Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-17/2024 31.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Cavabdeh2 və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehlərdən məhkəmə xərclərinin və rüsumunun tutulmasına, obyektlərin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və torpaq sahəsinin qaytarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qəra rdadından İddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Cavabdeh2 və Naxçıvan Şəhər İcra Hakimiyyətindən məhkəmə xərclərinin və rüsumunun tutulmasına, obyektlərin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və torpaq sahəsinin qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 21(122)-1182/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadının ləğv edilməsi, qanunla ona məxsus torpaq sahəsinin geri qaytarılması və dəyən ziyana görə kompensasiya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadında məhkəmənin yardım məktublarına əsasən heç bir tədbir görmədiyi qeyd edilsə də, o, 19 oktyabr 2023-cü il tarixdə keçirilən iclasda qeyd olunan sənədləri iclas katibi Məmmədov Kamala şəxsən təqdim etmiş, eyni zamanda Naxçıvan şəhər XDM İK-nin 429 №-li xx.xx.1991-ci il tarixli qərarın surətini və şəxsiyyətini təsdiq edən kimliyin sürətini inzibati məhkəməyə poçtla göndərmiş, məhkəmə tərəfindən işdə olan digər əhəmiyyət kəsb edə n sənədlərə münasibət bildirilməmiş, həmçinin, ona məxsus torpaq sahəsinin zəbt edilməsi və mülkiyyəti olan qeyri-yaşayış sahəsinin-obyektinin sökülüb yerində villa tikilməsi məhkəmədə araşdırılmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə kollegiyaya ünvanladığı məktubda AR Konstitusiyasının, AR Torpaq Məcəlləsinin, AR Mülki Məcəlləsinin, AR İnzibati Prosessual Məcəlləsinin bir sıra maddələrinə əsaslanaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadının ləğv edilməsini, ona dəyən ziyanın kompensasiya və torpağının qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadının ləğv edilməsi, qanunla ona məxsus torpaq sahəsinin geri qaytarılması və dəyən ziyana görə kompensasiya verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 izahatında şikayəti qəbul etməyərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnz ibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İddiaçı Cəl al oğlu iddia ərizəsində göstərmişdir ki, Naxçıvan şəhər X4 İcraiyyə Komitəsinin 20 dekabr 1991-ci il tarixli 661 saylı qərarı ilə “Merkuri” və “Yalçın” kiçik müəssisəsinə Naxçıvan şəhərinin Babək küçəsində (keçmiş məişət evinin yanı) firma mağazalarının tikintisi üşün boş sahədə 225 kv.m sahə ayrılmış, Naxçıvan şəhər XDM İKnin şəhərsalma və memarlıq işləri şöbəsinin tikintinin aparılmasına dair hazırladığı texniki sənədlər və layihə əsasında 2 mərtəbəli firma mağaza və ofis tikilmiş, o dövrdə Naxçıvan MR-da fəaliyyət göstərən “Zaman” qəzetinin nümayəndələri onun obyektinin Naxçıvan MR Ali Məclisinin sabiq sədri tərəfindən “Zaman” qəzetinə bağışlanmasını demiş, öz hüquqlarının müdafiəsinə başlamış, Naxçıvan şəhəri Babək küçəsində tikdiyi 2 mərtəbəli obyekti onun xəbəri olmadan Naxçıvan şəh ər 1 №-li notariat kontoru vasitəsilə qeyriqanuni alqı-satqı müqaviləsi əsasında əcnəbiyə, TC-nin vətəndaşına satılmış və onun vasitəsilə mülkiyyət hüququ haqqında şəhadətnamənin Naxçıvan MR Əmlak Komitəsi tərəfindən qanunsuz olaraq rəsmilədirilməsi həyata keçirilmiş, bu barədə Naxçıvan MR İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, bu qanunsuzluqla əlaqədar İqtisad Məhkəməsi xx.xx.1999-cu il tarixli, 57 saylı qərar qəbul etmiş və materialları Naxçıvan MR Prokurorluğuna istintaq üçün göndərsə də qərarın icrası təmin edilməyərək Naxçıvan şəhər İcra Hakimiyyətinə göndərilmiş və orada da qərarın icrası təmin edilməmişdir. Naxçıvan şəhər İcra Hakimiyyətinin məktubuna görə guya bu məsələyə baxılmış və materialların Arxiv İdarəsinə göndərilməsi bildirilmiş, Arxiv İdarəsində bu barədə h eç bir məlumat olmamış, bu da Konstitusiyanın müvafiq maddələrinin pozulmasını sübut edir. ”Yalçın” k/m-nin fəaliyyəti bu səbəbdən dayanmış və ona maddi və mənəvi ziyan dəymişdir. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məxsus 2 mərtəbəli obyekt məhkəmənin qərarı olmadan qanunsuz olaraq sökülərək yerində Naxçıvan MR Ali Məclisinin sabiq sədri Cavabdeh2 halallıq almadan oğlu Rza Talıbova villa tikdirmişdir. Naxçıvan şəhərinin mərkəzində ona məxsus torpaq sahəsində obyektinin sökülərək yerində bir villanın qərarsız, qanunsuz tikilməsindən Naxçıvan şəhər İcra Hakimiyətinin xəbərinin olmaması və yaxud buna münasibət bildirməməsi qanunların tələbinə ziddir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının iddia tələbi qeyri müəyyən ifadə olunmuşdur. Belə ki, iddiaçı bir t ərəfdən Naxçıvan şəhəri Babək küçəsində tikdiyi ona məxsus 2 mərtəbəli obyektinin qeyri-qanuni alqı-satqı müqaviləsi əsasında TC-nin vətəndaşına satılmasını və onun vasitəsilə mülkiyyət hüququ haqqında şəhadətnamənin Naxçıvan MR Əmlak Komitəsi tərəfindən qanunsuz olaraq rəsmilədirilməsinin həyata keçirilməsinı, digər tərəfdən isə ona məxsus obyektin qanunsuz olaraq sökülməsini göstərir. Bununla bərabər kollegiya qeyd edir ki, iddia inzibati orqan olan Naxçıvan şəhər İcra Hakimiyyəti ilə yanaşı cavabdeh qismində göstərilən fiziki şəxs Naxçıvan MR Ali Məclisinin sabiq sədri Cavabdeh2 qarşı qaldırılmışdır. Hansı ki, fiziki şəxsə qarşı yönəlmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır... İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.(bənd 5.1)...İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. (bənd 11,12) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində verilən anlayışa görə inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Kollegiya hesab edir ki, fiziki şəxsə qarşı qaldırılmış iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmasına prosessual qanunveiciliyin tələbinə əsasən yol verilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianı həmin hissədə mümkün hesab etməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından aydın olur ki, iddiaçı “Yalçın” kiçik müəssisəsinin adından müəssisəni təmsil etmək, onun adından iddia qaldırmaq səlahiyyətlərinin mövcudluğunu, sökülməsini mübahisələndirdiyi obyektin mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilm iş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Belə olan halda iddiaçının cavabdeh inzibati orqana qarşı iddia qaldırmaqda subyektiv hüququnun olması müəyyən edilmir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtini istisna edir. Birinci instansiya məhkəməsi düzgün olaraq inzibati orqan olan Naxçıvan şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış iddianı da mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, e ləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı subyektiv hüququnu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktla rla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1 -ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlük şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi nin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya iddiaçının şikayətdə göstərdiyi məhkəmə tərəfindən işdə olan digər əhəmiyyət kəsb edən sənədlərə münasibət bildirilməməsi, həmçinin, ona məxsus torpaq sahəsinin zəbt edilməsi və mülkiyyəti olan qeyri-yaşayış sahəsi-obyektinin sökülərək yerində villa tikilməsi məsələsənin araşdırılmaması barədə dəlillərinə münasibətdə qe yd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gəldiyi üçün iddianın əsaslılığına aid hallara hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2 -1(122)-1182/2023 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Cavabdeh2 və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "cavabdehlərdən məhkəmə xərclərinin və rüsumunun tutulmasına, obyektlərin sökülməsinə görə dəyən maddi və mənəvi zərərin kompensasiyasının ödənilməsi və torpaq sahəsinin qaytarılması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 dekabr 2023cü il tarixli, 2-1(122)-1182/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsin in 08 dekabr 2023-cü il tarixli, 21(122)-1182/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-17/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-17/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver