Məhkəmə qərarları › İş №2-1(108)-146/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-146/2025

13.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-146/2025 13.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(122) -727/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyuday MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişlərinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 19 may 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmədən “cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edil məsi, mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” markalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-1(122)727/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı 13 noyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmədən “mühərrik gücü 2200 m3 təşkil edən, 2017-ci il istehsalı “Hyundai MAXCRUZ” mar kalı (VİN cod KMHS281BHU237795) avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1824.74 (min səkkiz yüz iyirmi dörd manat, 74 qəpik) manat məbləğində gömrük ödənişinin geri qaytarılması barədə qərar qəbul edilərək müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixə təyin olunmuş iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 21(122)-727/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, 21(122)-882 /2025 nömrəli qərarından narazı qalan cavabdeh Azərbaycan Respublikası Cavabdeh şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh şikayətində göstərmişdir ki, öz etirazlarında nəyə görə dəyərin müəyyən edilməsinin əsas üsulu olan sövdələşmə qiyməti üsulundan istifadə etmədiklərini əsaslandırmışdırlar. Belə ki, “Dövlət Gömrük Xidmətinin X1 Sistemi”ndə “fərdi hesabat” bölməsinə baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, nəinki, xx.xx.2025-xx.xx.2025-ci illər tarixi aralığında, hətta xx.xx.2024-xx.xx.2024-cü illər aralığında idxal edilən istehsal ili daha köhnə olan “Hyundai Maxcruz” markalı minik avtomobillərinin invoys qiymətləri daha yuxarıdır. Azərbaycan Respublikası “Gömrük tarifi haqqında” Qan ununun 13.1ci maddəsinə əsasən “gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur”. Yəni 13.2-ci maddəsinin tələblərinə əsasən daşınma xərci kimi ifadə edilən “2000 avro” göstəricisinə dair təsdiqedici sənəd gömrük bəyannaməsinə əlavə edilmiş sənədlərin tərkibində aşkar edilməməklə, həmin məbləğ üzrə göstəricilər idxalatçının öhdəliyi hesab oluna bilməz. Bununla da, gömrük dəyərinin formalaşdırılmasında iştirak edən daşınma xərcinə dair şifahi formada ifadə edilən məbləğ Qanunun 13.1-ci maddəsində qeyd edilmiş “faktiki ödənilmiş və ya ödənilməli olan” məfhumun tərkib hissəsi say ıla bilməz. Qanunun 13.1.2.-ci maddəsinə əsasən “sövdələşmə qiyməti ilə” gömrük dəyərinin müəyyən edilməsi üsulunun tətbiqi şərtləri “satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasını istisna etməlidir”. İdxal edilmiş nəqliyyat vasitəsinin buraxılış ilinin 2017-ci il olduğuna dair gömrük bəyannaməsində əks olunan məlumatların bəyan olunduğunu nəzərə alaraq, qeyd edilən şərtlərin, o cümlədən nəqliyyat vasitəsinin texniki və istismar vəziyyət göstəricilərinin nəqliyyat vasitəsi münasibətində dəyərin müəyyən edilə bilməyən, yaxud eyniləşdirilməsi mümkün olmayan faktorlara aid edilir. Belə ki, “istismar edilmiş” kateqoriyasına aid edilən nəqliyyat vasitələrinin xüsusiyyətləri müxtəlif olduğundan, o cümlədən istis mar vəziyyətinin ifadəsinə dair beynəlxalq standartlar mövcud olmadığından, qeyd edilən əməliyyatlar “eyni malların sövdələşmə qiyməti ilə”, eynilə “eynicinsli malların sövdələşmə qiyməti ilə” üsulları üzrə nümunəvi hal təşkil edə bilməz. 2017-ci il buraxılışlı mühərrik həcmi 2200 sm3 (dizel) olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) nəqliyyat vasitəsinin 9000 ABŞ dolları həcmində sövdələşmə qiymətinin hansı şərtlər ilə əhatə olması ilə bağlı göstəricilər alqı-satqı sənədlərində aşkar edilməmişdir. Nəqliyyat vasitəsi “yeni”, yəni “istifadə edilməmiş” kateqoriyaya aid olduqda, onun sövdələşmə qiymət göstəricisi istehsalçının nominal satış qiymət cədvəlləri, MSRP (X2 Price) və sair istinad mənbələri üzrə göstəricilər nəqliyyat vasitəsinin dəyərinin ölçülməsinin və eyniləşdir ilməsinin aparılmasını təmin edir. Lakin bu standartların tətbiqi “istifadə edilmiş” kateqoriyasına aid edilən nəqliyyat vasitəsinin timsalında qəbul edilmiş beynəlxalq və ya rəsmi qaydalarda və yanaşmalarda mövcud deyil. Həmin kateqoriyaya aid nəqliyyat vasitəsinin dəyərinin müəyyən edilməsi yalnız müxtəlif ölkələrdə fərdi qaydada istifadə edilən “qalıq bazar dəyərinin hesablanması” metodunun mexanizminin tətbiqi ilə həyata keçirilməsi mümkündür. Bu metodun istifadəsi isə gömrük dəyərinin müəyyən edilməsinin yalnız “ehtiyat” üsulunun şərtlərində və mexanizmlərində nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara, əsasən, İddiaçı tərəfindən idxal edilmiş nəqliyyat vasitəsinin gömrük dəyəri Azərbaycan Respublikası “Gömrük tarifi haqqında” Qanununda nəzərdə tutulmuş “ehtiyat” üsulu ilə qanunamü vafiq qaydada müəyyən edilmişdir. İddiaçı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə təqdim etdiyi **********3138 sorğu nömrəli gömrük bəyannaməsinin 50-ci qrafasında gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünü təsdiq etmiş və bundan sonra avtonəqliyyat vasitələri sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı qeyd edilən halla bağlı Baş İdarəyə inzibati icraat qaydasında müraciət etməmiş, gömrük ödənişinin geri qaytarılması barədə birbaşa məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də məhkəmənin inzibati orqan tərəfindən işin araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” və “Gömrük tarifi haqqında” Qanununa əsasən qeyd etdiyi müddəalar əsassızdır. İnzibati orqanın vətəndaşa yardım etmək vəzifəsi qanunun yanlış tətbiq edilməsi kimi başa düşülməməlidir. Yəni sövdələşmə qiyməti üsulundan istifadə edilməməsi vətəndaşın vəziyyətini çətinləşdirən hal kimi qeyd edilə bilməz. Belə ki, Baş İdarə gömrük dəyərinin müəyyən edilməsi üsulunu seçərkən qanunun güddüyü məqsədlər çərçivəsində əsaslandıraraq, hüquqi aktlarla müəyyən olunmuş hüdudlar daxilində hərəkət etmişdir. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, GDD********** saylı gömrük dəyərinə düzəlişlər edilməsi üçün bildirişdən aydın olur ki, gömrük dəyərinin məbləğinə təsir etmiş gömrük dəyərinin müəyyənləşdirilməsi üsulunun və ya gömrük dəyərinin hesablanması üçün əsasın səhv seçilməsi səbəbindən müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və ya bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlərin beş iş günü ərzində təqdim edil məsi təklif olunmuşdur. Yəni gömrük orqanı öz üzərinə düşən funksiyaları yerinə yetirmiş, həmçinin bəyannamənin düzgünlüyünü araşdırmaqla ona hansı düzəlişlərin edilməli olduğunu vətəndaşın diqqətinə çatdırmışdır. Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində Gömrük ödənişlərini (rüsumları) özün hesabla səhifəsində qeyd edilmişdir ki, gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük dəyərinin müəyyənləşdirilməsi üsulundan asılı olaraq cəmi gömrük ödənişlərində fərqlər yarana bilər. Məhkəmə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin İddiaçı ölkəyə idxal etdiyi “Hyundai Maxcruz” (dizel) markalı nəqliyyat vasitəsinin mənşə ölkəsindən onun faktiki dəyərini müəyyən etməli olduğunu bildirir. Bildiririk ki, gömrük dəyərinin hesablanması zamanı ehtiyat üsuldan istifadə edilməsinin müxtəlif yo lları mövcuddur. Gömrük tarifi haqqında Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. Göründüyü kimi gömrük orqanının yuxarıda qeyd edilən məlumatı əldə etməsi dəyərin müəyyən edilməsi üçün tələb kimi birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Bütün yuxarıda sadalanan hallar onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin qərarı əsassız və qanunsuz qəbul edilmişdir. Qərar öz-ö zlüyündə inzibati orqanı fəaliyyətində bu hallar üzrə qərar qəbul edərkən qanunsuzluğa, belə ki Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş gömrük dəyərinin müəyyən edilməsi üsullarının tələblərini pozmağa, ona əməl etməməyə sövq edir, qanunsuz inzibati praktikanın formalaşdırmağına təşviq edir. Qeyd olunanlar onu deməyə əsas verir ki, Komitə tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Apellyator şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə, Azərbaycan Respublikasınln “Gömrük tarifi haqqında” Qanununa və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad edilmişdir. İddiaçı 26 yanvar 2026-cı il tarixdə apellyasiya şikayətinə eti raz göndərərək cavabdeh Azərbaycan Respublikası Cavabdeh apelyasiya şikayətinin təmin olunmamasını və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)-727/2025 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmaqlarına baxmayaraq iş üzrə İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı 26 yanvar 2026-cı il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən İddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Kollegiya şikayət üzrə in zibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydala r, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəm əsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlamaqla şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan; Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 06 yanvar 2025-ci il tarixli, 3-33-3300/2-F-000003/1-19/2025 nömrəli məktubdan aydın olur ki, idxal olunan mallara dair gömrük dəyərinin müəyyən edilməsinin hüquqi əsaslarını Az ərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Qeyd olunan sənədlərlə yanaşı, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı "Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası"nda ətraflı məlumatlar öz əksini tapmışdır. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş üsullar əsasında həyata keçirilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla t əyin etmək mümkün olmadıqda tətbiq edilir. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. “Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Koreyadan ölkə ərazisinə gətirilən "Hyundai MAXCRUZ" (ban nömrəsi KMHSN81XBHU237795) markalı minik nəqliyyat vasitəsinə görə sövdələşmə qiymətinin üzərinə Qanunun 13.2-ci maddəsinə uyğun əlavə edilməli xərcləri özündə əks etdirən müvafiq təsdiqedici sənədlərin və məlumatların gömrük bəyannaməsinə əlavə edilməməsi səbəbi ndən bəyan edilmiş gömrük dəyərinin sövdələşmə qiyməti üsulu əsasında müəyyən edilməsi mümkünsüz hesab olunur. Gətirilən minik nəqliyyat vasitəsi ilə bütün parametrlərinə görə oxşar (işlənmə əmsalına zədə vəziyyətinə, yürüş məsafəsinə və s. parametrlərinə görə fərqləndiyindən) olan eyni və ya eynicinsli nəqliyyat vasitəsinin ölkə ərazisinə idxalının, eləcə də bu markalı minik nəqliyyat vasitəsi ilə eyni və ya təqribən eyni vaxtda idxal olunmuş, idxal olunduğu vəziyyətdə və əlaqəli olmayan şəxsə ən böyük həcmdə satılmış eyni (və ya eynicinsli) nəqliyyat vasitəsinin bir vahidinin Azərbaycan Respublikasındakı satış qiymətləri barədə məlumatın olmaması həmin nəqliyyat vasitəsinin gömrük dəyərinin Qanunun 14-17-ci maddələri əsasında müəyyən edilməsini mümkünsüz edir. Yuxarıda qeyd olunanları, e ləcə də "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin müddəalarına uyğun olaraq qeyd olunan minik nəqliyyat vasitəsinin dəyəri (nəqliyyat vasitəsinin işlənmə əmsalı, yürüş məsafəsi və s. nəzərə alınmaqla) Koreyadan ixrac məqsədilə satılan malların dəyərinə əsasən müəyyən edilmişdır. xx.xx.2024-cü il tarixli, **********3138 nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 870332 9090, 31-ci qrafasında Hyundai Maxcruz (Dizel ) istehsal tarixi xx.xx.2017-cü il, mühərrik həcmi 2199 sm3, şassi ban nömrəsi KMHSN81XBHU237795, 42-ci qrafasında invoys dəyəri 9000,00 ABŞ dolları 45-ci qrafasında gömrük dəyəri 25500,00 manat, 46-cı qrafasında statistik dəyəri 15000,00 göstərilməklə iddiaçı tərəfindən bəyan edilmişdir. xx.xx.2024-cü il tarixli, **********3138 nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 870332 9090, 31-ci qrafasında Hyundai Maxcruz (Dizel ) istehsal tarixi xx.xx.2017-cü il, mühərrik həcmi 2199 sm3, şassi ban nömrəsi KMHSN81XBHU237795, 42-ci qrafasında invoys dəyəri 9000,00 ABŞ dolları 45-ci qrafasında gömrük dəyəri 26265,00 manat, 46-cı qrafasında statistik dəyəri 15450,00 olmaqla iddiaçı tərəfindən bəyan edilmişdir. xx.xx.2024-cü il tarixli invoys sənədin surətindən aydın olur ki, 2017-ci il istehsalı olan “Hyundai Maxcruz” markalı (vin kod: KMHS281BHU237795) minik avtomobilin qiyməti 7000 ABŞ dolları göstərilmişdir. Bank of Baku tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********56274 ödəniş tapşırığında n məlum olur ki, Tapşırıq verən İddiaçı tərəfindən Müxbir Bank HABİB AMERİCAN BANK-a 9000.0 ABŞ dolları köçürmə əməliyyatı həyata keçirilmişdir. Ödənişin təyinatı kimi “İNV REN-20240722-393, 22072024, 2017 HYUNDAİ MAXCRUZ.KMHSN81XBHU237795, PREPAY FOR CAR AND TRANSPORT FROM FEYZULLAYEVA KHAYALA,İD AA*******” göstərilmişdir. Azərbaycan Respublikası Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 iyun 2025-ci il tarixli, 3-33-3300/2-000605/2025 nömrəli məktubdan məlum olur ki, inzibati icraat zamanı gömrük dəyərinin müəyyən edilməsi məqsədi ilə gömrük ekspertizası aparılmamışdır və malın mənşə ölkəsinin gömrük xidmətinə də nəqliyyat vasitəsinin faktiki dəyəri ilə bağlı hər hansı məlumat əldə edilməsi üçün müraciət edilməmişdir. Həmin məktuba həmçinin cavabdehin “Gömrük t arifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq eyni malların sövdələşmə qiymətini əsas götürərək gömrük dəyərini müəyyən edərkən istinad etdiyi gömrük bəyannamələri və digər sənədlər əlavə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)-727/2025 qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası b irinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması qaydaları”nın: 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 6.1. gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 40.2- ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həy ata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.4-cü maddəs inə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 12.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Resp ublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2023-cü il tarixli 2004 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 2.2. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilm əsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 775-VİQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 yanvar tarixli 2004 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2023-cü il tarixli 142s nömrəli Sərəncamına əsasən:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinə uyğun olaraq, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar normativ tənzimlənmə mərhələsində olduğundan hazırkı iş üzrə qüvvədə olan “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsinin müddəaları nəzərə alınmalı və gömrük orqanı malların gömrük dəyərinin müəyyən edilməsi zamanı əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadənin mümkünsüzlüyünü əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərə findən malların daha yüksək məbləğdə gömrük dəyərinin bəyan edilməsi onu Qaydaların 2.1.2-ci bəndinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilməsini bildirmək və artıq ödənilmiş məbləğin geri tələb etmək hüququndan məhrum etmir. Bu zaman müvafiq müraciət olduğu təqdirdə inzibati orqanın müvafiq inzibati araşdırmanı aparmaqla “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq məsələyə qiymət vermək öhdəliyi yaranır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24, 41-47-ci maddələrini birgə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan iş üzrə əhəmiyyətli halları hərtərəfli araşdırmalı, bu zaman iş üzrə obyektiv həqiqətin əldə edilməsi üçün lazımi sübutları əldə etməlidir. Süb utların əldə edilməsi və qiymətləndirilməsi zamanı inzibati icraatın iştirakçısının üzərinə əlavə yük qoyulmamalı, lüzumsuz və qanunda nəzərdə tutulmayan sənədlər tələb edilməməlidir. Həmçinin qanunvericilikdə inzibati orqanın ona təqdim edilmiş sənədlərin mötəbərliliyini birmənalı şəkildə qəbul etmək vəzifəsi təsbit edilməmiş, zəruri hallarda təqdim edilən sənədlərin və oradakı məlumatların həqiqiliyini yoxlamaq hüququ verilmişdir (digər orqanlara və ya təşkilatlara sorğular verməklə, ekspert və mütəxəssis rəyi almaqla, təqdim edilən sənədin əslini və ya notarial təsdiqini tələb etməklə və s.). Qeyd edilməlidir ki, cavabdeh gömrük orqanının gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciət etmək, bundan başqa malların gömrük dəyərinin müəyyən edilmə si ilə bağlı hər hansı gömrük ekspertizasının keçirilməsi müəyyən etmək hüquqları qanunvericiliklə təsbit edilsə də, cavabdeh tərəfindən hər hansı müraciətin edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti il ə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir. O da qeyd edilməlidir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi əsas götürülməklə rəsmiləşdirilməsi həyata keçirilməli və n əticədə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması ilə bağlı qərar və rəyin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 267.1-ci maddəsinə əsasən məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarıl ır. 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 2486/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 21(102)-689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-732/2024 nömrəli qərarları). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bi rinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, kollegiya inzibati işin araşdırılmış hallarına əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutlar və mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmışdır. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas təşkil etmir. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)-727/20 25 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 2-1(122)727/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar