Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-17/2021 24.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadından İddiaçı verdiyi şik ayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 21(122)-30/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası mümkün sayılmayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin İddiaçı geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “19.08.2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) tələbi”nə dair iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edibdir. Məhkəmənin 23.04.2021 -ci il tarixli, 2-1(122)-30/2021 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadı ona 28.04.2021 -ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Qərardadı əsassız və qanunsuz hesab edir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının və qanunl a qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 2.1-ci bəndinə görə, mümkünlük şərtləri nin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1 -ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa burcludur. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi onun iddia ərizəsinə baxarkən Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarında verilmiş həmin izahları nəzərə almamışdır. Məhkəmə qərardadından görünür ki, məhkəmə yalnız cavabdehin etirazını qərardadda əks etdirməklə kifayətlənmiş, iddiaçın ın iddia ərizəsində göstərdiyi sübut-dəlillərə heç bir münasibət bildirməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Belə ki, o iddia ərizəsində xidmət yerinin dəyişdirmək hüququnun cavabdeh tərəfindən pozulduğunu açıqaydın şəkildə göstəribdir. Onun xidmət yerini dəyişdirmək hüququ "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuşdur. Müvafiq maddəyə əsasən hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30.01.2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respubli kası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat" isə bu hüququn icra olunması mexanizmini müəyyən edir. Həmin "Təlimat"ın 3.2-ci maddəsinə əsasən, eyni birlikdə 6 il və daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. O isə hazırda xidmət etdiyi birlikdə 30.04.2011-ci il tarixdən (10 ildən çox) xidmət edir. Xidmət yerini dəyişdirmək hüququnu reallaşdırmaq üçün o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə uyğun olaraq 19.08.2020-ci il tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edibdir. Poçt xəbərnaməsinə əsasən raport 21.08.2020-ci il tarixdə hərbi hissənin M.Seyidov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin raportu ca vablandırılmamış və nəticəsiz qalmışdır. Raportunun cavablandırılmamağını görərək 09.09.2020-ci il tarixdə ərizə ilə yuxarı komandanlığa-N nömrəli hərbi hissə komandirinə eyni xahişlə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən bu raportu da 11,09.2020-ci il tarixdə N nömrəli hərbi hissənin Hüseynov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bu müraciətinin də baxılmamasının və nəticəsiz qaldığını görərək o, 15.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət edibdir. Lakin bu günə qədər bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Bütün müraciət vasitələri tükəndikdən sonra o qanuna müvafiq surətdə məhkəməyə müraciət edibdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəcəyini göstərib Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadının ləğv olunub şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 İddiaçı şikayətinin əsassız olmasını göstərib, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(122)-30/2021 nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə baş qa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayət başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında şikayətin dəlillərinə münasibət bildirilməlidi r. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 izahatını dinləyərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. İş materiallarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edibdir. Məhkəmənin 23 aprel 2021-ci il tar ixli, 2-1(122)-30/2021 saylı qərardadı ilə iddiası mümkün sayılmamışdır. Məhkəmənin qərardadı ona 28.04.2021ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə buna istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbu l edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərin in (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Hazırki işdən görünür ki, İddiaçı 19.08.2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) tələbinə xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə ərizə ilə müraciət edərək xidmət yerinin dəyişdirilməsi (rotasiyası) haqqında yuxarı komandanlıq qarşısında vəsatət veriməsini xahiş etmiş, buna cavab almadığı üçün X2 Ordu Komandanına ərizə ilə müraciət etmiş, bu müraciətinin də baxılmamasının və nəticəsiz qaldığını görərək o, 15.12.2020-ci il ta rixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər bu müraciəti də cavabsız və nəticəsiz qalmışdır. Bütün müraciət vasitələri tükəndikdən sonra iddiaçı qanuna müvafıq surətdə məhkəməyə müraciət etmişdir. Lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə bu halları nəzərə almadan iddiaçının tələbinin inzibati məhkəmə icraatında mümkün olmadığı qənaətinə gəlmiş, iddianın mümkünlüyü ilə bağlı sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar ı xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 23 aprel 2021-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 21(122)-30/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 21(122)-30/2021 qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-17/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-17/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver