Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-132/2025 16.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "Şərur-Naxçıvan (İliç) magistral yolunun kənarında ümumi sahəsi 02 ha boş torpaq sahəsi üzərində, 7500 kv.m sahədə tikilmiş yanacaq doldurma stansiyasına aid inzibati binanın, 216 kv.m ölçüdə navesin, qalan sahədə tikilmiş şüşə sexinin yenidən bərpa olunması, 3 ədəd priket kəsən maşının, 2 ədəd maşınyuma aparatının, 2 ədəd 60 (altmış) tonluq və 1 ədəd 20 (iyirmi) tonluq çənlərin və 3 ədəd yanacaq vuran aparatın alınaraq ona qaytarılması və ya qeyd olunan iş yerlərinin sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzinin, ümumilikdə 800000 (səkkiz yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Şərur-Naxçıvan (İliç) magistral yolunun kənarında 0.2 ha boş torpaq sahəsi üzərində tikilmiş yanacaqdoldurma stansiyasının, şüşə sexinin, 216 kv.m ölçüdə navesin yenidən bərpa olunması, 3 ədəd priket kəsən maşının və 2 ədəd maşınyuma aparatının alınaraq ona qaytarılması və ya qeyd olunan iş yerlərinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin, ümumilikdə 500000 (beş yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəyişdirilərək "Şərur-Naxçıvan (İliç) magistral yolunun kənarında ümumi sahəsi 02 ha boş torpaq sahəsi üzərində, 7500 kv.m sahədə tikilmiş yanacaq doldurma stansiyasına aid inzibati binanın, 216 kv.m ölçüdə navesin, qalan sahədə tikilmiş şüşə sexinin yenidən bərpa olunması, 3 ədəd priket kəsən maşının, 2 ədəd maşınyuma aparatının, 2 ədəd 60 (altmış) tonluq və 1 ədəd 20 (iyirmi) tonluq çənlərin və 3 ədəd yanacaq vuran aparatın alınaraq ona qaytarılması və ya qeyd olunan iş yerlərinin sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzinin, ümumilikdə 800000 (səkkiz yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbi daxilində baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli protokol qərardadı ilə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülkiyyət hüququnun pozulması ilə bağlı müraciəti üzrə lazımi araşdırma aparılmamış, işin halları tam və hərtərəfli aydınlaşdırılmadan sübutsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli əmlakın mövcudluğu, hansı əsaslarla əldə olunması, mübahisəli dövrdə ona verilməsi və ya verilməməsi, sökülübsökülməməsi, eləcə də əmlakın hansı səbəbdən və kim tərəfindən sökülməsi məsələləri araşdırılmamışdır. Məhkəmə sübutetmə yükünü tam şəkildə iddiaçının üzərinə qoymuş, cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyini araşdırmamış, əmlakın sökülməsində cavabdehin iştirak etməməsi ilə bağlı mövqeyinə əsaslanaraq tələbi rədd edilmişdir. Həmçinin mübahisəli əmlakın yerləşdiyi ərazi, həmin əmlakın kimə məxsus olması, hansı tarixdə mövcud olması və hansı səbəbdən aradan qalxması kimi mühüm hallar məhkəmə tərəfindən araşdırılmamış, bu halların müəyyən edilməsi üçün inzibati orqana müvafiq suallar verilməmişdir. İddiaçı qeyd etmişdir ki, vətəndaş olaraq əmlakın kim tərəfindən və hansı əsaslarla söküldüyünü müəyyən etmək imkanında deyil və bu halların araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin bərabərliyi prinsipi pozulmuş, iddiaçının hüquqlarının effektiv məhkəmə müdafiəsi təmin edilməmiş, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmadan qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci, 12-ci, 25-ci, 26-cı, 60-cı və 71-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci, 59-cu, 68-ci, 69-cu, 81ci, 82-ci, 83-cü və 85-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı, 13-cü və 14-cü maddələrinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına istinad olunmuşdur. Şikayətə qarşı etiraz daxil olmamamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları,cavabdehin nümayəndəsinin izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Şərur Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 sakini İddiaçı ünvanlanmış ## ###### 2023-cü il tarixli, *-**/*-C-**/*-**/**** nömrəli məktubdan görünür ki, məsələ ilə əlaqədar olaraq araşdırılma aparılmış, təqdim edilmiş sənədlərə baxılmış və məlum olmuşdur ki, söküntünün Şərur Rayon İcra Hakimiyyəti tərəfindən aparılması ilə bağlı heç bir qərar, sərəncam və ya akt mövcud deyildir. Xahiş edilən məsələ Şərur Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Naxçıvan MR Dövlət Əmlak Nazirliyinin ##.##.2000-ci il tarixli, 08 çek ödənişinin qəbzindən görünür ki, ünvan 1 sakini İddiaçı ## #### 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən özəlləşdirilən Şərur rayon ** saylı YDS tam dəyərinin 15%-i miqdarında, yəni 2584250 manatını ödəmişdir. - ##.##.1996-cı il tarixli, ##.##.1997-ci il tarixli, ##.##.1997-ci il tarixli, ##.##.1998-ci il tarixli, ##.##.2000-ci il tarixli və ##.##.2000-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı Naxçıvan Əmlak Komitəsinə ** saylı YDS-nin özəlləşdirilməsi üçün müvafiq məbləğlərdə pul ödəmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı ## ### 1955ci il tarixdə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, *-**-**/**** nömrəli arayışdan görünür ki, ünvan 1ində yaşayır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən ## #### 2024-cü il tarixli, **/*** nömrəli məktubla göndərilmiş 1996-1997-ci illərə aid “Auksionda satılan obyektlər” kitabından çıxarışda göstərilmişdir ki, ünvan 1inin yolayrıcında ** saylı yanacaq doldurma məntəqəsi üzrə 1996-cı il ## #### tarixində auksion keçirilmiş, İddiaçı tərəfindən beh ilə birlikdə obyektin dəyərinin 30%-i ödənilmiş, 30%-i güzəşt edilmiş, 40% isə borcu qalmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **/**** nömrəli məktubdan görünür ki, İddiaçı Cəlil oğlunun iddia etdiyi yanacaqdoldurma məntəqəsi və obyektin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əmlakın texniki pasportuna dair Xidmətin informasiya bazasında məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş # ### 2025-ci il tarixli, *-***/*- ***/**** nömrəli məktubdan aydın olur ki, 2009-cu ildə ünvan 1inin yol ayrıcında ** saylı yanacaq doldurma məntəqəsinin və onun yerləşdiyi 0.02 hektar torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ## ### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubla məhkəməyə göndərilmiş Şərur Rayon Dövlət Arxivinin ## ### 2025-ci il tarixli, ** nömrəli məktubundan məlum olur ki, ünvan 1inin yol ayrıcında ** saylı yanacaq doldurma məntəqəsinin və onun yerləşdiyi 0.02 hektar torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə hər hansı inzibati akt Şərur Rayon Dövlət Arxivində mühafizə olunmur. - Şərur Rayon Dövlət Arxivinin müdiri M.Muradov tərəfindən təsdiq edilmiş Şərur rayon M.Hüseynzadə adına kolxozunun müvəkkillər yığıncağının ## ###### 1992-ci il tarixli ** nömrəli iclas protokolundan görünür ki, M.Hüseynzadə adına kolxozun dinc qalan İliç magistral yolunun kənarındakı 02 hektar torpaq sahəsinin Şərur rayon benzin doldurma stansiyasının tikilməsi üçün ayrılması qərara alınmışdır. -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 06 fevral 2026-cı il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasında və arxivində saxlanılan özəlləşdirilmiş əmlaklara dair sənədlər arasında Şərur-Naxçıvan magistral yolunun kənarında yerləşən ** saylı yanacaq doldurma məntəqəsinin ünvan 1 sakini İddiaçı tərəfindən özəlləşdirilməsi haqqında məlumat mövcud deyil. -Şərur Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktbunda göstərilmişdir ki, Şərur (İliç) rayon magistiral yolunun kənarındakı benzin doldurma stansiyasının tikilməsi üçün 02 hektar torpaq sahəsinin İddiaçı ayrılmasını təsdiq edən hər hansı qərar, sərəncam akt, həmçinin göstərilən yanacaq doldurma stansiyasının tikintisi (Tikintiyə icazə, sxem, tikilinin təhvil aktı və s.) ilə bağlı sənədlər, alqı-satqı müqaviləsi, özəlləşdirilməsinə aid sənədlər və sökülməsi ilə bağlı sənədlər Şərur Rayon Dövlət Arxivində mühafizə olunmur. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin ## ###### 2026-cı il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Şərur rayon XDS-nin sənədləri 1971-ci ildən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin IV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı məhkəməyə müraciət edərək Şərur rayon M. Hüseynzadə adına kolxozunun müvəkkillər yığıncağının ## ###### 1992-ci il tarixli iclas protokoluna əsasən M. Hüseynzadə adma kolxozun dinc qalan İliç magistral yolunun kənarında Şərur rayon benzin doldurma stansiyasının tikilməsi üçün 02 hektar torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsində şəxsi vəsaiti hesabına ümumi sahəsi 90 kv.m olan üç otaqdan ibarət inzibati bina tikdiyini, yanacaq doldurma stansiyasını işlətmək üçün lazım olan avadanlıqlar- 2 ədəd 40 tonluq və 1 ədəd 12 tonluq yanacaq çənləri və 3 ədəd yanacaqdolduran aparat alınaraq təyinatı üzrə istifadə etməyə başladığını, ## #### 1996-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ** saylı Şərur YDS-ni Naxçıvan MR Dövlət Əmlak Komitəsinə ## ###### 2000ci il tarixli ** saylı çek ödəniş qəbzinə əsasən dövlət büdcəsinə 2584250 (iki milyon beş yüz səksən dörd min iki yüz əlli) manat pul ödəyərək özəlləşdirdiyini, özəlləşdirmədən sonra əlavə olaraq həmin ərazidə 48 kv.m sahədə şüşə sexi, 216 kv.m ölçüdə naves tikdirdiyini, 3 ədəd priket kəsən maşın və 2 ədəd maşın yuma aparatı alaraq yeni iş yerləri açdığını, həmin yanacaqdoldurma stansiyası və digər iş yerləri 2009-cu ilədək mülkiyyətində olmaqla tərəfindən təyinatı üzrə istifadə edilməsinə baxmayaraq 2009-cu ildə heç söküldüyünü, nəticədə ona zərər dəydiyini göstərərək Şərur-Naxçıvan (İliç) magistral yolunun kənarında ümumi sahəsi 02 ha boş torpaq sahəsi üzərində, 7500 kv.m sahədə tikilmiş yanacaq doldurma stansiyasına aid inzibati binanın, 216 kv.m ölçüdə navesin, qalan sahədə tikilmiş şüşə sexinin yenidən bərpa olunması, 3 ədəd priket kəsən maşının, 2 ədəd maşınyuma aparatının, 2 ədəd 60 (altmış) tonluq və 1 ədəd 20 (iyirmi) tonluq çənlərin və 3 ədəd yanacaq vuran aparatın alınaraq ona qaytarılması və ya qeyd olunan iş yerlərinin sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzinin, ümumilikdə 800000 (səkkiz yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Şərur Rayon İcra Hakimiyyəti iddiaçının müraciətindən imtina edərkən bildirmişdir ki, söküntünün Şərur Rayon İcra Hakimiyyəti tərəfindən aparılması ilə bağlı heç bir qərar, sərəncam və ya akt mövcud deyildir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2022-ci il tarixli Qərarına əsaslanaraq göstərmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, yəni iddiaçının qeyd etdiyi məzmunda ziyan vurulması ilə bağlı cavabdehin qanunsuz hərəkəti iş üzrə materiallarla təsdiq olunmur, iddiaçı sözügedən əmlaka müvafiq ödəniş etməklə yanacaq doldurma məntəqəsini auksionda alması barədə müvafiq sənəd təqdim etsə də, həmin əmlakların cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Kollegiya inzibati işin materiallarını və apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, Şərur rayon M.Hüseynzadə adına kolxozun müvəkkillər yığıncağının ## ###### 1992-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən İliç magistral yolunun kənarında yerləşən 0,2 hektar torpaq sahəsinin yanacaq doldurma stansiyasının tikintisi üçün ayrılması, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin ## #### 2024-cü il tarixli, **/*** nömrəli məktubu ilə təqdim edilmiş 1996-1997-ci illərə aid “Auksionda satılan obyektlər” kitabından çıxarışa əsasən ** saylı yanacaq doldurma məntəqəsinin ## #### 1996-cı il tarixli auksionda satışına görə iddiaçı tərəfindən əmlakın dəyərinin 30 faizinin ödənilməsi iş materiallarında olan sənədlərlə təsdiq olunsa da Şərur rayon M.Hüseynzadə adına kolxozun müvəkkillər yığıncağının ## ###### 1992-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən İliç magistral yolunun kənarında yanacaq doldurma stansiyasının tikintisi üçün ayrılması nəzərdə tutulan 0,2 hektar torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə, icarəsinə, mülkiyyətinə verilməsi, həmin əmlakların tam şəkildə özəlləşdirilməsi, iddiaçının mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi, iddiaçının iddia etdiyi əmlakların mövcudluğu, eləcə də qeyd edilən qeyri yaşayış sahələrinin məhz cavabdeh Şərur Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi, avadanlıqların götürülməsi və bunun nəticəsində iddiaçıya zərər dəyməsi halları mötəbər sübutlarla təsdiq olunmur. Kollegiya tərəfindən qeyd olunan halların aydınlaşdıırlması məqsədilə müvafiq sorğular verilmiş, lakin göstərilən halları təsdiq edən sübutlar aşkar olunmamışdır. Bundan başqa, sözügedən əmlakların yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, habelə həmin əraziyə münasibətdə cavabdeh Şərur Rayon İcra Hakimiyyəti tərəfindən abadlaşdırma və şəhərsalma məqsədlərinə xidmət edən fəaliyyətin həyata keçirilməsinə dair hər hansı inzibati aktın mövcudluğu da müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı verdiyi izahatlarında söküntünün hansı orqan tərəfindən həyata keçirildiyinə dair birbiri ilə ziddiyyət təşkil edən məlumatlar təqdim etmiş, bir halda söküntünün polis orqanları tərəfindən, digər halda isə cavabdeh icra hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə.21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya qeyd edir ki,qanunvericiliyin tələbinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı dispozisiya şərtlərinin mövcudluğu zəruridir: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı mübahisədə qeyd olunan dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilməmişdir Kollegiya qeyd edir ki, cavabdehin təqsirli, hüquqazidd hərəkəti nəticəsində iddiaçıya zərər vurulması sübut olunmadığından birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin ## ######## 2025ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-132/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-132/2025
16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver