Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-18/2021 08.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Fərman Məmməd oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsas namənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı və onun vəkili X3 cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09 fevral 2021-ci il tarixdə imtinanın qanunsuz hesab edilməsi və inzibati aktın ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İ ddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X1 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrinin ləğv edilməsi, ******* nömrəli ona məxsus hərbi biletin 20-ci səhifəsində əmrin ləğv edilməsi ilə bağlı müvafiq qeydiyyatın aparılması, müvafiq əmr verilməmişdən əvvəlki xidməti vəzifəsinə (hərbi hospitala - feldşer vəzifəsinə) bərpa olunmağı və 09 iyul 2020-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək məcburi iş buraxma ilə əlaqədar olaraq aylıq pul təminatının (vəzifə maaşı, rütbə maaşı və s.) hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili X3 15 mart 2021-ci il tarixli iddianın dəyişdirilməsi barədə ərizə ilə Naxçıva n Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X1 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidmətə uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 21(122)-40/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan R espublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamış, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 17 may 2021-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)40/2021 nömrəli qərardadının (iddianın mümkün sayılmaması barədə) ləğv edilməsi, İddiaçı cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı qaldırdığı “Məcburetmə haqqında iddia- imtinanın qanunsuz hesab edilməsi və müəyyən öhdəliklərin qoyulması tələbi barədə” iddianın mümkün sayılması və inzibati işin baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, ona barəsində verilmiş əmrin surəti təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə onun barəsində verilmiş əmrin surəti ona təqdim edilməli idi. O, X4 “müalicə işi fakültəsini” feldşer ixtisası üzrə bitirmişdir. O, N saylı hərbi hissədə aptek rəisi vəzifəsində işləmişdir. O, əczaçılıq üzrə ixtisası bitirməmiş və ixtisasına uyğun olmayan vəzifəni yerinə yetirmişdir. Dərman preparatlarının qeydiyyatı kitabı məxfi sənəd deyil və onun tərkibində hər hansı hərbi sirrdən söhbət gedə bilməz. O, yuxarı rəisinin əmrini və ya göstərişini icra edərək müvafiq qeydiyyat kitabını yenisi ilə əvəz etmiş, məntəqə rəisi ona qeydiyyat kitabını özü ilə aparmağı və məhv etməyi tapşırmışdır. Onun yerinə yetirdiyi vəzifə ilə hazırki barəsində çıxarılmış əmr tamamilə bir-birinə ziddiyyət təşkil edir. Müvafiq qeydiyyat kitablarının yenilənməsi və ya əvəz olunması qanunla onun vəzifəsi deyil və o bunu özbaşına edə bilməz. On un işdən çıxmağına səbəb kimi göstərilən müvafiq əsasnamənin maddəsi ilə bağlı o həmin maddəyə uyğun, o maddənin tələblərinə münasib hər hansı bir nöqsanlara yol verməmişdir. O, iddia tələbini ona görə dəyişdirmişdir ki, (məhkəmənin yardımı ilə) qaldırdığı iddia tələbi mümkün hesab edilsin və inzibati iddiaya mahiyyəti üzrə baxılsın. O, ilk olaraq mübahisələndirmə haqqında iddia qaldırmış və barəsində verilmiş olan müvafiq əmrin ləğv edilməsi və işə qaytarılmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonradan bu tələbini dəyişmiş və müvafiq əmrin dəyişdirilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yəni artıq əmri mübahisələndirməmiş, həmin əmrin dəyişdirilməsini xahiş etmişdir. Hesab edir ki, bunlar ayrı-ayrı hüquqi nəticələr yaradan tələblərdir. Onun, barəsində verilmiş əmrdən bir neçə vaxt sonra xəbəri olmuş və o, məhkəməyə müraciət etməmişdən öncə yazılı surətdə müvafiq inzibati orqana müraciət etmişdir. Həmin orqan ona bir az gözləməyi xahiş etmiş və o da bunun nəticəsində məhkəməyə müraciət etməmiş və həmin inzibati orqanın qərarını gözləmişdir. Bundan sonra isə bunun bir nəticəsi olmadığını görmüş və son nəticədə məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddianın mümkün sayılmaması üçün heç bir hüquqi əsas yoxdur. Əvvəlcə iddia tələbi dəyişmiş və bunun edilməsində məqsəd iddianın mümkün sayılması olmuşdur. Artıq məhkəmə keçirilmiş son məhkəmə hazırlıq icraatında işin şifahi məhkəmə baxışına çıxarılacağını qeyd etmiş, lakin sonuncu iclasda (şifahi məhkəmə baxış iclasında) iddianı n mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Məhkəmə qanunvericiliyi kobud surətdə pozmuşdur. O, iddia tələbini dəyişərək artıq mübahisələndirmə haqqında iddia deyil, məcburetmə haqqında iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu iddia tələbi ilə isə müəyyən hərəkətlərin cavabdeh orqanın üzərinə qoyulması öhdəliyi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Onun yeganə məqsədinin həmin maddənin üzərində götürülməsidir. O, həmin maddə ilə heç bir yerdə işə başlaya bilmir, onu işə qəbul etməkdən imtina edirlər. Onun iki azyaşlı övladı var və o onlara tək baxır. Övladının biri xəstədir və o belə olan halda onlara baxmaqda da maddi baxımdan çətinlik çəkir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında şikayətini müdafiə edərək şikayətin təmin olunmaqla Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadının (iddianın mümkün sayılmaması barədə) ləğv edilməsi, İddiaçı cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı qaldırdığı “Məcburetmə haqqında iddia- imtinanın qanunsuz hesab edilməsi və müəyyən öhdəliklərin qoyulması tələbi barədə” iddianın mümkün sayılması və inzibati işin baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdeh təşkilat Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, i ştirak etməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmandan baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual müddəalarını da tətbiq edir. Həmçinin Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayətlə bağlı başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatında İddiaçı izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olma yaraq yoxlayıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlmişdir: İş materiallarından mübahisəsiz halda məlum olur ki, 09.07.2020-ci il tarixdə xidmətdən azad edilməsi İddiaçı məlum olmuşdur. Xidmətdən azad olduqdan sonra xidmətdən azad edilməsi barədə qeyd aparılmaqla hərbi bileti ona təqdim olunmuşdur. Bundan sonra İddiaçı 29 iyul 2020-ci il tarixdə hərbi xidmətdən qeyri-qanuni ehtiyata buraxılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində iddia qaldırmış, lakin 05 avqust 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(122)-83/2020 nömrəli qərardadı i lə İddiaçı ərizələri təmin edilmiş, iddiası geri götürülmüş hesab edilməklə iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2-1(122)-83/2020 nömrəli qərardadından şikayət verilməmişdir. İddiaçı və onun vəkili X3 cavabdeh təşkilat Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09 fevral 2021-ci il tarixdə təkrarən iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddiası isə qeyd edildiyi kimi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)40/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddətinin üzrsüz səbəbdən buraxıldığı qənaətinə gəlinərək iddia mümkün sayılmamış, iddi a ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmışdır. Kollegiya şikayətdə qeyd olunan onun iddia tələbini (məhkəmənin yardımı ilə) qaldırdığı iddia tələbi mümkün hesab edilsin və inzibati iddiaya mahiyyəti üzrə baxılsın deyə dəyişdirməsi, onun ilk olaraq mübahisələndirmə haqqında iddia qaldırması və barəsində verilmiş olan müvafiq əmrin ləğv edilməsi və işə qaytarılmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etməsi, sonradan bu tələbini dəyişməsi və müvafiq əmrin dəyişdirilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etməsi, yəni artıq əmri mübahisələndirməməsi, həmin əmrin dəyişdirilməsini xahiş etməsi, bunların ayrı-ayrı hüquqi nəticələr yaradan tələblər olması, iddianın mümkün sayılmaması üçün heç bir hüquqi əsasın olmaması, əvvəlcə iddia tələbini dəyişməsi və bunun edilməsində məqsədin iddianın mümkün sayılması olması, artıq məhkəmənin keçirilmiş son məhkəmə hazırlıq icraatında işin şifahi məhkəmə baxışına çıxarılacağını qeyd etməsi, lakin sonuncu iclasda (şifahi məhkəmə baxış iclasında) iddianın mümkün sayılmaması barədə qərar qəbul etməsi, məhkəmənin qanunvericiliyi kobud surətdə pozması, onun iddia tələbini dəyişərək artıq mübahisələndirmə haqqında iddia deyil, məcburetmə haqqında iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi, bu iddia tələbi ilə isə müəyyən hərəkətlərin cavabdeh orqanın üzərinə qoyulması öhdəliyi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etməsi dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X1 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrinin mübahisələndirilməsi ilə əlaqədardır və iddia tələbinin hər hansı formada dəyişdirilməsi iddia tələbinin məhkəmə tərəfindən mütləq qaydada mümkün hesab edilməsinə əsas deyil. Həmçinin o da qeyd olunmalıdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən 03 mart 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı ərizə və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınaraq başqa günə təyin edilməsi xahiş edilmiş və bu xahişi məhkəmə tərəfindən təmin edilmişdir. Lakin, iddiaçının iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxdığını bilməsi və qəbul etməsinə, eyni zamanda bu halın ar adan qaldırılması məqsədilə verdiyi vəsatətin məhkəmə tərəfindən təmin edilərək ona möhlət verilməsinə baxmayaraq o, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması məqsədilə hər hansı cəhd etməmiş, sonradan yalnız iddia predmetinə dəyişiklik etməklə kifayətlənmişdir. Kollegiya şikayətdə qeyd olunan onun barəsində verilmiş əmrdən bir neçə vaxt sonra xəbərinin olması və onun məhkəməyə müraciət etməmişdən öncə yazılı surətdə müvafiq inzibati orqana müraciət etməsi, həmin orqanın ona bir az gözləməyi xahiş etməsi və onun da bunun nəticəsində məhkəməyə müraciət etməməsi və həmin inzibati orqanın qərarını gözləməsi, bundan sonra isə bunun bir nəticəsi olmadığını görməsi və son nəticədə məcbur qalaraq məhkəməyə müraciət etməli olması dəlillərinə münasibətdə qeyd edir ki, bu də lillər də iş materiallarında olan sübutlarla təkzib olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N saylı məktubu ilə İddiaçı müraciətinə cavab verilmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun ehtiyata buraxılmasının “d” bəndi (ailə vəziyyətinə görə) ilə əvəz olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində....qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayət i üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28.12.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlah iyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə uyğun olaraq İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidi r. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlardan iddiaçının ehtiyata buraxılma ilə bağlı əmrdən vaxtında xəbərinin olması və buna baxmayaraq müddəti buraxmaqla məhkəməyə müraciət etməsi təsdiq edilir. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən təmin edilir. Lakin birinci instansiya məhkəməsində müdafiəçi ilə birlikdə iştirak etməsinə baxmayaraq iddiaçı mü ddətin bərpası ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı sübut və ya vəsatət təqdim etməmişdir. Kollegiya şikayətdə qeyd olunan, onun X4 “müalicə işi fakültəsini” feldşer ixtisası üzrə bitirməsi, onun N saylı hərbi hissədə aptek rəisi vəzifəsində işləməsi, onun əczaçılıq üzrə ixtisası bitirməməsi və ixtisasına uyğun olmayan vəzifəni yerinə yetirməsi, dərman preparatlarının qeydiyyatı kitabının məxfi sənəd olmaması və onun tərkibində hər hansı hərbi sirrdən söhbət getməməsi, onun yuxarı rəisinin əmrini və ya göstərişini icra edərək müvafiq qeydiyyat kitabını yenisi ilə əvəz etməsi, məntəqə rəisinin ona qeydiyyat kitabını özü ilə aparmağı və məhv etməyi tapşırması, onun yerinə yetirdiyi vəzifə ilə hazırki barəsində çıxarılmış əmrin tamamilə bir-birinə ziddiyyət təşkil etməsi, müvafiq qeyd iyyat kitablarının yenilənməsinin və ya əvəz olunmasının qanunla onun vəzifəsi olmaması və onun bunu özbaşına edə bilməməsi, onun işdən çıxmağına səbəb kimi göstərilən müvafiq əsasnamənin maddəsi ilə bağlı onun həmin maddəyə uyğun, o maddənin tələblərinə münasib hər hansı bir nöqsanlara yol verməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.”. Yəni, mümkün hesab edilməyən iddiaların əsasl ılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırki baxışın predmetinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya şikayətə apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bütün sadalananlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə sax lanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin N yanvar 2021-ci il tarixli, 150 saylı imtina məktubunun əsassız sayılması, İddiaçı barəsində verilən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, X6 Komandanının 09 iyul 2020-ci il tarixli, 067 gm nömrəli əmrində olan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin (xidməti uyğunsuzluğa görə) həmin Əsasnamənin 156-cı maddəsinin “d” bəndi (ailə vəziyyətinə görə) ilə dəyişdirilməsi (əvəz olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”n ə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(122)-40/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 21(122)-40/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-18/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-18/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver