Məhkəmə qərarları › İş №2-1(108)-15/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-15/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-15/2024 26.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrini ləğv edərək 8 il əmək stajını nəzərə almaqla əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2-1(122)-1321/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclası nda baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 01.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrinin ləğv olunaraq onun əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə eyni vaxtda buraxılmış prosessual müddətin bərpa olunması barədə 26 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2008ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin İstintaq Təcridxanasında nəzarətçi kimi xidmətə başladığını, xidməti dö nəmində heç bir nöqsana yol vermədən, haqqında heç bir intizam tənbehi verilməyərək qanunvericiliyin tələblərinə uyğun olaraq nümunəvi şəkildə xidmət etdiyini, xx.xx.2016-cı il tarixdə səbəbsiz və əsassız şəkildə Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmri ilə işdən azad olunduğunu, əmək kitabçasında sadəcə qanunun 31.1.7 qeyd olunduğu halda, işdən azad olunma əmrində Azərbaycan Respublikası Qanunun 10.0.3 və 10.0.11-ci maddələri əsas götürülərək işdən azad olunmasının qeyd olunduğunu, dəfələrlə Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciətlər etdiyini, lakin buna baxmayaraq müraciətlərinin nəticəsiz qaldığını, ona edilən basqılar və qanunsuz istintaq təqiblərinə məruz qalaraq məhkəmə orqanlarına və aidiyyəti qurumlara müraciət etməyinin qarşısının dəfələrlə a lındığını, telefon vasitəsi ilə dəfələrlə təhdid edildiyini, bu səbəbdən də məhkəməyə vaxtında müraciət edə bilmədiyini, beləliklə də öz iradəsindən asılı olmayaraq vaxtında barəsində verilmiş qanunsuz işdən azad olunma əmrinin ləğv olunaraq vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət olunma müddətini buraxdığını, hal-hazırda ölkə rəhbərinin Naxçıvan Muxtar Respublikasında apardığı islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikada yaradılmış şəffaf mühitdən istifadə edərək müraciət edərək pozulmuş hüququnun bərpa olunmasını istədiyini, bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini, hazırda göründüyü kimi iddia tələbi üzrə müəyyən olunmuş müddətin ondan asılı olmayan, üzrlü səbəblərdən buraxıldığını bildirib, iddia tələbi üzrə buraxı lmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrini ləğv edərək 8 il əmək stajını nəzərə almaqla əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 21(122)-1321/2023 nömrəli qərardadı ilə iddiaçının prosessual müddətin bərpası barədə 26 sentyabr 2023-cü il tarixli ərizəsi təmin olunmamış və cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrini ləğv edərək 8 il əmək stajını nəzərə almaqla əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 14 dekabr 2023-cü il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 21(122)-1321/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, işə bərpa olunması ilə bağlı dəfələrlə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmış, müəyyən basqılar və qanunsuz istintaq təqiblərinə məruz qalması səbəbindən 1 aylıq iddia müddəti üzrlü səbəbdən buraxmışdır. Məhkəmə müddəti əsas qoyaraq tələbinə məhkəmə mübahisəsi çərçivəsində baxmaqdan yayınmışdır. Müddətin tətbiq olunaraq tələbinə baxılmaması barədə məhkəmənin 2-1(122)-1321/2023 nömrəli qərardadı qanunsuz və əsassızdır. Belə ki, o öz iradəsindən asılı olmayaraq vaxtında məhkəməyə müraciət olunma müddətini buraxmışdır. O, pozulmuş hüququnun bərpa olunmasını istəyir. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin müraciətlərinə düzgün baxılmamışdır. İddia tələbi üzrə müəyyən olunmuş müddət ondan asılı olmayan, üzrlü səbəblərdən buraxılmışdır. İddiaçı şikayətinin hüq uqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2-1(122)-1321/2023 nömrəli qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrinin surətindən aydın olur ki, həmin əmrl ə “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3 və 10.0.11-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobudcasına pozduğuna görə, Penitensiar Xidmətin İstintaq Təcridxanasının Rejim-nəzarət şöbəsinin nəzarətçisi ədliyyə baş çavuşu İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. İddiaçının Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmrinin (inzibati aktın) ləğv edilməsi ilə bağlı qaldırdığı iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmçinin Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından aydın olur ki, iddiaçı Məmmədov X3 MR Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli, 04 ş/h nömrəli əmri ilə vəzifəsindən azad olunduğu tarixdən müvafiq əmrdən xəbərdar olmuş, lakin həmin əmrin (inzibati aktın) ləğvi tələbi ilə əlaqədar xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsində qeyd edilir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd ); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüqu q münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin v ə sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirm əli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirdiyi əmrin (inzibati aktın) ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Şikayətdə iddiaçının qeyd etdiyi “işə bərpa olunması ilə bağlı dəfələrlə Naxçıvan Muxtar Respub likası Ədliyyə Nazirliyinə müraciətlərinin cavabsız qalması, müəyyən basqılar və qanunsuz istintaq təqiblərinə məruz qalması səbəbindən 1 aylıq iddia müddətini üzrlü səbəbdən buraxması barədə dəlillərini müzakirə edib kollegiya belə nəticəyə gəlir ki, həmin halları təsdiq edən sübutlar təqdim edilmədiyindən göstərilən dəlillər əsaslı hesab edilmir. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində mübahisələndirmə haqqında iddia üzrə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən buraxdığından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müddətin bərpası barədə 26 sentyabr 2023-cü il tarixli ərizəsini təmin etməyərək bu əsasla da iddianı mümkün saymamışdır. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023cü il tarixli, 2-1(122)-1321/2023 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarix li, 04 ş/h nömrəli əmrini ləğv edərək 8 il əmək stajını nəzərə almaqla əvvəlki iş yerindəki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 2-1(122)-1321/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 21(122)-1321/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar