən mülkiyyətə hüquqlarının davamlılığını təmin edirdi. Ev sahibinin – evin yerləşdiyi torpaq sahəsinin istifadəçisinin bu torpağa daimi (müddətsiz) istifadə hüququnun tanınması digər qeyri-dövlət subyektlərinin həmin torpaq sahəsinə sərəncam verməsini istisna edirdi. Konstitusiyanın qəbulundan sonra qanunverici, mülkiyyətin xüsusi formasının yaranması ilə əlaqədar vətəndaşlara torpaq üzərində malik olduqları hüquqi statusu (daimi istifadə) başqa birisi ilə əvəz etmək imkanını təmin etmişdir......“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kol lektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə t utulmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışdır. Burada nəzərə alınmalıdır ki, daimi istifadədə olan torpaq sahələrinin yuxarıda göstərilən qanunvericilik aktlarında müəyyən edilmiş xüsusi şərtlər çərçivəsində vətəndaşların mülkiyyətinə verilməsi daimi istifadədə olan torpaqların vərəsəlik kütləsinə daxil edilməməsinə dəlalət edir. Bununla yanaşı, “Topraq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsu si mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Belə ki, Konstitusiyada və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi qaydasını, o cümlədən mülkiyyət hüququnun əldə olunması qaydasını müəyyən edən normativ hüquqi aktlar bu hüquq və azadlıqları inkar edə və ya hər hansı digər vasitələrlə qanunsuz məhdudlaşdıra bilməzlər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlm əsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır.” Bu nöqteyi-nəzərdən işə baxılarkən kollegiya tərəfindən məhz mübahisəli torpaq sahəsinin X10, X7 və İddiaçı2 xüsusi mülkiyyətinə verilməsinin əsaslarını təşkil edən yuxarıda qeyd olunan normativ hüquqi aktlara lazımi diqqət yetirilməlidir. Qeyd edilməlidir ki, konkret bu halda üçüncü şəxs X9 müraciəti əsasında mübahisəli həmin torpaq sahəsi üzərində digər mülkiyyətçilərin olduğu nəzərə alınmadan tək mülkiyyətçi kimi X15 adına çıxarış verilməsi torpağın digər mülkiyyətçiləri olan X10, X7 və İddiaçı2 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması və eyni zamanda X14 qalan miras kütləsinin həcmini onun mülkiyyətinə daxil olmayan əmlak hesabına qanunsuz artırılması ilə nəticələnmişd ir. Üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətində qeyd etdikləri və məhkəmə baxışında verdiyi izahatlar o qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxsin məqsədi mübahisəli torpaq sahəsinin yeganə mülkiyyətçi kimi atası X15 adına qeydiyyata aldırmaqla mirasın həcmini artırmaq və bununla da digər vərəsələrə çatası payın artırılmasına nail olmaqdan ibarətdir. Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qi smində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə x xxxxxx 2008-ci il tarixli Qərarı). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Azərbaycan Respublikasında torpaq islahatı həyata keçirilənədək torpaq dövlətin müstəsna mülkiyyətində olmuşdur. Babək rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 239 nömrəli Qərarı ilə 0,21 he ktar torpaq sahəsi X15 və ailə üzvləri X10, X7 və İddiaçı2 birgə mülkiyətlərinə verilmişdir. Bu barədə vətəndaşlara JN-940A inventar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə təqdim edilmişdir. Apellyasiya şikayətində, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan sənədlərin sıyahısının müəyyən olunduğu qanunvericilik normalarına istinad edilməsi ilə əlaqədar dəlillərə münasibətdə qeyd edilməlidir ki, yuxarıda da konkret olaraq qeyd olunduğu kimi, mübahisə obyekti olan torpaq sahəsinin, Babək rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1999-cu il tarixli, 239 nömrəli Qərarı ilə, X10, X7 və İddiaçı2 mülkiyyətinə verilmiş hissəsi X14 qalan mirasın kütləsinə daxil edilməsi yolverilməzdir. X27 Komissiyasının qeyd olunan qərarı və həmin qərar əsasında torpağın X1 0, X7 və İddiaçı2 mülkiyyətinə verilməsini təsdiq edən JN-940A inventar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə məhkəmə qaydasında mübahisələndirilməmişdir və hüquqi qüvvəyə malikdir. Yəni başqa şəxsə mülkiyyət hüquqları ilə məxsus olan əmlak apellyasiya şikayətində qeyd edildiyi şəkildə digər şəxsin mülkiyyətinə verilə bilməz. Eyni zamanda apellyasiya şikayətində, qaldırılmış iddiada iddiaçıların məqsədinin mirasdan daha artıq pay almaq olması və əgər iddia təmin olunarsa miras əmlakın həcminin əhəmiyyətli dərəcədə azalacağı və vərəsələr arasında pay bölgüsündə payın həcminə görə qeyri-mütənasibliyin və ədalətsizliyin olacağı barədə dəlilinə münasibətdə qeyd edilir ki, ayrı-ayrı vərəsələrin özlərinə məxsus əmlakın mirasın kütləsinə daxil edilərək digər vərəsələrlə bərab ər onlar arasında təkrarən bölünməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir və bunun heç bir hüquqi əsaslandırılması ola bilməz. Həmçinin, iş materialları və cavabdehin nümayəndəsinin verdiyi izahatlarla da müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0,2096 ha torpaq sahəsinə X15 adına 27.04 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra xx.xx.2018-ci il tarixdə X15 adına yenə də həmin 0,2096 ha torpaq sahəsinə və üzərində yerləşən 96.32 kv.m fərdi yaşayış evinə ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da torpaq sahəsinə əvvəl verilmiş 27.04 2018-ci il tarixli daşınmaz əmlakın dövlət r eyestrindən çıxarış qüvvədən düşmüşdür. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı barədə 27.04 2018-ci il tarixdə verilmiş çıxarış X15 və ailə üzvləri X10, X7 və İddiaçı2 birgə mülkiyyət hüququnun təsdiq edilməsi barədə 2002-ci ildə verilmiş JN-940A inventar nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilsə də, torpaq üzərində digər şəxslərin mülkiyyət hüquqlarının mövcudluğu nəzərə alınmamışdır. Hal-hazırda mübahisəli torpaq sahəsinə X15 adına tam mülkiyyət hüququnu təsdiq edən, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********7310301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin X15 və digər ailə üzvləri X10, X7 və İddiaçı2ın xüsusi mülk iyyətinə keçirilməsinin əsaslarını təşkil edən yuxarıda qeyd olunan normativ hüquqi aktların Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən düzgün tətbiq edilməməsi nəticəsində X10, X7 və İddiaçı2ın Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxs X18 tərəfin apellyasiya şikayətində göstərdiyi dəlilləri müzakirə edərək qeyd edir ki, üçüncü şəxs apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərindən çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini düzgün qiymətləndirərək yuxarıda qeyd edilən maddi hüquq normalarına düzgün istinad etmiş, iddia tələbinin əsaslarına münasibətdə düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsində iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya tərəfindən şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən inzibati iş üzrə üçüncü şəxs X18 tərəfindən verilmiş şikayət təmin edilməməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması tələbi” nə dair inzibati iş üzrə Naxç ıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 21(122)-55/2020 nömrəli qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş şikayət təmin edilməsin. İddiaçılar İddiaçı1, İd diaçı2 və İddiaçı3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “xx xxxxxx 2018-ci il tarixdə reyestrdə aparılmış ********** nömrəli qeydiyyatın torpaq sahəsinə dair hissədə ləğv olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-55/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Sənan Qarayev Hakimlər: Vüqar Quliyev Mehman Allahverdiyev
Məhkəmə qərarları › İş №2-1(108)-12/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-12/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver