Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-16/2025 10.02.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X6 ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi X20, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinin nümayəndəsi X2, tərcüməçi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan MR Nazirlər Kabinetinin 05/01/-22/0251 saylı 30 may 2013-cü il tarixli "Polad" otelinin N nömrəli hərbi hissənin balansına verilməsi barədə sərəncamının ləğv olunması, obyektin İddiaçı balansına qaytarılması və ya həmin obyektin və onun yerləşdiyi ərazinin dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan MR Nazi rlər Kabinetindən alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi X20 tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Tural" kiçik müəssisəsinin qanuni nümayəndəsi X20 iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Nazirlər Kabinetinin 05/xx/xx/0251 saylı 30 may 2013-cü il tarixli "Polad" otelinin N nömrəli hərbi hissənin balansına verilməsi barədə sərəncamının ləğv olunması, obyektin İddiaçı balansına qaytarılması və ya həmin obyektin və onun yerləşdiyi ərazinin dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan MR Nazirlər Kabinetindən alınıb verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı qanuni nümayəndəsi X20 apellyasiya şikayəti ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan məhəlləsində (dəmiryolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 kvm olan İddiaçı kiçik müəs səsində yerləşən motel və həyətyanı sahəsində yerləşən çayxana onun mülkiyyətindədir. Həmin motel yerindədir. Çayxanın binası 2016-ci il tarixdə ona heç bir kompensasiya ödənilmədən sökülmüş, yerində birmərtəbəli çayxana inşa olunmuşdur. Motelin ərazisi isə Naxçıvan MR Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli 33 S saylı sərəncamı ilə əvəzsiz olaraq Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansına, 30 may 2013-cü il tarixdə Naxçıvan MRnın Nazirlər Kabinetinin 05/01/-22/0251 saylı sərəncamı əsasında N nömrəli hərbi hissənin balansına verilmişdir. Yəni əmlakı əvəzi ödənilmədən əlindən alınmışdır. Həmin “Polad” otelinin inşasına ******* (bir milyon) manat pul vəsaiti xərcləmişdir. Hüquqmüəyyənedici sənədlər ona məxsusdur.”Polad” oteli əvəzsiz olaraq N saylı hərbi hissənin balansı na verilmiş,bunun müqabilində ona heç bir kompensasiya ödənilməmişdir.Məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən hesab etmişdir ki,mübahisələndirdiyi inzibati aktın ona məlum olduğu 11 il keçdikdən sonra məhkəmədə iddia qaldırmaqla müddəti üzrsüz səbəbdən buraxmışdır. Sahiblikdən və mülkiyyətdən məhrum olunma barədə tələblərə müddət şamil olunmur. Həmçinin Naxçıvan MR Nazirlər Kabineti qərar qəbul edən zaman onu nə dəvət etmiş,nə də ki, qəbul etdiyi qərarı ona rəsmən göndərməmiş, müəssisənin mülkiyyəti zorla əlindən alınmışdır. Naxçıvan MR Nazirlər Kabinetinin məhkəməyə ünvanladığı məktubunda sərəncamın ona verilməsindən ümumiyyətlə bəhs olunmur. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı qanuni nümayəndəsi X20 izahatında şikayətini müdafiə edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının nümayəndəsi və vəkili Bağırov X5 MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadının ləğv olunmasını və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinin nümayəndəsi X2 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya şi kayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ə rizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci insta nsiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Naxçıvan MR İnzibati Məhkəməsində baxılmış 2-1(122)-32/2024 nömrəli inzibati iş tələb edilərək öyrənilərkən məlum olmuşdur ki, ”Tural” kiçik müəssisəsinin qanuni nümayəndəsi X3 şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyətdə olan İddiaçınə aid motel və çayaxananın geri qaytarılması və onların dəyəri olan ******* manat kompensasiyanın ödənilməsi barədə iddia qaldırmış, Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Hazırki iddia ərizəsinin məzmunundan aydın olur ki, Tural" kiçik müəssisə sinin qanuni nümayəndəsi X20 iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Nazirlər Kabinetinin 05/xx/xx/0251 saylı 30 may 2013-cü il tarixli "Polad" otelinin N nömrəli hərbi hissənin balansına verilməsi barədə sərəncamının ləğv olunması, obyektin İddiaçı balansına qaytarılması və ya həmin obyektin və onun yerləşdiyi ərazinin dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan MR Nazirlər Kabinetindən alınıb verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia ərizəsində "Polad" otelinin N nömrəli hərbi hissənin balansına verilməsi barədə Naxçıvan MR Nazirlər Kabinetinin mübahisələndirilən sərəncamının nömrəsi və qəbul edildiyi tarix səhvən Naxçıvan MR Fövqəladə Nazirliyinin həmin Sərəncamda qeyd edilmiş məktubunun tarixi və nömrəsi kimi göstərilmişdir. Odur ki, iş materiallarında göstərilmiş Naxçıvan MR Nazirlər Kabinetinin mübahisələndirilən sərəncamının tarixi 31 may 2013-cü il, nömrəsi 38 s kimi qəbul edilməlidir. İşə əlavə edilmiş: Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının Naxçıvan MR Nazirlər Kabinetinə ünvanladığı 15 fevral 2010-cu il tarixli 03/25 nömrəli məktubda Naxçıvan şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli Sərəncamı ilə dövlət ehtiyacları məqsədilə götürülmüş, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin balansına verilməsi xahiş olunmuşdur. Naxçıvan MR Nazirlər Kabinetinin 15 fevral 2010-cü il tarixli 33 s nömrəli sərəncamında göstərilmişdir ki, 1.Naxçıvan şəhər İcra Hakimiyyətinin 2010-cu il 15 fevral tarixli 03/25 nömrəli məktubu nəzərə alınsın,
2. Naxçıvan şəhər İcra Hakimiyyətinin 2010cu il 22 yanvar tarixli 12 nömrəli sərəncamı ilə dövlət ehtiyacları məqsədilə götürülmüş Naxçıvan şəhəri Ə. Qəmküsar küçəsində yerləşən «Polad» oteli əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin balansına verilsin, 3.Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhər İcra Hakimiyyəti ilə birlikdə bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Naxçıvan MR Nazirlər Kabinetininə ünvanladığı 30 may 2013-cü il tarixli 05/xx-xx/0251 nömrəli məktubda Naxçıvan MR Nazirlər Kabine tininin 15 fevral 2010-cu il tarixli, 33 s nömrəli sərəncamı ilə əvəzsiz olaraq Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansına verilmiş Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinə zəruri ehtiyac yaranması nəzərə alınaraq onun N saylı hərbi hissənin balansına verilməsi barədə sərəncam verilməsi xahiş olunmuşdur İddiaçının mübahisələndirdiyi Naxçıvan MR Nazirlər Kabinetinin 31 may 2013-cü il tarixli 38 s nömrəli sərəncamında göstərilmişdir ki, 1.Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin 2013-cü il 30 may tarixli 05/xx-xx/0251 nömrəli məktubu nəzərə alınsın, 2.Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansında olan, Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən “Polad” oteli əvəzsiz olaraq mövcud qaydalar əsasında N saylı hərbi hissənin balansına verilsin. Kollegiya t ərəfindən verilmiş sorğuya cavab olaraq Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi 22 yanvar 2025-ci il tarixli, **********1641400 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, İddiaçı Naxçıvan MR-nın Ədliyyə Nazirliyi tərəfindən 31 yanvar 1996-cı il tarixdə 544 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, 01 fevral 2005-ci il tarixdə Naxçıvan şəhər Vergilər idarəsinə müraciət edilərək (VÖEN:**********) nömrəli şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Qanuni təmsilçisi Türkiyə Respublikasının vətəndaşı X15r. Müəssisənin fəaliyyət növü mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi kimi qeydiyyata alınmışdır. Həmçinin verilmiş sorğuya cavab olaraq Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən koll egiyaya göndərilmiş: Türkiyə Respublikasının vətəndaşı X1 nümayəndəsi X16 və digər dövlət orqanlarının nümayəndələrinin imzaları ilə təsdiq olunmuş 11 yanvar 2010-cu il tarixli Aktın surətindən görünür ki, Naxçıvan MR Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il 04 saylı Sərəncamı ilə Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsində yerləşən «Polad» otelinin qiymətləndirilməsi aparılmış, qiymətləndirmə zamanı binanın ümumi dəyəri 161291,47 (bir yüz altmış bir min iki yüz doxsan bir manat qırx yeddi qəpik) manat müəyyən edilmiş, binanın köhnəlməsi (amartizasiya) hesablandıqdan sonra qalan dəyəri 64516,59 (altmış dörd min beş yüz on altı manat əlli doqquz qəpik) manat olmuşdur. Qiymətləndirmə arayışları (cəmi 16 vərəqə) akta əlavə edilmişdir. “Naxçıvan şəhər Ə.Qəmküsar küçəsin də yerləşən «Polad» otelinin dövlət ehtiyacları üçün alınması məqsədilə vəsaitin ayrılması haqqında” Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı V.Ş.Səfərovun 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli Sərəncamında göstərilmişdir ki, 1.Naxçıvan şəhər İcra Hakimiyyətinin 07 yanvar 2010-cu il tarixli 04 saylı sərəncamı ilə yaradılmış komissiyanın Ə.Qəmküsar küçəsində yerləşən «Polad» otelinin qiymətləndirilməsi ilə bağlı aktı nəzərə alınsın; 2.Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən «Polad» oteli dövlət ehtiyacları üçün götürülməsi məqsədilə otelin sahibi Türkiyə Respublikasının vətəndaşı X17 nəğd yolla 64516 manat vəsait ödənilsin; 3.Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən «Polad» otelinin dəyərinin ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində birinci rübb daxilində mədaxilin pl andan artıq yığılacaq hissəsindən 64516 manat Naxçıvan şəhər İcra Hakimiyyətinin tədbirlər hesabının birinci rübb 226200 kod maddəsinə yönəldilsin; 4.Tapşırılsın Naxçıvan şəhər İcra Hakimiyyətinin Baş mühasibinə ayrılmış vəsaitin Türkiyə Respublikasının vətəndaşı X17 verilməsini təmin etsin; 5.Tapşırılsın Naxçıvan şəhər Maliyyə şöbəsinə büdcədə dəyişiklik aparmaqla sərəncamın icrasını təmin etsin. İmzası 25 yanvar 2010-cu ildə notarial qaydada təsdiq olunmuş X11 Dövlət orqanlarına ünvanladığı 25 yanvar 2010-cu il tarixli müraciətində göstərilmişdir ki, mən X21 (Türkiyə Cumhuriyeti vətəndaşının pasportu: TR-Y № 046291 xx.xx.2010-cu il tarixdə İqdır valiliyi tərəfindən verilmişdir) Naxçıvan MR, Naxçıvan şəhər, Ə.Qəmküsar küçəsində yerləşən «Polad» otelinin dövlət ehtiyacı üzrə sökülməsi ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X8 (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi: seriya AZE № 02604628, xx.xx.2005-ci il tarixdə Naxçıvan ŞPŞ tərəfindən verilmişdir) 25 yanvar 2010-cu il tarixdə 64516 (altmış dörd min beş yüz on altı) AZN manat ( 79710 ABŞ ) dolları almışam. Kollegiya qeyd edir ki, iş materiallarından aydın olduğu kimi Naxçıvan MR Nazirlər Kabinetinin 31 may 2013-cü il tarixli 38 s nömrəli sərəncamı ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin 2010-cu il 22 yanvar tarixli 12 nömrəli sərəncamı əsasında dövlət ehtiyacları məqsədilə götürülmüş Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin balansında olan, Naxçıvan şəhəri Ə. Qəmküsar küçəsində yerləşən «Polad» oteli N saylı hərbi hissənin balansına verilmişdir. Göründüyü kimi həmin sərəncam məhz Naxçı van şəhər İcra Hakimiyyətinin 2010-cu il 22 yanvar tarixli 12 nömrəli sərəncamı ilə dövlət ehtiyacları üçün götürülmüş «Polad» otelinin balansa verilməsi ilə bağlı qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi həmin sərəncamla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyindən iddiaçı cavabdehə qarşı sərəncamın ləğvi və digər tələbləri irəli sürməkdə subyektiv hüquqa malik olmamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə iş üzrə düzgün nəticəyə gəlsə də, səhvən iddianın mümkün sayılmaması əsasi kimi müddətin keçməsinə istinad etmişdir, halbuki iddaçının subyektiv hüququ olmaması əsası ilə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş id dia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hü quqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələbinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkət lərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına d air qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən hüquqi yardım göstərilmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı qanuni nümayəndəsi X20 tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan MR Nazirlər Kabinetinin 05/01/-22/0251 saylı 30 may 2013-cü il tarixli "Polad" otelinin N nömrəli hərbi hissənin balansına verilməsi barədə sərəncamının ləğv olunması, obyektin İddiaçı balansına qa ytarılması və ya həmin obyektin və onun yerləşdiyi ərazinin dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan MR Nazirlər Kabinetindən alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadından İddiaçı qanuni nümayəndəsi X20 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(122)-1409/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.