Məhkəmə qərarları › İş №2-1(108)-161/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-161/2025

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-161/2025 07.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı qızının, cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı İddiaçı qızının cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “## #### 2024-cü il tarixdə ünvan 1, 51 barədə Üçüncü şəxs qızının adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına tərtib olunmuş 18.42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə aid olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə cavabdeh Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə Üçüncü şəxs qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə iddia tələbi “ünvan 3 51 ünvanında yerləşən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma Şöbəsi tərəfindən pasportlaşdırılmış ****** saylı texniki pasporta qədər verilmiş müqavilənin etibarsız hesab olunması, layihələrin iştirakı olmadan tərtib olunmasına görə etibarsız hesab olunması, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ## #### 2024-cü il tarixdə ünvan 3 51 barədə Üçüncü şəxs qızının adına verilmiş ********** saylı qeydiyyatın ləğvi” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi “## #### 2024-cü il tarixdə ünvan 3 51 barədə Üçüncü şəxs qızının adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı qızı şikayətlə müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli sərəncamı ilə onun ## ######## 2023-cü il tarixli müraciətinə baxılmış, müvafiq şöbənin ## ######## 2023-cü il tarixli xidməti məlumatı nəzərə alınaraq Nazirliyin balansında olan, Naxçıvan şəhəri Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 kv.m olan qeyri-yaşayış sahəsi “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq müstəqil qiymətləndirici xxxx MMC tərəfindən 5000,94 manat məbləğində qiymətləndirilmiş və 100 faiz dəyəri ilə ona təklif olunmuş, iddiaçı həmin sahə üçün 5000 manat, Üçüncü şəxs isə digər hissə üçün 5000 manat ödəmiş, bundan sonra tərəflərlə 35 və ** nömrəli müqavilələr bağlanmış, daha sonra əmlakın yalnız bir nəfərin adına özəlləşdirilə biləcəyi bildirildiyindən iddiaçı əlavə 340 manat ödəniş etmiş və onunla ** nömrəli müqavilə bağlanmış, həmin sahədə əvvəldən gözəllik salonu fəaliyyət göstərdiyindən və yalnız bir layihə tərtib edildiyindən əmlak onun adına rəsmiləşdirilmiş, buna baxmayaraq qanunsuz olaraq Üçüncü şəxs adına ## ###### 2023-cü il tarixli akt tərtib olunmuş, həmin akt əsasında sahədə konstruktiv dəyişiklik aparılmış,o, bu məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və həmin qurumun ## #### 2024-cü il tarixli məktubunda ** nömrəli müqaviləyə əsasən əmlakın onun tərəfindən özəlləşdirildiyi təsdiq edilmiş, həmçinin əməkdaşlar tərəfindən mübahisəli 18,42 kv.m sahənin yalnız bir nəfərin adına özəlləşdirilə biləcəyi və bu əsasla sahənin bütövlükdə onun adına rəsmiləşdirildiyi bildirilsə də, onun tərəfindən layihə sənədlərinin hazırlanması üçün əlavə ödəniş edilməsinə baxmayaraq uzun müddət ərzində sənədlər ona təqdim edilməmiş, bu barədə Nazirliyə müraciətlərinə baxmayaraq ## ###### 2024-cü il tarixli cavab məktubunda yalnız 9,21 kv.m sahənin onun adına özəlləşdirildiyi qeyd olunmuşdur.Həmçinin apellyasiya şikayətində Türkanın adına tərtib edilmiş aktın qanunsuz olduğu, həmin şəxs tərəfindən ödəniş edilmədiyi və ona məxsus hissənin onun adına sənədləşdirilməsinin saxta sənədləşməni təsdiq etdiyi, həmçinin aktdan sonra sahədə müqavilə şərtlərinə zidd olaraq dəyişiklik aparıldığı, dəfələrlə müraciətlərə baxmayaraq sənədlərin verilmədiyi və nəticədə ona məxsus sahənin qanunsuz olaraq digər şəxsin adına rəsmiləşdirildiyi, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hüquq pozuntusunun olmaması və əmlakın birgə mülkiyyət kimi qeydə alınması üçün əsasın mövcud olmaması barədə gəldiyi nəticənin əsassız olduğu, mübahisəli əmlakın vahid obyekt olmaqla tərəflər arasında faktiki olaraq bərabər bölündüyü, belə halda ayrı-ayrılıqda qeydiyyatın yolverilməz olduğu, əmlakın eyni tarixli müqavilələr və eyni məbləğdə ödənişlə əldə edildiyindən ümumi birgə mülkiyyət yaratdığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə və Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət hüququnun toxunulmaz olduğu və dövlət tərəfindən qorunduğu, həmçinin məhkəmənin sərəncamın mübahisələndirilməməsi ilə bağlı nəticəsinin əsassız olduğu, həmin sərəncamın özünün ümumi birgə mülkiyyət hüququ yaratdığı qeyd edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxs Üçüncü şəxs qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə üçüncü şəxs Üçüncü şəxs qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı qızı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini,Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA 2416927 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı ## ######## 1986-cı il tarixdə doğulmuşdur; - Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2024-cü il tarixli, ***/**** nömrəli məktubundan görünür ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd mərkəzində yerləşən, ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə İddiaçı qızının adına özəlləşdirilmişdir. Sözügedən əmlakın özəlləşdirilməsinə dair Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli Sərəncamının surəti və ## ######## 2023-cü il tarixli, ** nömrəli alqı-satqı müqaviləsi vətəndaşa təqdim edilmişdir; - Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18.42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında ## ###### 2023-cü il tarixli aktın surətindən görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan MR-nın Fövqəladə Hallar Nazirliyinə ünvanladığı ## ###### 2023-cü il tarixli, *-*/*-**a*/**** nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndinin xidmət mərkəzi binasında Üçüncü şəxs qızı tərəfindən 18.42 kv.m. sahə olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə layihə əsasında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikinti dövlət nəzarəti sektorunun müdiri X5, həmin sektorun baş məsləhətçisi X3, eləcə də, layihə, mühəndisaxtarış və ekspertiza işləri sektorunun baş məsləhətçisi X6 tərəfindən vizual baxış keçirilmiş, baxış zamanı hazırlanmış layihə əsasında aparılması nəzərdə tutulmuş işlər təhlil olunmuşdur. Məlum olmuşdur ki, hazırlanmış layihəyə əsasən binanın yükdaşıyıcı konstruksiyalarına müdaxilə yoxdur.Binanın gələcəkdə təhlükəsiz istismarını təmin etmək məqsədi ilə mövcud yükdaşıyıcı konstruksiyaların saxlanılması və dəyişdirilməməsi (layihədən kənar müdaxilələrin edilməməsi və sökülməməsi), eləcə də, layihə əsasında qapı yerinin açılması nəzərdə tutulmuş pəncərənin eninin saxlanılması (genişləndirilməməsi), həmçinin görüləcək işlərin layihəsinin müəllifi ilə razılaşdırılması qeyd olunmuş,həmçinin təmir və tikinti işləri aparılan zaman tikinti norma və qaydalarının, eləcə də, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizlik qaydalarının tələblərinə tikintinin subyektləri tərəfindən ciddi əməl olunması tapşırılmışdır. -Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2024-cü il tarixli, *-*/***/**** nömrəli məktubundan görünür ki, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə nəzarət idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli məktubu ilə Üçüncü şəxs qızının müraciəti əsasında Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18.42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması barədə tərtib olunmuş akt Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilmiş,vətəndaşın müraciətinə aidiyyəti üzrə baxılması və müvafiq qərarın verilməsi xahiş olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı qızına ünvanlanmış ## #### 2024-cü il tarixli, *-*/*-H-**-*/**** nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən 18.42 kv.m. olan gözəllik salonunun mülkiyyət sənədlərinin verilməsi Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti quruma müraciət edilməsi xahiş olunmuşdur; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı qızına ünvanlanmış ## #### 2024-cü il tarixli, *-**-*/*-H-****- **/**** nömrəli məktubda göstərilmişdir ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə ##.##.2023-cü il tarixli, ** nömrəli müqavilə ilə İddiaçı qızına icarəyə verilmiş və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı", "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ##.##.2023-cü il tarixli, ** nömrəli sərəncamına ve ##.##.2023-cü il tarixli, 38 nomrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən icarəçi tərəfindən özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir; - Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2024-cü il tarixli, **/**** nömrəli məktubundan görünür ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə İddiaçı qızının adına özəlləşdirilmişdir. Sözügedən əmlakın özəlləşdirilməsinə dair Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli Səncamının surəti və ## ######## 2023-cü il tarixli, ** nömrəli alqı-satqı müqaviləsi ona təqdim edilmişdir; - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın elektron imza ilə təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 51 ünvanında yerləşən 9.21 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində */* nömrəli reyestr kitabının *** nömrəli vərəqində Üçüncü şəxs qızının adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi-104011000548-06101-083005, qeydiyyat tarixi-##.##.2024); Kollegiyanın sorğusuna cavab olaraq təqdim edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 mart 2026-cı il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli **s saylı Sərəncamı ilə muxtar respublikada fəaliyyət göstərən, dövlət mülkiyyətində olan xidmət mərkəzləri Naxçıvan MR İqtisadiyyat Nazirliyinin bаlаnsına verilmişdir. Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m olan gözəllik salonu ## ###### 2019-cu il tarixli *** nömrəli icarə müqaviləsi əsasında Üçüncü şəxs qızının icarəsinə verilmişdir. Qeyd olunan gözəllik salonunda iki nəfərin işləməsi üçün bərbər dəstinin mövcudluğu nəzərə alınaraq 2023-cü ilin yanvar ayında İddiaçı qızının müraciəti əsasında ümumi sahəsi 18,42 kv.m olan gözəllik salonunun 9,21 kv.m hissəsi Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli ** nömrəli icarə müqaviləsi əsasında İddiaçı qızının, digər 9,21 kv.m hissəsi isə ## ###### 2023-cü il tarixli ** nömrəli icarə müqaviləsi əsasında Üçüncü şəxs qızının icarəsinə verilmişdir. İddiaçı qızı və Üçüncü şəxs qızı ## ######## 2023-cü il tarixdə yazılı ərizə ilə Nazirliyə müraciət edərək icarəyə götürdükləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Müstəqil qiymətləndirici tərəfindən təqdim edilmiş rəyə əsasən ümumi sahəsi 18,42 kv.m olan qeyriyaşayış sahəsi 10000,0 manat dəyərində qiymətləndirilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli ** nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m olan gözəllik salonundan 9,21 kv.m sahə İddiaçı qızının adına, Nazirliyin həmin tarixli ** nömrəli Sərəncamına əsasən digər 9,21 kv.m sahə isə Üçüncü şəxs qızının adına özəlləşdirilmişdir. Bəhs olunan qeyri-yaşayış sahəsi iki nəfər tərəfindən özəlləşdirildiyindən sahənin bölünməsinə və ikinci qapının açılmasına zərurət yaranmışdır. Bu məqsədlə mövcud pəncərənin qapı ilə əvəz olunması, qeyri-yaşayış sahəsinə baxış keçirilməsi üçün Üçüncü şəxs qızı tərəfindən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə müraciət olunmuş, İdarənin əməkdaşlarının tərtib etdiyi aktla pəncərənin qapı ilə əvəz olunmasına razılıq verilmişdir. İddiaçı qızının və Üçüncü şəxs qızının müraciətləri əsasında Nazirliyin tabeliyində olan Texniki inventarlaşdırma şöbəsi tərəfindən hər iki qeyri-yaşayış sahəsinə dair texniki pasport hazırlanmış və onlara təqdim olunmuşdur. Qeyri-yaşayış sahələrinin hazırkı vəziyyətini əks etdirən sxemin hazırlanması üçün Naxçıvan MR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən İddiaçı qızı ilə əlaqə saxlanılmış, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsində ölçü işlərinin aparılmasına icazə vermədiyini bildirmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 mart 2026-cı il tarixli, **/*** nömrəli məktubuna əlavə edilmiş: -Naxçıvan MR Nazirlər Kabinetinin ## ###### 2019-cu il tarixli, **s saylı Sərəncamından görünür ki, həmin Sərəncam ilə Naxçıvan MR-da fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verilmişdir; -## ###### 2019-cu il tarixli ərizədən görünür ki, Üçüncü şəxs qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan 18,42 kv.m. olan qeyri yaşayış sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. -Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2019-cu il tarixli, *** nömrəli əmrindən görünür ki, Üçüncü şəxs qızının ## ###### 2019-cu il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ###### 2019-cu il tarixli, D/Y-***/**** nömrəli xidməti məlumatı nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 m² oian qeyri-yaşayış sahəsi Üçüncü şəxs qızına 1 (bir) il müddətinə icarəyə verilmişdir. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ## ###### 2019-cu il tarixli, *** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.Rzayev tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2019-сu il tarixli, *** saylı əmrinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m. təşkil edən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin (gözəllik salonu) 1 (bir) il müddətinə Üçüncü şəxs qızının icarəsinə verilməsi barədə onunla müqavilə bağlanmışdır.İcarə müqaviləsinin müddəti ## ###### 2019-cü il tarixdən ## ###### 2020-ci il tarixədək müəyyən edilmişdir. -Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2021-ci il tarixli, *** nömrəli əmrindən görünür ki, Üçüncü şəxs qızının ## ###### 2021-ci il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ###### 2021-ci il tarixli, D/Y-****/**** nömrəli xidməti məlumatı nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 m² oian qeyriyaşayış sahəsi üzrə Üçüncü şəxs qızı ilə bağlanmış icarə müqaviləsi 1 (bir) il müddətinə uzadılmışdır. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ## ###### 2021-ci il tarixli, *** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.Rzayev tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2021-сi il tarixli, *** saylı əmrinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m. təşkil edən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin (gözəllik salonu) 1 (bir) il müddətinə Üçüncü şəxs qızının icarəsinə verilməsi barədə onunla müqavilə bağlanmışdır. İcarə müqaviləsinin müddəti ## ###### 2021-ci il tarixdən ## ###### 2022-ci il tarixədək müəyyən edilmişdir. -Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli, ** nömrəli əmrindən görünür ki, Üçüncü şəxs qızının ## ###### 2023-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ###### 2023-cü il tarixli, D/Y-**/**** nömrəli xidməti məlumatı nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 m² oian qeyri-yaşayış sahəsi Üçüncü şəxs qızına 1 (bir) il müddətinə icarəyə verilmişdir. -Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ## ###### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.Rzayev tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli, ** saylı əmrinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 kv.m. təşkil edən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsinin (gözəllik salonu) 1 (bir) il müddətinə Üçüncü şəxs qızının icarəsinə verilməsi barədə onunla müqavilə bağlanmışdır. İcarə müqaviləsinin müddəti ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək müəyyən edilmişdir. -## ######## 2023-cü il tarixli ərizədən görünür ki, Üçüncü şəxs qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsində yerləşən Naxçıvan MR İqtisadiyyat Nazirliyi ilə bağlanılmış ## ###### 2023cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü 9,21 kv.m. olan qeyri yaşayış sahəsinin onun adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; -Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli sərəncamından görünür ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Üçüncü şəxs qızının ## ######## 2023-cü il tarixli müraciəti ilə əlaqədar Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ######## 2023-cü il tarixli, D/Y-****/**** nömrəli xidməti məlumatı nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən ## ######## 2023cü il tarixdə müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 m2 olan qeyriyaşayış sahəsi 100 faiz dəyəri ilə Üçüncü şəxs qızına təklif edilmişdir. - ## ######## 2023-cü il tarixli, ** nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı Üçüncü şəxs qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağladığı ## ###### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsinin tam dəyərini 5000.94 (beş min manat doxsan dörd qəpik) manat ödəməklə satın almışdır. -## ######## 2023-cü il tarixdə tərtib edilmiş ****** nömrəli müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, ünvan 1 51 ünvanında yerləşən 9.21 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (gözəllik salonu) Üçüncü şəxs qızının adına işlənmişdir; -## ###### 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı İddiaçı qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsində yerləşən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan 9,21 kv.m. olan qeyri yaşayış sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir; -Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli, ** nömrəli əmrindən görünür ki, iddiaçı İddiaçı qızının ## ###### 2023-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ###### 2023-cü il tarixli, D/Y-**/**** nömrəli xidməti məlumatı nəzərə alınaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 m² oian qeyri-yaşayış sahəsi İddiaçı qızına 1 (bir) il müddətinə icarəyə verilmişdir. -Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında ## ###### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.Rzayev tərəfindən Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ###### 2023-cü il tarixli, ** saylı əmrinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 kv.m. təşkil edən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi (gözəllik salonu) 1 (bir) il müddətinə İddiaçı qızının icarəsinə verilməsi barədə onunla müqavilə bağlanmış,müqaviləsinin müddəti ## ###### 2023-cü il tarixdən ## ###### 2024-cü il tarixədək müəyyən edilmişdir. -## ######## 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı İddiaçı qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsində yerləşən Naxçıvan MR İqtisadiyyat Nazirliyi ilə bağlanılmış ## ###### 2023cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü 9,21 kv.m. olan qeyri yaşayış sahəsinin onun adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; - Naxçıvan MR İqtisadiyyat Nazirliyinin ## ######## 2023-cü il tarixli, ** nömrəli sərəncamından görünür ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair iddiaçı İddiaçı qızının ## ######## 2023-cü il tarixli, müraciəti ilə əlaqədar Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin ## ######## 2023-cü il tarixli, D/Y-****/**** nömrəli xidməti məlumatı nəzərə alınmış və Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq ## ######## 2023-cü il tarixdə müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 m2 olan qeyriyaşayış sahəsi 100 faiz dəyəri ilə İddiaçı qızına təklif edilmişdir. - ## ######## 2023-cü il tarixli, ** nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı İddiaçı qızı Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağladığı ## ###### 2023-cü il tarixli, 23 nomrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsini tam dəyərini 5000.94 (beş min manat doxsan dörd qəpik) manat ödəməklə satın almışdır. -## ######## 2023-cü il tarixdə tərtib edilmiş ****** nömrəli müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi ünvanında yerləşən 9.21 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (gözəllik salonu) İddiaçı qızının adına işlənmişdir; İddiaçı İddiaçı qızına Kollegiya tərəfindən hüquqi yardım edilərək hazırkı iddia tələbi ilə əlaqədar cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ilkin müraciətini təsdiq edən bütün sübutların kollegiyaya təqdim edilməsi xahiş olunmuş, iddiaçının bununla bağlı Kollegiyaya təqdim etdiyi ## ###### 2026-cı il tarixli ərizədən və Naxçıvan MR Əmlak Məsələləri Dövlət Xidmətinin ## ###### 2026-cı il tarixli həmin müraciətə baxılması haqqında cavab məktubundan məlum olmuşdur ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən bildirilmişdir ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən gözəllik salonunun paylı mülkiyyət hüququ ilə Üçüncü şəxs qızının və onun adına qeydiyyata alınması üçün Üçüncü şəxs qızı Xidmətə dəvət olunmuş və onunla qeyri-yaşayış sahəsindən birgə istifadə ilə bağlı söhbət aparılmış,Üçüncü şəxs həmin qeyri-yaşayış sahəsindən birgə istifadənin mümkün olmadığını, mülkiyyətində olan hissəni satışa çıxardığını, qarşılıqlı razılıq əsasında iddiaçıya sata biləcəyini bildirmişdir. Kollegiya qeyd edir ki, iş üzrə iddiaçı İddiaçı qızının əsas hüquqi marağı və məqsədi Üçüncü şəxs qızının adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və ünvan 1, 51 ünvanında yerləşən qeyri yaşayış sahəsinin Üçüncü şəxs qızının və özünün birgə mülkiyyəti olaraq vahid əmlak kimi dövlət qeydiyyatına alınmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı inzibati mübahisəyə baxılaraq iddia tələbi rədd edilmiş, iddia tələbinin birinci hissəsinə münasibətdə üçüncü şəxsin adına aparılmış qeydiyyatın qanunvericiliyin tələblərinə uyğun olduğuna, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları dövlət qeydiyyatına alınarkən qanunvericilik normasının tələblərinə əməl edildiyinə, tələbin ikinci hissəsinə münasibətdə isə həmin əmlakın birgə mülkiyyət sayılaraq qeydiyyata alınması üçün hər hansı əsasın mövcud olmadığına istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Kollegiya işin hallarını və inzibati işin materiallarını apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, həmin dəlillər əsassızdır.Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Naxçıvan şəhər Qaraxanbəyli kəndindəki xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m. təşkil edən, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi (gözəllik salonu) icarə müqavilələrinə əsasən ## ###### 2019-cu ildən ## ###### 2022-ci ilədək üçüncü şəxs Üçüncü şəxs qızının icarəsində olmuş, sonradan ## ###### 2023-cü il tarixli ** nömrəli icarə müqaviləsi əsasında ümumi sahəsi 9,21 kv.m olan qeyri yaşayış sahəsi (gözəllik salonu) 1 il müddətinə Üçüncü şəxs icarəsinə verilmiş, iddiaçı İddiaçı qızının ## ###### 2023-cü il tarixli ərizəsi, ## ###### 2023-cü il tarixli, ** nömrəli əmr və həmin tarixli ** nömrəli icarə müqaviləsi əsasında 9.21 kv.m qeyri yaşayış sahəsi 1 il müddətinə onun icarəsinə verilmiş, iddiaçı ## ######## 2023-cü il tarixli ərizə ilə müraciət edərək icarəyə götürdüyü 9.21 kv.m qeyri yaşayış sahəsinin onun adına özəlləşdirilməsini xahiş etmiş, 2023-cü ilin sentyabr ayında hər iki tərəfin müraciətləri nəzərə alınaraq, onların icarələrində olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün özlərinə təklif edilməsi barədə ## ######## 2023-cü il tarixli, 46 və ** nömrəli sərəncamlar qəbul edilmişdir. Həmin sərəncamlar əsasında bağlanmış ## ######## 2023-cü il tarixli, 35 və ** nömrəli alqı-satqı müqavilələrinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin 9,21 kv.m hissəsi Üçüncü şəxs qızına, digər 9,21 kv.m hissəsi isə İddiaçı qızına satılmışdır. Tərəflər müqavilələr üzrə ayrı ayrılıqda 5000,94 manat məbləğində ödəniş etmişlər. Bundan sonra aparılmış sənədləşmə işləri nəticəsində ## #### 2024-cü il tarixli qeydiyyata əsasən, ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 51 ünvanında yerləşən 9,21 kv.m qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Üçüncü şəxs qızının adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə həmin qeydiyyatı mübahisələndirərək onun ləğvini və əmlakın birgə mülkiyyət kimi qeydiyyata alınmasını tələb edir. Bu baxımdan hazırkı iş üzrə ilkin olaraq müəyyən edilməli və qiymət verilməli məsələ ünvan 3 51 ünvanında yerləşən 9,21 kv.m qeyri-yaşayış sahəsinin Üçüncü şəxs qızının adına olan dövlət reyestrindəki qeydiyyatın qanunveriliyə uyğun olub-olmaması, digəri isə ünvan 3 51 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bütövlükdə birgə mülkiyyət kimi qeydiyyata alınması üçün əsaslar olub-olmamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair “## #### 2017-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Kollegiya qeyd edir ki, ünvan 1 51 ünvanında yerləşən 9.21 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə üçüncü şəxs Üçüncü şəxs qızının adına qeydə alınarkən cavabdehin hərəkətləri qanuni olmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları”na əməl edilmişdir. Buna görə də daşınmaz əmlakın dövlət reyestrində Üçüncü şəxs qızının adına aparılmış 9,21 kv.m qeyri yaşayış sahəsinə aid qeydiyyatın ləğv olunması üçün heç bir hüquqi əsas yoxdur. İddia tələbinin əmlakın birgə mülkiyyət kimi vahid əmlak olaraq qeydiyyata alınmasına dair hissəsinə münasibətdə isə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Hazırkı halda mübahisəli qeyri yaşayış sahəsinin iddiaçı və üçüncü şəxsin birgə mülkiyyətində olmasını və bu əsasla həmin əmlakın onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olmasını təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı qızının Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət etdiyi ## ######## 2023-cü il tarixli ərizədən aydın olur ki, iddiaçı Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən Naxçıvan MR İqtisadiyyat Nazirliyi ilə bağlanılmış ## ###### 2023-cü il tarixli, ** nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürdüyü 9,21 kv.m.ölçüdə olan qeyri yaşayış sahəsinin onun adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilən sərəncamlardan, icarə müqavilələrindən və özəlləşdirilən dövlət əmlakının alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı və üçüncü şəxsə ayrı-ayrılıqda 9,21 kv.m ölçüdə qeyri yaşayış sahəsi icarəyə verilmiş, sonradan xahişləri nəzərə alınaraq icarəyə götürdükləri həmin əmlak onlara satılmış və qeyd edilən qeyri yaşayış sahələrinə münasibətdə hər birinin adına ayrı ayrılıqda texniki pasport tərtib edilmişdir. Bu səbəbdən də mübahisə predmeti olan əmlakın birgə mülkiyyət hesab edilməsi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Beləliklə kollegiya yuxarıda göstərilən əsaslara görə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daşınmaz əmlakın dövlət reyestrində sözügedən qeyri-yaşayış sahəsi olan ünvan 1, 51 barədə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün, həmçinin həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması üçün əsasların mövcud olub-olmaması ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və düzgün nəticəyə gəlinərək iddia təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara alır: Naxçıvan MR İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar