Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-15/2022 28.04.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20,44 kv.m torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ******** ** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarından üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 01 sentyabr 2021-ci il tarixdə məcburetmə haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 avqust 2021-ci il tarixli, 06/489 saylı imtina məktubunu n əsassız sayılması, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış yanlışlığın (texniki səhvliyin) düzəldilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 21(122)-186/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 13 avqust 2021-ci il tarixli, 06/489 saylı imtina məktubunun əsassız sayılması, JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə aparılmış yanlışlığın (texniki səhvliyin) düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə inzibati məhkəmə icraatına X9 üçüncü şəxs qismində cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 21(122)-07/2022 nömrəli qərardadı ilə İddiaçı və iddiaçının vəkili X10 iddia tələbinin dəqiqləşdirilməsi barədə 14 yanvar 2022-ci il tarixli ərizəsi təmin olunmuş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20,44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” variantında icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 21(122)-07/2022 nömrəli qərarı ilə (sədrlik edən: S.H.Novruzov) iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20,44 kv.m. torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına və iş üzrə ödənilmiş 10 (on) manat dövl ət rüsumunun İddiaçı aid edilməsinə qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə 18 mart 2022-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən araşdırma aparılarkən İddiaçı ona məxsus torpaq sahəsi ərazisinə düşən yardımçı tikililərin nə vaxt tikildiyinə dair heç bir sənəd və sübut araşdırılmamışdır. Belə ki. iddiaçının tikililərinin ona məxsus torpaq s ahəsi üzərində yerləşdiyini iddia etməsi eləcə də ona məxsus torpaq sahəsi üzərində yerləşən müvafiq tikililərdən istifadə etməsi onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasının hüquqi əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı qeyd edilən tikililərin hansı vaxtda, yəni torpaq sahəsinin kimin mülkiyyətində olduğu vaxtda tikilməsi halları düzgün qiymətləndirilmədiyindən səhv nəticəyə gəlinmiş, onun mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə qərarında onun tərəfimdən verilən izahat düzgün qeyd edilməmişdir. Belə ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən yay-qış tövləsinin 1970-ci ildə deyil, 1950-ci illərin ortalarında tikildiyi, mübahisəli torpaq sahəsinin (69.2 m2) 2006-cı ild ə deyil, Culfa rayon Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən JN-41 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə atasının mülkiyyətinə verildiyi onun tərəfindən ifadə edilmişdir. Onun tərəfindən İnzibati Məhkəməyə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17.01.2022-ci il tarixli, 06/08 nömrəli cavab məktubu təqdim edilmişdir. Həmin cavab məktubunda bildirilir ki, Culfa rayonun Ləkətağ kəndində torpaq islahatları aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinə və torpaq payı almaq hüququ olan subyektlərə dair siyahıda atası X5 adına 0,17 ha hüquqi torpaq sahəsi uçota alınmış və Culfa rayon Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli qərarın a əsasən JN-41 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 69.0 m2 həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh təşkilat onun ərizəsinə cavab verərək mübahisəli torpaq sahəsinin Culfa rayon Aqrar İslahat Komissiyasının 1995-ci il tarixli qərarı əsasında atasının mülkiyyətinə verildiyini göstərsə də həmin təşkilatın nümayəndəsi Rafael Məmmədov məhkəmədə verdiyi izahatında hansı əsaslarla mübahisəli torpaq sahəsinin atasına verildiyinin ona məlum olmadığını bildirmişdir. 2006-cı ilədək JN-042 A nömrəli şəhadətnamə ilə bütövlükdə X3 məxsus torpaq sahəsi 2006-cı ildə hansı əsasla JN-41 B nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin məhkəmə araşdırılması zamanı üçüncü şəxsin nümayəndəsi 2000ci il JN-042 A nömrəli X1 məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilən 69,2 m2 mübahisəli torpaq sahəsinin 2006-cı ildə dəqiqləşdirmə aparılan zaman JN-41 B nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilməsinin səbəblərini əsaslandıra bilməmiş, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd olunan hər iki halla bağlı olaraq o, məhkəməyə sübut kimi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17.01.2022-ci il tarixli, 06/08 nömrəli məktubunu təqdim etmişdir. Lakin məhkəmə qərarında bunu nəzərə almayıb. İddiaçı Aqrar İslahat Komissiyasının qərarına əsasən 1995-ci ildə anasının mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməsinə dair məhkəməyə heç bir sənəd və sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq m əhkəmə qərarda 2000-ci il tarixli, JN-042 A nömrəli şəhadətnaməni Culfa rayon Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli qərarı yanlış olaraq qəbul etmişdir. Mübahisəli ərazinin iddiaçıya məxsus olduğunu təsdiq edən sənəd və sübut məhkəməyə təqdim edilməyib. İnzibati məhkəmədə mübahisəli əraziyə baxış keçirilməsi xahişi nəzərə alınmamış və baxış keçirilməmişdir. Məhkəmə qərarı işin faktiki hallarını əks etdirməmiş, istinad olunan qanun normaları və onların qiymətləndirilməsi qərarın nəticəvi hissəsi ilə uzlaşmamışdır. Şikayətə qarşı İddiaçı 12 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına etirazla müraciət edərək üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin olunmaması, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə üçüncü şəxs X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə üçüncü şəxs X4 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək şikayət ilə oxşar məzmunlu 28 aprel 2022-ci il tarixli yazılı izahatını kollegiyaya təqdim edərək N axçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayəti qəbul etməyərək üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin təmin olunmaması, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)07/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X12 qanuni qərar qəbul edilməsini k ollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraa tla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati mübahisəyə dair iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edib və birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayə t edilib-edilməməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Şikayətdə qeyd olunan məhkəmə tərəfindən araşdırma aparılarkən İddiaçı ona məxsus torpaq sahəsi ərazisinə düşən yardımçı tikililərin nə vaxt tikildiyinə dair heç bir sənədin və sübutun araşdırılmaması, iddiaçının tikililərinin ona məxsus torpaq sahəsi üzərində yerləşdiyini iddia etməsinin eləcə də ona məxsus torpaq sahəsi üzərində yerləşən müvafiq tikililərdən istifadə etməsinin onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasının hüquqi əsası kimi qiymətləndirilə bilməməsi, məhkəmə araşdırması zamanı qeyd edilən tikililərin hansı vaxtda, yəni torpaq sahəsinin kimin mülkiyyətində olduğu vaxtda ti kilməsi halları düzgün qiymətləndirilmədiyindən səhv nəticəyə gəlinməsi, onun mülkiyyət hüquqlarımın pozulması ilə nəticələnən qərarın qəbul edilməsi, onun tərəfindən İnzibati Məhkəməyə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17.01.2022-ci il tarixli, 06/08 nömrəli cavab məktubunun təqdim edilməsi, həmin cavab məktubunda Culfa rayonunun Ləkətağ kəndində torpaq islahatları aparılan zaman yerli Aqrar İslahat Komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinə və torpaq payı almaq hüququ olan subyektlərə dair siyahıda atası X5 adına 0,17 ha hüquqi torpaq sahəsinin uçota alınmasının və Culfa rayon Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli qərarına əsasən JN-41 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 69.0 m2 həyəty anı torpaq sahəsinin onun mülkiyyətinə verilməsinin bildirilməsi, cavabdeh təşkilatın onun ərizəsinə cavab verərək mübahisəli torpaq sahəsinin Culfa rayon Aqrar İslahat Komissiyasının 1995-ci il tarixli qərarı əsasında atasının mülkiyyətinə verildiyini göstərsə də həmin təşkilatın nümayəndəsi Rafael Məmmədovun məhkəmədə verdiyi izahatında hansı əsaslarla mübahisəli torpaq sahəsinin atasına verildiyinin ona məlum olmadığını bildirməsi, 2006-cı ilədək JN-042 A nömrəli şəhadətnamə ilə bütövlükdə X3 məxsus torpaq sahəsinin 2006-cı ildə hansı əsasla JN-41 B nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilməsinin məhkəmə araşdırması zamanı müəyyən olunmaması, həmçinin məhkəmə araşdırılması zamanı üçüncü şəxsin nümayəndəsinin 2000-ci il JN-042 A nömrəli X1 məxsus torpaq sahəsinin sərhədləri daxilind ə göstərilən 69,2 m2 mübahisəli torpaq sahəsinin 2006-cı ildə dəqiqləşdirmə aparılan zaman JN-41 B nömrəli şəhadətnamə ilə X5 mülkiyyətinə verilməsinin səbəblərini əsaslandıra bilməməsi, məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməməsi, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hər iki halla bağlı olaraq onun məhkəməyə sübut kimi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17.01.2022-ci il tarixli, 06/08 nömrəli məktubu təqdim etməsi, lakin məhkəmənin qərarında bunu nəzərə almaması, İddiaçı Aqrar İslahat Komissiyasının qərarına əsasən 1995-ci ildə anasının mülkiyyətinə həyətyanı torpaq sahəsi verilməsinə dair məhkəməyə heç bir sənəd və sübut təqdim etməməsi, buna baxmayaraq məhkəmə qərarda 2000-ci il tarixli, JN-042 A nömrəli şəhadətnaməni Culfa rayo n Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli qərarı yanlış olaraq qəbul etməsi, mübahisəli ərazinin iddiaçıya məxsus olduğunu təsdiq edən sənədin və sübutun məhkəməyə təqdim edilməməsi dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X20, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.X16 Respublikası İnzibati Məhkəməsinə təqdim etdiyi 01 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən X4 texniki səhvliklə mülkiyyətinə verilmiş 69,48 m2 torpaq sahəsində yerləşən yardımçı tikilinin 20,44 m2-i İddiaçı istifadəsində olub, aparılan ölçü işləri zamanı 69,48 m2 yardımçı tikilinin 20,44 m2-i İddiaçı, 49,44 m2-i isə X4 faktiki istifadəsində olmasının məlum edilməsi, aparılan ölçü işləri zamanı JN-42A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X4 torpaq sahəsinin 2497 m2 olmasına baxmayaraq faktiki istifadəsində 2495,61 m2 təşkil etməsi müəyyən olunur. 02 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilat Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X12 mütəxəssis rəyində qeyd olunanları təsdiq etmişdir. Həmin şifahi məhkəmə baxışı iclasındakı izahatında üçüncü şəxsin nümayəndəsi Nümayəndə Naxçıvan Muxtar Respublikası X20, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.X16 Respublikası İnzibati Məhkəməsinə təqdim etdiyi 01 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə razı olmadığını və mübahisə edilən torpaq sah əsinə yenidən baxış keçirilib rəy verilməsini məhkəmədən xahiş etmiş, üçüncü şəxsin nümayəndəsinin vəsatəti təmin olunaraq yenidən yerində baxış keçirilmişdir. Həmçinin iş materiallarında olan Naxçıvan Muxtar Respublikası X20, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.X16 Respublikası İnzibati Məhkəməsinə təqdim etdiyi 21 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 69,0 m2 torpaq sahəsində mövcud tikilinin şimal-şərq istiqamətindəki künc nöqtəsindən şimal-qərb istiqamətində 9,6 metr, cənub-qərb istiqamətində 5,4 metr, cənub-şərq istiqamətində 10,2 metr, şimal-şərq istiqamətində isə 4,8 metr məsafəni əhatə edən 49,6 m2 tikilidən X4, qalan 20,4 m2 hissəsind ən isə qonşu mülkiyyətçi İddiaçı istifadə etdiyi müəyyən olunur. Cavabdeh təşkilat tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmiş 15 sentyabr 2021-ci il tarixli, 04/547 nömrəli, 01 fevral 2022-ci il tarixli, 04/46 nömrəli məktubların məzmunundan İddiaçı istifadəsində olan yardımçı tikililərin bir hissəsinin JN-41B “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X5 mülkiyyətinə verilmiş 69,2 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi, texniki səhvliyin aradan qaldırılmasına dair qanunvericiliyin tələblərinin İddiaçı və qonşusu Fikrət Gəncəliyevə izah olunduğu müəyyən olunur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində 21 fevral 2022-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında üçüncü şəxsin nümayəndəsi Nümayəndə 2000-ci il tarixli, JN-042A, KOD 10603028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” X1 məxsus torpaq sahəsinin sərhədləri daxilində göstərilən 69,2 m2 mübahisəli torpaq sahəsinin hansı əsaslara görə 2006-cı ildə dəqiqləşdirmə aparılan zaman JN-41B nömrəli şəhadətnamə ilə mərhum atası X5 mülkiyyətinə verildiyini bilmədiyini, bu barədə sübutlarının olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində 22 dekabr 2021-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilatın nümayəndəsi X12 mütəxəssis rəyində qeyd olunanları təkrar təsdiq edərək müəyyən edilmiş ölçülər ilə əvvəlki rəydə olan ölçülərin eyni olduğunu bildirmişdir. Həmçinin həmin şifahi məhkəmə baxışı iclasındakı izahatında üçüncü şəxsin nümayəndəsi Nümayəndə bazadan çıxarılmış xəritədə olan ölçülər onlarda olan sənədlərdə göstərilmiş ölçülər ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Bundan başqa üçüncü şəxsin nümayəndəsinin hər hansı vəsatəti olmamışdır. Yuxarıda göstərilən mütəxəssis rəyləri bir daha mübahisəli 20,44 m2 torpaq sahəsinin iddiaçı tərəfindən faktiki istifadə edildiyini, həmçinin torpaq sahəsinin həmin hissəsinin texniki səhvlik nəticəsində X5 mülkiyyətinə verildiyini təsdiq edir. Kollegiya şikayətdə qeyd olunan məhkəmə qərarında onun tərəfindən verilən izahatın düzgün qeyd edilməməsi, mübahisəli torpaq sahəsi üzərində yerləşən yay-qış tövləsinin 1970-ci ildə deyil, 1950-ci illərin ortalarında tikildiyini, mübahisəli torpaq sahəsinin (69.2 m2) 2006-cı ildə deyil, Culfa rayon Aqrar İslahat Komissiyasının 15.12.1995-ci il tarixli, 09 nömrəli q ərarına əsasən JN-41 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə atasının mülkiyyətinə verildiyinin onun tərəfindən ifadə edilməsi dəlilinə münasibətdə qeyd edir ki, inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində icraatı zamanı nə üçüncü şəxs, nə də üçüncü şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəmə iclas protokollarına hər hansı qeyd verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 273-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Kollegiya şikayətdə qeyd olunan inzibati məhkəmədə mübahisəli əraziyə baxı ş keçirilməsi xahişi nəzərə alınmaması və baxış keçirilməməsi dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi 02 dekabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş şifahi məhkəmə baxışı iclasındakı izahatında üçüncü şəxsin nümayəndəsi Nümayəndə Naxçıvan Muxtar Respublikası X20, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun Yerquruluşu şöbəsinin rəisi Z.X16 Respublikası İnzibati Məhkəməsinə təqdim etdiyi 01 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi ilə razı olmadığını və mübahisə edilən torpaq sahəsinə yenidən baxış keçirilib rəy verilməsini məhkəmədən xahiş etmiş, bununla əlaqədar 02 dekabr 2021-ci il tarixli vəsatətini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxsin nümayəndəsinin vəsatəti təmin olunaraq mübahisəli əraziy ə yenidən yerində baxış keçirilmişdir. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli aktın məzmunundan aydın olur ki, yerində baxış keçirilmiş, üçüncü şəxsin nümayəndəsi həmin prosessual hərəkətdə iştirak etmiş və aktı imzalamaqla onunla tanış olmuşdur. Mübahisəli torpaq sahəsində birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə yerində baxış keçirilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsinin həmin mübahisəli torpaq sahəsinə yenidən yerində baxış keçirilməsini tələb etməsi onun şifahi məhkəmə baxışını əsassız olaraq uzatmaq cəhdi kimi qiymətləndirilə bilər. Kollegiya şikayətdə qeyd olunan məhkəmə qərarının işin faktiki hallarını əks etdirməməsi, istinad olunan qanun normaları və onların qiymətləndirilməsinin qərarın nəticəvi hissəsi ilə uzlaşmaması dəlillərinə münasibətdə q eyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirərək iddia tələbinin əsaslarına münasibətdə düzgün nəticəyə gəlmiş və iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmışdır. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya m əhkəməsində iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya tərəfindən şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən inzibati iş üzrə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Da şınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20,44 kv.m torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarından üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılma lıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində JN-41B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmış qeydiyyatda yanlışlığın düzəldilməsi, 20,44 kv.m torpaq sahəsinin 14 iyul 2021-ci il tarixli, ********** nömrəli çıxarışla İddiaçı məxsus torpaq sahəsinə əlavə olunaraq qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(122)-07/2022 nömrəli qərarından üçüncü şəxs X9 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 21(122)-07/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-15/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-15/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver