Məhkəmə qərarları › İş №2-1(108)-14/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-14/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-14/2022 29.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxrəddin Rüstəm oğlunun (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(122)-21/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 21(122)-21/2022 nömrəli qərarı ilə (sədrlik edən H.X.Muradov) İddiaçı ca vabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilmiş və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmənin qərarından narazı qalan cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsi 18 mart 2022-ci il tarixdə apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(122)-21/2022 n ömrəli qərarının ləğv edilməsi, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Mə cəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Hazırkı iş üzrə İddiaçı nümayəndəsi Nümayənd ə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə iddiaçının qabaqcadan lazımi qaydada xəbərdar edildiyini, lakin məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respubl ikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(122)-21/2022 nömrəli qərarının ləğv olunmasını, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının qüvvədə saxlanaraq İddiaçı hamiləliyə və doğuşa görə müavinət təyin edilərkən ona artıq ödənilmiş 596.70 manat məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməklə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(122)-21/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkə mə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir. İşin müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 01 oktyabr 2020-ci il tarixdən 03 fevral 2021-ci il tarixədək hamiləlik və doğuşa görə sosial məzuniyyətdə olmuş və ona işlədiyi səkkiz ay nəzərə alınmaqla 1737.40 manat məbləğində sosial müavinət hesablanmış və ödənilmişdir. X6 Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz rayon şöbəsi sonradan vəsaiti 12 aydakı iş günlərinin sayına bölərək mübahi sələndirilən qərarı qəbul etmiş, hamiləliyə və doğuşa görə müavinət təyin edilərkən ona 596.70 manat məbləğində artıq ödəniş edildiyini bildirmiş və həmin məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 28-ci bəndində hamiləliyə və doğuşa görə müavinətin təyin edilməsi göstərildiyini, həmin Əsasnamənin 28-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin işçinin qazancına və sosial sığ orta stajına görə hesablandığını, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin və hamiləliyə və doğuşa görə müavinətin hesablanması üçün tələb olunan əsas göstəricilərdən biri sığortaolunanın qazancıdır. Kollegiya həmin dəlillərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın 24-cü bəndində göstərilən normanın məzmunundan görünür ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır və orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından məcburi dövlət sosial sığorta haqqı hesablanmayan dövrə düşən iş günləri çıxılır. Həmçinin Kollegiya iddiaçının işləmədiyi dövrün “məcburi dövlət sosial sığorta haqqı hesablanmayan” dövr olduğunu, bu səbəbdən də orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından həmin dövrün çıxılmalı olduğunu hesab edir. Eyni zamanda Kollegiya qeyd edir ki, istinad edilən normanın məzmunundan aydın olur ki, qanunvericilik orta gündəlik qazancın hesablanması zamanı məcburi dövlət sosial sığorta haqqı hesablanmış dövrlərin iş günlərinin sayına əlavə edilməsini nəzərdə tutur. İddiaçının işləmədiyi 4 ay ərzində isə onun məcburi dövlət sosial sığorta haqqı hesablanmadığından cavabdehin həmin müddəti iş günlərinin sayına əlavə etməsi qanunauyğun deyil. Əmək qanunvericiliyinin tələblərinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərindən çıx ış edərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin iddiaçıya hamiləliyə və doğuşa görə müavinət hesablanarkən 8 aylıq əməkhaqqı toplanması nəticəsində alınmış vəsaitin 12 aydakı iş günlərinin sayına bölünməsi dəlili əsassız olmuşdur. Həmçinin Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini düzgün qiymətləndirərək yuxarıda qeyd edilən maddi hüquq normalarına düzgün istinad etmiş, iddia tələbinin əsaslarına münasibətdə düzgün nəticəyə gəlmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1252/2021 nömrəli iş üzrə qəbul etdiyi 06.07.2021-ci il tarixli qərarına əsaslanmaqda və iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya apellyasiya şikayətində göstərilmiş dəlilləri hərtərəfli öyrənərək, şikayətə apelyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxarkən prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi də iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilm əsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(122)-21/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 87, 89, 90, 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 21(122)-21/2022 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Şahbuz Rayon Şöbəsinin 21 oktyabr 2021-ci il tarixli, 2 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2-1(122)-21/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar