Məhkəmə qərarları › İş №2-1(108)-16/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-16/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-16/2023 27.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X4 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh 03 mart 2020-ci il tarixli, 2574 nömrəli işdən azad edilmə haqqında əmrinin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının ona təqdimatının ləngidilmiş müddəti üçün orta əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-205/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh 03 mart 2020-ci il tarixli, 2574 nömrəli işdən azad edilmə haqqında əmrinin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının ona təqdimatının ləngidilmiş müddəti üçün orta əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-205/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "Cavabdeh 03 mart 2020-ci il tarixli, 2574 nömrəli işdən azad edilmə haqqında əmrinin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının ona təqdimatının ləngidilmiş müddəti üçün orta əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzə rinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 03 aprel 2023-cü il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Azərbaycan Respublikası MPM-in 395-396, İnzibati Prosessual Məcəllənin 81-85ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)205/2023 saylı, 15 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-205/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir, belə ki, o apellyasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust t arixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”-nın V bölməsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 2.0.2ci maddələrinə istinad edərək Cavabdeh inzibati icraat haqqında qanuna görə inzibati akt qəbul etmək səlahiyyəti olduğundan cavabdeh təşkilatın inzibati orqan hesab edilməli olduğunu qeyd etmişdir. Həmçinin apellyasiya şikayətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1, 2.2.2, 35.1-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, inzibati-hüquqi mübahisə ilə bağlı məhkəmə icraatı çərçivəsində mülki hüquqi məsələlər də həll olunmalıdırsa və ya aydınlaşdırılmalıdırsa, həmin mübahisə baxılmaq üçün mülki məhkəməyə yanlız o halda göndərilə bilər ki, mülki hüquqla bağlı həll edilməli və ya aydın laşdırılmalı olan məsələ əsas sual olsun, yəni təkcə ilkin sual olmasın. Bu o deməkdir ki, hər bir məhkəmə “inzibati –hüquqi həll yoluna aid olmayan” ilkin suallara da özü cavab verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”-nın V bölməsinin tələbindən və cavabdehin onun barəsində qəbul etdiyi inzibati aktdan aydın olur ki, iddia inzibati hüquqi mübahisə ilə bağlı məsələdir və inzibati məhkəmə tərəfindən baxıla bilər. Verilmiş apelyasiya şikayətinin hüquqi əsası kimi həmçinin İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına istinad edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri ba rədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında Universitetin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Kollegiya yerində müşavirə edərək şifahi məhkəmə baxışı iclasının Cavabdeh nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(122)-205/2023 saylı, qərardadının ləğv edilməsi və iddiasının mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində i craatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir: İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nə ticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, il k növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya qanunvericiliyin normaları üzrə apellyasiya şikayətinin Cavabdeh inzibati icraat haqqında qanuna görə inzibati akt qəbul etmək səlahiyyəti olduğundan inzib ati orqan hesab edilməli olmaması, həmçinin inzibati-hüquqi mübahisə ilə bağlı məhkəmə icraatı çərçivəsində mülki hüquqi məsələlərin də həll olunmalı və ya aydınlaşdırılmalı olduğu təqdirdə həmin mübahisənin baxılmaq üçün mülki məhkəməyə yalnız mülki hüquqla bağlı həll edilməli və ya aydınlaşdırılmalı olan məsələnin əsas sual olması halında göndərilə bilməsi, yəni bunun təkcə ilkin sualın olması, bunun isə hər bir məhkəmənin “inzibati –hüquqi həll yoluna aid olmayan” ilkin suallara da özü cavab verməli olması demək olduğunu, iddiaçının tələbindən və cavabdehin onun barəsində qəbul etdiyi inzibati aktdan iddianın inzibati hüquqi mübahisə ilə bağlı məsələ olması və inzibati məhkəmə tərəfindən baxıla bilməsi dəlillərini müzakirə edərək əsassız hesab edir. Belə ki, “Dövlət qulluğu haqqında” Az ərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1.-ci maddəsinə görə qanun la başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya qeyd edir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edil məsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilir. Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”. Göründüyü kimi, iddianın mümkün sayılmasının ilkin şərtlərindən biri tərəflərdən birinin inzibati orqan olması və tərəflər arasındakı münasibətin publik hüquqdan irəli gələn münasibətlər olmasıdır. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səla hiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçı 03 mart 2020-ci il tarixli, 2574 nömr əli işdən azad edilmə haqqında əmrin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının təqdimatının ləngidilmiş müddəti üçün ona orta əmək haqqının ödənilməsi tələbi ilə bağlı cavabdeh X2rşı iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi, iddiaçının qanun normasında sadalanan şəxslərdən biri olmadığı səbəbindən hazırki iddiaya inzibati məhkəmə icraatında baxılmasının mümkün olmaması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, kollegiya qeyd edir ki, tərəflər arasında olan əmrin ləğvi və əmək kitabçasının təqdimatının ləngidilmiş müddəti üçün iddiaçıya əmək haqqının ödənilməsi tələbinə dair mübahisə cavabdehin ictimai idarəetmə və hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı deyil və cavabdeh bu münasibətdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Ona görə də iddiaçı iddiada göstərilən cavabdehə qarşı ümumi yurisdik siyalı məhkəmədə iddia qaldıra bilər, yəni müvafiq mübahisə üzrə məhkəmə aidiyyəti mülki mühakimə icraatı qaydasında həyata keçirilməlidir. Kollegiya işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının qanun normasında sadalanan şəxslərdən biri olmadığından hazırki iddiaya inzibati məhkəmə icraatında baxılmasının mümkün olmaması iddia tələbinin mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparılamasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşd irilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarına əsasən apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tələbinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul o lunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 15 mart 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya 06 fevral 2023-cü il tarixli, 2-1(122)-205/2023 hüquqi yardım məktubu göndərilərək, habelə məhkəmə iclaslarında bilavasitə hüquqi yardım göstərilərək müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmiş, iddiaçı tərəfindən işə mahiyyəti üzrə baxılması təkid edildiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri əsassız olduğundan İddiaçı Cavabdehnə qarşı "Cavabdeh 03 mart 2020-ci il tarixli, 2574 nömrəli işdən azad edilmə haqqında əmri nin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının ona təqdimatının ləngidilmiş müddəti üçün orta əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(122)-205/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(122)-205/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Cavabdehn ə qarşı "Cavabdeh 03 mart 2020-ci il tarixli, 2574 nömrəli işdən azad edilmə haqqında əmrinin ləğv edilməsi və cavabdehin təqsiri üzündən əmək kitabçasının ona təqdimatının ləngidilmiş müddəti üçün orta əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2-1(122)-205/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 21(122)-205/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməs inin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar