Məhkəmə qərarları › İş №2-1(108)-17/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-17/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-17/2022 05.07.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Muradov Vüsal Hicran oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi tələbi” barədə inzibati mübahisəyə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)5/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edər ək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin ləğv edilərək onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmağı barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən təqdim olunmuş sübutlara obyektiv baxmamış, baxılan sübutlar tam, hərtərəfli, obyektiv araşdırılmadığından düzgün qiymətləndirilməmişdir. Aşağıda göstərdiyi səbəblərə görə birinci instansiya məhkəməsinin qərarını əsassız və qanunsuz hesab edir: İddiaçıya verilən intizam cəzaları onun səhlənkarlığından və şəxsi intizamsızlığından olmamışdır. İddiaçı barəsində verilən əmr ona görə əsassızdır ki, iddiaçı xidmətə uyğun olmuş, 30 mart 2021-ci il tarixədək öz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmiş, 30 mart 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək isə iddiaçıdan asılı olmayan səbəblərdən xidmətində çətinliklər yaranmış, bununla bağlı bütün sübutları yəni 30 mart 2021-ci il tarixə N nömrəli hərbi hissə komandiri tərəfində iddiaçıya verilmiş xidməti xasiyyətnaməni, hərbi həkim komissiyası tərəfindən verilmiş bir ay fiziki hazırlıqdan və ağır işlərdən azad olmaq barədə arayışı, xəstəliyini və müvəqqəti xidmətə yararsız olduğunu sübut edən arayışları, hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin j bəndinə (öz arzusu ilə) ehtiyata buraxılma q üçün müraciəti və müraciətinə verilən cavabı, onunla aparılan söhbət vərəqəsinin surətini, məzuniyyət biletinin surətini, ona təşkil olunan şərəf məhkəməsinin qanunsuz keçirilməsi barədə X3 komandanlığına müraciətinin surətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Belə ki, o, 30 mart 2021-ci il tarixdən 06 may 2021-ci il tarixədək hospitalda, 13 may 2021 -ci il tarixdən 27 may 2021-ci il tarixədək xəstəliklə əlaqədar məzuniyyətdə eyni zamanda bir ay müddətinə fiziki hazırlıqdan, ağır işlərdən (təlim ən ağır işdən belə ağırdır) azad olunmuşdur. 12 iyun 2021-ci il tarixdə iddiaçıya guya təlimdən imtina etdiyi üçün şərəf məhkəməsi keçirilib. Halbuki, o, 06 iyun 2021-ci il tarixdə yenidən müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilməli idi, lakin hospitala gön dərilmək əvəzinə şərəf məhkəməsinə çıxarılmış və barəsində xidməti uyğunsuzluqla ehtiyata buraxılmaq üçün qərar qəbul edilib. İddiaçı bu qərardan şikayəti olduğu barədə general-polkovnik Kərəm Mustafayevə müraciət etsə də müraciətinə baxılmamış və ona bu barədə heç bir məlumat verilməmişdir. 13 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək yenidən hospitalda müalicədə olmuşdur. Hospitaldan qayıtdıqdan sonra onunla hərbi xidmətkeçmə haqqında əsasnamənin 161-ci maddəsinə əsasən 29 iyun 2021-ci il tarixdə ehtiyata buraxılmaq üçün söhbətlər aparılıb və sənədləri hazırlanıb. 6 iyul 2021-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən cəzalandırılmışdır. Göstərilən əmrdə ondan başqa cəza alan olmayıb. Hospitaldan təkrar müayinədən keçdikdən sonra növbəti məzuniyyətə gönd ərilmişdir. Lakin bir gün sonra məzuniyyətdən qaytarılmışdır. Guya keçirilən birinci şərəf məhkəməsindən sonra ona şans verilib ki, özündə xidmətə dönüş yaratsın, hansı ki, o, şərəf məhkəməsinin sabahısı günü yenidən hospitala göndərilmişdir. Beləliklə keçirilən şərəf məhkəməsinin qanunsuz olduğu bütün təqdim etdiyi sənədlərdən görünür. İddiaçının Müdafiə Nazirliyindən və məhkəmədən tələb etdiyi heç bir sənəd (əmrlərin surətləri, söhbət vərəqələri, məzuniyyətdən qaytarılmağının səbəbi, xidməti vərəqədən çıxarışın surəti) ona təqdim olunmamışdır. Ondan asılı olmayan səbəblərə görə bir müddət guya xidmətdən uzaqlaşdığını bildirən sənədləri təqdim etdiyi halda qarşı tərəf həqiqətə uyğun olmayan və heç bir fakta əsaslanmayan məlumatları etirazında bildirmişdir. Müdafiə Nazirliyinin təqdim etdi yi etiraz məktubunda iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlığı qeyd olunub, lakin o, heç bir zaman səhlənkarlıq etməmiş, əgər səhlənkar olsaydı yəqin ki, briqada komandiri vəzifəsinə təyin olunmazdı. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə və intizam nizamnaməsinin 88-ci maddəsinə əsasən hər bir şəxs etdiyi əmələ görə bir dəfə cəzalandırıla bilər, lakin etirazda iddiaçının əmri yerinə yetirmədiyinə görə bir dəfə cəzalandırılmağına baxmayaraq təkrar olaraq cəzalandırılmağı üçün qeydlər öz əksini tapmışdır. Eyni zamanda aşağı vəzifəyə təyin olunmasını işgüzar keyfiyyətlərinin aşağı olması ilə əlaqələndirirlər, lakin o, sərəncamdan birbaşa aşağı vəzifəyə təyin olunmuşdur, hansı işgüzarlıqdan söhbət gedə bilər. Ona verilən intizam cəzaları h eç də iddiaçının səhlənkar və intizamsız olduğunu sübut etmir. Böyük cəbhədə döyüş xidməti aparan hərbi hissədə bu cür nöqsanların olması heç də qəbahət deyil. Birincisi o, xidməti uyğunsuzluqla ehtiyata buraxılmaq üçün nöqsan etməmişdir. İkincisi onunla aparılan söhbət vərəqələrinin hər birində o öz arzusu ila ehtiyata buraxılmaq üçün müraciəti görünür. Apellyasiya şikayətinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 tərəfindən daxil olmuş etirazda ehtiyatda olan polkovnik-leytenant İddiaçı apellyasiya şikayətinin əsassız olunmasını göstərərək Naxçıvan MR İnzibati Məhkəməsinin 25 aprel 2022ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdaf iə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin ləğv edilərək onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin j bəndinə əsasən (öz arzumla) ehtiyata buraxılmağı barədə qərardad qəbul edilməsini kollegiyadan xahiş etdi. Cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 məhkəmə baxışı iclasında etirazı ilə eyni məzmunlu izahat verərək İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarının dəyişdirilmədə n saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edi lmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildir ilməlidir. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin onun tərəfindən təqdim olunmuş sübutlara obyektiv baxmaması, baxılan sübutların tam, hərtərəfli, obyektiv araşdırılmadığından düzgün qiymətləndirilməməsi, ona verilən intizam cəzalarının onun səhlənkarlığından və şəxsi intizamsızlığından olmaması, barəsində verilən əm rin əsassız olması, 30 mart 2021-ci il tarixədək öz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirməsi, həmin tarixdən 23 iyun 2021-ci il tarixədək isə ondan asılı olmayan səbəblərdən xidmətində çətinliklər yaranması, bununla bağlı bütün sübutları, yəni 30 mart 2021-ci il tarixə N nömrəli hərbi hissə komandiri tərəfindən ona verilmiş xidməti xasiyyətnaməni, hərbi həkim komissiyası tərəfindən verilmiş bir ay fiziki hazırlıqdan və ağır işlərdən azad olmaq barədə arayışı, xəstəliyini və müvəqqəti xidmətə yararsız olduğunu sübut edən arayışları, hərbi xidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin j bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmaq üçün müraciəti və müraciətinə verilən cavabı, onunla aparılan söhbət vərəqəsinin surətini, məzuniyyət biletinin surətini, ona təşkil olunan şərə f məhkəməsinin qanunsuz keçirilməsi barədə X3 komandanlığına müraciətinin surətini birinci instansiya məhkəməsinə təqdim etməsi, 30 mart 2021-ci il tarixdən 06 may 2021-ci il tarixədək hospitalda, 13 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək xəstəliklə əlaqədar məzuniyyətdə, eyni zamanda bir ay müddətinə fiziki hazırlıqdan, ağır işlərdən (təlim ən ağır işdən belə ağırdır) azad olunması, 12 iyun 2021-ci il tarixdə ona guya təlimdən imtina etdiyi üçün şərəf məhkəməsi keçirilməsi, halbuki, onun 06 iyun 2021-ci il tarixdə yenidən müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilməli olduğu halda hospitala göndərilmək əvəzinə şərəf məhkəməsinə çıxarılması və barəsində xidməti uyğunsuzluqla ehtiyata buraxılmaq üçün qərar qəbul edilməsi, bu qərardan şikayəti olduğu barədə general-polkovnik Kərəm Mustafayevə müraciət etsə də müraciətinə baxılmaması və ona bu barədə heç bir məlumat verilməməsi, 13 iyun 2021-ci il tarixdən 23 iyun 2021-ci il tarixədək yenidən hospitalda müalicədə olması, hospitaldan qayıtdıqdan sonra onunla hərbi xidmətkeçmə haqqında əsasnamənin 161-ci maddəsinə əsasən 29 iyun 2021-ci il tarixdə ehtiyata buraxılmaq üçün söhbətlər aparılaraq sənədlərinin hazırlanması, 6 iyul 2021-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən cəzalandırılması, hospitaldan təkrar müayinədən keçdikdən sonra növbəti məzuniyyətə göndərilib bir gün sonra məzuniyyətdən qaytarılması, guya keçirilən birinci şərəf məhkəməsindən sonra ona özündə xidmətə dönüş yaratması üçün şans verilməsi, şərəf məhkəməsinin sabahısı günü yenidən hospitala göndərilməs i, keçirilən şərəf məhkəməsinin qanunsuz olduğu bütün təqdim etdiyi sənədlərdən görünməsi, Müdafiə Nazirliyindən və məhkəmədən tələb etdiyi heç bir sənədin (əmrlərin surətləri, söhbət vərəqələri, məzuniyyətdən qaytarılmağının səbəbi, xidməti vərəqədən çıxarışın surəti) ona təqdim olunmaması, göstərdiyi ondan asılı olmayan səbəblərə görə bir müddət guya xidmətdən uzaqlaşdığını bildirən sənədləri təqdim etdiyi halda, qarşı tərəf həqiqətə uyğun olmayan və heç bir fakta əsaslanmayan məlumatları etirazında bildirməsi, Müdafiə Nazirliyinin təqdim etdiyi etirazda iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən səhlənkarlığı qeyd olunsa da heç bir zaman səhlənkarlıq etməməsi, əgər səhlənkar olsaydı briqada komandiri vəzifəsinə təyin oluna bilməməsi, eyni zamanda Azərbaycan Respublikasının Konsti tusiyasının 64-cü maddəsinə və intizam nizamnaməsinin 88-ci maddəsinə əsasən hər bir şəxs etdiyi əmələ görə bir dəfə cəzalandırıla bilməsi, lakin etirazda iddiaçının əmri yerinə yetirmədiyinə görə bir dəfə cəzalandırılmağına baxmayaraq təkrar olaraq cəzalandırılmağı üçün qeydlərin öz əksini tapması, eyni zamanda aşağı vəzifəyə təyin olunmasını işgüzar keyfiyyətlərinin aşağı olması ilə əlaqələndirilməsi, onun sərəncamdan birbaşa aşağı vəzifəyə təyin olunması, ona verilən intizam cəzalarının heç də iddiaçının səhlənkar və intizamsız olduğunu sübut etməməsi, böyük cəbhədə döyüş xidməti aparan hərbi hissədə bu cür nöqsanların olmasının heç də qəbahət olmaması, xidməti uyğunsuzluqla ehtiyata buraxılmaq üçün nöqsan etməməsi, onunla aparılan söhbət vərəqələrinin hər birində o öz arzusu ilə ehtiya ta buraxılmaq üçün müraciəti görünməsi barədə dəlillərinə ümumilikdə qiymət verərək onları əsassız hesab edir. Belə ki, inzibati işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 06 may 2021-ci il tarixli, 4088 nömrəli çıxarış epikrizindən məlum olur ki, N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ağır fiziki işlərdən və idmandan bir ay müddətinə azad olunması, 1 ay sonra təkrar müayinə edilməsi üçün SQBKH-a göndərilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 06 may 2021-ci il tarixli, 4088 nömrəli arayışda N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı hərbi xidmətə müvəqqəti yararsız olduğundan ona xəstəliyinə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 23 iyun 2021-ci il tarixli, 4177 nömrəli çıxarış epikrizindən məlum olur ki, N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ağır fiziki işlərdən və idmandan bir ay müddətinə azad olunması, bol maye qəbulu tövsiyyə olunmuşdur. N nömrəli hərbi hissənin komandiri Şəhadət İbrahimov tərəfindən İddiaçı verilmiş 30 mart 2021-ci il tarixli xidməti xasiyyətnamədən məlum olur ki, polkovnik-leytenant İddiaçı xidmət etdiy i müddət ərzində özünü intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan zabit kimi göstərmişdir. Hərbi biliyi qənaətbəxş olsa da bununla kifayətlənməmiş, daima öz üzərində işləmiş, bilmədiklərini öyrənməyə çalışmış, biliyini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etmişdir. Hərbi nizamnamələri, xidməti üzrə rəhbər sənədləri bilərək və gündəlik xidmətlərində onlardan səmərəli istifadə etmişdir. Təşkilatçılıq qabiliyyətinə malik, bacarıqlı və işgüzar zabit olmuşdur. Polkovnik-leytenant İddiaçı hərbi hissənin bölmələrinin idarə olunmasının təşkilinə və saxlanılmasına, döyüş və səfərbərlik hazırlığına, döyüş və ictimaisiyasi hazırlığının planlaşdırılmasına, qərargahın və hərbi hissənin idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına, qərargahın və bilavasitə ona tabe olan bölmələrin, şəxsi heyətin hərbi intizamına və tərbiyəsinə bacarıqla rəhbərlik etmişdir. Xidməti işində təşəbbüskar olmuş, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmiş, dövlət sirrini qorumağı bacarmış, fiziki cəhətdən sağlam olmuşdur. İnzibati işə əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi veteranıdır, müxtəlif medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik İddiaçı ünvanlanmış 03 avqust 2020-ci il tarixli, 2632 nömrəli məktubdan məlum olur ki, 10 iyul 2020-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq ehtiyata buraxılmaqla bağlı raportla etdiyi müraciətə Azərbaycan Respublikası müdafiə nazirinin 06 iyul 20 20-ci il tarixli müvafiq əmri ilə təyin olunduğu N nömrəli hərbi hissədə vəzifə və işlərini qəbul etdikdən sonra baxılacağı haqqında 14 iyul 2020-ci il tarixdə ona məlumat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik-leytenant İddiaçı 20 (iyirmi) gün müddətinə 06 iyul 2021-ci ildən 25 iyul 2021-ci ilədək 2021-ci ilin hesabına Bakı şəhərinə növbəti məzuniyyətə buraxılmış, məzuniyyət vaxtı qurtardıqda 26 iyul 2021-ci ildə saat 07:45-dək N nömrəli hərbi hissəyə, Şahbuz rayonuna, xidmət yerinə geri qayıtmalı olduğu göstərilmişdir. Daha sonra briqada komandirinin birinci müavini - qərargah rəisi polkovnik-leytenant İddiaçı Müdafiə nazirinin müavini - X3 Komandanının 01 mart 2021-ci il tarixli, 036 nömrəli əmri ilə bölmələrdə şəxsi heyəti n uçotunun aparılmasına və gündəlik fəaliyyətin təşkilinə zəif nəzarət etdiyinə görə və 06 iyul 2021-ci il tarixli, 023 nömrəli əmri ilə bölmələrdə döyüş və döyüş hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə "Şiddətli töhmət" elan edilmiş, həmçinin X3 komandanının 27 mart 2021-ci il tarixli “N nömrəli hərbi hissədə inspeksiya yoxlamasının nəticələri haqqında” 051 nömrəli əmri ilə gündəlik fəaliyyətdə hərbi hissənin döyüşə və səfərbərliyə hazırlığının artırılması üçün lazımi tədbirlər görmədiyinə, zəruri təminatı düzgün təşkil etmədiyinə və bununla da inspeksiya yoxlaması zamanı hərbi hissə ümumilikdə “qeyri-kafi” qiymətləndirildiyinə görə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. N nömrəli hərbi hissənin komandiri polkovnik Şəhadət İbrahimov tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli və 09 iyul 2021-ci il tarixli xidməti xasiyyətnamələrin təsdiq olunmuş surətlərinin məzmunundan məlum olur ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan zabit kimi göstərməyə çalışmışdır. Hərbi biliyi qənaətbəxş olsa da, o bununla kifayətlənməmiş, öz üzərində işləmiş, bilmədiklərini öyrənməyə çalışmışdır. Lakin son vaxtlar səhhəti ilə bağlı hərbi nizamnamələri, xidməti üzrə rəhbər sənədləri bilməsinə baxmayaraq, gündəlik xidmətdə onlardan səmərəli istifadə etməkdə çətinlik çəkmişdir. Səhhəti ilə bağlı olara q təşkilatçılıq qabiliyyəti zəif olmuşdur. Polkovnikleytenant Nadirov səhhəti ilə bağlı olaraq hərbi hissənin bölmələrinin idarə olunmasının təşkilinə və saxlanılmasına, döyüş və səfərbərlik hazırlığına, döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına, qərargahın və hərbi hissənin idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına, qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə nəzarət etməkdə çətinlik çəkmişdir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmiş və xidmət etdiyi müddətdə xidmətində son hadisələrə qədər nöqsanlara yol verməməyə çalışmışdır. Dövlət sirrini qorumağı bacarmış, fiziki cəhətdən sağlam olmuşdur. X1 baş zabitlərinin şərəf məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 04 nömrəli və 10 iyul 2021ci il tarixli, 05 nömrəli protokollarının təsdiq olunmuş surətlərindən məlum olur ki, N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik-leytenant İddiaçı səhhəti ilə əlaqədar tutduğu vəzifənin öhdəsindən gələ bilməməsini, vəzifə borclarını və verilən tapşırıqları vaxtında yerinə yetirə bilməməsini nəzərə alaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış və Azərbaycan Respublikası müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluqla) ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-c i il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İV hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 40.1, 40.3, 41.0.6, 43.1-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə istinad edərək belə hesab etmişdir ki, cavabdeh inzibati orqan İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) uy ğun ehtiyata buraxılmasında haqlı olmuşdur və buna görə də iddianı rədd etmişdir. İş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 06 iyul 2020-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin komandiri təyin olunmuş, 09 iyul 2020-ci il tarixdə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı raportla komandanlığa müraciət etmiş, ona N nömrəli hərbi hissədə vəzifə və işlərini qəbul etdikdən sonra raportuna baxılacağı bildirilmişdir. Lakin İddiaçı yeni xidmət yerinə getmək haqqında əmri icra etməkdən açıqcasına imtina etmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmünə əsasən əmri icra etməkdən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaya şərti məhkum edilərək 6 (altı) ay sınaq müddəti təyin olunmuş, 26 oktyabr 2020-ci il tarixdə işgüzar keyfiyyətləri aşağı olduğuna görə müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Həmçinin iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı yazdığı raportuna baxılıb-baxılmaması ilə maraqlanmamışdır. Həmçinin iş materiallarından aydın olur ki, iddiaçı xidmət zaman müxtəlif nöqsanlara yol vermi ş, verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, bu nöqsanlara görə dəfələrlə intizam qaydasında cəzalandırılmış və barəsində olan cəzalar ona elan olunmuşdur. İddiaçı N nömrəli hərbi hissədə keçirilən komanda-qərargah təlimindən xəstəliyini bəhanə gətirərək yayındığına görə 12 iyun 2021-ci il tarixdə baş zabitlərin şərəf məhkəməsində işinə baxılaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmış, lakin Ordu Komandanı gələcək xidmətində dönüş yaratması üçün ona vaxt vermişdir. Lakin iddiaçı xidmətində dönüş yaratmadığından 10 iyul 2021-ci il tarixdə təkrar olaraq işinə baş zabitlərin şərəf məhkəməsində baxılaraq bölmələrdə döyüş və döyüşə hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun f əaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmış, müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmışdır. Kollegiya qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanmaqla apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onların əsassız olması qənaətinə gəlir. Belə ki, nə birinci instansiya məhkəməsində, nə də inzibati işə apellyasiya qaydasında baxılarkən iddiaçının müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmə ti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmasının əsassız olması sübut olunmamış, müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi üçün zəruri şərtlər müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia tələbi tam və hərtərəfli araşdırılmış, son nəticədə düzgün qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imk anlar yaratmağa borcludur. Ümumiyyətlə kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında şikayətdə göstərilmiş dəlilləri hər tərəfli öyrənərək şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı rədd edərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya qeyd olunan qərarı qəbul edərkən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsasl anmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati mübahisəyə dair işə kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilmədiyindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 21(122)-5/2022 nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(122)5/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar