Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-18/2024 06.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X6 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(122)-493/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı" vəsiqəsi və adının veril məsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 21(122)-493/2023 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 21(122)-493/2023 nömrəli qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan MR İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(122)- 493/2023 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını koll egiyadan xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Şikayətdə iddiaçı qərar ilə razı olmadığını, 15 noyabr 19N-cı il tarixində Babək rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırıldığını, 15 noyabr 19N-cı il tarixdən N aprel 1994-cü il tarixədək N nömrəli hərbi hissədə, N aprel 1994-cü il tarixindən isə 08 may 1 994-cü il tarixədək N nömrəli hərbi hissədə, N noyabr 1995-ci il tarixdən 13 fevral 1996-cı il tarixədək N nömrəli hərbi hissədə, O cümlədən, 1994-cü ildən Naxçıvan Muxtar Respublikasında ordu sıralarının döyüş bölgələrində xidmət etdiyini, xidmət etdiyi dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də iştirak etdiyini, iş üzrə araşdırma zamanı xidmət etdiyi hərbi hissələrdən əlavə, onunla heç bir zaman əlaqəsi olmayan, qərarda qeyd edilən hərbi hissələri özbaşına tərk etməsi, müəyyən nömrəli əmrlə hərbi siyahıdan çıxarılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sorğusunda qeyd olunduğunu, aparılan araşdırmaya əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N iyun 2023-cü il tarixli 2618 nömrəli və 21 avqust 2023-cü il tarixli 3593 nömrəli məktubları əsas göstərilərək hərbi hissəni N dəfə, ümumilikdə N gün müddətinə tərk etdiyinin göstərildiyini, lakin N nömrəli hərbi hissədə heç bir zaman xidmət etmədiyini, bu halların heç biri həqiqəti əks etdirmədiyini, 1992-ci il tarixdə Sədərək döyüş bölgəsində döyüşlərdə iştirak edərək ayağından qəlpə yarası aldığını, hal-hazırda sağ əlində qəlpə qaldığını və İİ qrup əlil olduğunu bildirmişdir. Qeyd edir ki, o, Naxçıvan Muxtar Respublikası Hərbi Tribunalının 1142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “A” bəndi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan mərhum etmə cəzasına məhkum olunsa da, Azərbaycan Res publikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixli əfv fərmanına əsasən cəzadan azad edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq cinayət işi üzrə məhkumluğu olmayan hesab edildiyi səbəbindən müharibə veteranı kimi tanınaraq, ona müharibə veteranı vəsiqəsinin verilməsini tələb edir. Qanunvericiliyin tələbindən də aydın görünür ki, şəxsin müharibə veteranı hüququndan məhrum edilməsi üçün əsas Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsidir. Barəsində məhkəmənin hökmü olsa da, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixli əfv fərmanına əsasən cəzadan azad edilməklə məhkumluğu olmayan hesab edildiyini bildirmişdir. Qeyd olunan halları nəzərə almadan iddianın əsassız hesab edilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilməsi məhkəmə tərəfindən işə düzgün hüquqi qiymət verilməməsi nəticəsində qəbul edilmiş bir qərar olduğunu hesab edərək, bütün bunların məhkəmənin birtərəfli olmasını göstərməklə, qəbul edilmiş qərarın əsassız və qanunsuz olduğuna dəlalət edir. Nəticə etibarı ilə də iş üzrə materiallar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmadan heç bir hüquqi əsası olmayan ədalətsiz bir qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Sonda iddiaçı qeyd olunanlara əsasən Naxçıvan MR İ nzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 21(122)- 493/2023 nömrəli qərarını ləğv edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ bəndinə, Azərbaycan Respublikasının Veteranlar haqqında qanununun 3-cü maddəsinə, Azəraycan Respublikası MPM-in 9.1, 141, 14.2, 76.1, 76.3, 77.1, 88-ci maddələrinə istinad olunmuşdur. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanının nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Cavabdeh nüma yəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə etməklə, həmin şikayətlə eyni məzmunlu izahat verərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(122)-493/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırki iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icr aatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi ni yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını iddiaçının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2023-cü il tarixli, 4/3-18N nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş Əsasnam əyə istinadən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, BQ27/184 nömrəli arayışdan aydın olur ki, Bağırov X8 Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixli əfv fərmanına əsasən cəzadan azad edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq həmin cinayət işi üzrə məhkumluğu olmayan hesab olunur. SX seriyalı, ******* nömrəli (təkrar) hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.19N-cı ildə hərbi hissəyə göndərilmiş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq səhifədə qeyd aparılmamış, 21-ci səhifədə 1992-ci ildə Sədərək döyüş bölgəsində döyüşlərdə iştirak edib ayağından qəlpə yarası alması qeyd edilmişdir. Cavabdeh N nömrəli hərbi hissəsinin N may 2022-ci il tarixli, N nömrəli məktubundan məlum olur ki, İddiaçı xidmətdə olduğu zaman müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etmişdir. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N iyun 2023-cü il tarixli, 2618 nömrəli məktubdan məlum olur ki, İddiaçı döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni N (dörd) dəfə, ümumilikdə N (doxsan) gün müddətinə özbaşına tərk etdiyinə görə ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsindən ötrü arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilmir. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd olunanlar haqqında məlumat 2022-ci ildə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Azər Əliyevə ünvanladığı 24 dekabr 2022-ci il tarixli, HP-14/2624 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə barəsində cinayət işi və ya araşdırma materialı olmamışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 avqust 2023-cü il tarixli, 524 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin şəxsi heyətinin 1997-2000-ci il tarixli şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilmədiyi, N №-li hərbi hissə komandirinin 1997ci ilədək olan nizami hissə üzrə əmrləri, 1996-cı ilədək olan hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından və İddiaçı xidmət müddəti (il, ay) göstərilmədiyindən barəsində əlavə araşdırma apara bilmədikləri qeyd olunmuşdur. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 avqust 2023-cü il tarixli, 359 3 nömrəli məktubdan aydın olur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, N nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə (1991-ci ilin oktyabrın N-dan, 1994-cü ilin may ayının N-dək) hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İddiaçı, N nömrəli hər bi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) döyüş əməliyyatlarının aparıldığı vaxt hərbi hissəni özbaşına tərk edib, xx.xx.1994-cü il tarixli, 41 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) fərarilikdən qaytarılıb, xx.xx.1994-cü il tarixli, 45 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) hərbi hissəni özbaşına tərk edib, N6 nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 180 nömrəli əmri ilə ştatdan kənar çıxarılıb, xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılıb. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə öz hərbi hissəsini özbaşına tərk etmiş kimi şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.1994-cü il tarixli, N nömrəli əm ri ilə hərbi hissəni özbaşına tərk edib, xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə bölmələrdə ştatdan kənar təyin edilib və bütün təminat qeydiyyatlarından çıxarılıb. Sözügedən qərarın tələblərinə uyğun olaraq ona arxiv arayışının verilməsi qanunauyğun hesab edilmir. İddiaçı 2022-ci illərdə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edib, döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni özbaşına tərk etdiyinə, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat olmadığına görə ona arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilməmiş və bu barədə özünə və ünvanlara məlumat g öndərilmişdir. Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 708 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Babək şəhərində qeydiyyatdadır və yaşayır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22 avqust 1972-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Er mənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DĞMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetiri lməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı’’ adı verilir. İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bun un qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buaxılmasdır. İnzibati orqan normanı ümumiləşdirərək qeyd edir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Həmçinin bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zərur i sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli N nömrəli arayışa əsasən iddiaçının müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etməsi qeyd edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli B-Q27/18 4 nömrəli arayışına əsasən iddiaçının Naxçıvan Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndinə, (Fərariliyə görə) təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qəra rının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət or qanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi, bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(N2)-1161/2017 nömrəli iş üzrə qərarında göstəril mişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2 -ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə müdafiəsindən istifadə etmə hüququ İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvens iyasının 6-cı maddəsində də təsbit olunmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralan ma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qər arına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Kollegiya qeyd edir ki, əsasnaməyə edilmiş həmin dəyişikliyə uyğun olaraq şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks edilməsi müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri olmaqla şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibin də xidmət keçməsi yalnız hərbi biletlə deyil, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə də təsdiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Həmçinin iddiaçı Bağırov X8 Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixii əfv fərmanına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata qanunla müəyyən edilmiş qaydada buraxıldığına dair sübu t yoxdur. İddiaçının əlindən (və, və ya ayağından) qəlpə yarası alması və qeyd olunan cinayət işi üzrə məhkumluğu olmayan hesab olunması isə onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunduğunu özü-özlüyündə ehtiva etmir. Buna görə də cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. Həmçinin kollegiya qeyd edir ki, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericil iyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya bura xılırlar. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan hallarına əsasən kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla onu qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də İddiaçı şikayəti təmin edilməməli, Naxçıvan Muxtar R espublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(122)-493/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87.6, 87.8, 89, N, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(122)-493/2023 nömrəli qərarından qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 21(122)-493/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-18/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-18/2024
06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver