Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-12/2023 14.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onun barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2- 1(122)-28/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 10 noyabr 2022ci il tarixli mübahisələndirmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin onun barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin 06 fevral 2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək ərizənin nəzərə alınıb prosessual müddətin bərpa olunmasına kömə klik göstərilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)28/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 06 fevral 2023-cü il tarixli ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)-28/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, 2014-cü ildən 2022-ci ilin oktyabr ayının 1dək hərbi hissədə qüsursuz olaraq xidmət etməyinə baxmayaraq əsassız olaraq xidmətə uyğuns uzluqla xidmətdən azad edilmişdir. Bu isə xidmətlə bağlı deyil hərbi hissənin komandiri ilə şəxsi münasibətlərinin olmaması ucbatından baş vermişdir. Prosessual müddət uzun müddət çərçivəsində buraxılmadığına baxmayaraq məhkəmə müddəti əsassız olaraq bərpa etməmiş, iddianı mümkün saymamışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək şikayətlə eyni məzmunlu izahatlar verərək şikayətin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)28/2023 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 şikayəti qəbul etməyərək şikayətin tə min olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)28/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-in müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İPM-i ilə yanaşı Azərbaycan Respublikası MPM-in müddəalarını da tətbiq edir. Həmçinin Azərbaycan Respublikası İPM-in 81.3-cü maddəsinə görə şikayətlə bağlı başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə i craatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının MPM-in apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati ak tın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarının 9-cu bəndinə göstərildiyi kimi, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş müm künlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Kollegiya şikayətdə göstərilən dəlillərə münasibətdə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirir. Mübahisələndirmə haqqında iddia tələbi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalı dır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə uyğun olaraq mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərp ası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 21 fevral 2023-cü il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilmiş etirazdan aydın olur ki, 03 oktyabr 2022-ci il tarixdə iddiaçıya “təyinat vərəqəsi” verilərək SHXÇDX-nin Culfa rayon bölməsində qeydiyyatda durmaq üçün getməsi əmr edilmiş, həmin “təyinat vərəqəsi”ndə iddiaçı tərəfindən mübahisələndirilən 01 oktyabr 2022-ci il tarixli, 0162əç nömrəli əmr qeyd olunmuş, həmin gün onun ehtiyata buraxılmasından məlumatı olmuş, həmçinin qeyd olunan əmr məxfi olduğu üçün isə ona təqdim olunması mümkün olmamış, lakin hərbi hissədə onun özünün də olduğu sırada şəxsi heyətin qarşısında oxunaraq əmr ona və digərlərinə elan olunmuşdur. İş materiallarında olan sənədlərin surətindən məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə intizam məsuliyyətinə cəlb edildikdən sonra “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə hərbi xidmətdən ehtiyata buraxılmış və bu barədə ertəsi gün ona müvafiq qaydada məlumat verilmişdir. Belə ki, iddiaçı birinci instansiya məkəməsində və eləcə də apellyasiya instansiya məhkəməsində keçirilən şifahi məhkəmə baxışı iclaslarında verdiyi izahatlarında bölük komandirinin ona tərxis olunduğunu xəbər verdiyini, 01 oktyabr 2022-ci il tarixdə düzülüşdə cərgədə dayananda hər kəsin önündə ona ehtiyata buraxıldığının elan olunduğunu, formanı təhvil verməli olduğunun bildirildiyini, 03 oktyabr 2022-ci il tarixdə təyinat vərəqəsinin ona verildiyini və qeydiyyata dayanması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon İdarəsinin sərəncamına getməsinin əmr olunduğunu, oxuyub təyinat vərəqəsi ilə tanış olduğunu qeyd etmişdir. Lakin, iş matyeriallarından aydın olur ki, iddia ərizəsi 11 noyabr 2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərilmişdir. İş materiallarında olan 02 oktyabr 2022-ci il tarixli, 2456 nömrəli təyinat vərəqəsindən də İddiaçı 03 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon idarəsinin sərəncamına getməsinin əmr olunduğu müəyyən olunur. Həmin təyinat vərəqəsinin əsası kimi X5 X4 üzrə müavinin xx.xx.2022-ci il tarixli, 0162 əç nömrəli əmri göstərilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçuların xidmətə qəbul edilməsi, staj, intizam məsuliyyətinə cəlb olunması və xidmətdən azad olunması ilə bağlı məlumatlar müvafiq olaraq hərbi biletdə qeyd olunur. İş materiallarında olan AO0727416 nömərli hərbi biletin surətindən məlum olur ki, X5 X4 üzrə müavininin xx.xx.2022-ci il tarixli, 0162 əç nömrəli əmri həmin hərbi biletdə qeyd olunmuş və həmin hərbi bilet xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Bununla belə iddiaçıya xx.xx.2022-ci il tarixli, 0162 əç nömrəli əmr xx.xx.2022-ci il tarixdə elan olunmuşdur. İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Azərbaycan Respublikasının Silahlı X1 50-ci maddəsinin “z” bəndinə görə müddətdən artıq xidmət çavuşları barəsində xidmət vaxtı b aşa çatmamış ehtiyata buraxma intizam tənbeh tədbiri tətbiq oluna bilər. Azərbaycan Respublikasının Silahlı X1 60-cı bəndinə əsasən korpus komandirləri, qoşun növü, silahlı qüvvələr növlərinin komandanları, eləcə də müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinləri onların tabeliklərində olan əsgərlər, matroslar və çavuşlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Silahlı X1 98-ci bəndinə əsasən verilmiş intizam cəzaları əsgərlərə şəxsən və ya sıra önündə elan edilməlidir. Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq əmrlə bağlı iddiaçıya məlumat verilməsini inzibati aktın elan olunması kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası İPM-in 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Re spublikası MPM-i ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan iddiaçının işdən çıxarılması ilə bağlı əmrdən vaxtında xəbərdar olması və buna baxmayaraq qanunla müəyyən edilmiş müddəti buraxmaqla məhkəməyə müraciət etməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə icla sında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət verildikdə və müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. İş üzrə materiallardan o da məlum olur ki, birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı da həmçinin əmrdən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti buraxdığını bildirərək müddətin bərpası ilə bağlı ərizə ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmiş, lakin buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkə məsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onun barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)28/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)28/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxla nılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin onun barəsində xidmətə uyğunsuzluqla bağlı qəbul etdiyi 01 oktyabr 2022-ci il tarixli əmrinin ləğv olunması və xidmətə bərpa olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(122)-28/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 21(122)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-12/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-12/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver