Məhkəmə qərarları › İş №2-1(108)-19/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-19/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-19/2024 20.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respubl ikası Qanunu ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X6nə qarşı 16 mart 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Re spublikası Qanunun ilə müəyyən edilmiş (maddə 4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X6nə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 17 avqust 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli protokol qərardadı ilə cavabdehin hüquqi adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli, 153-Vİ FR nömrəli Fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu kimi oxunması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 21(122)-410/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 21(122)-410/2023 nömrəli qərarından narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə1 11 yanvar 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəmə sinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı 2020-ci ilin aprel ayından Culfa şəhəri N saylı hərbi hissədə MAHXE həqiqi hərbi qulluqçu kimi xidmət edir. 2022-ci ilin dekabr ayında Culfa rayon, Qızılca kəndində, evdə hamamda yuyunarkən yıxılıb xəsarət alıb. Naxçıvan Hərbi Hospitalında təxminən 10 gün müalicə olunduqdan sonra Bakı şəhərində Hərbi Hospitala köçürülüb. Bakı şəhərində Hərbi Hospitalda 1 ay müalicə aldıqdan sonra ona Tibb idarəsi rəisinin müavini Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edən şəxs tərəfindən müvafiq xəsarətinin az ağır olması və müvafiq sığorta haqqının alınması na əsas verən arayış verilmişdir. O sığorta ödənişini almaq üçün həmin arayışı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X6nə təqdim edib. X5 Respublikasının Dövlət Sosial Müdafiə Fondu X6 MN-in Baş Klinik Hospitalı tərəfindən verilmiş müvafiq arayışı nəzərə almayaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən, iddiaçının yıxılaraq aldığı az ağır xəsarət "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "d" bəndinin 2-ci hissəsinə görə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman baş vermədiyindən sığorta hadisəsi hesab edilmir. Halbuki həmin imtina əsassız olmuşdur. Ondan ötəri ki, həmin xəsarət onun h ərbi qulluqçu kimi xidmət etdiyi dövrdə alınmışdır. Xəsarət az ağır xəsarət olmuş və ona sığorta haqqının alınması üçün Bakı şəhəri Baş Klinik Hospitaldan arayış verilmişdir. Lakin həmin arayışın verilməsini məhkəmə nəzərə almamış, iddia tələbini təmin etməmişdir. Beləliklə, məhkəmə onun cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X6nə həvalə edilməs i tələbi"nə dair iddiasını qanunsuz və əsassız olaraq təmin etməmişdir. Şikayətə qarşı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən daxil olmuş etirazda göstərilmişdir ki, İddiaçı iddiasının heç bir hüquqi əsası yoxdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Qızılca kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 2022-ci ilin dekabr ayında Culfa rayon, Qızılca kəndində evdə, hamamda yuyunarkən öz ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət alması ilə bağlı ona dövlət icbari sığorta ödənişinin verilməsi məqsədi ilə, 09 fevral 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X6nə müraciət etdiyini, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosi al Müdafiə Fondu” X6n 17 fevral 2023-cü il tarixli, 01/A-89 nömrəli məktubunda iddiaçıya “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Resbulikası Qanununun 8.1.3-cü maddəsinə əsasən baş vermiş hadisə qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədiyi üçün ona dövlət icbari sığorta ödənişinin verilməsinin qanunauyğun olmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarının dəyişdirmədən qüvvədə saxlanılması, apellyasiya şikayətinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, şikayətin təmin edilməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 təqdim etdikləri et iraza uyğun izahat verərək apellyasiya şikayətini qəbul etmədiklərini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin m üddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya iş üzrə məruzəçi hakimin məruzəsini, inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyərək, Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxla yıb şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-c i maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzif ələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (t oplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. -8.1.3-cü maddəsinə əsasən, baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli, 2026 nömrəli arayışından məlum olur ki, N nömrəli hərbi hissənin MAHHXHQ əsgəri İddiaçı həqiqətən hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə 03 dekabr 2022-ci il tarixdə xəsarət (üstün küt travması (xx.xx.2022) nəticəsində çənə sümüyünün sağ cisminin və sol oynaq çıxıntısının yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq üsulla repozisiyası və internal fiksiyası (xx.xx.2022) cərrahi əməliyyatdan sonrakı vəziyyət) alması və bununla əlaqədar xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicə olunduğu, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq xəsarət növünün “az ağır” olması müəyyən edilir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu X6 tərəfindən iddiaçıya ünvanlanmış 17 fevral 2023-cü il tarixli məktubdan aydın olur ki, fond tərəfindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə əsasən sığorta hadisəsi hesab edilmədiyi səbəbindən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi də bu imtinanı qanunauyğun hesab edərək 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərba ycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi tələbi”nə dair iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci bəndinə əsasən, sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi yi orqan (qurum); 2.1.3-ci bəndinə əsasən, sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Həmin Qanunun 4.1-ci bəndinə əsasən “Sığortaolunan on bir min manat məbləğində sığorta edilir”. Eyni zamanda, ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 418-VİQD nömrəli Qanununun tətbiqi və “Hərbi qulluqçular ın dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli, 1544 nömrəli Fərmanının 2.6-cı bəndinə əsasən həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur”. Yuxarıda qeyd edildiyi kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və o nlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:.......... d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik az ağır xəsarət alınması zamanı sığorta ödənişinin verilməsini xidməti vəzifələrinin, həmçinin əmrin və ya döyüş tapşırığın ın yerinə yetirilməsi ilə deyil, tam olaraq hərbi xidmətdə olduğu dövrlə əlaqələndirmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1.2-ci bəndinə uyğun olaraq bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır, 37.2-ci bəndinə əsasən isə “Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır”. Kollegiya son olaraq onu qeyd etməyi zəruri hesab edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə uyğun olaraq “Hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir”. Qanunvericiliklə hərbi xidmətin məqsədləri, həyat üçün təhlükəli olması və ağırlığı əsas götürülərək dövlət xidmətinin başqa növlərinə, müəssisələrdə, idarələrdə, təşkilatlarda və ictimai birliklərdə işə nisbətən onun üstünlüyü müəyyən edilir. Hərbi xidmətin üstünlüyü vətəndaşlar həqiqi hərbi xidmətə çağırılarkən və ya könüllü daxil olarkən, yaxud toplanışlara çağırılarkən hər hansı başqa işin qeyd-şərtsiz dayandırılmasında, hərbi qulluqçuların hüquqlarının və şəxsi ləyaqətinin qanunla qorunmasında, hərbi qulluqçulara və onların ail ələrinə dövlətin güzəştlər və üstünlüklər verməsində ifadə olunur və hərbi qulluqçuların hüquqi, sosial və maddi vəziyyətini təmin etmək sahəsində dövlətin onlar qarşısında xüsusi öhdəlikləri ilə təmin edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun əsas məqsədi məhz hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsindən və bu yolla da dövlətin qeyd olunan öhdəliklərinin təmin olunmasına nail olmaqdan ibarətdir. Kollegiya yuxarıda qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam və hərtərəfli araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu isə öz növbəsində düzgün sayıla bilməyəcək nəticəyə gəlməsinə səbəb olmuşdur. Azərbayc an Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Yuxarıda sadalanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarı ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Kollegiya qeyd olunan qərarı qəbul edərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslanmışdır. Göstərilənləri, Az ərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(122)-410/2023 nömrəli qərarından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 21(122)-410/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 26 dekabr 2022-ci il tarixli arayışına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş (maddə -4.1; maddə-5) sığorta ödənişinin ödənilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar