Məhkəmə qərarları › İş №2-1(108)-16/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-16/2022

15.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-16/2022 15.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 iştirakları ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)19/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)19/2022 nömrəli qərarı i lə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçı vəkili- nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili -nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” olduğunu bildirmişdir. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli qərardadı ilə iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə 24 yanvar 2022-ci il tarixli ərizəsi təmin edilərək, iddia tələbi “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Nax çıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)19/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan İddiaçı nümayəndəsi-vəkili Vəkil 31 mart 2022-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)19 /2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respu blikası Dövlət Miqrasiya Xidməti qəbul etmiş olduğu qərarda “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 3.11 və 4.1-ci bəndlərinə istinad etmişdir. Birincisi: Həmin qaydanın 3.11-ci bəndində qeyd olunur ki, Dövlət Miqrasiya Xidməti sorğunun bu qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 gün müddətində baxmaqla müvafiq qərar qəbul edir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən MAPS-a şifahi sorğu edilmiş, həmin sorğuya 2 gündən sonra verilən cavabda X7 barəsində hər hansı məlumat aşkar olunmadığı bildirilmişdir. MAPS-ın vermiş olduğu arayışdan (cavabdan) görünür ki, X7 barəsində hansı illərə dair araşdırma aparılması, MAP S-da həmin sistemin neçənci ildən fəaliyyət göstərməsi, araşdırmanın hansı qaydada aparılması və.s qeyd olunmamaqla ətraflı məlumat verilməmiş, Dövlət Miqrasiya Xidməti isə həmin arayışı əsas götürərək başqa araşdırma aparmadan vətəndaşın həyatı üçün əhəmiyyətli olan əsassız qərar qəbul etmişdir. İkincisi: Həmin qaydanın 4.1-ci bəndində qeyd olunur ki, aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Həmin qaydanın 3.11 və 4.1-ci bəndlərinə əsaslanmaqla qəbul edilmiş bu qərarı əsassız hesab edir və buna görə də həmin qərarın ləğv edilməsini xahiş edir. Üçüncüsü: Məhkəmə nədənsə onun sübut növü olaraq məhkəməyə təqdim etmiş olduğu Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş Dırnıs Kənd İƏDN-nə aid Təsərrüfatbaşın a kitablarında (1985-2000-ci illərə dair) X7 qeydiyyatı barədə, Ordubad Rayon PŞ-nin vermiş olduğu X7 barəsində Fərdi uçot kartoçkasını (həmin Fərdi uçot kartoçkasına əsasən X9 15 aprel 1984-cü ildə Xİİİ TKT 531576 nömrəli pasport verilmişdir), 24 yanvar 2000-ci il tarixli JN 342 KOD 10708018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə X7 mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə, İN 320C KOD 10708028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə X7 mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsi barədə sənədləri iş materiallarına əlavə e tsə də, qətnamə qəbul edərkən sübut növü olaraq məhkəməyə təqdim etmiş olduğu həmin sənədlər barədə ümumiyyətlə fikir bildirməmiş, heç bir araşdırma aparmamış və həmin sübutlara hüquqi qiymət verməmişdir. Dördüncü: Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəməyə təqdim etdiyi etirazında X7 07 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmadığını əsas gətirərək qərar qəbul etdikləri qeyd edilib. Lakin məhkəməyə X7 2000-ci ilin iyun ayından sonrakı dövr üçün Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışı barədə sərhədkeçmə cədvəlini təqdim edib. 2000-ci ildən sonrakı dövr üçün Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışı barədə sərhədkeçmə cədvəli ilə vətəndaşın 1998-ci ilədək qeydiyyatda olub-olmamasını necə müəyyən etmək olar. Nə üçün Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti X7 1995-2000-ci illərə dair Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışı barədə sərhədkeçmə cədvəlini təqdim etməyib və ya təqdim etmək istəməyib. Beşincisi: Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti mübahisələndirilən qərarın qəbul edilməsi ilə əlaqədar inzibati icraat açmalı, hərtərəfli araşdırma apardıqdan sonra yekun qərar qəbul etməli olduğu halda belə bir icraat açılmamış, hərtərəfli araşdırma aparılmamış, yalnız MAPS-ın arayışı əsasında qərar qəbul edilmişdir. (həmin arayışda isə hansı illərə dair araşdırma aparılması qeyd olunmamışdır. Hesab edir ki, MAPS hazırki dövrə münasibətdə bu arayışı vermişdir). Altıncı: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi Qaydasının 2.2.1- ci yarımbəndində nəzərdə tutulan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Məhkəməyə təqdim etdikləri Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş Dırnıs Kənd İƏDN-nə aid Təsərrüfatbaşına kitablarında (1985-2000-ci illərə dair) X7 Ordubad rayon Dırnıs kəndində qeydiyyatı barədə arxiv sənədləri, 24 yanvar 2000-ci il tarixli JN 342 KOD 10708018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə X7 mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə mül kiyyət sənədi, JN 320C KOD 10708028 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli 180 nömrəli qərarı ilə X7 mülkiyyətinə həyətyanı torpaq sahəsinin verilməsi barədə sənədlərdən, eləcə də 18 iyun 1997-ci il tarixdə X9 özəlləşdirmə payının verilməsi (bu Ərkinaz Əliyevaya məxsus pasportda aparılmış qeydiyyatla təsdiq olunur) bir daha təsdiq olunur ki, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızı qanun qüvvəyə minənədək, yəni 07 oktyabr 1998-ci il tarixədək Azərbaycan Respublikasında daimi qeydiyyatda olmuşdur. Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızına məxsus 15 aprel 1984-cü il tarixdə verilmiş Xİİİ 7KT 531576 nömrəli pasportun əldə olunması istiqamətində apardıqları araşdırmanın nəticəsi olaraq son günlər Moskva şəhərində yerləşən DİN-in arxivindən Ərkinaz (Əliyevaya) Məmmədovaya məxsus pasportun surətini əldə etmişlər. (pasportun təsdiq olunmuş surətini əldə edən kimi məhkəməyə təqdim edəcəklər). Həmin pasportda olan qeydiyyatdan da aydın şəkildə görünür ki, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızı 27 aprel 1984-cü il tarixdə Ordubad rayon Dırnıs kəndində daimi qeydiyyata alınıb və 31 may 2000-ci il tarixdə qeydiyyatdan çıxarılaraq 07 iyun 2000-ci il tarixdə Moskva şəhərinə qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda qeyd etdiyi həmin sübutlara heç bir hüquqi qiymət verməyərək nəticədə əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək kollegiyada apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, həmçinin izahatına əlavə olaraq iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan onun əri Rusiya vətəndaşlığını almış X22 Federasiyasında iddiaçı ilə birlikdə yaşamasına baxmayaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciətinin müsbət həllini tapmaqla ona şəxsiyyət vəsiqəsi verildiyini, lakin iddiaçının bu barədə tələbinin heç bir əsas olmadan təmin edilmədiyini göstərərək şikayətinin təmin edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqr asiya Xidmətinin nümayəndəsi X21 apellyasiya şikayətini qəbul etməyərək kollegiyadakı izahatında qəbul etdikləri inzibati aktın qanuni olduğunu, iddiaçının MAPS-da qeydiyyatı barədə məlumat olmadığından qanunvericiliyin tələbinə əsasən tələbinin təmin edilməsinin mümkün olmadığını göstərərək apellyasiya şikayətinin təmin olunmamaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasını n 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İPM-in 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-in 68.1- ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya iş üzrə iddiaçının vəkili- nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərdiyi dəlillərini iş materialları və kollegiyada tədqiq edilmiş sübutlarla əhatəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir: Belə ki, iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur və bu barədə ona 24 fevral 1967-ci ildə X26 tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. İddiaçı Dırnıs kənd orta məktəbində təhsil almış və bu barədə 03 iyul 1982-ci ildə ona səkkizillik təhsil haqqında şəhadətnamə verilmişdir. Bundan sonra 01 sentyabr 1990-cı ildə Ordubad rayonunda yerləşən 166 nömrəli texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1991-ci il tarixdə texniki peşə məktəbini bitirmişdir. 14 may 1985-ci ildə X17 ilə rəsmi nikaha daxil olmuş və nikahları Dırnıs XDS İK-da nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Ordubad rayonunun Dırnıs kəndində özlərinə məxsus olan yaşayış evi vardır. O, haliyədə kənddə mə skunlaşmaq istəyir, lakin müvafiq qərar buna imkan vermir. Onun Azərbaycan Respublikasına mənsubiyyəti olduğu halda, həmin qərarla mənsubiyyəti tanınmamışdır. Bu baxımdan da o, qərara əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu halda şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd olunanlara əsasən iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin ta nınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” olduğunu bildirmişdir. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli qərardadı ilə 24 yanvar 2022ci il tarixli ərizə təmin edilərək, iddia tələbi “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş: Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, 10 fevral 1967-ci il tə vəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. 24 fevral 1967-ci il tarixli, A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində doğulmuşdur. A3-İİ 391269 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 rayonunun Dırnıs kənd orta məktəbində oxumuş və 1982-ci ildə səkkizinci sinfi bitirmişdir. 14 may 1985-ci il tarixli, İİİ-ЖГ 418022 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X13 nikahlarını bağlamışlar və nikahları Dırnıs kənd XDS İK-da nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir. Б 471978 nömrəli diplomun tə sdiq edilmiş surətindən görünür ki, X13 01 sentyabr 1990-cı ildə 166 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 04 iyul 1991-ci ildə orta təhsil bazasında meyvə-tərəvəz ustası peşəsi üzrə tam kursu bitirmişdir. Ordubad Rayon Polis şöbəsinin 19 noyabr 2021-ci il tarixli, 7/1330 nömrəli məktubu ilə göndərilmiş Fərdi uçot kartoçkasının (Forma №1) surətindən görünür ki, X8 16 aprel 1984-cü ildə pasport ilə təmin olunmaq üçün müraciəti əsasında ona 19 aprel 1984-cü ildə yaşayış yeri üzrə qeydiyyat ünvanı Ordubad rayonu, Dırnıs kəndi göstərilməklə müvafiq pasport verilmişdir. xx.xx.2021-ci ildə Rusiya Federasiyası DİN tərəfindən verilmiş pasportun surətindən görünür ki, İddiaçı adına Rusiya Federasiyası vətəndaşının xx.xx.2031-ci il tarixədək etibarlı olan 76 ******* nömrəli pasportu verilmiş dir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən MAPS-a verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavabda X13 barəsində hər hansı məlumat aşkar edilməməsi bildirilmişdir. Birinci instansiya məhkəməsinə ünvanlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 21 yanvar 2022-ci il tarixli, 018-12641222 nömrəli məktubundan görünür ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətə ndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəy yənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azə rbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydaların 3.4-cü bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1.2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvv əyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq t əsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən b u Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlə tin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuş və onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. İddiaçı Dırnıs kənd orta məktəbində təhsil almış və bu barədə 03 iyul 1982-ci ildə ona səkkizillik təhsil haqqında şəhadətnamə verilmişdir. 14 may 1985-ci ildə iddiaçı Ə.X5 ilə rəsmi nikaha daxil olmuş və nikahları Dırnıs XDS İK-da nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd e dilmişdir. 01 sentyabr 1990-cı ildə Ordubad rayonunda yerləşən 166 nömrəli texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1991-ci il tarixdə texniki peşə məktəbini bitirmişdir. İddiaçı 1994-cü ildə ailəsi ilə birlikdə ailə vəziyyətinə görə Rusiya Federasiyası, Moskva vilayəti, Povlapasoda şəhərinə getmiş və ailəsi ilə orada yaşamağa başlamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən MAPS-a verilmiş xx.xx.2021-ci il tarixli sorğunun nəticəsinə əsasən X13 barəsində hər hansı məlumat aşkar edilmədiyindən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ilə 10 fevral 1967-ci il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin idd iaçının 1998-ci ilə qədər Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmasının öz təsdiqini tapmaması ilə əlaqədar gəldiyi nəticə ilə razılaşmır və belə hesab edir ki, işə baxan məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə kifayət qədər hərtərəfli araşdırmamaqla əsassız olaraq iddia tələbinin rədd edilməsi və şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısında bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə “Azərbayc an Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: 24 yanvar 2000-ci il tarixli, JN-342 KOD 10708018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X14, X10 və X16 Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.04 hektar torpaq sahəsi verilmişdir. JN-320C KOD 10708028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14, X10 və X16 Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli, 06 nömrəli və 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktublardan görünür ki, Ordubad Rayon Dırnıs Kənd İƏDN-nin 1986-1990-cı illərə və 1995-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında X7 adı göstərilmişdir. Kollegiyanın sorğusuna Ordubad Rayon Polis Şöbəsinin 21 iyul 2022-ci il tarixli 7/921 nömrəli cavab məktubunda göstərilmişdir ki, Məmmədova (Əliyeva) X11 Rayon Dırnıs kənd İƏD üzrə nümayəndəliy in təsərrüfatbaşına kitabında qeydiyyatda durmuş, Ordubad Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun arxivində olan məlumata əsasən Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızı 10 fevral 1967-ci il tarixdə doğulduqdan sonra Ordubad Rayon Dırnıs kənd ünvanında qeydiyyata alınmış və heç bir vaxt ünvan 2yatından çıxarılmamışdır. Sorğu ilə əlaqədar kollegiyaya daxil olmuş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 25 iyul 2022-ci il tarixli 1/2532 nömrəli məktubunda qeyd edilmişdir ki, Ordubad Rayon Polis şöbəsinin kartotekasında saxlanılan 10 fevral 1967-ci ildə Ordubad rayon Dırnıs kəndində anadan olmuş X2 nümunəli sənədin verilməsinə əsas olmuş 1 nömrəli ərizə formasına (Forma №1) baxış keçirilmiş və X8 Naxçıvan Muxtar Respublikası DİN-in Ordubad Rayon Polis şöb əsi tərəfindən yaşayış yeri üzrə qeydiyyat ünvanı Ordubad rayon Dırnıs kəndi göstərilməklə xx.xx.1984-cü il tarixdə Xİİİ-JQ seriyalı 531576 nömrəli keçmiş SSRİ pasportu ilə təmin edilməsi müəyyən edilmiş, lakin X8 hansı tarixdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair məlumat qeyd olunmamışdır. Kollegiyada şikayətə baxılması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 01 avqust 2022-ci il tarixli 018-16960-1222 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmiş, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün 19 nö mrəli “ünvana gəlmə” vərəqəsi əsas götürülür. Yuxarıda qeyd edilmiş Ordubad Rayon Polis şöbəsinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin həmin məktublarına əlavə olunmuş Ordubad Rayon Dırnıs Kənd İƏD üzrə nümayəndəliyin 21 iyul 2022-ci il tarixli 32 nömrəli məktubunda Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızının Dırnıs Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatda durması və uzun müddətdir nümayəndəliyin ərazisində yaşamadığı bildirilmişdir. İşin yuxarıda araşdırılmış hallarından da göründüyü kimi iddiaçı Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızı Azərbaycan Respublikasında yaşayış yeri üzrə Ordubad Rayon Dırnıs kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydiyyatdadır. Yəni “Azərbaycan Respublikasının vətəndaşlığı h aqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci ilin oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmuş, hazırda da həmin ünvanda pasport qeydiyyatındadır. Onun həmin ünvanda pasport qeydiyyatından çıxarılması faktı müəyyən edilməmişdir. Kollegiya iddiaçının nümayəndəsi- vəkilinin kollegiyaya təqdim etdiyi Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin X1 xx.xx.2022-ci il tarixli 72/7104 saylı cavab məktubunda qeyd edilən İddiaçı İsgəndər qızının Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin “Pavlovo-Posad” X4 Məsələləri Şöbəsinin arxiv uçotlarına əsasən xx.xx.2000-ci il tarixindən Naxçıvan MSSR, Ordubad rayonu, Dırnıs kəndi ünvanında qeydiyyat uçotundan çıxarılması ilə əlaqədar göstərilən halları iş üçün əhəmiyyətsiz hesab edir. Belə ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin X1 Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxsi qeydiyyatdan çıxarmaq səlahiyyəti yoxdur. Bununla yanaşı qeyd olunan 72/7104 saylı cavab məktubunda göstərilən, yəni iddiaçının xx.xx.2000-ci il tarixindən pasport qeydiyyatından çıxarılması halı qəbul edilsə belə, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biri kimi göstərilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən, yəni 7 oktyabr 1998-ci il tarixindən sonrakı dövrə təsadüf edir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşlıq hüququnun təminatını müəyyən edən 2-ci maddəsində göstərilir ki;-Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz. -Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. -Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin İİİ hissəsinə görə, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşların ın hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. -Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır. Kollegiya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 01 avqust 2022-ci il tarixli 018-16960-1222 nömrəli məktubunda göstərdiyi Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızının yaşayış yeri üzrə qeydiyyatı və qeydiyyatdan çıxarılmasına dair məlumatın qeyd olunmaması, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün 19 nömrəli “ünvana gəlmə” vərəqəsinin əsas götürülməsi, xx.xx.1967-ci il təvəllüdlü Məmmədova (Əliyeva) Ərkinaz İskəndər qızının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı və s ənədləşdirilməsi barədə məlumat aşkar edilmədiyi hallarına münasibətdə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar. 02 oktyabr 2008-ci il tarixli, 694-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 oktyabr 2008-ci il, № 243, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 10, maddə 886) ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 1-ci bəndinə əlavə edilmiş ikinci abzasda göstərilir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. 30 iyun 2009-cu il tarixli, 858-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 28 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 519) ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 1-ci bəndinə əlavə edilmiş üçüncü abzasda isə müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötür ür. Yəni hazırda qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından və göstərilən qanunun tətbiqi haqqında Əsasnamədən də göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə ötürməməsi iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilməsi üçün əsas kimi qəbul edilə, beləliklə də, İddiaçı (Əliyevanın) Azərbaycan Respublikasının Konstitusiyası ilə, müdafiəsinə təminat verilmiş fundamental hüququ hesab edilən vətəndaşlıq hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, adı çəkilən Qanun qəb ul edilməmişdən və həmin orqan yaranmamışdan əvvəl iddiaçının qeydiyyat ünvanı Naxçıvan MSSR Ordubad rayon Dırnıs kəndi göstərilmiş, o, xx.xx.1984-cü il tarixdə Xİİİ-JQ seriyalı 531576 nömrəli keçmiş SSRİ pasportu ilə təmin edilmişdir. Bundan əlavə, müvafiq məlumatların adı çəkilən İdarəyə ötürülməməsi, həmçinin iddiaçının hazırda da həmin ünvanda qeydiyyatda olması, eyni zamanda həmin ünvandan qeydiyyatdan çıxarılmaması faktının qəbul edilməsinin inkar olunması ilə nəticələnə bilməz. İşin araşdırılmış hallarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti lazımi araşdırma aparmadan yalnız Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinin verdiyi məlumata əsaslanıb İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə q ərar qəbul etmişdir. MAPS tərəfindən verilən sorğuya cavabda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq İddiaçı Azərbaycan Respublikasında yaşayış yeri üzrə nə vaxtdan qeydiyyatda olması və nə vaxt qeydiyyatdan çıxarılması barədə məlumatların olub olmaması ümumiyyətlə göstərilməmiş, sadəcə X13 barəsində hər hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh mübahisələndirilən 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İşin yuxarıda araşdırılmış hallarına hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qəbul etdiyi qərarı qanunun tələbinə zidd olmaqla iddiaçının hüquqlarını pozduğundan İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddi ası təmin edilməklə Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilməli və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməy ə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsasən apellyasiya şikayətinin dəlillərini məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halların müəyyən edilməsi üçün zəruri olan bütün sübutları toplamamış, işdə olan sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməyərək nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunanlara əsasən kollegiya belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsas olduğundan iş üzrə iddiaçının vəkilinümayəndəsi Vəkil şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli qərarı tam ləğv edilməklə iş üzrə yeni qərar qəbul olunmalı, iddia tələbi isə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 81.1, 82, 87.6, 87.8, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı vəkili- nümayəndəsi Vəkil şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 01 mart 2022-ci il tarixli, 2-1(122)19/2022 nömrəli qərarı tam ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası əsaslı olduğundan təmin edilsin. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarı ləğv edilsin və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyi qoyulsun. Qərardan, qərar inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar