Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-14/2023 13.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət e dərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 21(122)-55/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız hesab edilərək rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı vəkili Vəkil 25 mart 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tari xli, 2-1(122)-55/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş İddiaçı vəkili Vəkil şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına daxil olmuşdur. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən İddiaçı vəkili Vəkil iştirakı olmadan şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında vəkili Vəkil etibarnamə vermədiyini, ona etibarnamə verilməsini vəkilinin tələb etmədiyini göstərib məhkəmə qərarından vəkili tərə findən verilmiş şikayətin mümkün hesab edilərək baxılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsində göstərilmişdir ki, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şika yət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Ko llegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.3cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Həmin Məcəllənin 74.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1-cı maddəsinə əsasən şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını və s. formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır. İnzibati işin materiallarından aydın olur ki, iddiaçının vəkili tərəfindən verilmiş şikayət inzibati məhkəməyə daxil olduqdan sonra məhkəmə İPM-nin 86.1-ci maddəsinə müvafiq olaraq şikayətlə bağlı formal tələblərə apellyasiya şikayəti vermiş şəxs tərəfindən əməl olunmasını yoxlamış, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması əsasına görə həmin maddədə göstərilən tələbə əməl olunmaması ilə bağlı məhkəmə tərəfindən Vəkil 29 mart 20 23-cü il tarixli məktub göndərilərək qərardan şikayət vermək səlahiyyətinə malik olduğunu təsdiq edən vəkalətin apellyasiya şikayətinə əlavə edilməməsi bildirilmiş, lakin şikayətin verildiyi tarixə vəkilin səlahiyyətlərini təsdiq edən etibarnamə məhkəməyə təqdim olunmamışdır. İPM-nin 86.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Kollegiya daxil olmuş şikayətin mümkünlüyünü yoxlayaraq yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, İddiaçı vəkili Bağırov X2 MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərkən məhkəmən in qeyd olunan qərarından verdiyi şikayətə nümayəndəliyini təsdiq edən etibarnamə əlavə etməmiş, bununla da şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını müəyyən edən prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü və 87.4-cü maddələrinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Kollegiya yuxarıda göstərilən hallara əs aslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi və Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosessual əsaslar olmadığından İddiaçı vəkili Vəkil məhkəmənin qərarından verdiyi şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 81.3, 87.2, 87.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci, 366-cı maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2-1(122)-55/2023 nömrəli qərarından İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-14/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-14/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver