Məhkəmə qərarları › İş №2-1(108)-15/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-15/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-15/2021 12.07.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X2 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət ə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək X2 şəhid statusu alması üçün cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (sədrlik edən S.H.Novruzov) 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X2 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası əsassız olduğundan rədd edi lmişdir. Məhkəmə qərarından narazı qalan İddiaçı şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli 2-1(122)-52/2020 nömrəli qərarı maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməlidir. Belə ki atası X5 1993-cü ildə Şərur rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Murovdağ ətrafında gedən döyüşlərdə həlak olmuş və Gəncə şəhərində 40 (qırx) naməlum əsgərin dəfn olunduğu Şəhidlər Xiyabanında torpağa tapşırılmış, sonradan babası Pirqulu Əliquliyevin xahişi ilə Naxçıvan Muxtar Respublikasına gətirilərək Şərur şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətininin verdiyi sənədlər əsasında Şərur Rayon 2 saylı Dövlət Notariat Kontorunun 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə onun vərəsəlik hüququ tanınmış, həm də atasının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olması faktı öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiə sinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq digər şəhid ailələri kimi onlara da kompensassiya ödənilmişdir. Qərarı qəbul edən məhkəmə ölüm haqqında şəhadətnamədə açıq-aydın yazılan atası N-cü ildə Murovdağda kəllə nahiyəsindən İV dərəcəli güllə yaralanması ilə kəskin qanitirmə nəticəsində atasının vəfat etdiyini nəzərə almamışdır. X1 Şərur rayon X9 tərəfindən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən 10531 nömrəli vəsiqə verilmiş, atasının şəhid olması barədə kütləvi informasiya vasitələrində də məlumatlar getmişdir. Bütü n bunlara baxmayaraq cavabdeh orqan atasının şəhid olması barədə arayışı verməmişdir. Məhkəmə işi hərtərəfli araşdırmamış, yalnız N nömrəli hərbi hissəyə sorğu göndərməklə kifayətlənmişdir. Lakin o da mümkündür ki, atası başqa hərbi hissədə qeydiyyatda olsun, müəyyən döyüşlərdə N nömrəli hərbi hissənin tərkibində vuruşmuş olsun. Şəhid olan bir insanın adının Müdafiə Nazirliyinin və ya Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin arxivində olmaması mümkünsüzdür. Əgər belə bir hal varsa belə bunun əziyyətinin şəhidin ailə üzvləri çəkməli deyil. Həmin orqanların səhlənkarlığı ucbatından şəhid qızı kimi imtiyazlardan istifadə edə bilməmiş, atası Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Dövlət orqanlarının, eyni zamanda məhkəmələrin borcud ur ki, bu məsələyə aydınlıq gətirsinlər. Atasının Hərbi xidmətə getməsi məlumdur, lakin tərxis olunması məlum deyil. Bu insan hərbi xidmətə gedibsə, ya sağ-salamat geri qayıtmalıdır, ya fərarilik edib cinayət məsuliyyətinə cəlb olunmalı, ya şəhid olmalı, ya da itkin düşməlidir. O halda cavabdeh orqanla və ya məhkəmə ilə razılaşa bilər ki, onlar atasının hansı şəraitdə ölməsinə və ya atasının hazırda harada olmasına aydınlıq gətirsinlər. Hansısa orqan səhlənkarlıq edib arxiv sənədlərində düzgün qeydiyyat aparmayıbsa və yaxud ümumiyyətlə qeydiyyat aparmayıbsa, onların səhvinə görə canını Vətən üçün fəda edən şəhidə nəyə görə şəhid statusu verilməməlidir?! Əgər atası şəhid deyilsə onu nəyə görə Şəhidlər Xiyabanında dəfn ediblər?! Şəhid deyilsə ona şəhidin qızı kimi nəyə görə 11.000 manat sığo rta ödənişi veriblər?! Şəhid deyildirsə, Murovdağda güllə yarasını necə və hansı şəraitdə alıb?! Onda kimdir atasının qatili?! Kim öldürüb onu Murovdağda?! Naxçıvanda doğulan, yaşayan adamın N-cü ildə qızğın döyüşlər vaxtı Murovdağda güllə yarası alması və qanitirmədən ölməsi, 40 nəfər meyidlə Gəncəyə gətirilib Şəhidlər Xiyabanında dəfn edilməsi onun şəhid olmasına əsas vermirmi?! Məhz qeyd edilən məsələlərə aydınlıq gətirilərək atası X2 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmiş, bu qədər faktlar ola-ola iddiası təmin olunmamış. Şəhidə şəhid statusu verilməmişdir. Mümkün deyil ki, atası barədə bir məlumat arxivdə olmasın, sadəcə bu iş ətraflı araşdırılmalı, tək Naxçıvanda yox, atasının məlumatları büt ün Azərbaycan üzrə axtarılmalı olduğu qeyd edilmişdir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 72-ci və 60-cı maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci və 87.6-cı maddələrinə istinad edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarını ləğv edib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı 05 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02 aprel 2021-ci il tarixli, 252 nömrəli etirazı daxil olmuşdur. Şikayətə qarşı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində atası X2 N nömrəli hərbi hissənin tərkibində 02.02.N-cü il tarixdə ermənilərə qarşı Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olduğunu bildirmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əvvəllər apardığı araşdırmalardan məlum olmuşdur ki, X5 N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısında qeydiyyatdan keçməmişdir və onun ölümü haqqında N nömrəli hərbi hissədə heç bır məlumat yoxdur. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğular edilməsinə baxmayaraq heç bir müsbət cavab alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar N-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydaları”na əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra Hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixdən may N cü il tarixədək olan əmrlərində təkrar araşdırmalar zamanı heç bir məlumat aşkar edilmədiyindən mərhum X2 N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı barədə təsdiqedici sənəd olmadığı üçün Naxçıvan Muxtar Respublikası inzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qəra rının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. X6 Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında şikayəti qəbul etmədiyini, şikayətin dəlilləri ilə razı olmadığını bildirib şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020ci il tarixli, 2-1(122)-52/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiya məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar da mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtləri nin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli ü çün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Azərbaycan Respublikasının İnzibati Prossessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prossessual Məcə lləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.1 və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Şərur Rayon X9 tərəfindən X7 verilmiş 10531 nömrəli vəsiqənin surətində vəsiqəni təqdim edən şəxsin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnun olması qeyd edilmişdir. İş materiallarında olan 22 fevral 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində qeyd edilir ki, N-cü il tarixdə ölmüş X2 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 01 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitdən ibarətdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. Məhkəmə kolleg iyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 2-1(122)52/2020 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli, 21(12 2)-52/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı X2 şəhid statusu alması üçün cavabdehin üzərinə şəhid statusu barədə arayışın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar