Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2-1(108)-162/2025 14.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Mirzəyeva Aygül Nazim qızının məhkəmə iclas katibliyi ilə, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Məmmədov Taleh Kamal oğlunun iştirakı ilə, iddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC (VÖEN:0701541011) barəsində qəbul edilmiş 3-21-2-24/2-16727/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2-1(122)-1102/2025 nömrəli qərardadından iddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC (VÖEN:0701541011) barəsində qəbul edilmiş 3-21-2-24/2-16727/2025 nömrəli, 3 iyun 2025ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2- 1(122)-1102/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2- 1(122)-1102/2025 nömrəli qərardadından narazı qalan iddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İnzibati iş şikayətə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına daxil olmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC-nin nümayəndəsi vəkil Məmmədov Tural Nizami oğlu məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsi vəkil Məmmədov Tural Nizami oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC tərəfindən “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə 02 mart 2026-cı il tarixdə kollegiyaya ərizə ünvanlanaraq hazırda icraatda olan 2-1(108)-162/2025 nömrəli iş üzrə təqdim edilmiş apellyasiya şikayətinin geri götürülmüş hesab edilməsi xahiş edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Məmmədov Taleh Kamal oğlu iddiaçının apellyasiya şikayətinin geri götürülməsinə və apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Kollegiya apellyasiya şikayətinin geri götürülməsi ilə əlaqədar iddiaçının ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə apellyasiya şikayətinin geri götürülməsi əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 88.1-ci maddəsinin tələbindən görünür ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Qanunun qeyd edilən müddəasının mənasından görünür ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi, işin apellyasiya instansiya məhkəməsinin icraatına daxil olduğu vaxtdan iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək olan vaxt dövründə həyata keçirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina edilərək onun geri götürülməsi iddiaçının qanunla müəyyən edilmiş hüququdur, şikayətdən imtina etmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 86.4-cü maddəsinin mənasından görünür ki, şikayətdən imtina edilərək onun geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayətindən imtinası qəbul olunmaqla şikayəti geri qaytarılmalı, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. İnzibati-Prosessual Məcəllənin 88.3-cü maddəsinin tələblərini nəzərə alınaraq eyni zamanda, iddiaçıya izah edilməlidir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq kollegiya qərara alır: İddiaçı “CREATIVE PROJECT AND CONSTRUCTİON” MMC tərəfindən apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 gün müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-162/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-162/2025
14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver