Məhkəmə qərarları › İş №2-1(108)-14/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-14/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-14/2025 15.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı "cavabdehlərin üzərinə xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə “aldığı xəsarət nəticəsində” dəyişdirilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1305/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Naxçıvan MRnın Ədliyyə Nazirliyinə qarşı cavabdehlərin üzərinə xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə “aldığı xəsarət nəticəsində” dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-9337/2024 nö mrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə göndərilmiş, iddia ərizəsi Naxçıvan MR İnzibati Məhkəməsinə daxil olduğu gündən icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(122)1305/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 2-1(122)-1305/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Naxçıvan MR İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxılması əvəzinə, işin mahiyyətini araşdırmadan, cavabdeh orqanın cavab məktubu na diqqət yetirmədən, onun mövqeyini öyrənmədən ədalətsiz və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, məhkəmə qərardadında xx.xx.2024-cü il tarixində iddia ərizəsinə verilmiş dəqiqləşdirmə ərizəsini qeyd etsə də, onun xahiş hissəsini və ən əsası cavabdeh olan şəxs dəyişdirilmişdir. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti digər cavabdehlə - Naxçıvan MR Ədliyyə Nazirliyi Şərur Rayon Nikah Evi ilə əvəz edilmiş, iddia ərizəsinin xahiş hissəsi də dəyişdirilmişdir. Konkret olaraq, “cavabdehlərin üzərinə - xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixində vəfat etmiş qardaşım X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə, ölüm haqqında akt qeydində ölüm səbəbi hiss əsində dəyişikliyin aparılması (ölüm səbəbinin ləğvi) öhdəliyinin qoyulması haqqında” qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Lakin bütün bunlara baxmayaraq əsassız səbəb gətirilərək, işə mahiyyəti üzrə baxılmasına şərait yaratmadan bu qərardadı çıxarılmış və nəticədə, iddia mümkün hesab olunmayaraq iddiaçının məhkəməyə müraciət etmək huququ pozulmuşdur. Halbuki, iddiaçı iddianın verilməsinə subyektiv hüququ var, iddia cavabdeh olmalı olan şəxsə qarşı irəli sürülmüşdür. Bu qərardadla məhkəmə göstərdi ki, iddianın mahiyyəti dəqiq araşdırmamış və işə əlavə edilmiş materiallar ətraflı olaraq öyrənilməmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına, Azərbaycan Respublikası İPM-nin 12.1-ci, 13-cü, 35.3-cü, 81-ci maddələrinə istinad edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən kollegiyaya ünvanlanmış 16 dekabr 2024-cü il tarixli mülahizədə göstərilmişdir ki, xx.xx.1989-cu ildə vəfat etmiş X3 ölümü İddiaçı müraciəti və Xanlıqlar xəstəxanasının tibbi arayışı əsasında xx.xx.1989-cu ildə Naxçıvan MRnın Şərur rayonunun Xanlıqlar icra nümayəndəliyində qeydə alınmış, ölüm səbəbi “mədə vəzinin xərçəngi” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə o lmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasən bütün vətəndaşlıq vəziyyəti akt qeydlərinin iki nüsxədə tərtib edilməsinə müvafiq olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları iki nüsxədə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının elektron məlumat bankının aparılmasını təmin etmək məqsədilə Naxçıvan MR ərazisindəki qeydiyyat şöbələrində və icra hakimi yyətinin nümayəndəliklərində tərtib edilən bütün akt qeydlərinin birinci nüsxələri növbəti ayın 5-dən gec olmayaraq, Muxtar Respublikanın vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təhvil verilir. Akt qeydlərinin ikinci nüsxələrindən ibarət olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları qeydiyyat şöbəsində saxlanılır. Göründüyü kimi M.Babayevin ölümü haqqında akt qeydinin hər iki nüsxəsi Muxtar Respublikanın ərazisində aidiyyəti qurumlarda mühafizə olunduğundan, habelə sözügedən akt qeydinə düzəliş olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin səlahiyyətinə aid olmadığından iş üzrə icraatda tərəf kimi iştirakımız mümkün deyildir. Göstərilənləri nəzərə alaraq müvafiq iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin V ətəndaşlıq vəziyyəti aktlarının arxivinin cavabdeh qismində statusuna xitam verilməsini xahiş edirik. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti kollegiyaya 13 yanvar 2025-ci il tarixli məktub göndərərək, apellyasiya şikayətinə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh orqan Naxçıvan MR Ədliyyə Nazirliyi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh orqanlar Naxçıvan MR Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasın ın Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya inzibati işin materiallarını araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəs inə gələrkən iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin dəqiq və düzgün ifadə olunmamasına, cavabdehlər qismində iki müxtəlif orqanın göstərilməsinə, belə olan təqdirdə iddiaçının hüquqlarıın və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etməyin mümkün olmamasına, məhkəməyə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş 30 oktyabr 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edilsə də, yuxarıda sadalanan hallara əsasən təqdim edilən oxşar yeni iddia ərizəsi üzrə məhkəmə tərəfindən hər dəfə müvafiq prosessual hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulan hüquqlardan sui-istifadə, prosesin sonsuzadək davam etdirilməsi və prosessual qənaət prinsipinin pozulması ilə nəticələnəcəyinə əsaslanmışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarında məhkəmələ rə tövsiyyə edilmişdir ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıd ır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yo xlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 yanvar 2017-ci il tarixli qərarında göstərilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (Konstitusiyanın 60-cı maddəsinin İV hissəsi). İnzibati Prosessual Məc əllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın növü məsələsi aydınlaşdırıldıqdan sonra, ilk növbədə ayrı-ayrı iddia növlərindən asılı olaraq, iddianın mümkünlüyü məsələsinə toxunulur. Belə məsələlər həmişə iddianın əsaslılığından əvvəl yoxlanılır. Bu ondan irəli gəlir ki, iddianın mümkün olmadığı halda qəbul edilən qərarın forması (İnzibati Prosessual Məcəllənin 35.3cü maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad) iddianın əsassız olduğuna görə rədd edildiyi zaman qəbul edilən qərarın formasından fərqli olur... Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, iddianın mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hər hansı mərhələsində iddianın əsaslılığına hüquqi qiymət verilmədən yoxlanıla bilər. İddianın mümkünlüyünün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün seçilməsi, məhkəmə icraatını aparmaq qabiliyyətinə malik olma kimi formal şərtləri araşdırır. İddianın mümkünlüyünün yoxlanılması mübahisə predmetinə aid olan məsələlərə toxunmamalı və yalnız iddianın mahiyyəti üzrə qərar çı xarmaq üçün şərtin mövcud olub-olmadığını müəyyən etməlidir. Əks yanaşma məhkəmə tərəfindən iddianın mümkün sayılmadığı halda iddiaçının yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin dəqiq və düzgün ifadə olunmaması əsaslanmışdır. Lakin, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi tam aydın, dəqiq və düzgün ifadə olunmuşdur. Belə ki, iddiaçının əsas hüquqi marağı xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” kimi qeyd olunmuş ölüm səbəbinin dəyiş dirilməsinə yönəlmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iki müxtəlif orqan- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Naxçıvan MR Ədliyyə Nazirliyi cavabdehlər kimi göstərilmiş, sonradan iddiaçı tərəfindən məhkəməyə yeni iddia ərizəsi təqdim edilərək cavabdehlərin üzərinə xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə ölüm haqqında akt qeydində ölüm səbəbi hissəsində dəyişikliyin aparılması (ölüm səbəbinin ləğvi) öhdəliyini qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh orqanlar qismində isə Naxçıvan MR Əd liyyə Nazirliyi və Şərur Rayon Nikah Evi göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yeni iddia ərizəsi iş materiallarına əlavə edilmiş, lakin nəzərə alınmayaraq ilkin iddia ərizəsi əsasında qərar qəbul edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməmə əsaslarından biri kimi cavabdeh qismində iki müxtəlif orqanın olmasını göstərsə də, iş materiallarından aydın olur ki, bu barədə iddiaçı tərəfə dolğun hüquqi yardım göstərilməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfin hüquqi marağını, tələbin mahiyyətinə əsasən onun hansı inzibati orqana qarşı yönəldiyini müəyyən etməli,iddia tələbi cavabdeh qismində göstərilmiş iki müxtəlif orqana qarşı yönəlsə də həmin orqanlardan hər birinə münasibətdə iddianın mümkünlük məsələsinə baxılmalı, həmçi nin iddia tələbinin yönəlməli olduğu düzgün cavabdehin müəyyən edilməsində qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya zəruri hüquqi yardım göstərməli idi. Lakin, birinci insatansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən 13-cü maddəsinə tam əməl etməmişdir. Belə ki,həmin maddənin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. (bənd 3.1.) İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. (bənd 3.2. ) Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. (bənd 3.3.)...İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmçinin həmin Qərarın 10.1-ci bəndində qeyd edilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Beləliklə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən tam zəruri hüquqi yardım göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 oktyabr 2 024-cü il tarixli, 2-1(122)-1305/2024 nömrəli qərardadı ləğv edilməli və inzibati iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80.3, 81.1, 87.9, 90.2-cu maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı "cavabdehlərin üzərinə xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə “aldığı xəsarət nəticəsində” dəyişdirilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(122)-1305/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(122)1305/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Naxçıvan MR Ədliyyə Nazirliyinə qarşı "cavabdehlərin üzərinə xx.xx.1962-ci il təvəllüdlü və xx.xx.1989-cu il tarixdə vəfat etmiş qardaşı X2 ölüm haqqında xx.xx.1989-cu il tarixli, 23 nömrəli aktda göstərilmiş “mədə vəzinin xərçəngi” ölüm səbəbi həqiqətə uyğun gəlmədiyinə görə “aldığı xəsarət nəticəsində” dəyişdirilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati iş Naxçıv an Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar