Məhkəmə qərarları › İş №2-1(108)-16/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(108)-16/2024

15.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-16/2024 15.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "cavabdeh şəxs tərəfindən inventar nömrələri 2231 və 2775 nömrəli baxılması, inventar nömrəsinin və torpaq sahəsinin düzgün baxılmasının cavabdeh şəxsə izah edilməsi, inventar nömrəsinin dəyişdirilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 21(122)-709/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq şif ahi məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 04 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh şəxs tərəfindən inventar nömrələri 2231 və 2775 nömrəli baxılması, inventar nömrəsinin və torpaq sahəsinin düzgün baxılmasının cavabdeh şəxsə izah edilməsi, inventar nömrəsinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 21(122)-709/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 21(122)-709/2023 nömrəli qərarda dından narazı qalan İddiaçı 22 dekabr 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək hakim Elnur Hüseynovun çıxardığı qərardadın ləğv edilməsinə köməklik göstərilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddə aları tətbiq oluna bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. İddiaçı apellyasiya şikayətinin forma və məzmununa riayət etmədiyindən və şikayətdə xahiş hissəsi qeyri-müəyyən olduğundan kollegiya şikayətin mümkünlüyünün yoxlanılması məqsədilə 15 yanvar 2024-cü il tarixə mümkünlük iclası təyin etmiş və İnzibati Prosessual Məcəllənin 13-cü maddə sinin tələbinə uyğun olaraq iddiaçıya hüquqi yardımla bağlı 29 dekabr 2023-cü il tarixli, 2-1(108)-80/2023 nömrəli məktub göndərilmişdir. Mümkünlük iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı 15 yanvar 2024-cü il tarixə saat 1100-a təyin edilmiş mümkünlük iclasında iştirak etməmiş, lakin o, kollegiyaya ərizə ilə müraciət edərək səhhətində nasazlıqlar olduğundan şikayətini Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasına təqdim etdiyini bildirmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir və şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Şikayətin ilkin öyrənilməsi zamanı qanunvericiliyin qeyd olunan t ələblərinə iddiaçı tərəfindən əməl olunmadığı müəyyən olunmuşdur. Belə ki, şikayətdə barəsində şikayət verilən məhkəmə qərardadının tarixi ümumiyyətlə qeyd edilməmiş, həmçinin şikayətin xahiş hissəsi qeyri müəyyən ifadə edilmiş, eyni zamanda şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, bununla əlaqədar olaraq iddiaçıya 29 dekabr 2023-cü il tarixli, 2-1(108)-80/2023 nömrəli məktub göndərilmiş və İddiaçı 15 yanvar 2024-cü il tarixdə, saat 11:00-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclasında iştirak etməsi, eyni zamanda sadalanan nöqsanların aradan qaldırılmasına dair yeni şikayətinin təqdim edilməsi təklif olunmuş, əks halda şikayətin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87. 3-cü maddəsinə əsasən mümkün sayılmayaraq qəbulundan imtina ediləcəyi qeyd olunmuşdur. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən aydın olur ki, kollegiya tərəfindən göndərilmiş 29 dekabr 2023-cü il tarixli, 2-1(108)-80/2023 nömrəli məktubu xx.xx.2024-cü il tarixdə qəbul etməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməməklə yanaşı yeni şikayətini də kollegiyaya təqdim etməmişdir. Qeyd olunanları nəzərə alan kollegiya belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(122)-709/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 9 4.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 21(122)-709/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar