Məhkəmə qərarları › İş №2-1(108)-135/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-135/2025

24.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-135/2025 24.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X12 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı Şahbuz qəsəbə XDS İcraiyyə Komitəsinin təşkil etdiyi komissiya tərəfindən ona verilən və onlara təqdim etdiyi xx.xx.1993-cü il tarixli aktın sur ətini nəzərə alaraq, torpağın çıxarışının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)622/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz qəsəbə XDS İcraiyyə Komtəsinin təşkil etdiyi komisiya tərəfindən ona verdiyi xx.xx.1993-cü il tarixli aktın arxiv sənədlərini Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsinə təqdim etmək üçün tapılıb verilməsinin Şahbuz rayon Arxiv İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tar ixli yeni iddia ərizəsi təqdim edərək Şahbuz qəsəbə XDS İcraiyyə Komitəsinin təşkil etdiyi komissiya tərəfindən ona verilən və onlara təqdim etdiyi xx.xx.1993-cü il tarixli aktın surətini nəzərə alaraq, torpağın çıxarışının ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəmə sinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-622/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-622/2025 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)-622/2025 nömrəli qərardadının ləğv edilərək iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, 1993-cü ilin avqust ayında Şahbuz qəsəbə X8 (XDS) İcraiyyə Komitəsi tərəfindən yaradılmış komissiya müraciətini nəzərə alaraq, “Hacı yeri” adlanan ərazinin demiyə hissəsində yerləşən 1200 kv.m. sahəni ona fərdi yaşay ış tikintisi məqsədilə təqdim etmişdir. Bu barədə xx.xx.1993-cü il tarixli, möhürlü və imzalı akt tərtib olunmuşdur. Həmin akt əsasında bu günə qədər torpaq sahəsindən sahiblik edərək istifadə etmiş, ərazidə yaşayış üçün münasib şərait yaratmaq məqsədilə tikinti işləri aparmışdır. Torpağın hüquqi statusunu rəsmiləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinə müraciət etmişdir. Lakin şöbə əməkdaşları tərəfindən bildirilib ki, təqdim olunan sənədlər arasında Şahbuz Rayon Dövlət Arxivindən arayış olmalıdır. Arxivə etdiyi müraciətə imtina cavabı verilmiş, arayışın verilməsinin mümkün olmadığı əsaslandırılmışdı r. Bundan sonra torpaq sahəsinə çıxarış verilməsi üçün yeganə əsasverici sənədin akt olduğunu nəzərə alaraq, həmin akt əsasında çıxarışın verilməsini xahiş etsə də, tələbin təminindən yenə imtina edilmişdir. İddia ərizəsi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən əsassız olaraq mümkün sayılmamışdır. X18 işin mahiyyətinə varmadan, yalnız formal əsaslara istinad etmiş, sadə vətəndaş olaraq hüquqlarını müdafiə etmək məqsədilə etdiyi müraciətdə çatışmazlıq olduğunu bildirərək iddianı geri qaytarmışdır. Halbuki, məhkəmə iddianın aradan qaldırılması üçün məhkəmə iclasında dəqiq hüquqi yardım göstərməli, hansı sənədlərin əlavə edilməli olduğunu konkret izah etməli idi. Bu baxımdan, bir ilə yaxın davam edən prosesda formal yanaşma nəticəsində pozulmuş hüquqları bərpa olunmamışdır. Bildirilir ki, Daşınmaz Əmlak və Torpaq məsələri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 13 yanvar 2023-ci il tarixli, 061-1 nömrəli məktubda qeyd edilən ərazidə 6 ha suvarılan ərazidə ona məxsus torpaq sahəsinin olmadığının müəyyən edildiyi göstərilmiş və 13 oktyabr 1993-cü il tarixli qərarda da həmçinin adı qeyd edilməmişdir. Bildirilir ki, Şahbuz rayonu, “Hacı yeri” adlanan ərazidə verilmiş torpaq sahəsi dəmyə olmaqla, suvarılmayan torpaqlara aiddir. Qeyd edilənlər 20 avqust 1993cü il tarixli akla öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən qeyd etdiyi xüsusatlar səthi və keyfiyyətsiz araşdırılmışdır. Araşdırma zamanı ərazidə olan hər hansı qonşu şahid kimi dəvət edilməmiş, əraziyə baxış keçirilməmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 16 iyul 2025-ci ildə təsdiq edilm iş Fərmanın 2.1-ci bəndində açıq şəkildə göstərilmişdir ki, 1995-ci ildən əvvəl X9 tərəfindən verilmiş torpaq sahələrinə dair aktlar hüquqi qüvvəyə malikdir və onlar torpağa mülkiyyət hüquqlarını təsdiq edən əsas sənəd hesab olunmalıdır. Bu baxımdan, xx.xx.1993-cü il tarixli akt əsasında verilmiş torpaq sahəsinin mülkiyyət hüququ tanınmalı, çıxarışın verilməsi təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə baxışı iclasında iştirak etməmiş, 23 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq Bakı şəhərində yaşaması və səhhəti ilə əlaqədar iştirakı olmadan işə baxıb hüquqi qiymət verilməsini kollegiy adan xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin nümayəndəsi X4 izahatında apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)622/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalar ının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhk əməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin və iddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı hüquqi marağı xx.xx.1993-cü il tarixli akt əsasında verilmiş 1200 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə torpaq sahəsinə çıxarış verilməsi ö hdəliyinin qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə t utulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır, (8.6- cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üz rə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tar ixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarında olan 20 avqust 1993-cü il tarixli aktda qeyd olunur ki, həyətyanı torpaq fonduna ayrılmış Şahbuz qəsəbəsindəki “Hacı yeri”ndən Şahbuz qəsəbə sakini İddiaçı 1200 kv.m. həyətyanı torpaq sahəsi ölçülüb verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 13 yanvar 2023-cü il tarixli 06-1/N01 nömrəli məktubundan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2022-ci il 15 noyabr tarixli, N38 nömrəli qeydiyyat nəzarət vərəqəsi ilə ünvanlanan müraciəti 16 noyabr 2022-ci il tarixdə, 05/209 nömrəsi ilə Xidmətə daxil olmuş və araşdırılaraq bildirilmişdir ki, Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin 13 oktyabr 1993-cü il tarixli, 19-137 nömrəli qərarı ilə Şahbuz qəsəbə sakinlərinin torpaq sahəsinə ehtiyacı nəzərə alınaraq Səməd Vurğun adına sovxozun ərazisində, "Hacı yeri" adlanan torpaq sahəsi fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fonduna ayrılmış, qərarın təsdiqi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən xahiş edilmişdir. Rayonun Səməd Vurğun adına sovxozunun ərazisindən "Araz" X10 istifadəsinə ayrılmış, "Hacı yeri" adlanan 6 hektar suvarılan torpaq sahəsinin birliyin istifadəsindən geri alınaraq fərdi mənzil tikintisi üçün Şahbuz qəsəbə sakinlərinə verilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin 03 yanvar 1994-cü il tarixli, 250 nömrəli rəyi əsasında məqsədəmüvafiq hesab edilmişdir. Lakin Xidmətin arxivində Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin 13 oktyabr 1993-cü il tarixli, 19-137 nömrəli qərarının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi barədə məlumata rast gəlinmir. Xidmətin Şahbuz Rayon Şöbəsinə təqdim edilən X6, X11 və İddiaçı aid torpaq sahəsinin ayrılmasına dair torpaqayırma aktları 26 avqust 1993-cü ildə tərtib olunmuşdur. Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuz qəsəbə nümayəndəliyinin 1995-ci ildə tərtib etdiyi, qəsəbə ərazisində, "Hacı yeri" adlanan sahədə 800 m² həyətyanı torpaq sahəsi alan vətəndaşların adlı sıyahısında İddiaçı, X5, X7 adları uçota alınmamışdır (qeyd edilməmişdir). Həmçinin İddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanan 01 may 2024-cü il tarixli müraciəti Nazirlik tərəfi nndən araşdırılaraq 23 may 2024-ci il tarixdə, 910/2024 nömrəli eyni məzmunlu məktubu ilə cavablandırılmışdır. Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin 13 oktyabr 1993-cü il tarixli, 19-137 nömrəli qərarında qeyd olunur ki, rayonun Səməd Vurğun adına sovxozunun ərazisindən 6 hektar suvarılan torpaq sahəsi "Araz" X10 istifadəsinə verilmişdir. Birlik tərəfindən obyektiv səbəblərə görə torpaq sahəsindən istifadə edilə bilməməsinə görə həmin torpaq sahəsinin geri alınması xahiş edilmişdir. Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsi həmin xahişin nəzərə alınmasını, Şahbuz qəsəbə sakinlərinin torpağa olan ehtiyacını nəzərə alaraq rayonun Səməd Vurğun adına sovxozunun ərazisindən "Araz" X10 istifadəsinə ayrılmış 6 hektar "Hacı yeri" adlanan suvarılan torpaq sahəsi f ərdi mənzil tikintisi üçün Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sərəncamına verilməsi, ayrılmış torpaq sahəsinin qəsəbə sakinlərinin istifadəsinə verilməsinin qanunauyğun həll edilməsi qərara alınmışdır. 03 yanvar 1994-cü il tarixli, 250 nömrəli Şahbuz qəsəbə sakinlərinə verilmək üçün həyətyanı torpaq fondu ayrılması haqqında Naxçıvan MR Dövlət Torpaq Komitəsinin rəyinin surəti, Şahbuz rayon İcra Hakimiyyətinin nümayəndəsinin tərtib etdiyi 1995-ci ildə Şahbuz qəsəbəsində 800 kv.m. həyətyanı torpaq sahəsi alan vətəndaşların adlı siyahısının surəti iş materiallarına əlavə olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöb əsinin İddiaçı ünvanlanan 07 mart 2025-ci il tarixli, 04/04 nömrəli məktubundan görünür ki, İddiaçı şöbəyə daxil olan xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Şahbuz şəhərində faktiki istifadənizdə məktubda qeyd edildiyi kimi "Hacı yeri" adlanan ərazidə 1200.00 m² torpaq sahəsi mövcuddur. Lakin torpaq sahəsinin mülkiyyətinizdə olması barədə şöbədə heç bir məlumat yoxdur. Müraciətinizlə bağlı istifadənizdə olan torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, maddə 8-in tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsasverici sənəd təqdim edilməl idir. Bu sənədin təqdim edilməməsi səbəbindən müraciətinizə tərəfimizdən imtina verilmişdir. Təqdim edilən akt komissiya tərəfindən fərdi yaşayış sahəsi üçün 1200.00 m² torpaq sahəsinin naturada sizə göstərilməsini əks etdirir. Lakin torpaq sahəsinin hansı səbəbdən ayrılması barədə aktda heç bir məlumat qeyd edilməmişdir. Qanunvericilikdə nəzərdə tutulan əsasverici sənədlər şöbəyə təqdim edildiyi halda müraciətinizə baxıla bilər. Əks təqdirdə aidiyyatı üzrə müraciət etməyiniz tövsiyə olunur. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən, həm iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməməsini, həm də iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını əsas kimi göstərmişdir. Lakin iş materiallarına əlavə olunmuş Naxçıvan Mux tar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin İddiaçı ünvanlanan 07 mart 2025-ci il tarixli, 04/04 nömrəli məktubundan aydın olur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinə müraciət etmiş, həmin müraciət publik hüquqi şəxsin Şahbuz rayon şöbəsi tərəfindən cavablandırılaraq iddiaçının məktubunda qeyd edildiyi kimi "Hacı yeri" adlanan ərazidə 1200.00 m² torpaq sahəsinin mövcud olduğu, həmin torpaq sahəsi üzərində mülkiyyyət hüququnun qeydə alına bilməsi üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində qeyd edilən sənədlərin təqdim olunmalı olduğu, həmin sənədlər təqdim olunmadığından müraciətə (mülkiyyət hüququnun qeydə alınmasına) imtina verilmişdir. Şöbənin cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçının müraciəti 20 avqust 1993-cü il tarixli akt əsasında "Hacı yeri" adlanan ərazidə 1200.00 m² torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarət olmuşdur. (Cavabdeh inzibati orqanın nümayəndəsi də izahatında bu halı təsdiq edir) Hansıki iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağıda bundan ibarətdir. Bundan əlavə İddiaçı müvafiq dövrlərdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə (aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinə göndərilib) "Hacı yeri" adlan an ərazidə 1200.00 m² torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciət etmiş, müvafiq araşdırmalar aparılmaqla müraciətlər cavablandırılmışdır. İddiaçının Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinə "Hacı yeri" adlanan ərazidə 1200.00 m² torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə müraciət etməsi, şöbənin isə müvafiq sənədlər təqdim olunmadığından müraciətə imtina verməsi iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsini təsdiq edir. Kollegiya müraciətin birbaşa Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə tinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə deyil, publik hüquqi şəxsin fəaliyyətini həyata keçirən struktur bölməsinə şöbəsinə edilməsini inzibati orqana edilmiş ilkin müraciət olaraq qəbul edir. Yuxarıda göstərilənlərə əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı öhdəliyin icrası növündə iddianın mümkünlük şərtlərinə uyğun olaraq müvafiq ərizə ilə əvvəlcə inzibati orqana (struktur bölməsinə) müraciət etmiş, orqan tərəfindən müraciətə imtina verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməməsi barədə qənaəti əsassız sayılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nöm rəli, 10 aprel 2015-ci il tarixli Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qərardanda göründüyü kimi birinci instansiya məhkəməsi mümkünlük şərtlərinə qiymət verərkən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını yoxlamalı, bu hala qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsinin qərardadında irəli sürdüyü mövqedən aydın olur ki, məhkəmə iddianın mümkünlüyü ilə bağlı nəticəyə gələrkən ilk növbədə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməməsini əsas götürmüş, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğu məsələsinin isə mübahisəli olaraq qalmasını bildirmişdir. İş materiallarından aydın olur ki, iddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva ed ir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyə tlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidm ət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Beləliklə, hazırki iddianın mümkün sayılmaması üçün hüquqi əsas məhz iddiaçının subyektiv hüquqa malik olmamasıdır. Bu baxımdan Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hü quqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddiaçı 1993-cü ilin avqust ayında Şahbuz qəsəbə X8 (XDS) İcraiyyə Komitəsi tərəfindən yaradılmış komissiyanın müraciətini nəzərə alaraq “Hacı yeri” adlanan ərazinin demiyə hissəsində yerləşən 1200 kv.m. sahəni ona fərdi yaşayış tikintisi məqsədilə verildiyini qeyd edərək 20 avqust 1993-cü il tarixli akta əsaslanır. İş materiallarından, o cümlədən iddiaçının yazılı ifadələrindən aydın olur ki, iddiaçının hüquqi marağının təmin olunması məqsədilə məhkəməyə təqdim etdiyi yeganə hüquqmüəyyənedici sənəd 20 avqust 1993-cü il tarixli aktdır. Lakin iş materiallarında həmin aktın surəti əlavə edilmiş, əsli və ya notarial qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd olunan aktdan torpaq sahəsinin ha nsı əsasla iddiaçıya verilməsi müəyyən olunmur. Həmçinin iş materiallarında olan Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin 13 oktyabr 1993-cü il tarixli, 19-137 nömrəli qərarından aydın olur ki, Şahbuz qəsəbə sakinlərinin torpağa olan ehtiyacını nəzərə alaraq rayonun Səməd Vurğun adına sovxozunun ərazisindən "Araz" X10 istifadəsinə ayrılmış 6 hektar "Hacı yeri" adlanan suvarılan torpaq sahəsi fərdi mənzil tikintisi üçün Şahbuz Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin sərəncamına verilmiş, bundan sonra ayrılmış torpaq sahəsi qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən 1995-ci ildə Şahbuz qəsəbəsində 800 kv.m. həyətyanı torpaq sahəsi alan vətəndaşların adlı siyahısı tərtib edilmişdir. Həmin adlı siyahıda İddiaçı və ailə ü zvlərinin adları qeyd olunmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sənəd olan 20 avqust 1993-cü il tarixli akt hüquqi marağının təmin olunmasına əsas verən hüquqmüəyyənedici sənəd hesab edilmir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin imtina məktubunda da qeyd olunduğu kimi iddiaçı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində qeyd edilən sənədləri, o cümlədən hüquqi marağının təmin olunmasına əsas verən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəx slərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Odur ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüququnun yaranması üçün ilk növbədə o, qeyd edilən daşınmaz əmlakın ona bağışlanmasına dair müvafiq sənədlər təqdim etməlidir. Müvafiq sənədlərin təqdim edilməməsi iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun mövcudluğunu istisna edir. Kollegiya hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Kollegiya qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya i nzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüq uqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatı nda iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci in stansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir, birinci instansiya məhkəməsi iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməməsi əsası ilə iddianı mümkün saymamaqda haqlı olmasa da, iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə iddianı mümkün saymamaqda isə haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətində göstərilən digər dəlillər iddianın mahiyyətinə aid olduğundan, hazırki iddia isə mümkün sayılmadığı üçün həmin dəlillərə qanunvericiliyin tələbinə əsasən hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)-622/2025 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.6, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 21(122)-622/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(122)-622/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraa tının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar