Məhkəmə qərarları › İş №2-1(108)-124/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-124/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-124/2024 24.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X10 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 65 yaşının tamam olduğu 01 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməs inin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə 04 oktyabr 2024-cü il tarixli ərizə təqdim edərək iddia tələbinin “ona 65 yaşının tamam olduğu 01 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması ö hdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 nömrəli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)1047/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 01 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cava bdehin nümayəndəsi şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR inzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 saylı qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən, o, 1980-cı il tarixdən əmək fəaliyyətinə başlamış və 1997-ci il tarixədək, hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla, ümumilikdə əmək stajı 18 il 11 ay 05 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajından azdır, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əm ək pensiyasının minimum məbləğindən az olduğuna gorə, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir.İddiaçı tərəfindən mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MEİS) öz əksini tapmamışdır. Həmçinin iddiaçı Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Beləliklə, iddiaçı nə 25 il sığorta stajına, nə də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən məblə ğdə pensiya kapitalına malik olmadığına görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Pespublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış (proaktiv) qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdehin nümayəndəsi X7 izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəalar ı tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzi bati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ail ə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 01 mart 1959-cu il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli, 2 nömrəli qərardan məlum olur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 17 il 0 ay 2 gün əmək stajı tələb olunan 25 il siğorta stajından az olduğundan və fərdi hesabın sığorta hissəsində tələb olunan 40320 manat pensiya kapitalı mövcud olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlə ri Dövlət Xidməti tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X20 məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi JN-337, KOD 10200028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı, X12, X8 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.82 hektar torpaq sahəsi verilmişdir. - xx.xx.2017-ci il tarixli, 3 nömrəli qəbzin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı tərəfindən 3 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - 10 iyun və 11 iyun 2024-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətlərindən məlum olur ki, Kəngərli rayonu, Şahtaxtı kənd ində yerləşən 0.522 ha, 0.0921 ha və 0.1816 ha torpaq sahələri İddiaçı, X11, X5 və X3 adına 22/9 nömrəli reyestr kitabının müvafiq olaraq 1771, 1772 və 1773 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İddiaçı məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində Babək rayon TТİ Trest №1 müəssisəsində VAZ-52 markalı avtomobilin sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.1981-ci il tarixində öz ərizəsi əsasında işdən azad edilmişdir. Daha sonra, xx.xx.1981-ci il tarixində “Stroymeхanizasiya” İdarəsi Trest №1-də sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixində İliç ZSM-də 2-ci dərəcəli fəhlə kimi işə başlamış, xx.xx.1983-cü il tarixdə öz xahişi ilə işdən azda ed ilmişdir. xx.xx.1983-cü il tarixdə “Naxmelivodstroy” trestinin PMK-sında üçüncü dərəcəli takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində öz ərizəsi əsasında işdən çıxmışdır. xx.xx.1983-cü il tarixində “Naxmelivodstroy” trestinin PMK-sında üçüncü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixində üçüncü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci il tarixində AHM-in ləğvi ilə əlaqədar Şərur TQİ-nə köçürülmüş və xx.xx.1997-ci il tarixindən həmin müəssisədə sürücü vəzifəsinə təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi Şərur rayon Dövlət Arxivinin 29 iyul 2024-cü il tarixli, 07/51 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.2008-ci il tarixli 03 nömrəli əmrlə Şəru r Rayon Tikinti Quraşdırma idarəsindən işdən azad olunması əmr kitablarında qeyd olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını t ətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (...) Maddə

24. İşin hal larının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istis na olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin ed ilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandı ğı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Qanun: Maddə

4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanları n uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə

12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər…, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər…fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; - məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə

13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti or qanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanın ın müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəl irlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Maddə

18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosi al sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir, sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 apre l 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. İddiaçı yaşa görə əmək pensiyası hüququnun 65 yaşının tamam olduğu xx.xx.2024cü il tarixdən yarandığını, xx.xx.2017-ci il tarixdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək cavabdehdən ona yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək imtinanın və eyni zamanda apellyasiya şikayətinin əsası kimi iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torp aq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabında (X9 Sistemində) öz əksini tapmamasına, həmçinin iddiaçının Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamasına istinad etmişdir. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının min imum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kap italı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ xx.xx.2019-cu il tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixdən yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 221.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanın fərdi şəxsi hesabında (X9 Sistemində) öz əksini tapmadığın dan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalı xx.xx.2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının xx.xx.2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı isə qeydə alınmamışdır. JN-337, KOD 10200028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı, X12, X8 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.82 hektar torpaq sahəsi verilmişdir. Şərur Rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1999-cu il tarixli, 01 nömrəli nömrəli qərarı ilə İddiaçı, X12, X8 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.82 hektar torpaq sahəsi verilməsi və iddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə ilə əlaqədar xx.xx.2017-ci il tarixdə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin hal mübahisələndirilmir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən xx.xx.2018-ci il tarixdən əvvəlki vaxtda ödəmişdir. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifad ə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. İddiaçı yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmiş və yaranmış etimad hüququ qanunla qorunur. Eyni zamanda, iddiaçının həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini kollegiya əsaslı saymır. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqları üzrə ödənişin elektron sistemdə qeydə alınmaması və bu baxımdan onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Bununla bağlı olaraq həmçinin kollegiya qeyd edir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, kollegiya cavabdehin “iddiaçının Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmaması” dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd edilən hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən pensiya hüququnun pozulmasına səbəb olmamaqla onun əleyhinə şərh edilməməlidir. Beləliklə, iddiaçının Mərkəzləşdirilmiş Elektron informasiya Sist eminin “Sığorta” altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və “Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmaması onun məsuliyyət sferasına aid deyildir. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, cavabdeh inzibati orqan tərəfin dən iddiaçıya yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 01 mart 2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət h əddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 65 yaşının tamam olduğu 01 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1047/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 21(122)-1047/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar