Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-147/2025 15.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq, onu həmin sənədlər əsasında təkrar həkim məsləhət komissiyasından keçirməyi cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(122)-852/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti nəzərdən keçirib, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, 2001-ci ilin noyabr ayından onda əlillik dərəcəsinə hüquq yarandığını nəzərə alaraq, onu həmin sənədlər əsasında təkrar həkim məsləhət komissiyasından keçirməyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 14 avqust 2024-cü il tarixli, 2-1(122)-852/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verərək apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(122)-852/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin verilməsi üçün iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddia çı və iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məh kəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(122)-852/2024 nömrəli qərardadının surəti 22 avqust 2024-cü il tarixdə iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 kəndi ünvanına poçt vasitəsilə rəsmi qaydada göndərilmiş, 29 avqust 2024-cü il tarixdə həmin ünvana çatdırılmış və həmin ünvanda onun nümayəndəsi Nümayəndə tərəfindən qəbul edilmişdir. Belə olan halda qərardaddan apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddətin sonuncu günü 8 sentyabr 2024-cü il tarix qeyri-iş gününə təsadüf etdiyindən, şikayətin verilməsi üçün sonuncu gün 9 sentyabr 2024-cü il tarix hesab olunur. Lakin apellyasiya şikayəti 27 noyabr 2025-ci il tarixdə poçt şöbəsinə təqdim edilmiş və 02 dekabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Prosessual müddətin üzrlü səbəbdən ötürülməsinin səbəbi kimi iddiaçı tərəfindən onun hüquqi yardım ala bilməməsi səbəbindən apellyasiya şikayətini vaxtında təqdim edə bilməməsi kimi hallar göstərilmişdir. Lakin birinci instansiya məhkəməsinin qərardadında apellyasiya şikayətinin verilməsi üçün hüquq mü dafiə vasitələri göstərilmişdir. Apellyasiya şikayəti isə qərardadın təqdim edilməsindən 1 ildən çox müddət keçdikdən sonra verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə qeyd edilən hallar prosessual müddətin buraxılması üçün üzrlü səbəb sayıla bilməz. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Apellyasiyanın mümkünlüyü ilə bağlı dinlənilmə hüququnun təmin edilməsi, eləcə də ötürülmüş prosessual müddətin üzrlü sayılması üçün müvafiq sübutların təqdim edilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məhkəməyə dəvət olunmuş, bu hallar ona ünvanlanan bildirişdə onun diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, iddiaçı müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiy ası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 21(122)-852/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-147/2025
Ali Məhkəmə Qərardad — İş №2-1(108)-147/2025
15.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver