Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-19/2021 16.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Mirzəyev İlqar Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(122)-92/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 27 aprel 2021-ci il ta rixli iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyünün yoxlanılması üzrə 19 may 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 21(122)-92/2021 nömrəli qərardadı İddiaçı ərizəsinin təmin edilməsi və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Na xçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddia ərizəsinin geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı 25 may 2021-ci il tarixli şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11,12, 33, 35, 68 və 73-cü maddələrini rəhbər tutmaqla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(122)-92/2021 nömrəli qərardadının (ərizənin geri götürülməsi barədə iş üzrə icraat xita m verilməsi) ləğv edilməsi, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati iddianın baxılması üçün inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin məzmunu aşağıdakı kimi olmuşdur: Əbilov X3 Muxtar Respublikası İnzibati Məhkəməsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”n ə dair iddia qaldırmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində inzibati işin birinci məhkəmə prosesində onun düzgün iddia tələbi ilə müraciət etmədiyi və onun sadəcə nümayəndə olduğu bildirilmiş və bu səbəbdən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri götürülməsi məsləhət bilinmişdir. Bildirmək istəyir ki, hazırki mübahisə onun həyat yoldaşı ilə müvafiq inzibati orqan arasında olan mübahisədir ki, onun sadəcə etibarnamə vasitəsi ilə həyat yoldaşını təmsil etmək səlahiyyəti vardır. Bildirmək istəyir ki, o peşəkar hüquqşünas deyil və qanunvericiliyi vəkil və ya hüquqşünas qədər bilə bilməz. Lakin sonradan ona inzibati məhkəmənin öz vəzifəsinə görə proses iştirakçılarına, yəni ona yardım etməyə borclu olduğu aydın və bəlli olmuşdur. Azərbaycan İnzibati-Prosessual Məcəl ləsinin 13-cü maddəsinin məzmunundan inzibati məhkəmənin iştirakçılara yardım etməyə borclu olduğu aydın olur. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində səhvən iddiaçı olaraq onun adı qeyd edilmişdir ki, hesab edir ki, bu da formal xəta hesab olunur. Məhkəmənin yardımı ilə həmin xəta aradan qaldırıla bilərdi. Bundan əlavə əgər iddia ərizəsinin məzmununda hər hansı bir yanlışlıq varsa və yaxud da iddia tələbinin xahiş etdim hissəsində tələb konkret və ya aydın deyildirsə, yenə də müvafiq işə baxan inzibati məhkəmənin yardımı ilə iddia ərizəsinin məzmununda olan hər hansı texniki və ya formal xətalar aradan qaldırıla bilər, həmçinin iddia tələbi dəqiqləşdirmə barədə ərizə verməklə dəqiqləşə bilər, eyni zamandan yanlış iddia münasibləri ilə əvəz oluna bilər. Bunu yuxarıda qeyd edilən Məcəllə m əhkəmənin üzərinə bir vəzifə kimi qoyur. Lakin bütün bunlara baxmayaraq işə baxan inzibati məhkəmə qeyd edilənlərlə bağlı ona heç bir yardım göstərməmiş və o da iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təqdim edərək iddia ərizəsini geri götürmüşdür. Bundan əlavə onu da bildirmək istəyir ki, onun qaldırdığı iddia tələbi mübahisələndirmə haqqında iddia qaldırıb. Belə ki, inzibati orqanın həyat yoldaşı ilə bağlı qəbul etdiyi qərarı o məhkəmə qaydasında etibarnamə əsasında mübahisələndirir ki, bununla bağlı da konkret olaraq 1 aylıq müddət müəyyən olunmuşdur. O qanunla müəyyən olunmuş müddət daxilində həmin qərarı mübahisələndirmişdir. Lakin bundan sonra əgər yenidən iddia qaldırmaq istəsə (yoldaşının adından) o zaman da artıq iddianın mümkünlük məsələsinə b axılan zaman müəyyən olunmuş müddət daxilində iddia qaldırmadığından iddianın mümkün olmaması barədə qərar qəbul ediləcək. Şikayətdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 46.3, 46.1-ci maddələrinə istinad olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(122)92/2021 nömrəli qərardadının (ərizənin geri götürülməsi barədə iş üzrə icraat xitam verilməsi) ləğv edilməsi, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair inzibati iddianın baxıl ması üçün inzibati işin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qa ydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iş üzrə sədrlik edənin məruzəsini, İddiaçı izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu hala qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir, iddianın əsas lılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından aydın olduğu kimi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq İddiaçı iddia ərizəsi üzrə mümkünlüyünün yoxlanılmasına dair iclas təyin edilmiş, İddiaçı isə iddianın mümkünlüyünün yoxlanılması üzrə 19 may 2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmişdir. Şikayətdə istinad edilən məhkəmənin yardım etmək vəzifəsi adlanan Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən isə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddənin məzmunundan da göründüyü kimi qanunvericiliklə məhkəmənin yardım etmək vəzifəsi iddia vermək hüququ na malik olan şəxslərə münasibətdə müəyyənləşdirilmişdir. Halbuki İddiaçı kollegiyadakı izahatında da iddia ərizəsində iddiaçının adının əvəzinə yanlışlıqla öz adının yazıldığını bildirdi. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı iddia ərizəsi üzrə mümkünlüyünün yoxlanılmasına dair müvafiq iclasda ərizə verməklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyini şikayətində və həmçinin kollegiyadakı izahatında da bildirdi. Beləliklə kollegiyanın qənaətinə görə inzibati məhkəmə icraatı iştirakçısının müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ ilə yanaşı verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə qaytarılmasını xahiş etməsi də onun subyektiv hüququnun tərkib hissəsi olmaqla hüquqlarının reallaşdırmasının təminatı kimi çıxış edir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, İddiaçı 19 may 2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən də İddiaçı ərizəsinin təmin edilməsi və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair iddia ərizəsinin geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qəra ra alınmışdır. Kollegiya şikayətin İddiaçı qaldırdığı iddia tələbinin mübahisələndirmə haqqında iddia olduğu, inzibati orqanın həyat yoldaşı ilə bağlı qəbul etdiyi qərarı onun məhkəmə qaydasında etibarnamə əsasında mübahisələndirdiyi, bununla bağlı da konkret olaraq 1 aylıq müddətin müəyyən olunduğu, onun qanunla müəyyən olunmuş müddət daxilində həmin qərarı mübahisələndirdiyi, lakin bundan sonra əgər yenidən iddia qaldırmaq istəsə (yoldaşının adından) o zaman da artıq iddianın mümkünlük məsələsinə baxılan zaman müəyyən olunmuş müddət daxilində iddia qaldırmadığından iddianın mümkün olmaması barədə qərar qəbul ediləcəyi dəlilini əsassız hesab edir və dəlilə münasibətdə qeyd edir ki, iddiaçının arvadı tərəfindən yenidən iddia qaldırılması və bununla bağlı olan digər prosessual hərəkətlərə k ollegiya tərəfindən icraatın hazırki mərhələsi üzrə qiymət verilməsi qanunvericiliyin tələbinə müvafiq olaraq yolverilməzdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Döv lət Sosial Müdafiə Fondu X4 Naxçıvan Şəhər Şöbəsinin 31 mart 2021-ci il tarixli, 01 nömrəli qərarının ləğv olunması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(122)-92/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 21(122)-92/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-19/2021
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-19/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver