Məhkəmə qərarları › İş №2-1(108)-152/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-152/2025

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-152/2025 11.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası Hakimlər X7 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X5 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı, iddiaçının vəkili Vəkil/Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətində olan Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı ona vurulmuş 73000 (yetmiş üç min) manat zərərin və əldən çıxmış faydaya görə 48000 (qırx səkkiz min) manatın, ümumilikdə 121000 (yüz iyirmi bir min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair inzibati işə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinə müraciət edərək, “mülkiyyətində olan Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı ona vurulmuş 73000 (yetmiş üç min) manat zərərin və əldən çıxmış faydaya görə 48000 (qırx səkkiz min) manatın, ümumilikdə 121000 (yüz iyirmi bir min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin (hakim Tural Əliyev) ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, Culfa şəhəri, Təbriz küçəsində "Keçid” deyilən ərazidə 64,4 kv.m olan qeyri yaşayış sahəsi (mağaza) tam mülkiyyət hüququ ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində (Naxçıvan MR MHQ va Texniki inventarlaşdırma Idarəsi) ## ###### 2000-ci ildə, ** nömrəli reyestr kitabının, 63-cü səhifəsində 237 reyestr nömrəsi ilə qeydə alınaraq bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətində olan qeyd edilən daşınmaz əmlak Cavabdeh göstərişi əsasında 2003-cü ildə sökülmüşdür. Həmin daşınmaz əmlakın söküntüsü zamanı ona hər hansı kompensasiya ödənilməmişdir. Müvafiq kompensasiya ödənilməsi üçün Cavabdeh müraciət olunmuş, lakin bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. Mülkiyyətində olan qeyd edilən daşınmaz əmlak Culfa şəhəri Təbriz küçəsində "Keçid” deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri yaşayış sahəsinin orta bazar qiyməti 730000 (yetmiş üç min) manat təşkil etməkdədir. Qeyd edir ki, mülkiyyətində olan qeyd edilən daşınmaz əmlakın aylıq kirayə haqqı ən az 200 (iki yüz) manat təşkil edir. Qeyd edilən mülkiyyətindən 20 ildir qanunsuz olaraq məhrum edilmişdir ki, bu müddət ərzində kirayə haqqından əldə edəcəyi 48000 (qırx səkkiz min) manat gəlirdən də məhrum olmuşdur. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işin birinci instansiya məhkəməsində icraatı zamanı işin faktiki hallarına və hüquqi əsaslarına məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, həmçinin işin faktiki halları təhrif edilmişdir. Belə ki, iddia ərizəsində göstərdiyi mübahisə edilməyən hüquqi sənədlər əsasında mülkiyyətində olan daşınmaz əmlakların Cavabdeh tərəfindən sökülməsi heç bir mübahisə doğurmur. Qeyd edir ki, onun iddia tələbinin əsasını məhz elə Cavabdeh tərəfindən şəxsin mülkiyyət hüquqlarının qanunvericilikdə təsbit edilmiş hüquq normalarına riayət edilmədən mülkiyyətində olan daşınmaz əmlakların məcburi qaydada sökülməsi bunun da nəticəsi olaraq ona zərər vurulması olmuşdur. Mülkiyyətində olan daşınmaz əmlakların hansı əsas və şəraitdə, hansı orqanın göstərişi və qanunsuz məcburi tələbi əsasında sökülməsi barədə kifayət qədər əsas və mötəbər faktlar mövcud olduğu halda məhkəmə tərəfindən təhrif edilmiş fakt və əsaslara istinad edilmişdir. Prosessual məsələlər Iddiaçı İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Iddiaçı İddiaçı vəkili Vəkil/Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, sözügedən tikililərin Cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir və Cavabdeh tərəfindən sökülməmişdir. Həmin qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən qərar qəbul olunmayıb və heç bir inzibati akt tərtib olunmayıb. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Işdə olan dekabr 1999-cu il tarixdə tərtib edilmiş, 124 inventar nömrəli lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportunun surətindən görünür ki, Culfa şəhəri, Təbriz küçəsində yerləşən iaşə obyekti Cavabdeh ##.##.1998-ci il tarixli, ** nömrəli sərəncamına əsasən İddiaçı adına 01/257 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Işdə olan ##.##.2000-ci il tarixli, 124 inventar nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, Culfa şəhəri, Təbriz küçəsində "Keçid” deyilən ərazidə yerləşən qeyri-yaşayış binası İddiaçı adına ** nömrəli reyestr kitabında 63-cü səhifədə 257 reyestr nömrəsi ilə qeydə alınmışdır. Işdə olan Cavabdeh iddiaçı X3 ünvanladığı ## ###### 2023-cü il tarixli, 5-23/2-İ- ##/#/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “## ###### 2023-cü il tarixli müraciətlə əlaqədar bildiririk ki, Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində qanunla qorunan hüquqlarınız pozulmamışdır. Mülkiyyətinizdə olan mağazanızın sökülməsinə dair Cavabdeh tərəfindən heç bir sərəncam və ya inzibati akt qəbul edilməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir”. Işdə olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, **/** nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X3 məxsus, məktubda bəhs olunan qeyriyaşayış sahəsi barədə məlumat mövcud deyildir. Işdə olan Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ###### 2024-cü il tarixli, ***/**** nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının Iqtisadiyyat Nazirliyində Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 m2 olan qeyriyaşayış sahəsinin İddiaçı verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Işdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## #### 2025-ci il tarixli, 3 **-*/*-***/**** nömrəli məktubdan aydın olur ki, Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınaraq sökülməsi barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. Işdə olan Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi Idarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş ## ##### 2025-ci il tarixli, *-**- NDA/*-*-***/**** nömrəli məktubdan görünür ki, Culfa Rayon XDS Icraiyyə Komitəsinin 1990-cı il və sonrakı illərə aid qərar və sərəncamları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınaraq sökülməsi barədə məlumat mövcud deyildir. Işdə olan Naxçıvan MR Cavabdeh ## ###### 2026-cı il tarixli, *-**/*-***/**** nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan tikili dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı məxsus əmlakın sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı qanunla qorunan maraqlarına xələl gətirilməmiş, hüquqları pozulmamışdır. Belə bir hal mövcud olsaydı, vətəndaş əmlaklarının söküldüyü vaxt bununla bağlı məhkəmə orqanlarına müraciət edər, pozulmuş hüquqlarının bərpasını tələb edərdi. Əlavə olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət XidmətInin ## ##### 2023-cü il tarixli, **/*** nömrəli məktubunda İddiaçı məxsus qeyri-yaşayış obyektinə dair xidmətin informasiya bazasında heç bir məlumat yoxdur. Həmçinin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətində olan Culfa şəhəri, Təbriz küçəsində, keçid deyilən ərazidə yerləşən 64,4 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsü ilə bağlı ona vurulmuş 73000 (yetmiş üç min) manat zərərin və əldən çıxmış faydaya görə 48000 (qırx səkkiz min) manatın, ümumilikdə 121000 (yüz iyirmi bir min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsi də xahiş olunmuşdur. Işdə olan Naxçıvan MR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi ## #### 2026-cı il tarixli, **/*** nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı iddia etdiyi, Culfa şəhəri, Təbriz küçəsində, “Keçid” deyilən ərazidə yerləşən, sahəsi 64,4 m2 olan qeyri-yaşayış binası (mağaza) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında, eləcə də mühafizə olunan arxiv sənədləri arasında Cavabdeh ##.##.1998-ci il tarixli ** nömrəli Sərəncamına əsasən İddiaçı adına verilmiş, Culfa şəhəri, Təbriz küçəsində yerləşən qeyriyaşayış sahəsinin texniki pasportu, həmin qeyri-yaşayış binasının İddiaçı adına qeydə alınmasına dair qeydiyyat vəsiqəsi, müvafiq qeydiyyat kitablarında iddia olunan əmlakın qeydiyyatı ilə bağlı məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. ## ##### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında şahid X1 (2000-2006-cı illərdə Cavabdeh başçısı) ifadə verərək bildirmişdir ki, o, iddiaçını çox yaxşı tanıyır. Iddiaçının yerinin sökülməsi ilə bağlı Cavabdeh qərarı, göstərişi olmayıb. Mübahisədəki yer barədə deyə bilər ki, Cavabdeh tərəfindən sökülməyib və bu barədə onun işlədiyi dövrdə iddiaçının rəsmi, qeyrirəsmi müraciəti olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmur. Həmçinin iddiaçı ona məxsus qeyriyaşayış sahəsinin cavabdeh inzibati orqan, o cümlədən başqa bir inzibati orqan və ya şəxs tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edə bilmir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiya məhkəməsində aparılan məhkəmə araşdırmaları ilə, müvafiq qurumlara göndərilən sorğulara cavab məktubları ilə, həmçinin şahid ifadəsi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdeh inzibati orqan, başqa bir inzibati orqan tərəfindən sökülməsi halları müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, sözügedən tikili Cavabdeh tərəfindən sökülməmiş, həmin tikilinin Cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Iddiaçı qeyri-yaşayış sahəsinin 2003-cü ildə Cavabdeh tərəfindən söküldüyünü bildirir. Lakin həmin qeyri-yaşayış sahəsi həmin illərdə cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçının uzun müddət bu hallara etiraz, fikir bildirməməsi, bu halları mübahisələndirməməsi şübhə doğurur. Həmçinin həmin qeyri-yaşayış sahəsi cavabdeh inzibati orqan tərəfindən sökülmüşdürsə, iddiaçı uzun illər bu halı mübahisələndirməməsinin səbəblərini əsaslandırmamışdır. Hazırda isə uzun müddət keçmiş, həmin qeyri-yaşayış sahəsinin kimin tərəfindən və hansı qaydada sökülməsi halları müəyyən edilmir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 69, 81, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2- 1(122)-71/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar