Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-17/2023 26.04.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, üçüncü şəxs X2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməs inin 17 mart 2023-cü il tarixli, 2-1(122)-88/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı 10 yanvar 2023-cü il tarixdə öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 21(122 )-88/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 21(122)-88/2023 nömrəli qərardadından narazı qalan İddiaçı 03 aprel 2023-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 21(122)-88/2023 nömrəli qərardadının ləğv olunmasını, onun cavabdeh Naxçıva n Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmasını və inzibati işin həmin iddianın mahiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin mövqeyi tam əsassızdır. Cavabdehin imtinası Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ziddir. Həmin imtina nəticəsində onun hüquq və qanunla qorunan maraqları pozulmuşdur. Müqavilədə hədiyyə alan qismində onun X1 qeyd olunmuşdur. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu və 245-ci maddələrinin tələblərinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin notariat qaydada təsdiq olunmuş bağışlama müqaviləsi müvafiq dövlət orqanında qeydə alınmalıdır. Həmin müqavilə qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən 1 aydan gec olmayaraq qeydə alınmalıdır. Göründüyü kimi, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsində yaşayış evinin bağışlama müqaviləsinin o cümlədən icra olunmasına dair qaydalar müəyyən olunmuşdur, həmçinin həmin maddədə imperativ qaydada yaşayış evinin bağışlama müqaviləsinin müvafiq surətdə bu Məcəllənin 230-cu maddəsində müəyyən edilən formada bağlanmasına dair tələb öz əksini tapmı şdır. Eyni zamanda hamin maddə blanket norma olmaqla bağışlama müqaviləsinin bu Məcəllənin 230-cu maddəsində müəyyən olunmuş formada bağlanmasına dair qaydalar müəyyən etmişdir. Qeyd olunan Mülki Məcəllənin 230-cu maddəsində isə bağışlama (alqı-satqı) müqaviləsinin notariatda təsdiq edilməklə müvafiq dövlət orqanında qeydə alınmalı olmasına, yaşayış evinin bağışlama müqaviləsinin qeydə alındığı vaxtdan bağlanmış sayılmasına, eyni zamanda müqavilənin notariatda təsdiq edildiyi gündən 1 aydan gec olmayaraq qeydə alınmalı olmasına dair normalar imperativ qaydada müəyyən edilmişdir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda sadalanan maddələrinin məzmunundan belə aydın olur ki, bağışlama müqaviləsinə dair həmin maddələrdə göstərilən tələ blərə və formaya əməl olunmaması, yəni bağışlama müqaviləsinin notariatda təsdiq edildiyi gündən 1 aydan gec olmayaraq müvafiq dövlət orqanında qeydə alınmaması özlüyündə həmin müqavilənin huquqi baxımdan əhəmiyyətsiz olması ilə nəticələnir. X1 05 iyul 2019-cu ildə vəfat etmişdir. Müqavilə yalnız 05 sentyabr 2019-cu il tarixdə (R. Vəliyevanın ölümündən sonra) qeydə alınmışdır. Yuxarıda qeyd olunan hüquq normalanın tələblərinə uyğun olaraq müqavilə notariatda təsdiq edildiyi gündən 1 ay ərzində qeydə alınmamışdır və beləlilklə də, müqavilə hüquqi baxımdan öz əhəmiyyətini itirmişdir. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müyyən olunmuş müddətdə qeydə alınmadığından bağlanmış sayılmır. Müqavilə bağlanmış sayılmadığına görə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestri ndə mənzil üzrə X6 adına aparılmış qeydiyyat əsassızdır. Birinci instansiya məhkəməsi onun yuxarıda qeyd olunan dəlillərini nəzərə almamışdır. Həmin maddi hüquq normalan məhkəmə tərəfindən pozulmuşdur. Yardım məhkəmə tərəfindən ona göstərilməmişdir, bununla da məhkəmə qeyd olunan prosessual hüquq normasını pozmuşdur. Birinci instansiya məhkəməsi əsassız olaraq hesab etmişdir ki, onun iddiası mümkün sayılmamalıdır. Bununla da məhkəmə onun hüquqlarını və bu prosessual hüquq normasını pozmuşdur. Onun hüquq və qanunla qorunan mənafelərini pozduğuna görə onun iddiası mümkün sayılmalıdır. Birinci instansiya məhkəməsinin əksmövqeyi qeyd olunan prosessual hüquq normasına ziddir (məhkəmə bu normanı düzgün tətbiq etməmişdir). Cavabdeh qanunsuz olaraq müqaviləni 05 sentyabr 2019-cu il tarixdə (R. Vəl iyevanın ölümündən sonra) qeydə almışdır. Halbuki, müqavilə notariatda təsdiq edildiyi gündən 1 aydan gec olmayaraq qeydə alınmalı idi, bu da olmamışdır. Beləliklə, Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müyyən olunmuş müddətdə qeydə alınmadığından bağlanmış sayılmır. Müqavilə bağlanmış sayılmadığına görə 05 sentyabr 2019-cu il tarixdə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mənzil üzrə X6 adına aparılmış qeydiyyat qanunsuzdur və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan nəzərə almamışdır ki, əvvəl baxılmış mülki iş üzrə onun tərəfindən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcələsinin 230-cu və 245-ci maddələri ilə əsaslanan iddia tələbi irəli sürülməmişdir. Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin mülki kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(108)-30/2022 saylı qətnaməsində qeyd olunmuşdur ki, kollegiya apellyasiya şikayətinin mənzilin iddiaçının bacısı İddiaçıanın adına yalnız 05 sentyabr 2019-cu il tarixdə (ölümündən sonra) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, halbuki, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu və 245-ci maddələrinə görə daşınmaz əmlakla bağlı müqavilənin 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınaraq qeydə alındığı andan bağlanmış hesab edilməsi, qeyd olunan hüquq normalarının da pozulması, müqavilənin 1 ay müddətində müvafiq dövlət orqanında qeydə alınmadığından bağlanmış sayılmaması dəlilinə həmin dəlildə göstərilənlər iddia tələbinin əsasını təşkil etmədiyin dən münasibət bildirmir. Beləliklə, qeyd olunan hüquq normalarına əsaslanan iddia tələbi əvvəl baxılmış mülki işin predmeti olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsinin bu məsələyə artıq baxılması ilə bağlı mövqeyi tam əsassızdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən kollegiya inzibati işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X9 qanuni qərar qəbul edilmə sini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X7 şikayəti qəbul etməyərək şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(122)-88/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayət in dəlillərindən asılı olmayaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İnzibati işin iddiaçı tərəfindən mübahisələndirilən halını 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağışlama müqaviləsinin etibarsızlığı və X6 adına aparılmış qeydiyyatın qanunsuz olması təşkil edir. Kollegiya ilk olaraq şikayətdə göstərilən dəlillərə münasibətdə qeyd edir ki, bu dəlillər iddia tələbinin əsaslılığı ilə əlaqədardır və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.”. İş materialları ilə müəyyən olunur ki, Şərur şəhəri, Heydər Əliyev prospekti 37 saylı evin 48 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur, iddiaçı həmin evi 08 fevral 1995-ci ildə bacısı X10, 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağşlama müqaviləsi ilə X1na bağışlamışdır, həmin mənzil xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışa əsasən X6 mülkiyyətinə verilmişdir, xx.xx.2021-ci il tarixdə Şərur rayon 2 saylı notariat ofisində qeydiyyata alınan 2V-40 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzil X2 adına keçmişdir. Eyni zamanda o da müəyyən olunur ki, İddiaçı cavabdehlər Sərur rayon 2 saylı notariat ofisinə, X5 və N axçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi hüquqi qüvvəsini almışdır. Hazırki iddia ərizəsi ilə İddiaçı yuxarıda qeyd edilən məhkəmə qətnamələrində həll edilmiş “qeydiyyatın ləğvi” barədə təkrar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli Qərarın qeyd olunduğu kimi “Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkə mə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmas ının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi k imi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatınd a baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı). Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 15.5, 15.6 və 17-ci bəndlərində də göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”. Qeyd olunduğu kimi eyni iddia tələbi üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(1 10)-380/2021 nömrəli qətnaməsi hal-hazırda qüvvədədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətdə qeyd olunan birinci instansiya məhkəməsinin ona yardım etməməsi ilə bağlı iddiaçının göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində 17 mart 2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı zamanı iddiaçıya bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı mülki iddia icraatı qaydasında iddia qaldırmalı olması hüququ izah olunmuş, inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması kimi gözləni lən hüquqi nəticə barədə iddiaçı xəbərdar edilmiş, iddiaçı da bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığını və iddianın rədd edildiyini bildirmişdir. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(122)-88/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(122)-88/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X6 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(122)-88/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2-1(122)88/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-17/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-17/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver