Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-13/2023 14.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X3 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək vurulmuş ziyana görə X3 hesabından 90 min manat pulun tutul ub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 21(122)-109/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "ona vurulmuş ziyana görə X3 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 16 mart 2023-cü il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)109/2023 nömrəli qərardadının ləğv edilib, işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Culfa Rayon C avabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdeh Culfa Rayon Cavabdeh nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvaf iq müddəaları tətbiq olunur. Kollegiya iddiaçının izahatını dinləyərək inzibati işin materiallarını araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissədə aparılır: birinci növbədə iddianın mümkünlüyü, daha sonra iddianın əsaslılığı yoxlanılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsin də iddiaçının cavabdehə qarşı hər hansı maddihüquqi tələbinin əsaslı olub olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununda iddia tələbinin qeyrimüəyyən ifadə olunmasına, belə olan halda məhkəmə tərəfindən iddiaçıya vurulmuş ziyanın və cavabdehə qarşı iddiaçının konkret tələbinin nədən ibarət olduğunun müəyyən etməyin mümkün olmamasına, bu halın isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna etməsinə, iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh inzibati orq anın ünvanının qeyd edilməməsinə, həmçinin iddia ərizəsinə cavabdeh inzibati orqanın hansı qanunsuz hərəkətləri və ya inzibati aktı nəticəsində ona ziyan vurulması və həmin ziyana görə kompensasiya ödəməli olmasını sübut edən müvafiq sənədlərin əlavə edilmədiyinə əsaslanmışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdı rlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zam an iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardadında həmçinin ona istinad etmişdir ki, ”cavabdeh Culfa Rayon Cavabdeh iddiaçıya ünvanlandığı 28 dekabr 2022-ci il tarixli, 36 nömrəli məktubda, həm də məhkəmə iclasında nümayəndəsinin verdiyi izahatda 2021-ci ilin iyul ayından kənddə suyu olan yeganə kəhrizin də quruduğunu, kəhrizlərin suyunun qurumasının Cavabdeh və onun üzvlərinin günahı olmadığını, yəni iddiaçının həyətyanı sahəsindəki meyvə ağaclarının və üzüm tənəklərinin qurumasında Cavabdeh və onun üzvlərinin heç bir günahı olmadığını bildirmişdir. Həmçinin məhkəmənin sorğusuna Culfa Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli, 5-23/2-133/2023 nömrəli məktubdan da aydın olur ki, 2021-ci ildən Culfa Rayon Dizə kəndində mövsümi quraqlıqlarla əlaqədar olaraq kəhriz suları qurumuşdur.” Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cav abdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki,birinci instansiya məhkəməsi həmin qərardadında iddianın mümkün sayılmaması nəticəsinə gəlsə də mübahisə predmetinə aid olan məsələlərə də hüquqi qiymət vermişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 yanvar 2017-ci il tarixli qərarında göstərilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (Konstitusiyanın 60-cı maddəsinin İV hissəsi). İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığını n araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə mür aciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər. Belə mövqe, həmçinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində də öz əksini tapmışdır. Belə ki, həmin bəndlərdə qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəm ə İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, məhkəmənin müvafiq qərardadı ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlıdir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.7-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı "vurulmuş ziyana görə X 3 hesabından 90 min manat pulun tutulub ona verilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(122)-109/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 21(122)-109/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Culfa Rayon Cavabdehnə qarşı “vurulmuş ziyana görə X3 hesabından 90 min manat pulun tutulub ona verilməsi” tələbinə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-13/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-13/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver