Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-16/2021 18.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Xıdırov Əhliman Mehman oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, üçüncü şəxs X7 nümayəndəsi və vəkili X8, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 04 dekabr 2020-ci il tarixdə 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli, JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gedişgəliş yoluna münasibətdə qismən ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Babək rayonunun Yarımca kəndində yerləşən X14 və X11 ayrılmış 0.28 hektar torpaq sahəsinə münasibətdə Babək rayon Aqrar İslahat Komissiyasının 25 avqust 1998-ci il tarixli qərarının qismən ləğv edilməsi və 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın gediş-gəliş yolu olan torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, 24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsas ında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına qərar verilmişdir. Məhkəmənin qərarından narazı qalan iş üzrə üçüncü şəxs X15 şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Üçüncü şəxs X15 şikayətini onunla əsaslan dırmışdır ki, məhkəmənin qərarında İddiaçı verdiyi izahatında 1983-cü il tarixdən mərhum atası X5 Babək rayon Yarımca kəndində ona tikdiyi evdə həmin tarixdən 24 iyun 2019-cu il tarixədək ailəsi və uşaqları ilə birlikdə yaşadığını, atasının həyətindən onun yolu olduğunu, həmin yolun küçədən girişində darvaza qapısı olduğunu, təsərrüfatbaşına kitablarda atasının adına həmin torpaq sahəsi 0.24 ha, 0.23 ha göstərildiyini, torpaq sahəsini 0.28 ha göstərib atasının mülkiyyətinə verməklə onun həyətinə gedən yolu bağladığını göstərir. Bununla əlaqədar bildirir ki, ataları X14 həmin torpaq sahəsini almamışdan əvvəl torpaq sahəsi mərhum X6 istifadəsində olmuş və ölçüsü 0.20 ha təşkil etmişdir. Həmin torpaq sahəsindən Səhnə Rəhimova istifadə etməklə təbii ki, atalarının həyətindən yol kimi istifadə etməmiş, torpaq sahəsinin əks tərəfindən (onunla qonşu olmayan), Səhnə Rəhimova ilə aralarında olan yol tərəfdən yerləşən qonşuları Qəhrəman Mahmudovun, Hüseyn Bağırovun, Oruc Allahverdiyevin həyətyanı torpaq sahələri ilə aralarında olan yoldan istifadə etmişdir. Bunu Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin Yarımca kəndinin 2005-ci ildən sonrakı yerquruluşu planından da aydın görmək olur. Atalarının qanuni istifadəsində olan torpaq sahəsi dörd bir tərəfdən qonşu həyətyanı torpaq sahələri ilə əhatə olunmuşdur və onlar heç bir qonşunun həyətyanı torpaq sahəsinə müdaxilə etməmişlər. 2000-ci illərə kimi təsərrüfatbaşına kitablarda qeyd olunan ölçülər dəyişkən olmaqla primitiv üsullarla aparılan ölçmə işlərinin nəticəsi olmaqla ölçülərindəki fərqliliyin bütün həyətyanı sahələrə aid olan bir nöqsan olmuş, bu fərqlilik bütün qonşuların həyətyanı sahələrində mövcud olmuş, lakin 2005-ci ildə aparılan ölçmə işləri və atalarının adına 2019-cu ildə mülkiyyət sənədi çıxarmaq istərkən aparılan ölçmə işlərinin nəticəsi eyni olmuşdur. 2018-ci ilin yay aylarında qardaşı İddiaçı aralarında hasar tikərkən onlara tərəf darvaza qapısı qoyanda mübahisələri olmuş, hətta polisə də düşmüşlər. Aralarındakı hasardan onların həyətinə darvaza qapısının qoyulması ilə razılaşmamış, İddiaçı isə həmin qapını onların həyətyanı torpaq sahələrinin sərhədində yox, 2-3 metr divarı öz həyətinə tərəf çəkərək orada qapı qoymuşdur. Üçüncü şəxs X1 qaz xətləri çəkilərkən həmin yoldan İddiaçı evinə qaz xətti çəkildiyini, sonradan həmin yolda Rövşən Mahmudov tərəfin dən qanunsuz olaraq tikinti işləri aparıldığını, naves vurularaq qaz xəttinin navesin altına salındığını, sonradan isə darvaza qapısı qoyularaq yolun qanunsuz olaraq həyətyanı torpaq sahəsinə daxil edilməklə bağlandığını bildirərək həmin əraziyə yerində baxış keçirilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə üçüncü şəxs X12 lazımi qaydada məlumat verilməsinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş iştirak etməməsinin səbəbləri barədə məhkəmə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə üçüncü şəxs X7 iştirakı olmadan baxmışdır. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X7 nümayəndəsi və vəkili X16 şikayəti müdafiə edərək şikayətlə eyni məzmunlu i zahat verərək şikayətin təmin edilməklə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında İddiaçı şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)11/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındakı izahatında cavabdeh təşkilatın nümayəndəsi X9 iddia olunan gediş-gəliş yolunun torpaq islahatı aparılan zaman tərtib olunmuş JN - 224 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həyətyanı torpaq sahəsinin sərhədləri daxilində qeydiyyata alındığını, İd diaçı islahatlar aparılan zaman mülkiyyətinə verilmiş 0.09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu ilə təmin olunmadığını bildirdiyini, lakin nümayəndənin mübahisənin ortaya çıxmasına səbəb olan X19 tərəfindən gediş-gəliş üçün nəzərdə tutulan el yolunda qanunsuz tikililər tikildiyinə, oraya darvaza qoyaraq el yolunu bağladığına münasibət bildirilmədiyini, İddiaçı həmin tərəfdən yolunun olduğunu göstərmədiyini, həmin torpağın sahibi olmuş mərhum Səhnə Rəhimovadan əvvəl də başqa şəxslərin istifadəsində olan haliyədə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolunun əvvəldən əks tərəfdən olduğunu, onların heç birinin onun torpaq sahəsindən gedişgəliş yolu kimi istifadə etmədiklərini qeyd edərək şikayətnin təmin edilməməsi və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2 021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qay danın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili X8, cavabdeh təşkilatın nümayəndəsi X3 izahatlarını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Üçüncü şəxs X15 şikayətində Naxçıvan MR İnzibati Məhkəməsinin hazırkı qərarının ləğvi üçün aşağıdakı əsasları qeyd edir: İddiaçı kimi həmin torpaq sahəsinin istifadəçiləri onun həyətindən yol kimi istifadə etməmişlər. Həmin torpaq sahəsinin əks tərəfində öz müstəqil gediş-gəliş yolu olmuşdur və haliyədə də mövcuddur. Həmin yolu qanunsuz olaraq zəbt edərək darvaza qapısı qoyaraq bağlayan və el yolunda qanunsuz tikililər inşa edən X13 qanunsuz tikililəri sökülməli, həmin sahə öz təyinatı üçün istifadə olunmalıdır. İddiaçı özü də bildirir ki, atası həmin torpaq sahəsini almış və ona orada fərdi yaşayış evi tikərək vermiş və o isə həmin vaxtdan orada yaşamışdır. Hazırda atasından qalan mirası o qəbul edib adına keçirdiyindən İddiaçı onunla prinsip apararaq həyətindən yol almaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xəttinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşuya yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Onun həyətindən 45 metr uzunluğunda torpaq sahəsini mülkiyyətindən alırlar. X4suz olaraq zəbt edərə k tikililər apardığı ərazinin yol kimi bərpa olunması daha ədalətli və qanuni olardı. Hesab edir ki, göstərdikləri qərarın ləğv edilməsi və iddianın rədd edilməsi üçün yetərlidir. İş üzrə üçüncü şəxs X15 şikayətində bildirir ki, İddiaçı kimi həmin torpaq sahəsinin istifadəçiləri onun həyətyanı sahəsindən yol kimi istifadə etmişlər və həmin torpaq sahənin əks tərəfində öz müstəqil gediş-gəliş yolu olmuş, lakin həmin yolu qardaşı X19 qanunsuz tikili inşa edərək yolu zəbt etmişdir. X18 şikayətində MM-in 175.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xəttinə keçidi yoxdursa, (hazırkı halda İddiaçı yolu var, lakin qardaşı Rövşən Mahmudov tərəfindən qanunsuz olaraq bağlanıb) o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətlərin ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulaya yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçınin tələbi heç də cavabdehin göstərdiyi kimi, MM-in 175-ci maddəsinə uyğun olaraq verilməsi deyil, Babək rayonunun Yarımca kəndində yerləşən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlə t reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gedişgəliş yoluna münasibətdə qismən ləğv edilməsindən ibarətdir. Yəni daşınmaz əmlakin dövlət reyestrində aparılmış qeydiyyat zamanı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə səhvliyə yol verilməsindən ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilməsi məhkəmə qaydasında həll edilir. Kollegiya tərəfindən şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bununla bağlı isə üçüncü şəxs hər hansı bir dəlil irəli sürməmişdir. Ona görə də kollegiya şikayətin təmin olunması və birinci instansiya məhkəməsinin bu barədə olan qərarının dəyişdirilməsi üçün hər hansı bir əsas müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməməklə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Kollegiya şikayətdə göstərilmiş dəlilləri hər tərəfli tədqiq edərək, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı təmin edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən üçüncü şəxs X15 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)11/2021 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “24 yanvar 2006-cı il tarixli, JN-224A, KOD 10312018 nömrəli şəhadətnamə əsasında X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın 24 yanvar 2006-cı il tarixli JN-164B, KOD 10312018 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid gediş-gəliş yoluna münasibətdə qismən ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(122)-11/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X15 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 21(122)-11/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər..
Məhkəmə qərarları › İş №2-1(108)-16/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-16/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver