Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-17/2025 08.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X3 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və hə min tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 23 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X3 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X3 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinəSədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2- 1(122)-710/2024 nömrəli qərardadının ləğv edilməsi və sonr akı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiasının mümkün sayılmaması məzmununda qərardad qəbul edilmişdir. Mümkün sayılmanın əsasını isə məhkəmə iddianın növünün mübahisələndirmə haqqında iddia növünə aid olmaqla mübahisələndirilən əmrin barəsində verilmiş iddianın qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində məhkəməyə təqdim edilməməsini göstərmişdir. Belə ki, məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qərardadı mübahisələndirdiyini, qərardadın əsassız və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edildiyinə görə ləğv edilməli olduğunu bildirmişdir. M əhkəmənin bu mövqeyinin əsassızlığını və yanaşmanın yanlış olduğunu qeyd edərək bildirimişdir ki, ümumiyyətlə sözü gedən inzibati orqana məxsus əmr xx.xx.2023-cü ildə qəbul edildikdən sonra inzibati akt olaraq vaxtında tərəfindən mübahisələndirilmiş və xx.xx.2023-cü ildə məhkəmə qaydasında iddia qaldırılmışdır. Həmin iddia birinci icraat üzrə 2-1(122)-1219/2023 nömrəli iş qismində 13 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Elnur Hüseynovun icraatına qəbul edilmiş və hazırlıq icraatının başlanılmasına dair sərəncam verilmişdir. İlkin iddiaya baxılan zaman məhkəmə hakiminin təklifi və cavabdeh orqanın nümayəndəsinin məhkəmədə müsbət mövqeyi nəzərə alınmaqla tələbinin məhkəmədən kənar təmin ediləcəyinə söz verildiyini və bununla bağlı hakiminin ye ni icra başçısı ilə telefon danışığı aparmasını nəzərə alaraq prosesdə ərizə verməklə iddianın və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarıldığını bildirmişdir. Həmin ərizə əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli, 2- 1(122)-1219/2023 nömrəli qərardadı qəbul edilmiş və iş üzrə icraata xitam verilməklə qərardadın məzmununda ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etməməsi müəyyən edildiyini, iddiaçının iddiasını yenidən vermək hüququnun saxlanıldığı qeyd olunmuşdur. İddiaçı şikayətinin davamında qeyd etmişdir ki, aradan keçən qısa müddət ərzində işin məhkəmədən kənar qaydada həll olunmasında heç bir irəliləyiş əldə olunmamış, cavabdeh orqan tərəfindən müsbət addım atılmadığını, bir növü aldadılmış vəziyyətə salındığını, bunu anladığı zaman və hüquqları oldu ğundan iddianı təkrar verməli olduğunu, bu səbəbdən də iddia xx.xx.2024cü il tarixdə yenidən verilmiş və ilkin məzmunda göstərilən iddia tələbi irəli sürülmüşdür. İddia ilə əlaqədar üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət-ərizə də verilmişdir. İkinci iddianı icraata qəbul edən hakim Hicran Muradov isə qeyri-mötəbər əsaslar gətirməklə iddianı mümkünsüz hesab etmişdir. İddiaçı prosessual tələblərlə bağlı qeyd edir ki, iddia müddətini əldən verməmiş, iddia vaxtında verilmiş və barəsində olan əmr prosessual pozuntu olmadan mübahisələndirilmişdir. Mövcud mübahisəli vəziyyətdə heç bir müddət pozuntusundan söhbət gedə bilməz və işə baxan hakim hüquqi yardımın həyata keçirilməsini təmin etməmiş və iddiaçıya müddətin üzrlü olmasını izah edə biləcək əlavə mövqeyin in ortaya qoyulması işin hallarının təfsir edilməsinə dair vəsatətlərin verilməsinə şərait yaratmaqdan yayınaraq tələmtələsik qərardad qəbul etmişdir. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarına, "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına" dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarı na istinad edilmişdir. Apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası tərəfindən baxılaraq 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2024 nömrəli qərardadla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 21(122)-710/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2024 nömrəli qərardadı ilə razılaşmayan iş üzrə İddiaçı vəkilinümayəndəsi Vəkil tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2751/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2023 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı şikayəti müdafiə edərək verdiyi izahatında Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadının ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəmsinə qaytarılması barədə qərardad qəbul edilməsini kollegiy adan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək verdiyi izahatında şikayətin təmin olunmamaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2751/2024 nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 27 iyun 2024-cü il tarixli, 2-1(108)-72/2023 nömrəli qərardadı ləğv edilərkən qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prose ssual hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı onun barəsində qəbul edilmiş əmri ilk dəfə İPM-in 38.1-ci maddəsində təsbit edilmiş prosessual müddətlər çərçivəsində məhkəmə qaydasında mübahisələndirmiş, daha sonra iddia ərizəsini geri götürmüş, bir müddət keçdikdən sonra oxşar tələblə yenidən məhkəməyə müraciət etmişdir. İşə baxan aşağı instansiya məhkəmələri iddia tələbini müddətin ötürülməsi əsası ilə mümkün saymamış və prosessual müddətin bərpası barədə gətirilən dəlilləri üzrlü (ilk məhkəmə icraatında mübahisənin məhkəmədən kənar həllinə nail olmaqla bağlı iddiaçıda yaranmış təəssürat və cavabdehin vədi) hesab etməmişlər. Məhkəmə kollegiyası iddia müddəti institutunun əhəmiyyəti ilə bağlı qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Kons titusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit e dilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada, üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar... çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarı). Belə ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməm əlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Bundan əlavə, ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyribərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisən in həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa, cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakimə si adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Odur ki, p rosessual müddətin bərpası ilə bağlı vəsatətlərin qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan əsas məqam ondan ibarətdir ki, şəxsin iddianı qaldırmaqda davam edən hüquqi marağı mövcud olmalı, lakin obyektiv səbəblərdən müraciət imkanı istisna edilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işdə apellyasiya instansiyası məhkəməsi müddət məsələsinə formal yanaşmış, iddiaçının dəlilləri üzrə araşdırma və qiymətləndirmə aparmamış, İPM-in 38.1-ci maddəsinin tələbini birmənalı tətbiq etmişlər. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə qeyd olunmalıdır ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının birinci müraciəti üzrə aparılmış məhkəmə icraatının materiallarını tələb etməli, iddiaçının ilk dəfə verdiyi iddia ərizəsini geri götürməsinin sə bəblərini ətraflı araşdırmalı (bu zaman cavabdehin bu məsələdə hər hansı vədinin olub-olmamasını müəyyən etməli) və bundan sonra prosessual müddətin bərpa edilməsi məsələsinə (müddətin ötürülməsində üzrlü hal olub-olmamasına) qiymət verməlidir.”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qanunun bu nöqteyi nəzərindən yanaşılaraq, 16 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə sorğu verilərək məhkəmənin icraatında olmuş 21(122)-1219/2023 nömrəli inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatının materialları tələb olunaraq tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş mü ddətdə iddia qaldırmış, lakin iddiaçı işin məhkəmədən kənar cavabdehlə öz aralarında həll ediləcəyinə ümid edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri öz ərizəsi əsasında geri götürmüş və bu barədə məhkəmə qərardad qəbul etmişdir. Həmin inzibati işin materialları öyrənilərkən həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsini geri götürən zaman məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi yardım göstərilməmişdir. Belə ki, məhkəmə prosesinin video görüntülərindən aydın olur ki, məhkəmə iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən iddia qaldırması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini müəyyən olunması barədə müddəa izah edilməmiş, yalnız iddiaçıya iddiasını geri götürsədə, inzibati orqanla ra zılıq əldə edilmədiyi təqdirdə yenidən ümumi əsaslarla məhkəmədə iddia qaldıra biləcəyi barədə izahat verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd edildiyi kimi, “..inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdiril məsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsində inzibati icraat İPM-in Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. Həmin normalar sırasında məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsi məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllən in “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Bununla yanaşı, İPM-in 48-ci maddəsi həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi qiymətləndirilir. İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yal nız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir.”. Kollegiya belə hesab edir ki, hazırkı vəziyyətdə yuxarıda da qeyd edildiyi qaydada iddiaçıya inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş lazımi hüquqi yardımın göstərilməsi təmin olunmadığından iddianın qanunvericiliklə nəzərdə tutulmuş prosessual müdətin ötürülməsi əsası ilə mümkünsüz hesab edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilə bilməz. Kollegiya son olaraq onu vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2751/2024 nömrəli qərarında qeyd edildiyi kimi hazırk ı iddia üzrə birinci instansiya məhkəməsi iddianın mümkün hesab edilməməsi nəticəsinə gəlinərkən səhvə yol vermişdir. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(102)-2751/2024 nömrəli qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla inzibati işin təkrar baxılması təmin edilməlidir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvaf iq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X3 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadı ləğv edilməli, inzibati iş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azə rbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87 və 99.2.6-cı maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l d ı: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)710/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İddiaçı İddiaçı cavabdeh Sədərək Rayon İcra Hakimiyyətinə qarşı "Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq Sədərək Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı X3 01 avqust 2023-cü il tarixdən əsas əmək məzuniyyətində olduğunu və Əmək Məcəlləsinin, digər qanunvericilik aktlarının müvafiq müddəalarının pozulmasını nəzərə alıb onun 08 avqust 2023-cü il tarixli, 51 (əlli bir) nömrəli əmrinin etibarsız sayılmasını və həmin tarixdən buraxılmı ş iş günlərinə görə ona əmək haqqının ödənilməsini və iş yerinə-Sədərək Rayon İcra Hakimiyyətində tutduğu vəzifəyə (hüquq şöbəsinin müdiri) bərpa olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2-1(122)-710/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş təkrar baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-17/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-17/2025
08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver