Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-133/2025 19.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh X3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025ci il tarixli, 2-1(122)-1020/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası müdafiə nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 21(122)-1020/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(122)-1020/2025 nömrəli qərardadının ləğv edilməklə iddianın mümkün sayılaraq işin birinci instansiya məhkəməsinə qaytarılması b arədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə müddətin buraxmasını əsas götürməklə iddianı mümkün saymamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci tarixli 034 əç nömrəli əmri barədə 26 iyun 2025-ci il tarixində məlumatı olub, ona komandanlıq tərəfindən fevral ayından hər gün bildirirdilər ki, “sən təxris olunacaqsan, 26 iyun 2025-ci il tarixində bildim ki, mən təxris olunmuşam”, hərbi xidmətdən təxris olun mağına səbəb kimi xəstəliyinin olması əsas göstərilmişdir. Onda şübhə yaratdığına görə Azərbaycan Respublikası Müdafiə nazirliyinə ərizə yazaraq xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsini xidmətə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirliyinə yazdığı ərizəyə cavab gələndən sonra Naxçıvan MR İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası Müdafiə nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də müddəti buraxmağı əsas götürülməklə iddiası mümkün sayılmamışdır. Əlavə olaraq qeyd edilir ki, 07 sentyabr 2025-ci il tarixədək məzuniyyətə buraxılmağın a baxmayaraq hərbi qulluqçu olmuşdur. Ona məlum olan və şübha yaranan tarixdən müddəti buraxmadan yuxarı komandanlığa və tibb xidmətinə müraciət etmişdir. İddianın verilməsi üçün heç bir müddət buraxmamışdır. İddiaçı hüququnun pozulduğunun aşkar olunduğu andan (ona məlum olan andan) hərəkətsizlik göstərməmiş, dərhal yuxarı orqana, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə yazılı müraciət etmiş, müraciətinə cavab aldıqdan sonra isə müvafiq tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qərardadında iddiaçının xx.xx.2025-ci ildə məlumatlı olduğunu və buna görə də məhkəməyə müraciət edən zaman isə müddətin buraxıldığı qeyd edilmişdir. İddiaçı bununla qəti şəkildə razılaşmır. Belə ki, o həmin əmrdən məlumatlı olduqdan sonra dərhal yuxarı inzibati orqana müraciət etmiş və müvafiq qurumdan rəsmi cavab aldıqdan sonra isə müvafiq iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, məhkəmə iddianın mümkünlük məsələsinə formal mülahizələr əsasında yanaşmış, iddianın mümkünlük məsələsinə hazırki kazustik vəziyyətə uyğun hüquqi qiymətləndirmə aparmamışdır. Məhkəmə yuxarıda qeyd etdiyi kimi qısa zaman aralığını, eyni zamanda iddiaçının hüququnun pozulduğunu bildiyi andan hüquqi addımlar atmasını düzgün qiymətləndirməmişdir. Əgər iddiaçı hərəkətsiz qalmış və uzun müddətdən sonra müraciət etmiş olsa idi, o zaman məhkəmənin hazırki qərardadına hüquqi haqq qazandırmaq olardı. Müvafiq maddənin tələbinə görə (AR İPM - 38.1) 30 gün müddətində mübahisələndirmə hüququnu hüququ pozulmuş şəxsə tanıyır. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının müvafiq pozuntu ilə bağlı aidiyyəti üzrə (birbaşa məhkəmə olmasa belə) hüquqi addımlar atmağına düzgün hüquqi qiymət verməmişdir. Hesab edilir ki, məhkəmə iddianı mümkün saymalı, iddiaçının ilk olaraq inzibati orqana müraciətinə obyektiv hüquqi qiymət verməli idi. Onu da nəzərə almaq lazımdır ki, mübahisəni həll edən və bunu hüquqi baxımdan həll edə biləcək səlahiyyətli aidiyyəti orqana müraciət edilmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(122)1020/2025 nömrəli qərardadının ləğ v edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi X8 şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 21(122)-1020/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət et məsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsin i şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının təsdiq etdiyi 25 fevral 2025-ci il tarixli 1284 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən Nağıyev X6 Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, iddiaçıya “anadangəlmə inkişaf qüsuru, böyrəklərin polikistozu – ümumi xəstəlikdir, hipertoniya xəstəliyi İ (birinci) mərhələ, onurğa sütununun döş nahiyəsinin Th5 cismi olmaqla 50 (beş) skoliozu – xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu qoyulmaqla, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərara alınmışdır. X7 Komandanının 24 may 2025-ci il tarixli, 034 əç nömrəli əmri ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq olunmuş 1284 nömrəli, 25 fevral 2025-ci il tarixli xəstəlik haqqında şəhadətnamə və N nömrəli hərbi hissə komandirinin təqdimatı əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq çavuş İddiaçı, N nömrəli hərbi hissə maddi-texniki təminat bölüyünün mühafizə manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 25 iyun 2025-ci il tarixli əmri ilə X7 Komandanının 24 may 2025-ci il tarixli, 034 əç nömrəli əmri və 21 №-li üzləşmə vərəqəsi əsasında maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının mühafizə manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə, 2025ci ilin hesabından 75 (yetmiş beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, 07 sentyabr 2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon bölməsinə göndərilmişdir. 23 iyun 2025-ci il tarixdə X7 Komandanının 24 may 2025-ci il tarixli, 034 əç nömrəli əmrinin arxa hissəsində qeydiyyat aparılmaqla, İddiaçı tərəfindən “əmrlə tanış oldum” qeydi yazılmışdır. İddiaçı həqiqi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2025-ci il tarixdə N nömrəli hərbi hissə tərəf indən ehtiyata buraxılması ilə əlaqəli göndəriş vərəqəsi ilə birlikdə hərbi biletinin verildiyi zaman məlumat aldığını bildirərək Azərbaycan Respublikası Müdafiə nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 034 əç nömrəli əmrinin ləğv edilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsi iddianın mümkün hesab edilməməsi nəticəsinə gələrkən ona əsaslanmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçı sözügedən əmrin N nömrəli hərbi hissəyə daxil olmuş nüsxəsi i lə xx.xx.2025-ci ildə imza etməklə tanış olmuşdur. xx.xx.2025-ci il tarixdə isə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış və ona təyinat vərəqəsi verilərək qeydiyyata durmaq üçün SXHÇDX-nin Şahbuz rayon bölməsinə göndərilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xəstəliyə görə ehtiyata buraxılması barədə həmin əmrdən məlumatlı olmuş, müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almış və bu əmrlə işdən azad edildiyini bilmişdir. Bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr Mərkəzi Hərbi Həkim Komiss iyasının onun barəsində çıxardığı 25 fevral 2025-ci il tarixli, 1284 nömrəli Xəstəlik haqqında Şəhadətnamə əsasında qəbul edilmişdir. Belə ki, Komissiyanın şəhadətləndirməsindən sonra iddiaçıya “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” diaqnozu qoyulmuş və Hərbi Həkim Komissiyasının həmin hərəkətinin qanuniliyi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, inzibati orqanın əvvəlki qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyi n müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bununla da, diqqətə alınmalı əsas məqam ondan ibarətdir ki, iddiaçının mübahisələndiridiyi əmrin ləğv edilməsi belə, iddiaçının hüquqi statusunda hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən m übahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir.İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yo xlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3, 5.1, 5.2, 6.1, 6.2, 7, 8.5 və 9-cü bəndlərində göstərilmişdir ki, məhkəmələr ilk növbədə idd iaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımında n hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünl üyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublika sı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.. Kollegiya iş materiallarını və apelyasiya şikayətində irəli sürülən dəlillərin hərtərəfli təhlili nəticəsində belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirdiyi X3 xx.xx.2025-ci il tarixli, 034 əç nömrəli əmri barədə məlumatlı olmuşdur. Belə ki, iddaçının şifahi məhkəmə baxışı iclasında verdiyi izahatlardan aydın olur ki, o, barəsində verilmiş 24 may 2025-ci il tarixli X7 Komandanının ehtiyata buraxılma barədə əmrindən və həmin əmrin verilməsinə əsas olmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının təsdiq etdiyi 25 fevral 2025-ci il tarixli, 1284 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən, həmin şəhadətnamə ilə ümumi xəstəlik diaqnozu qoyulmaqla, dinc döv rdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasının qərara alınmasından məlumatlı olmuşdur. İddiaçı onun barəsində qəbul edilmiş əmrin mövcudluğundan məlumatlı olduğu halda qanunda nəzərdə tutulmuş müddət ötürüldükdən sonra xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük iddia müddətini ötürmüşdür. Kollegiya hesab edir ki, iddia müddəti buraxıldığından və bu müddətin bərpasına hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi mümkünlük şərtinə əməl edilmədiyinə görə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, şifahı məhkəmə baxışı zamanı iddiaçının verdiyi izahatlardan aydın olur ki, iddiaçının hüquqi marağı X7 Komandanının xx.xx.2025-ci il tarixli, 034 əç nömrəli əmrinin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsindən (o cümlədən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qoyduğu diaqnoz əsasında əlilliyə görə pensiya almaqdan) ibarətdir. Belə ki, hal-hazırda işləmir, xəstəliyi işləməyinə maneə yaradır, ailə başçısı olmaqla himayəsində 3 övladı var, maddi vəziyyəti aşağıdır, hər hansı əsasla pensiya və ya sosial müavinət almır. Kollegiya qeyd edir ki, iddiaçının mübahisələndirdiyi X7 Komandanının xx.xx.2025-ci il tarixli, 034 əç nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının təsdiq etdiyi 25 fevral 2025-ci il tarixli, 1284 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında qəbul edilməklə, həmin qərarın icrası həyata keçirilmi şdir. İddiaçı ilk öncə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını mübahisələndirməli idi. Lakin həmin qərardan və onun nəticələrindən məlumatlı olduğu halda (izahatında həmin qərardan məlumatlı olduğunu qeyd edir) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarını mübahisələndirməmişdir. Qərar mübahisələndiriləcəyi təqdirdə mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, bu iddia da müddətlə bağlı məhdudiyyətlərə tabe olacaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində... qaldırıla bilər. Həmç inin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsu sən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edi lmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 2-1(122)-1020/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, 21(122)-1020/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şika
Məhkəmə qərarları › İş №2-1(108)-133/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-133/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver