Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-19/2022 10.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum aktı qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(122)-138/2022 nömrəli qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil 06 may 2022-ci il tarixdə “doğum a ktı qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamənin verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X3, ana adının X2, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 21(122)-138/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum aktı qeydinin bərpa e dilməsi və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmamasına qərar verilmişdir. Məhkəmənin qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil 28 iyun 2022-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(122)-138/2022 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 10 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına ərizə ilə müraciət edərək ərizəsində şikayətini geri götürdüyünü qeyd edərək şikay ət üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, şifahi məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə kollegiyaya qabaqcadan məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən inzibati işə İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual müddəalarını da tətbiq edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə şikayətlə bağlı başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə sinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 86.4-cü maddəsinə uyğun olaraq şikayət geri götürüldüyü hallarda məhkəmə şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir. İş materiallarında olan 620140 nömrəli, 18 aprel 2022-ci il tarixli etibarnamədən məlum olur ki, Vəkil İddiaçı nümayəndəsidir. Eyni zamanda iş materialları ilə Vəkil birinci instansiya məhkəməsində də iddiaçının vəkili və nümayəndəsi olduğu müəyyən olunur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 21(122)-138/2022 nömrəli qərardadından verilmiş şikayətə apellyasiya instansiya məhkəməsində baxılanadək İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayətin geri götürülmə si barədə təqdim edilmiş 10 avqust 2022-ci il tarixli müraciət qəbul edilməli və İddiaçı münasibətdə inzibati iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 21(122)-138/2022 nömrəli qərardadından verilmiş şikayətin geri götürülməsi barədə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim edilmiş 10 avqust 2022-ci il tarixli müraciət qəbul edilsin və İddiaçı münasibətdə inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkə məsinin inzibati kollegiyasi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-19/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-19/2022
10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver