Məhkəmə qərarları › İş №2-1(108)-13/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-13/2022

08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-13/2022 08.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdehnə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m ərazini çıxdıqd an sonra, yəni 1679-1200=479 kv.m artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m ərazidən 379 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə t əkrarlanaraq 240 kv.m mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(122)-71/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdehnə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m ərazidən 379 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m əraziyə bələdiyy ə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 21(122)-71/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "Cavabdehnə müraciəti ilə Naxçıvan şəhər XDMİK-nın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumi likdə 600+600=1200 kv.m ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə ödənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m ərazidən 379 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m əraziyə bələdiyyə qərarının verilməsi və öz əlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 10 mart 2022-ci il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir. Şikayətin mümkünlüyü üzrə keçirilmiş 01 aprel 2022-ci il tarixli şifahi məhkəmə iclasında İddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(122)-71/2022 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: İddia tələb i ilə məhkəməyə müraciətinin əsasını ilk olaraq Naxçıvan şəhər XDMİKnin baş plan 2-ci hissə 30.11.1990-cı il tarixli 569 nömrəli qərarı əsasında şəhər sakini X4 şəxsi yaşayış evi tikdirmək üçün şəhərin 35-ci məhəlləsində hər birinin ölçüləri 30x20=600 kv.m olmaqla ümumilikdə 1200 kv.m kodlar üzrə 575 /42 nömrəli X5, 567/46 X2 adına olan torpaq sahələrini müvafiq notariat kontorunda qeydiyyatdan keçmiş 47150/47300 nömrəli etibarnamələrlə alıb. İlk olaraq Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə müraciətinə cavab olaraq rəhbərlik bələdiyyə ilə birlikdə ərazilərə yerində baxış keçirərək ərazilərin akt əsasında uzunluğu 60 metr əvəzinə fakt olaraq 61.5 m olduğunu, eninin isə akt əsasında 20 metr qeyd olunmasına baxmayaraq fakt olaraq 27.3 metr, yəni 7.3 m artıq ər azinin, yəni 7.3x 61.5= 449 kv.m artıq ərazinin mövcudluğu barədə məlumat verilərək qarşısına hökmən qeyd olunmuş ərazinin özəlləşməsini təmin etməklə bələdiyyə qərarını almağı qoyuldu. Məcburiyyət qarşısında qaldığından faizə girərək ona verilmiş qeydiyyat vərəqəsində kapital bankdakı hesablaşma hesab nömrəsi ödənmə məbləği məzmunu isə artıq ərazinin özəlləşməsi məqsədinə tələbi qoyulduğundan 25 iyul 2006-cı il tarixli 67 nömrəli ödəniş qəbzi vasitəsi ilə 429 manat 40 qəpik vəsaiti nümayəndəsi olaraq imzası ilə təsdiqləyərək O.Məmmədovun adından həyata keçirdi. Bələdiyyənin 26 iyul 2006-cı il tarixli 83 saylı qərarında qanun pozuntusuna yol verilərək özəlləşməsi aparılmış 449 kv.m ərazidən 349 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin özəlləşdirilərək mülkiyyətə verilmişdir. Aralarınd a yaranmış münaqişənin nəticəsi olaraq 575/42 nömrəli övladı Rövşənin mülkiyətində olan əraziyə təkrar baxış keçirilərək 40 kv.m ərazinin mülkiyyətə verilməsi barədə 12.09.2013-cü il tarixli 82/01 saylı qərarı verilərək mülkiyyəti 773.2+140=913.2 kv.m-çatdırılmasına baxmayaraq sənədləşmə aparılmadığından ala bilmədiyindən nəticədə adına keçirilmiş ərazinin pasportu və çıxarışında 140 az, 473 kv.m əraziyə 10.02.2021-ci il tarixli ******* nömrəli çıxarışı verilmişdir. Maddi hüquq normaları pozulmuşdur. İddia tələbinin mümkün sayılmamasına inzibati məhkəmə hakimi obyektiv hüquqa malik olmadığından işə mahiyyəti üzrə baxıb ona hüquqi qiymət verməməklə yanlış ədalətsiz, qərəzli nəticəyə gəldiyindən razılaşmır. Belə ki, ilk olaraq özü üçün fərdi yaşayış evi tikmək məqsədi ilə Orucəli Məmmədovdan aldığı etibarnaməli ərazilərin sənədləşdirilməsini ilk olaraq DƏ və TM üzrə DK rəhbərliyinə müraciətinə cavab olaraq bələdiyyənin birgə iştirakı ilə əraziyə yerində baxış keçirilərək ərazilərdə 449 kv.m artıq ərazi olduğu müəyyənləşdi. Artıq ərazinin O.Məmmədovun etibarnaməli nümayəndəsi olaraq qeyd olunmuş artıq əraziyə 429.4 manat vəsaitini ödəsə də hansı ki, arxiv bazasında onun ərizəsi və ödəniş qəbzi imzası ilə təsdiqlənərək aparılmışdır. Nəticədə özəlləşməsi aparılmış 449 kv.m ərazidən 349 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin mülkiyyətə verilməsi barədə 26.07.2006-cı il tarixli 83 nömrəli bələdiyyə qərarının verilməsinə baxmayaraq sənədləşməsi aparılmadığından aralarında yaranmış münaqişənin nəticəsi olaraq övladı Rövşənin mülkiyyətində olan ərazidə təkrar baxış keçirilərək ə lavə 140 kv.m ərazinin mülkiyyətə verilməsinə baxmayaraq sənədlərdə düzəlişlər aparılmadığından qeyd olunmuş bu hallar subyektivliyinə DƏ və TM üzrə DXnin təqdim etdiyi Naxçıvan şəhər yerquruluşu planından çıxarış sxemi və A 00.8470 nömrəli torpaq sahələrinin planı sxemi İnzibati Məhkəmə hakiminin təqdim olunmuş sənədləri sübut olaraq heç bir araşdırma aparmadan iddia tələbinə mahiyyəti üzrə baxılmayaraq, hüquqi qiymət verilməyərək işin mümkünsüzlüyü barədə ədalətsiz, qərəzli qərardad çıxarılmışdır. Axı bütün gedişatlarda əsl mülkiyyət sahibi məhz özü olduğundan mümkünsüzlüyünü qəbul etməyərək razılaşmır. İnzibati Prosessual hüquq normaları pozulmuşdur. İşdə iştirak şəxsin İddiaçı iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları, iş üzrə toplanmış materiallar ilk ola raq ərazilərin yer quruluş sxem ölçüləri əsasında yerləşmə aktları notariatdan qeydiyyatdan keçmiş etibarnamələr, rüsum, ödəniş qəbzləri, bələdiyyə qərarları mülkiyyəti məhz özünün olmasını çıxarışlar sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidi. Nəticədə məhkəmə iddia arqumentlərinə əhəmiyyət verərək qərardad çıxarmalıdır. Cavabın olmaması səbəbindən müəyyən etmək mümkün sayılmaması məhkəmə arqumentə sadəcə əhəmiyyət verməyərək yoxsa onu mümkünsüz etmək məqsədi burada hüquqi mövqeyini mümkünsüz etmək niyyəti var idisə qərarda müvafiq məsələləri həll edərkən inzibati məhkəmə qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarı əsaslandırılmadığından kifayətedici deyildir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 88, 106.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2006-cı il tarixli Qərarına, İnsan və vətəndaşlıq hüquqlarının və əsas azadlıqlarının Müdafiəsi Konvensiyanın 6-cı maddəsinə istinad edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(122)-71/2022 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəli llərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati o rqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallar la kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qər arının 2.3cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Cavabdeh 26 iyul 2006-cı il tarixli, 83 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 600 kv.m. sahəsi olan 46 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəq iqləşdirilmiş ölçülərə əsasən 100 kv.m. torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 16.3 və 16.4- cü bəndlərinə əsasən X2 mülkiyyətinə verilməsi qərara alınmışdır. - Cavabdeh 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli qərarının surətindən görünür ki, Naxçıvan şəhərinin 35-ci məhəlləsində yerləşən 500 kv.m. sahəsi olan 42 nömrəli həyətyanı torpaq sahəsinə bitişik və baxış zamanı dəqiqləşdirilmiş ölçülərə əsasən 140.1 kv.m. torpaq sahəsi 112 manat dəyərində qiymətləndirilmiş və müəyyən olunan məbləğ Cavabdeh Kapital bankdakı hesabına ödənildiyindən həyətyanı torpaq sahəsi kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4.0.2 yarımbənd inə, 16-cı maddəsinin 16.3 və 16.4-cü bəndlərinə əsasən vətəndaş X3 mülkiyyətinə verilməsi qərara alınmışdır. İddiaçının tələbinin məzmunundan belə aydın olur ki, iddiaçı 2006 və 2013-cü il tarixli X2 və X3 adına verilmiş bələdiyyə qərarları əsasında 379 kv.m. torpaq sahəsinin verilmədiyini iddia edir və həmin əraziyə bələdiyyə qərarının verilməsini, bu mümkün olmadıqda isə dəyərinin bu günkü bazar qiyməti ilə ödənilməsini tələb edir. Göründüyü kimi, qeyd olunan qərarlarda iddiaçının adına təsadüf edilmir. Ona görə də iddiaçı həmin qərarların mübahisələndirilməsi və ya yayındırılmış torpaq sahəsi barəsində bələdiyyə qərarının verilməsi ilə bağlı tələb hüququna malik deyil. Kollegiya işin hallarına hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından və onun hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu müəyyən etmək mümkün olmadığından iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu müəyyənləşdirməkdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz o lunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati icraat qaydasında işə baxılması üçün, yəni iddianın mümkünlüyü məsələsinin həll edilməsi üçün ilk növbədə mübahisənin subyektiv tərkibi və predmeti müəyyən edilməlidir. Predmetə aid hissədə iddia yalnız o halda mümkün sayıla bilər ki, inzibati aktın qəbul edilməsindən imtina nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslana bilsin. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tələbinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən müvafiq məktublar göndərilməklə məlumatlandırılaraq ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri əsassız olduğundan İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(122)-71/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehnə qarşı "Cavabdehnə müraciəti ilə Naxçıvan şəhər XDMİKnın 30 noyabr 1990-cı il tarixli, 569 nömrəli qərarı əsasında O.Məmmədovun adına verilmiş etibarnaməli mülkiyyətə sahib olduğu ərazilər 575 və 576 nömrəli ərazilərə yerində baxış aparıldıqda ərazilərin ölçülər əsasında sahəsinin eni 27.3 m, uzunluğu 61.5 m, sahəsi 1679 kv.m mövcudluğu müəyyənləşdirilərək dövlət aktında qeyd olunmuş ölçülər əsasında hər biri 30x20=600, ümumilikdə 600+600=1200 kv.m ərazini çıxdıqdan sonra, yəni 1679-1200=479 kv.m artıq ərazinin özəlləşdirilməsini 25.07.2006-cı il tarixli, 67 saylı qəbzlə öd ənişi O.Məmmədovun adından nümayəndəsi olaraq apararaq mülkiyyət tələbinə bələdiyyə rəhbərliyi özəlləşməsi aparılmış 479 kv.m ərazidən 379 kv.m ərazi yayındırılaraq 100 kv.m ərazinin mülkiyyətə verilməsi barədə bələdiyyənin 26 iyul 2006-cı il tarixli O.Məmmədovun mülkiyyətinə verilmiş 83 nömrəli qərarı və 12 sentyabr 2013-cü il tarixli, 82/01 nömrəli Rövşən İsmayılovun adına verilmiş bələdiyyə qərarlarının verilməsinə baxmayaraq bələdiyyə rəhbərliyi ərazidə heç vaxt olmadığı və hətta ərazinin harada yerləşməsindən xəbərsiz formal olaraq verilmiş qərarlar əsasında özəlləşmədən yayındırılmış 379 kv.m əraziyə bələdiyyə qərarının verilməsi və özəlləşməsi aparılmış ərazilərin 2 dəfə təkrarlanaraq 240 kv.m mülkiyyətinə verilmiş ərazini onunla aparılmış bazarlığın dəyər ifadəsində geri qaytarılma sı tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(122)-71/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 21(122)-71/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar