Məhkəmə qərarları › İş №2-1(108)-137/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-137/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-137/2025 09.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X12 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, Iddiaçı İddiaçı Kamil oğlunun, iddiaçının vəkil və nümayəndəsi X9 və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X13 iştirakı ilə, Iddiaçı İddiaçı Kamil oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı Kamil oğlu vəkil və nümayəndəsi ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı Kamil oğluna güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu ##.##.2023-cü il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli protokol qərardadına əsasən iddia tələbində “##.##.2023-cü il” ifadəsinin “##.##.2022-ci il” kimi oxunması qərara alınmışdır. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh şikayətlə müraciət edərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmaqla iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, İddiaçı Kamil oğlunun əmək kitabçası olmadığından onun iş stajları Naxçıvan MR Dövlət Arxiv idarəsi tərəfindən verilmiş arxiv arayışları,"Özbəkistan" Lokomotiv Deposu tərəfindən təqdim olunmuş əməkhaqqı arayışları və hərbi xidmət illəri nəzərə alınmaqla 27 il 8 ay 22 gün ümumi iş stajı olduğu müəyyən olunmuşdur. X35 Sistemində 2010-cu ilin fevral, mart, aprel aylarında iddiaçının adına 3 (üç) aylıq ödəniş olduğundan onun ümumi iş stajı 27 il 11 ay 22 gün olduğu məlum olmuşdur. Lakin, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin ##.##.2025-ci il tarixli *-**-NDA/*-*-M-***-**/**** nömrəli arayışından məlum olur ki, İddiaçı Kamil oğlu 1980-ci ildə 5 ay, 1987-ci ildə 4 ay 12 gün, 1991-ci ildə 7 ay, 1992-ci ildə 4 ay, 1993-cü ildə 12 ay, 1997-ci ildə 1 ay, 1999-cu ildə 1ay, 2000-ci ildə 1 ay, 2002-ci ildə 1 ay, 2003-cü ildə 1 ay, 2008-ci ildə 3 ay 7 gün əmək haqqı almamışdır. Qeyd olunan aylarda (illərdə) iddiaçı əməkhaqqı almadığından 27 il 11 ay 22 gün (##.##.1980- ##.##.2010) onun ümumi iş stajı 40 ay 19 gün (3 il 4 ay 19 gün) azalaraq 24 il 7 ay 3 gün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim olunması ilə bağlı “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Fondun sorğusuna verilmiş cavab məktubunda İddiaçı Kamil oğlunun hansı sahədə və neçə il işləməsi qeyd edilmədiyindən, eləcə də ona məxsus əmək kitabçası və yaxud əmək kitabçasının təsdiq edilmiş surəti təqdim edilmədiyindən arayışın verilməsinin imkan xaricində olması qeyd edilmişdir. Fondun ## #### 2024-cü il tarixli, *-**-*-*/*-S-****/**** nömrəli əmək pensiyasının təyin olunması üçün çatışmayan sənədlər barədə məktubundan görünür ki, Məmmədоv Məmməd Kamil oğlunun qanuni nümayəndəsi X16 əmək kitabçasının əsli (notarial qaydada təsdiq olunmuş surəti) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"na * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın kağız daşıyıcıda və ya elektron qaydada təqdim edilməsi xahiş edilmişdir. İddiaçı Kamil oğlunun qanuni nümayəndəsi X16 ##.##.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qəbul şöbəsində qəbul edilərək hansı səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilmədiyi izah edilmişdir. Apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci, 7-ci, 9.1-ci, 9.5ci, 9.8-ci, 20.14-cü, 21.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, 129-cu, 149-cu, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci, 81.1-ci, 81.2ci, 87.6-cı maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdehin nümayəndəsi X13 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı Kamil oğlu və onun vəkili və nümayəndəsi X9 oğlu şikayətin təmin edilməməsini, Naxçıvan Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 1985-ci ilin oktyabr ayından X17 maşinist köməkçisi işləmişdir. Əvvəl Məmmədin atası ilə birlikdə işləmişdir. Məmməd 1987-1988-ci illərdə Özbəkistandan gəlmiş, əvvəl maşinist köməkçisi, sonra da maşinist kimi işləmişdir.1988-ci ildə Erməsintanda zəlzələ olmuş, Məmməd maşinist köməkçisi verilmişdir. Onlar da 1988-ci ildən maşinist kimi işləməyə başlamışlar. 1992-ci ildə yol dayanmışdır. 2021-ci ilə qədər özü orda işləmişdir. 2017-ci ildə güzəştli şərtlərlə 57 yaşında pensiya çıxmışdır. Səhv xatırlamırsa 2008-ci ildə Məmməd işdən çıxmış, ondan sonra daha işə qayıtmamışdır. Özünün əmək kitabçasını arxivdən almışdır. Iddiaçının nəyə görə əmək kitabçasının olmadığını bilmir. Işləyib əmək haqqı almışlar, bəzən gecikmə olmuş, ancaq sonra əmək haqqı birlikdə verilmişdir. Xatırladığına görə iddiaçı 2008-ci ilə kimi davamlı olaraq X17 qeyd olunan işdə işləmişdir. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, 1988-ci ildən 2008-ci ilə kimi Məmmədlə birlikdə X17 işləmişdir. Məmməd maşinist işləmiş, özü də onun köməkçisi olmuşdur. Işə gələndən Məmməd maşinist işləmiş, 2008ci ilə qədərdə maşinist qalmışdır. Həmişə əmək haqqı almışlar, bəzi aylarda 4-5 ay gecikdirilsə də, sonra gecikmiş ayların da pulunu almışlar.. 2018-ci ildə 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə pensiyaya çıxmışdır. Şifahi məhkəmə baxış iclasına şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, X25 tanımışdır. Məmməd maşinist işləmiş, özü isə əvvəl Məmmədin atasının maşinist köməkçisi olmuş, sonra maşinist işləmişdir. 1987-ci ildən Məmmədlə birlikdə işləmişdir. Iddiaçı 2008- ci ilə qədər Depoda işləmişdir, sonra işdən çıxmışdır. Özü 2006-cı ilə kimi maşinist köməkçisi işləmiş, sonra maşinist olmuşdur.Bildiyinə görə Məmməd təkcə maşinist vəzifəsində işləmişdir.Özü 2025-ci ildə 60 yaşı tamam olduğu üçün pensiyaya çıxmışdır. Işlədiyi müddətlərdə əmək haqqı bəzi aylarda gecikmiş, amma sonra ödənilmişdir Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Iş materiallarında olan: -Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarında göstərilmişdir ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim olunmadığı hallarda müvafiq dövrün güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınması qanunauyğun hesab olunmur. Vətəndaş İddiaçı əmək kitabçası olmadığından ümumi və xüsusi iş dövrlərinə Naxçıvan MR Dövlət Arxiv idarəsinin ##.##.2021-ci il tarixli, **/**** nömrəli arayışları və Özbəkistan Dəmir Yollarının əmək haqqı arayışında olan qeydlərə əsasən baxılaraq 23 il 9 ay 14 gün ümumi stajı olduğu müəyyən olunmuşdur. İddiaçı Kamil oğlunun ümumi və xüsusi iş stajı arayışlara əsasən aparılmış araşdırma nəticəsində tələb olunan ümumi və xüsusi stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ## ###### 2021-ci il tarixli, **/**** nömrəli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir Yolu- X18 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı Kamil oğlunun ##.##.1980-ci il tarixli, *** №-li əmrlə “fəhlə” qəbul edilməsi, ##.##.1981-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması, ##.##.1987-ci il tarixli, *** №-li əmrlə “maşinist” qəbul edilməsi, ##.##.2008-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması əmr kitablarında qeyd edilmişdir. - ## ###### 2021-ci il tarixli, **/**** nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Kamil oğlu 1980-1981, 1988-2008-ci illərdə Naxçıvan Dəmir Yolu X17 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - ## ### 2024-cü il tarixli, ** nömrəli, tərcümə edilmiş arxiv arayışında göstərilmişdir ki, ## ###### 1962-ci il təvəllüdlü İddiaçı Kamil oğlu həqiqətən X1 Yolunun “Özbəkistan” lokomotiv deposunda ##.##.1983-cü il tarixli, **** saylı əmrlə baş mexanik şöbəsinə çilingər kimi işə qəbul edilmiş, ##.##.1983-cü il tarixli, **** saylı əmrlə 6 aylıq teplovoz maşinistləri hazırlığı kursuna göndərilmiş, ##.##.1983-cü il tarixli, *** saylı əmrlə maşinist köməkçisi keçirilmiş. ##.##.1987-ci il tarixli,*** nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Arayış 1983-1987-ci illər üçün şəxsi heyət üzrə əmrlər kitabı, şəxsi T-2 kartı və əmək haqqı üçün şəxsi hesablar əsasında verilmişdir. - ## ### 2024-cü il tarixli, ** nömrəli arxiv arayışından görünür ki, ##.##.1962-ci il təvəllüdlü İddiaçı Kamil oğlu 1983-1987-ci illərdə "Özbəkistan" lokomotiv deposunda işləmiş və həmin illər üzrə əməkhaqqı almışdır. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Kamil oğlu ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ## ###### 1962ci ildə anadan olmuş İddiaçı Kamil oğlu ünvan 1 ünvanında qeydiyyadadır. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun 1980-ci il avqust-dekabr (5 ay); 1987-ci il ## ######-dekabr (4 ay 12 gün);1991-ci il may, iyun, avqust-dekabr (7 ay); 1992-ci il yanvar, fevral, avqust, sentyabr (4 ay); 1993-cü il yanvar-dekabr (12 ay); 1997ci il avqust (1 ay); 1999-cu il fevral (1 ay); 2000-ci il avqust (1 ay); 2002-ci il avqust (1 ay); 2003-cü il dekabr (1 ay); 2008-ci il yanvar, fevral, mart, 7 may (3 ay 7 gün) aylarında əməkhaqqı almadığı barədə “xxxx” MMC-də heç bir sənəd yoxdur. ##.##.2016-cı il tarixinədək olan sənədlər “xxxx” MMC-nin arxivində mövcud deyildir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun sosial sığorta stajı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. ******* nömrəli Hərbi biletin sürətindən görünür ki, İddiaçı Kamil oğlu ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay 5 gün). Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin **/**** nömrəli, ##.##.2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı Kamil oğlu Naxçıvan Dəmir Yolu- Culfa Lokomotiv deposuna ##.##.1980-ci il tarixli, *** №-li əmrlə "fəhlə” qəbul edilmiş, ##.##.1981-ci il tarixli, 76 №- li əmrlə işdən azad edilmiş (11 ay 2 gün) və ##.##.1987-ci il tarixli, *** №-li əmrlə "maşinist" qəbul edilmiş, ##.##.2008-ci il tarixli, ** №-li əmrlə işdən azad edilmişdir (20 il 8 ay 19 gün). ##.##.2024-cü il tarixli X1 Yolunun "Özbəkistan" lokomativ deposunun arayışına əsasən İddiaçı Kamil oğlu ##.##.1983-cü il tarixli, **** saylı əmrlə baş mexanik şöbəsinə işə qəbul edilib, ##.##.1983-cü il tarixli, **** saylı əmrlə 6 aylıq sürücü kursuna göndərilib. ##.##.1983-cü il tarixli, *** saylı əmrlə sürücü köməkçisi vəzifəsinə keçirilmiş və ##.##.1987-ci il tarixli, *** saylı əmrlə işdən azad edilmişdir (3 il 11 ay 26 gün). İddiaçı Kamil oğlunun əmək kitabçası olmadığından onun iş stajı hərbi xidmət dövrü də nəzərə alınmaqla, Naxçıvan MR Dövlət Arxiv idarəsinin ##.##.2021-ci il tarixli, **/**** nömrəli arayışları və Özbəkistan Dəmir Yollarının əmək haqqı arayışında olan qeydlərə əsasən 27 il 8 ay 22 gün müəyyən olunmuşdur. X35 Sistemində 2010-cu il ilin fevral, mart, aprel aylarında adına 3 (üç) aylıq odəniş olduğundan ümumi stajının 27 il 11 ay 22 gün olduğu məlum olmuşdur. Lakin, Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin **/**** nömrəli, ##.##.2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı Kamil oğlu 1980-ci il avqust-dekabr (5 ay); 1987-ci il ## ######-dekabr (4 ay 12 gün); 1991-ci il may, iyun, avqust-dekabr (7 ay); 1992-ci il yanvar, fevral, avqust, sentyabr (4 ay); 1993cü il yanvar-dekabr (12 ay); 1997-ci il avqust (1 ay); 1998-ci il yanvar-dekabr (12 ay); 1999-cu il fevral (1 ay); 2000-ci il avqust (1 ay); 2002-ci il avqust (1 ay); 2003-cü il dekabr (1 ay); 2008-ci il yanvar, fevral, mart, may (3 ay 7 gün) aylarında əməkhaqqı almamışdır. Qeyd edilən aylar (illər) staj kimi nəzərə alınmamış və bu səbəbdən 27 il 11 ay 22 gün (##.##.1980-##.##.2008) ümumi stajı 52 ay 19 gün (4 il 4 ay 19 gün) azaldılaraq 23 il 7 ay 3 gün müəyyən edilmişdir. Vətəndaşın əmək kitabçası olmadığı üçün təqdim etdiyi arxiv arayışlarına əsasən adında əməkhaqqı olmayan aylar iş stajından azaldılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərarına əsasən * №-li güzəşt arayışı olmadığından xüsusi stajını müəyyən etmək mümkün olmamışdır. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun ##.##.1980-##.##.1981-ci illərdə Azərbaycan Dəmir Yolu X17 işlədiyi fəhlə vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun deyildir. Onun ##.##.1987-##.##.2008-ci il tarixlərində Azərbaycan Dəmir Yolu X17 işlədiyi teplovoz maşinist vəzifəsi 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) abzasına uyğundur. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ## ##### 2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun qeyd olunan tarixlərdə (##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək və ##.##.1987-ci il tarixdən ##.##.2008-ci il tarixədək (xüsusən də mübahisəli olduğundan 1980, 1987, 1991-1993, 1997-2000 və 2002-2003-cü illərdə) adları çəkilən sənədlər (əməkhaqqı cədvəlləri, əmr kitablarından çıxarışlar, ştat cədvəlləri və s.) “xxxx” MMC-nin arxiv sənədləri arasında aşkar edilməmişdir. Arxivdə olan sənədlər 2016-cı ildən bugünədək mövcuddur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv Idarəsinin ## #### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun Naxçıvan Dəmir Yolu X17 1980, 1981,1987, 2008-ci illərdə işləməsi barədə əmr kitablarından çıxarış və 1980-2008-ci illərdə aldığı əməkhaqqılar haqqında ## #### 2025ci il tarixli, 3-48-NDA/2-2-M-360- **/**** nömrəli arxiv arayışları göndərilmişdir. ## #### 2025-ci il tarixli, *-**-NDA/*-*-M***-**/**** nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir Yolu-X18 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı Kamil oğlunun ##.##.1980-cı il tarixli, *** №-li əmrlə “fəhlə” qəbul edilməsi, ##.##.1981-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması, ##.##.1987-ci il tarixli, *** №-li əmrlə "maşinist" qəbul edilməsi, ##.##.2008-ci il tarixli, 21ş №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Eyni tarixli və nömrəli digər arxiv arayışından görünür ki, İddiaçı Kamil oğlu 1980-1981, 1987-2008ci illərdə Naxçıvan Dəmir Yolu-X17 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv Idarəsi tərəfindən ## ###### 2025ci il tarixli, *-**-NDA/*-*-****/**** nömrəli məktub ilə məhkəməyə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-NDA/*-*-M****-**/**** nömrəli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Axivində mühafizə olunan Naxçıvan Dəmir YoluX18 sənədlərinə baxdıqda müəyyan oldu ki, İddiaçı Kamil oğlunun ##.##.1980-cı il tarixli, *** №-li əmrlə fəhlə qəbul edilməsi, ##.##.1981-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması, ##.##.1987-ci il tarixli, *** №-li əmrlə maşinist qəbul edilməsi, ##.##.2008-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Digər arxiv arayışından görünür ki, İddiaçı Kamil oğlu 1980- 1981, 1988-2008-ci illərdə Naxçıvan Dəmir Yolu-X17 işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində X3-X18 1980-ci ilin avqust-dekabr, 1991-ci ilin may, iyun, avqust-dekabr, 1992-ci iIin yanvar, fevral, avqust, sentyabr, 1997-ci ilin avqust, 1999-cu ilin fevraI, 2000ci ilin avqust, 2002-ci iIin avqust, 2003-cü ilin dekabr va 2008-ci ilin yanvar-mart aylarının əməkhaqqı cədvəlIərində adı var, lakin adına əməkhaqqı yazılmamışdır. 1981-ci ilin iyundekabr aylarına dair əməkhaqqı cədvəllərində isə işdən azad edilməsi qeyd olunmuşdur. 1987 va 1993-cü illərə dair əməkhaqqı cədvəllərində adına rast gəIinmədi. 2008-ci ilin yanvar-mart aylarına dair əməkhaqqı cədvəlIərində adı var, lakin adına əməkhaqqı yazılmamışdır. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin *-**NDA/*-*-M-****-**/**** nömrəli, ## ####### 2025-ci il tarixli arxiv arayışına əsasən ”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin X17 ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək fəhlə, ##.##.1987-ci il tarixdən ##.##.2008-ci il tarixədək maşinist vəzifələrində işləmiş, işlədiyi maşinist vəzifəsinin əsas xüsusiyyətlərinin təhkim edilmiş müvafiq briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVIII bəndinin ********-***** saylı koduna və 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 7-ci abzasına uyğun olmuş, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 20 il 8 ay 19 gün təşkil etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin arxivində İddiaçı Kamil oğlunun qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləməsi haqqında işə qəbul, işdən azad olunması və əmək məzuniyyəti verilməsi barədə əmr, həmçinin əmək kitabçasının olmadığı müəyyən olunmuşdur. - “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, X24 işlədiyi X17 mövcud olmuş maşinist və maşinist köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 8-ci (kod: 23001000—14241) abzaslarında qeyd olunmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə uyğundur, bununla yanaşı, ADY-nin adıçəkilən strukturunda mövcud olmuş fəhlə və depo növbətçisi vəzifə və peşələri isə sözügedən normativ aktlarda təsbit olunmamış, Culfa lokomotiv deposu hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrinə, birinci dərəcəli və dərəcədənkənar stansiyalara aid olmadığı müəyyən olunmuşdur. -Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ###### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun # ###### 2006-cı il tarixinədək 21 il 04 ay 20 gün sığorta stajına münasibətdə 2022-ci il üçün 17391,79 manat pensiya kapitalı, # ###### 2006-cı il tarixindən ## ###### 2022-ci il tarixinədək olan dövr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan məlumatlara əsasən 1423,38 manat pensiya kapitalı, ümumilikdə isə ## ###### 2022-ci il tarixinədək 18815,17 manat pensiya kapitalı olduğu, lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2022ci ildə qüvvədə olan 9.1-ci maddəsinin şərtlərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 48960 manat pensiya kapitalı tələb olunduğu, vətəndaşın # ###### 2006-cı il tarixinədək 21 il 04 ay 20 gün stajına münasibətdə hazırda 22026,61 manat pensiya kapitalı, # ###### 2006-cı il tarixindən # ###### 2026-cı il tarixinədək olan dövr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan məlumatlara əsasən 1802,70 manat pensiya kapitalı, ümumilikdə isə # ###### 2026-cı il tarixinədək 23829,31 manat pensiya kapitalının mövcud olduğu, lakin, hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 46080 manat pensiya kapitalı tələb olunduğundan, İddiaçı təqdim etdiyi sənədlərdə “depo növbətçisi” vəzifəsinə keçirilməsi ilə bağlı sənəd olmadığından göndərilməsinin mümkün olmadığı müəyyən olunmuşdur. -Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi Idarəsinin ## ###### 2026-cı il tarixli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir Yolu X18 sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı Kamil oğlunun ##.##.1980-ci il tarixli *** nömrəli əmrlə fəhlə vəzifəsinə təyin edilməsi, ##.##.1981-ci il tarixli ** nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilməsi, ##.##.1987-ci il tarixli *** nömrəli əmrlə maşinist köməkçisi vəzifəsinə təyin edilməsi, maşinist olmaq üçün ##.##.1987-ci il tarixli *** nömrəli əmrlə 3 aylıq sınaq müddətinin verilməsi, ##.##.1988-ci il tarixli ** nömrəli əmrlə maşinist vəzifəsinə keçirilməsi, ##.##.1990-cı il tarixli ** nömrəli əmrlə çətin vəziyyətdə işlədiyi üçün 3-cü dərəcə maşinist təyin edilməsi, ##.##.1991-ci il tarixli *** nömrəli əmrlə maşinist vəzifəsinə keçirilməsi. ##.##.1992-ci il tarixli ** nömrəli əmrlə Paravoz Bazasının rəisi vəifəsinə təyin edilməsi, ##.##.1995-ci il tarixli ** nömrəli əmrlə məzuniyyətə getməsi, ##.##.1996-cı il tarixli *** nömrəli əmrlə məzuniyyətə getməsi, ##.##.1998-ci il tarixli protokola əsasən 1980-1992-ci ilə qədər iş dəyişmələri və vəzifələrinə görə 14-cü əməkhaqqı üçün birdəfəlik yardımın verilməsi protokolunda əmək stajının 23 il olması, ##.##.2004-cü il tarixli **/S nömrəli əmri ilə mühəndis vəzifəsinə keçirilməsi, ##.##.2005-ci il tarixli **Ş nömrəli əmrlə daimi mühəndis vəzifəsinə təyin edilməsi, ##.##.2007-ci il tarixli **Ş nömrəli əmrlə depo növbətçisi vəzifəsinə keçirilməsi, ##.##.2008-ci il tarixli **S nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi Idarəsinin ## ###### 2026-cı il tarixli sorğuya cavab məklubunda göstərilmişdir ki, ## #### 2025-ci il tarixli, 3-48-NDA/2- 2-M-360-33/2025 və ## ###### 2026-cı il tarixli, *-**-NDA/*-*-M-***-**/**** nömrəli arxiv arayışlarındakı ziddiyyətləri nəzərə alaraq bildirilir ki, ##.##.1987-ci il tarixli, 313 nömərli əmrdə İddiaçı Kamil oğlunun “maşınist köməkçisinin dublyoru” təyin edilməsi göstərilmişdir, İddiaçı Kamil oğlunun əmək fəaliyyəti dövrünü əhatə edən sənədlərin təsdiq edilmiş surətləri və ##.##.1987-ci il tarixli, *** nömrəli əmrin surəti ## ###### 2026cı il tarixli, *-**-NDA/*-*-**/**** nömrəli məktubla məhkəməyə göndərilmişdir, xxxx Naxçıvan hissəsinin bütün sənədləri rus dilindədir. -“xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ## ###### 2026-cı il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli *-**-NDA/*-*-M-***- **/**** nömrəli arxiv arayışına əsasən X24 ADY-nin Naxçıvan Dəmir Yolu X17 ##.##.1987ci il tarixindən ##.##.1992-ci il tarixinədək (ümumilikdə 4 il 6 ay 24 gün olmaqla) işlədiyi maşinist və maşinist köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 8-ci (kod: 23001000-14241) abzaslarında qeyd olunmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə uyğundur. Bununla yanaşı, İddiaçı 1980- 1981-ci və 1992-2008-ci illər ərzində X17 işlədiyi Paravoz bazasının rəisi, mühəndis, depo növbətçisi və fəhlə vəzifə və peşələri isə sözügedən normativ aktlarda təsbit olunmamışdır. - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli *-**-NDA/*-*-M-***- **/**** nömrəli arxiv arayışına əsasən X24 ADY-nin Naxçıvan Dəmir Yolu X17 ##.##.1987ci il tarixindən ##.##.1992-ci il tarixinədək (ümumilikdə 4 il 6 ay 24 gün olmaqla) işlədiyi maşinist və maşinist köməkçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci və Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 8-ci (kod: 23001000-14241) abzaslarında qeyd olunmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” peşələrinə uyğundur. Bununla yanaşı, İddiaçı 1980- 1981-ci və 1992-2008-ci illər ərzində X17 işlədiyi Paravoz bazasının rəisi, mühəndis, depo növbətçisi və fəhlə vəzifə və peşələri isə sözügedən normativ aktlarda təsbit olunmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv Idarəsinin ## #### 2026-cı il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı Kamil oğlunun xxxx Naxçıvan hissəsində işləməsi ilə bağlı tərtib edilmiş ## #### 2025-ci il tarixli, 3-48- NDA/*-*-M-***- **/**** nömrəli arxiv arayışı ilə ## ###### 2026-cı il tarixli, 3-48- NDA/*-*-M-***-**/**** nömrəli arxiv arayışında olan məlumatlardakı fərqlilik ilə bağlı araşdırma aparılmışdır. Nəticədə müəyyən edilmişdir ki, xxxx Naxçıvan hissəsinin sənədlərinin çox hissəsinin rus dilində olması və həmin sənədləri tərcümə etmək üçün mütəxəssis olmaması səbəbindən təqdim olunmuş sənədlərdə texniki səhvlərə yol verilmişdir. Yuxarıda qeyd edilənləri, ## #### 2025-ci il tarixli, 3-48-NDA/2-2-M-360- **/**** nömrəli və ## ###### 2026-cı il tarixli *-**-NDA/*-*-M-***-**/**** nömrəli arxiv arayışları arasında uyğunsuzluq olmasını nəzərə alaraq son göndərilən ## #### 2026-cı il tarixli, *-**-NDA/*-*-M-***-**/**** nömrəli arxiv arayışının qəbul edilməsi xahiş edilmişdir. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi Idarəsinin ## #### 2026-cı il tarixli arxiv arayışında göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Dəmir Yolu X18 sənədlərinə baxıldıqda müəyyən olundu ki, İddiaçı Kamil oğlunun ##.##.1980-ci il tarixli, *** №-li əmrlə müvəqqəti olaraq «рабочим по мойку вагонов под овощей во 2 (второму) разряду” vəzifəsinə təyin edilməsi, həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar ##.##.1981-ci il tarixli, ** №-li əmrlə «обтирщика тепловозов тепловоза ремонтного цеха» vəzifəsindən azad edilməsi, ## ##.1987-ci il tarixli, ** №-li əmlə X26 köçürmə yolu ilə 19. 08. 1987-ci il tarixdən «дублером помощника машиниста тепловоза» vəzifəsinə təyin edilməsi, ##.##.1987-ci il tarixli *** №-li əmrlə Azərbaycan Dəmiryolları X18 teplovoz maşinist köməkçisi (помощника машиниста тепловоза) teplovoz idarəetmə şəhadətnaməsi aldığından 3 ay müddətinə "для подготовки к самостоятельному вождению поездов” vəzifəsinə keçirilməsi, ##.##.1988-ci il tarixli, ** №-li əmrlə «дублер машиниста тепловоза" к самостоятельной работе «машиниста тепловоза» vəzifəsinə keçirilməsi, ##.##.1990cı il tarixli, ** №-li əmrlə regionlarda ağır dövr və çətin vəziyyətdə hərəkətin təhülkəsizliyinl təmin elməkdə göstərdiyi qüsursuz xidmətinə görə təşəkkürnamə alaraq sınaq müddəti olmadan «lll класс квалификации машиниста тепловоза» ixtisası verilməsi, lll dərəcəli teplovoz maşinistlərinə 5 % ödəniş ödənilməsi ilə bağlı ##.## 1990-cı il tarixli, 31 №li əmrdə adının olması, ##.##.1991-ci il tarixli *** №-li əmrlə «машинист тепловоза депо» NOD-3-ə köçürülməsi, 11. 03. 1992-ci il tarixli, ** №-li əmrlə NOD-3-dən «начальника базы запаса паровозов» vəzifəsinə keçirilməsi, ##.## 1995-ci il tarixli, * №-li əmrlə parovoz bazasının rəisi, ##.##.1993-##.##.1994-cü il dövrünə görə 36 təqvim günü müddətinə ##.##.1995-ci il tarixdən ##.##.1995-ci iI tarixədək növbəti əmək məzuniyyətinə buraxılması, ##.##.1996-cı il tarixli *** №-li əmrlə ##.##.1994- ##.##.1995ci il dövrünə görə 36 təqvim günü müddətinə ##.##.1996-cı il tarixdən ##.##.1996-cı il tarixədək növbəti əmək məzuniyyətinə buraxılması, ##.##.1998-ci il tarixli protokoldan çıxarışda 1980-ci il tarixdən fasiləsiz əmək staj göstərilməsi ilə əlaqədar Culfa Deposunun «начальнику паровозный базы» birdəfəlik yardım verilməsi, ##.##.2003-cü il tarixli protokoldan çıxarışda 1980-cı il tarixdən ##.##.2003-cü il tarixədək fasiləsiz 22 il 1 ay əmək stajı göstərilməsi ilə əlaqədar Parovoz bazasının rəisinə 14-cü əməkhaqqı üçün birdəfəlik yardım verilməsi, ##.##.2004-cü il tarixli protokoldan çıxarışdan 1980-ci il tarixdən ##.##.2004-cü il tarixədək fasiləsiz 23 il əmək stajı göstərilməsi ilə əlaqədar parovoz bazasının rəisinə 14-cü əməkhaqqı üçün birdəfəlik yardım verilməsi, ##.##.2004cü il tarixdə parovoz ehtiyyat bazası üzrə mühəndis vəzifəsi adlandırılması, ##.##.2005ci il tarixli, 26/Ş №-li əmrlə parovoz ehtiyyat bazası üzrə mühəndisin əmək müqaviləsinin müddəti bitdiyindən ##.##.2005-ci il tarixdən parovoz ehtiyyat bazası üzrə mühəndis vəzifəsində daimi işçi hesab edilməsi , ##.##.2007-cI il tarixli, 50/Ş №-li əmrlə X14 parovoz bazası mühəndisi kimi bir ay sınaq müddətinə X7 üzrə lll qrup depo növbətçisi vəzifəsinə keçirilməsi, ##.##.2008-ci il tarixli, **/M №-li əmrlə X7 üzrə depo növbətçisinin ##.## 2007-##.##.2008-ci il dövrünə görə 36 təqvim günü müddətinə ##.##.2008-ci il tarixdən ## ##.2008-ci il tarixədək növbəti əmək məzuniyyətinə buraxılması və ##.##.2008-ci il tarixli, **/S №-li əmrlə öz ərizəsi əsasında X7 üzrə depo növbətçisi vəzifəsindən azad edilməsi əmr kitablarında göstərilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: -1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1 -ci maddələrinə əsasən bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın # -dək olan dövr üzrə: "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı Kamil oğlunun ümumi və xüsusi iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçının işlədiyi aylardan hər hansı birində adına əməkhaqqı yazılmaması və ya bununla bağlı sənədlərin arxivə təhvil verilməməsi, arxivə təhvil verilmiş ayların düzgün araşdırılaraq çıxarılmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır, iş materiallarına əsasən iddiaçının 27 il 11 ay 22 gün ümumi stajı olduğu müəyyən olunmuşdur, həmçinin iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əksəriyyətində zərərli işlərdə işlədiyindən onun 12 il 6 aydan çox xüsusi iş stajı mövcuddur. Məhkəmə bu qənaətə gələrkən, iş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının uzun müddət maşinist vəzifəsində çalışmasını nəzərə almış, həmin vəzifənin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 7-ci (teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) abzasına uyğun olduğunu qeyd etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ## #### 2025-ci il tarixli, *-**-NDA/*-*-M-***- **/**** nömrəli və ## ####### 2025-ci il tarixli, *-**-NDA/*-*-M-****-**/**** nömrəli arxiv arayışlarında İddiaçı Kamil oğlunun ##.##.1980-ci il tarixli, *** №-li əmrlə fəhlə qəbul edilməsi, ##.##.1981-ci il tarixli, ** №-li əmrlə işdən azad olunması, ##.##.1987-ci il tarixli, *** №-li əmrlə yenidən işə qəbul edilərək maşinist vəzifəsinə təyin edilməsi, ##.##.2008ci il tarixli, **/S №-li əmrlə işdən azad olunması göstərilmişdir. Apellyasiya şikayətinə baxılan zaman kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş ## #### 2026-cı il tarixli, *-**-NDA/*-*-M-***-**-**** nömrəli arxiv arayışında isə iddiaçı İddiaçı Kamil oğlunun Naxçıvan Dəmir Yolu X17 ##.##.1980-ci il tarixli, *** nömrəli əmrlə fəhlə olaraq işə qəbul edilməsi, ##.##.1981-ci il tarixli, ** nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün işdən azad edilməsi, ##.##.1987-ci il tarixli *** nömrəli əmrlə maşinist köməkçisi vəzifəsinə təyin edilməsi, ##.##.1988-ci il tarixli ** nömrəli əmrlə maşinist vəzifəsinə keçirilməsi, ##.##.1992-ci il tarixli ** nömrəli əmrlə Paravoz Bazasının rəisi vəifəsinə təyin edilməsi, ##.##.2004-cü il tarixli **/S nömrəli əmrilə mühəndis vəzifəsinə keçirilməsi, ##.##.2005-ci il tarixli **Ş nömrəli əmrlə daimi mühəndis vəzifəsinə təyin edilməsi, ##.##.2007-ci il tarixli **Ş nömrəli əmrlə X7 üzrə depo növbətçisi vəzifəsinə keçirilməsi, ##.##.2008-ci il tarixli **S nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad olunduğu göstərilmişdir. Kollegiya birinci instansiya məhkəməsinə təqdim edilən arxiv arayışları ilə kollegiyaya təqdim edilən ## ###### 2026-cı il tarixli, *-**-NDA/*-*-M-***-**-**** nömrəli və ## #### 2026-cı il tarixli, *-**-NDA/*-*-M-***-**-**** nömrəli arxiv arayışları arasında ziddiyyətlərin olmasını nəzərə alaraq bununla bağlı Naxçıvan MR Dövlət Arxivinə sorğu ünvanlamışdır. Naxçıvan MR Dövlət Arxivi tərəfindən cavab olaraq bildirilmişdir ki, göstərilən məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən olunmuşdur ki, xxxx Naxçıvan hissəsinin sənədlərinin çox hissəsi rus dilində olduğundan və həmin sənədləri tərcümə etmək üçün mütəxəssis olmaması səbəbindən təqdim olunmuş sənədlərdə texniki səhvlərə yol verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, arxiv arayışları arasında uyğunsuzluğu nəzərə alaraq son göndərilən ## #### 2026-cı il tarixli, *-**-NDA/*-*-M- ***-**-**** nömrəli arxiv arayışı nəzərə alınmalıdır. Həmçinin ## #### 2026-cı il tarixli, *- **-NDA/*-*-M-***-**/**** nömrəli arxiv arayışının hazırlanmasında əsas olmuş əmrlərin, əmrlərin qeydiyyatı kitablarının və digər sənədlərin surətləri kollegiyaya təqdim edilmişdir. Həmin sənədlərdə göstərilən məlumatlarla arxiv arayışında göstərilən məlumatlar eynilik təşkil etmişdir. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunvericilikdə nəzərdə tutulmuş 60 yaşına çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalıdır. Eyni zamanda, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 60 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdə qüvvədə olmuş redaksiyasında əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə şərti də nəzərdə tutulmuşdu. Hazırkı mübahisəyə münasibətdə işin sübutlarla müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının əmək kitabçası olmasa da hərbi xidmət dövrü də nəzərə alındıqda onun 25 ildən artıq ümumi iş stajının olması arxiv sənədləri ilə təsdiq edilir. Lakin, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri olan ümumi iş stajının ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuş peşələrdə toplamalı olması şərti iddiaçıya münasibətdə mövcud deyil. Belə ki, işin hərtərəfli araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı Kamil oğlu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın 28-ci bəndində 8-ci (kod: 23001000-14241) abzasında nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” koduna uyğun olaraq maşinist və maşinist köməkçisi kimi Naxçıvan Dəmir Yolu X17 ##.##.1987-ci il tarixdən ##.##.1992-ci il tarixədək olmaqla, ümumilikdə 4 il 6 ay 24 gün müddətində işləmiş və köçürüldüyü X1 Yolunun “Özbəkistan” Lokomotiv Deposunda ##.##.1983-cü ildən ##.##.1987-ci ilədək 3 il 8 ay 23 gün müddətində maşinist köməkçisi işləmişdir. Arxiv məlumatlarına əsasən iddiaçının işləmiş olduğu maşinist və maşinist köməkçisi peşələrində ümumilikdə 8 il 3 ay 17 gün xüsusi iş stajı vardır və bu qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün yetərli iş stajı hesab edilmir. Kollegiya qeyd edir ki, iddiaçı əmək fəaliyyəti dövründə yuxarıda qeyd edilən maşinist və maşinist köməkçisi peşələrindən əlavə işlədiyi Naxçıvan Dəmir Yolu X18 paravoz bazasının rəisi, mühəndis,fəhlə, X7 üzrə depo növbətçisi kimi peşələr “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamış, həmçinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının 1980-1981-ci və 1992-2008-ci illər ərzində işlədiyi depo növbətçisi, mühəndis, paravoz bazasının rəisi, fəhlə peşələrinin sözügedən normativ aktlarda təsbit olunmadığı bildirilmişdir. Beləliklə, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işləmədiyindən onun ümumi stajı ##.##.1980-ci il tarixdən ##.##.2008-ci il tarixədək hesablandıqda 27 ildən artıq olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən azı 25 il ümumi staj şərtini ödəsə də, xüsusi iş stajı müəyyən edilmiş 12 il 6 aydan az olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Kollegiya qeyd edir ki, şifahi məhkəmə baxışı zamanı dindirilmiş şahidlər X6, X2, X10 ifadələrində iddiaçının X17 maşinist köməkçisi, maşinist kimi işləməsini göstərsələr də iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının həmin yerdə müxtəlif vaxtlarda fəhlə, paravoz bazasının rəisi, mühəndis peşələrində işləməsi təsdiq edildiyindən şahidlərin iddiaçının orada davamlı olaraq maşinist köməkçisi,maşinist vəzifəsində işləməsi barədə ifadələri işin faktiki hallarına uyğun olmadığından sübut qismində qəbul edilmir. Bundan əlavə, iddiaçı İddiaçı Kamil oğlu məhkəmə iclasında verdiyi izahatında da 1992-1993-cü illərdə paravoz bazasına rəis təyin edildiyini, həmçinin sonradan depo növbətçisi kimi də işlədiyini göstərmişdir. Belə ki, sübutların mümkünlüyünü müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanuni olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarına və istinad olunan hüquq normalarına əsaslanan kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və İddiaçı Kamil oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı, onun 60 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbini təmin edərkən müvafiq araşdırma aparmamaqla düzgün nəticəyə gəlməmiş və qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun şikayəti təmin edilməli, Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və IPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara alır:

Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsi tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv olunsun və iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı Kamil oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ## ####### 2024-cü il tarixli, *******767B04C5D2C3 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun yarandığı, 60 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar