Məhkəmə qərarları › İş №2-1(108)-122/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-122/2024

26.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-122/2024 26.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 nümayəndəsi Nümayəndə3, üçüncü şəxs X5 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömr əli qərarı ilə X5, X4, X6, Nümayəndə2 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 kv.m torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kv.m ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıv an MR İnzibati Məhkəməsinə müraciət edərək “ödənişli sahənin və tikililərin qonşu sahədən çıxarılmaqla fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun üzərinə daxil edilməsi” öhdəliyinin cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, məhkəmənin 16 aprel 2024-cü il tarixli, 21(122)-121/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Məhkəmənin 31 may 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına X12 üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 Naxçıvan MR İnzibati Məhkəməsinə təqdim etdiyi 12 avqust 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilmiş, məhkəmənin 01 oktyabr 2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu, 81 nömrəli qərarı ilə X5, X4, X6, Nümayəndə2 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 kv.m tor paq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadının ləğv edilərək iddia tələbinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən ərazi ödənişli sahə olmaqla sahənin plan-sxemində öz əksini tapmışdır. Ödənişli sahənin nə olması, nə üçün ərazinin ödənişli olaraq saxlanılması məhkəmə baxışı iclasının gedişində cavabdeh təşkilat tərəfindən cavablandırılmamışdır. Bundan başqa X5 və digərlərinin mülkiyyətinə verilən zaman və sahə dövlət qeydiyyatına alınarkən ərazinin tikililərdən ibarət olması, yüklü olması nəzərə alınmadan sahə qonşunun mülkiyyətinə verilmiş və həmin ərazi də qonşunun sahəsinə keçmişdir. Lakin işə baxan məhkəmə bunu nəzərə almamış sahiblikdən məhrumetmə ilə bağlı iddialara iddia müddətinin tətbiq olunmaması nəzərə alınmadan iddia mümkün sayılmamışdır. Halbuki ərazidə olan tikililər və torpaq sahəsi ödənişli olmaqla ona məxsusdur. Tikililər aparılan zaman isə maraqlı şəxslərin həmin t ikililərlə bağlı hər hansı bir etirazları olmamışdır. Tikililər söküləyəcəyi təqdirdə külli miqdarda ziyana düşəcəyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Babək rayon Aqrar İslahat Komissiyasının qərarı, texniki pasportun tərtibi və 450.46 kvadrat metr ərazinin qonşunun üzərinə keçməsi isə ona işə baxılarkən məlum olmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ və İV bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci və 34-cü maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, iddiaçının vəkili Vəkil, üçüncü şəxs X12 şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadının ləğv edilməklə iddia tələbinə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 şikayətin təmin edilməməsini və Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədi yi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərə findən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan sənədlərə əsasən: Əmlak Məsələləri Dövlət Xidməti tər əfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubda göstərilmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarına əsasən JN-570 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 762,92 kv.m həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-570A-A nömrəli, 05 sentyabr 2005-ci il tarixli Şəhadətnamənin surətindən aydın olur ki, Babək Rayon Notariat Kontorunun 30 avqust 2005-ci il tarixli 4Ə-1-98 nömrəli müqaviləsi əsasında 0,08 hektar həyətyanı torpaq sahəsi iddiaçının anası X9 mülkiyyətinə verilmişdir. İddiaçının anası X7 adına tərtib edilmiş xx.xx.2008-ci il tarixli,192 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda torpaq sahəsinin sənəd üzrə və faktiki 762,90 kv.m olması göstərilmişdir. İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə xx.xx.2021-ci ildə vəfat etmiş iddiaçının anası X8 adına qeydiyyata alınmış və ondan miras qalan daşınmaz əmlak kimi ünvan 1 ünvanında yerləşən 0.0762 ha torpaq sahəsi və üzərində yerləşən 98,02 kv.m fərdi yaşayış evi göstərilmişdir. Babək Rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışından aydın olur ki, Şıxmahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabda X5 adına 0,27 ha torpaq sahəsi qeydə alınmışdır “Torpağın mülkiyyətə verilməsinə dair” JN-571 A nömrəli 05 iyun 2002-ci il tarixli Şəhadətnamənin surətindən aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixl i, 81 nömrəli qərarı ilə 0,27 hektar həyətyanı torpaq sahəsi X12 və onun ailə üzvləri X4, X6, Nümayəndə2 ümumi mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin 2701,2 kv.m olması qeyd olunmuş və torpaq sahəsinin planında qonşuluqdakı 570 A nömrəli torpağın mülkiyyətçisi kimi X10 göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvan MR İnzibati Məhkəməsinə təqdim olunmuş 06 may 2024-cü il tarixli, 04/331 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Babək rayon Şıxmahmud kəndində 762,9 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 98,02 kv.m olan fərdi yaşayış evi JN-570A-A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyes trində X7 adına qeydiyyata alınmışdır. Həmin şəhadətnamədə Banı Qasımovanın mülkiyyətində olan torpaq sahəsinin 762,9 kv.m olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər 2 saylı notariat ofisində qeydiyyata alınan 2V-5 saylı vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evi yerləşdiyi 762,9 kv.m torpaq sahəsi ilə birlikdə İddiaçı adına qeydiyyata alınmışdır. X12 və ailə üzvlərinə məxsus olan, Babək rayon Şıxmahmud kəndində yerləşən fərdi yaşayış evi JN-571A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixdə X12 və ailə üzvlərinin adına qeydiyyata alınmışdır. JN-571A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin 2701,2 kv.m olduğu qeyd olunmuşdur. İddiaçı iddia etdiyi torpaq sahəsi sənəd üzrə Qasım Q arayev və ailə üzvlərinin mülkiyyətində olan 2701,2 kv.m torpaq sahəsinin sərhədləri daxilindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 98 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0.0762 hektar torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 207.19 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və 0.2701 hektar torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə X12 və onun ailə üzvlərinin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə t utulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı “Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə 0.27 hektar torpaq sahəsinin X5, X4, X6, Nümayəndə2 mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli, 05 iyun 2002-ci il tarixli şəhadətnamənin ona verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 kv.m torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunmaqla bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunmasına, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kvadrat metr “ödənişli sahənin” onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı nın mübahisələndirdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-571 A nömrəli Şəhadətnamə Babək Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında 05 iyun 2002-ci il tarixdə, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən (01 yanvar 2011-ci il tarixədək) əvvəlki dövrdə verilmişdir. Həmin şəhadətnamənin verildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və t əşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, həmin aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Kollegiya qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. İddiaçı tərəfindən iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müddətlərə aid tələblərinə əməl edilməmiş, xx.xx.2023-cü ildə məhkəmədə iddia qaldırılmış, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquq a (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Kollegiya bununla bağlı həmçinin qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (x arici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, iddiaçının “ödənişdə qalan torpaq sahəsi” kimi mübahisələndirdiyi 450.46 kv.m torpaq sahəsi Babək Rayon Aqrar İslaha t Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə X5 və ailə üzvlərinin mülkiyyətinə verilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-571 A nömrəli, 05 iyun 2002-ci il tarixli Şəhadətnamə ilə rəsmiləşdirilmiş və həmin əsasla da mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0,27 hektar həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. İddiaçı mübahisələndirdiyi həmin torpaq sahəsinin onun qanuni sahibliyində, icarəsində və ya mülkiyyətində olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi müəyyən edilmir. Beləliklə də işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Kollegiya qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərə kətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olma sı tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı mübahisələndirdiyi torpaq sahəsinə münasibətdə subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnziba ti Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11rşı “Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarı ilə X5, X4, X6, Nümayəndə2 mülkiyyətinə verilmiş 0.27 hektar torpaq sahəsinə aid torpağın mülkiyyətə verilməsinə dair JN-571 A nömrəli şəhadətnamənin İddiaçı verilmiş **********39-10301 nömrəli Daşınmaz əmlakın texniki pasportunda “ödənişdə qalan hissə” kimi qeyd olunan 450.46 kv.m torpaq sahəsinə münasibətdə qismən etibarsız hesab olunması, bu barədə aparılmış qeydiyyatın qismən ləğv olunması, həmin 0.27 hektar torpaq sahəsindən 450.46 kv.m ödənişli sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar