Məhkəmə qərarları › İş №2-1(108)-121/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-121/2025

06.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-121/2025 06.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi X10, iddiaçının vəkili Vəkil və tərcüməçi X4 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(122)-773/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "Tural” Kiçik Müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli "xxxx" Kiçik Müəssisəsinin “Polad” otelinin dö vlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” Kiçik Müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Tural” Kiçik Müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli "xxxx" Kiçik Müəssisəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” Kiçik Müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 12 sentyabr 2025-ci il tarixli, 2-1(122)-773/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 12 nömrəli sərəncamı ilə Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelin dövlət ehtiyacları üçün götürülməsi məqsədilə ona nağd yolla 64516 manat vəsait ödənilməsi nəzərdə tutulmuşdur. 11 yanvar 2010-cu il tarixdə Naxçıvan şəhərində “Polad” otelinin səlahiyyətli nümayəndəsi Əliyev Ürfətin iştirakı ilə tərtib olunmuş akta əsasən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010cu il tarixli, 04 saylı sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndir ilməsi aparılmış, qiymətləndirmə zamanı binanın ümumi dəyəri 161291,47 (yüz altmış bir min iki yüz doxsan bir manat qırx yeddi qəpik) manat olmuşdur. Binanın köhnəlməsi hesablandıqdan sonra qalan dəyəri 64516,59 (altmış dörd min beş yüz on altı manat əlli doqquz qəpik) manat olmuşdur. Həmin zaman üç il idi ki, ”Polad” oteli bağlı idi. Üç ildən sonra onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə dəvət edərək bildirdilər ki, otelin ərazisi yola düşür. Məhz bu baxımdan da ərazi yola düşdüyündən ona az bir miqdarda pulun veriləcəyini bildirdilər. O da məcburiyyət qarşısında qalıb verilən pulu qəbul etməli olmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 saylı sərəncamından isə xəbəri olmamış və ona rəsmi qaydada verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi apellyasiya şikayətində apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 saylı sərəncamının mövcudluğundan məlumatsız olmuşdur. Prosessual məsələlər İddiaçının nümayəndəsi X16 izahatında qeyd etmişdir ki, 2000-ci illərdə Naxçıvan şəhərində ona məxsus otel və yeməkxana olmuşdur. 2007-ci ildə ona məxsus hər iki obyekt bağlanır və həmin tarixdən hər iki obyektdən artıq istifadə edə bilmir. Ona bildirirlər ki, otel avtomobil yoluna düşdüyündən söküləcəkdir. 2010-cu ildə isə ona şərt qoyulur ki, oteldən imti na edəcəyi təqdirdə yeməkxanadan istifadəsinə şərait yaradılacaqdır. O, razılaşmaya uyğun yeməkxananın ərazisindən istifadə etsədə, yeməkxana kimi istifadəsinə icazə verilməmişdir. O, yeməkxanada yaşamış, onun həyətində ağaclara qulluq etmişdir. İş materiallarında olan və ona göstərilən sənəddəki imza onun imzasına oxşasada, o qeyd edilən məzmunda sənəd imzalamamışdır. Otel ilə bağlı 2010-cu ildə o, bir sənədi imzalasada, həmin sənədi oxumamış, həmçinin həmin sənəd ona elan edilməmişdir. Onu məcbur ediblər o da həmin sənədi imzalayıb. Ona otelin əvəzi olaraq hər hansı bir pul məbləği ödənilməmişdir. Otelin onun əlindən alınması ilə əlaqədar əvvəllər məhkəməyə müraciət etməmişdir. O, Ürfət Əliyevə müəyyən işlərin görülməsi ilə əlaqədar etibarnamə vermişdir. Onlar bir yerdə işləmiş, hazırdad a Naxçıvan şəhərinə gələndə onun evində yaşayır. Lakin o, həmin şəxsə otelin dövlət ehtiyacı üzrə sökülməsi ilə əlaqədar hər hansı bir səlahiyyət verməmişdir. Həmçinin mübahisələndirdiyi sərəncamın mövcudluğundan məlumatsız olmuşdur. O, oteldən 2007-ci ildən istifadə etməmiş və otel onun əlindən alınmışdır. O apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin n ümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdırar aq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan 17 yanvar 2002-ci il tarixli, 000077 nömrəli X1 müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsinin adına Naxşıvan şəhəri, Azərbaycan küçəsi 16 ünvanında yerləşən motelin texniki pasportu tərtib edilmişdir. İşdə olan xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, Salih Polat tərəfindən bütün rəsmi orqanlara onun adından müraciət etmək, imzalamaq, razılıq ərizələrini imzalamaq səlahiyyətləri X8 etibar edilmişdir. İşdə olan 11 yanvar 2010-cu il tarixli aktın surətində qeyd edilmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il tarixli, 04 saylı sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməs i aparılmışdır. Qiymətləndirmə zamanı binanın ümumi dəyəri 161291,47 (yüz altmış bir min iki yüz doxsan bir manat qırx yeddi qəpik) manat olmuşdur. Binanın köhnəlməsi (amartizasiyası) hesablandıqdan sonra qalan dəyəri 64516,59 (altmış dörd min beş yüz on altı manat əlli doqquz qəpik) manat olmuşdur. İşdə olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli sərəncamının surətində qeyd olunmuşdur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 yanvar 2010-cu il tarixli, 04 saylı sərəncamı ilə yaradılmış komissiyanın Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi ilə bağlı aktı nəzərə alınmışdır. Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelin dövlət ehtiyacları üçün götürülməsi məqsədilə otelin sahibi Türkiyə Respublikasının vətəndaşı X12 nəğd yolla 64516 manat vəsait ödənilməsi, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin dəyərinin ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində birinci rüb daxilində mədaxilin plandan artıq yığılacaq hissəsindən 64516 manatın Naxçıvan Şəhər İcra Hakimiyyətinin tədbirlər hesabının birinci rüb 226200 kod maddəsinə yönəldilməsi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin baş mühasibinə ayrılmış vəsaitin Türkiyə Respublikasının vətəndaşı X12 verilməsinin tapşırılması qərara alınmışdır. İşdə olan xx.xx.2010-cu il tarixli Salih Polat tərəfindən imzalanaraq səlahiyyətli dövlət orqanlarına göndərilməsi nəzərdə tutulan bildirişin surətində qeyd edilmişdir ki, mən X3 MR, Naxçıvan şəhər, Ə.Qəmküsar küçəsində yerləşən “Polat” otelinin dövlət ehtiyacı üçün sökülməsi ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 25 yanvar 2010-cu il tarixdə 64516 (altmış dörd min beş yüz on altı) AZN manat (79710 ABŞ dolları) almışam. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun müm künlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş müvafiq icra hakimiyyəti o rqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli "xxxx" Kiçik Müəssisəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” Kiçik Müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzər inə qoyulması barədə iddia qaldırmışdır. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsindən ibarətdir. İddiaçı həmin qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə mübahisələndirə bilərdi. Birinci instansiya məhkəməsi bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərmişdir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı "Tural” Kiçik Müəssisəsi hazırkı iş üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, "Tural” Kiçik Müəssisəsi mübahisələndirilən sərəncamdan xəbərdar olmuşdur. Belə ki, 11 yanvar 2010-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə tərtib edilmiş aktın məzmunundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il tarixli, 04 saylı sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi aparılmış, “Polad” otelinin səlahiyyətli nümayəndəsi X13 həmin aktın tərtib edilməsində iştirak edərək aktın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bu halı təsdiq edərək, imzaladığı aktın məzmunundan məlumatlı olduğunu və iddiaçını da həmin akt barədə, yəni Polad otelin dövlət ehtiyacları məqsədilə alınması üçün əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumatlandırdığını bildirmişdir. Sonradan "Tural” Kiçik Müəssisəsinin rəhbəri X20 şəhər, Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin dövlət ehtiyacı üçün alınması ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 25 yanvar 2010-cu il tarixdə 64516 (altmış dörd min be ş yüz on altı) AZN manat alması barədə səlahiyyətli dövlət orqanlarını məktubla məlumatlandıraraq, bu halı yazılı şəkildə imza edərək təsdiq etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Salih Polad həmin imzanın ona məxsus olduğunu və onun tərəfindən imzalandığını təsdiq etmişdir. Lakin iddiaçı mübahisələndirilən sərəncamın qəbulundan 15 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər İ cra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsinin məzmunu, iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahat, apellyasiya şikayətinin məzmunu, iddiaçının nümayəndəsinin apellyasiya instansiya məhkəməsində verdiyi izahatlar arasında ziddiyyətlər mövcuddur. İddiaçının nümayəndəsi apellyasiya instansiya məhkəməsində verdiyi izahatında Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 saylı sərəncamının mövcudluğundan məlumatsız olduğunu qeyd etsə də, iddia ərizəsində, həmçinin apellyasiya şikayətində otel ilə əlaqədar pul məbləğini qəbul etdiyini etiraf etmişdir. Beləliklə, iddiaçının nümayəndəsi mübahisələndirdiyi sərəncamdan məlumatlı olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi X 10 apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(122)-773/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar