Məhkəmə qərarları › İş №2-1(108)-19/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-19/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-19/2025 10.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X8 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən binanın bu günkü məzənnə ilə pulunun hesablanıb ödənilməsi, 53 il iş stajına malik muxtar respublikanın rəhbər vəzifələrində çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X15 X9 layiq görülmüş, Azərbaycan Respublikasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş, 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunması, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(122)-1423/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən binanın bu günkü məzənnə ilə pulunun hesablanıb ödənilməsi, 53 il iş stajına malik muxtar respublikanın rəhbər vəzifələrində çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X15 X9 layiq görülmüş, Azərbaycan Respublika sının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş, 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunması, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 21(122)-1423/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən binanın bu günkü məzənnə ilə pulunun hesablanıb ödənilməsi, 53 il iş stajına malik muxtar respublikanın rəhbər vəzifələrində çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X 15 X9 layiq görülmüş, Azərbaycan Respublikasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş, 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunması, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 21(122)-1423/2024 nömrəli qərardadından narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(122)-1423/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbini n mümkün sayılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, o, iddiaçı qismində cari ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vüqar Səfərovun heç bir qanuna sığmayan 19 fevral 2009-cu il tarixli 36 nömrəli sərəncamı ilə 1490 nəfərin, o cümlədən iddiaçının konstitusiyon hüquqlarını pozaraq vaxtilə “Uzunoba” və “Sirab” gölləri ətrafında yerləşən 93,0 hektar torpaq sahəsinin yuxarıda qeyd etdiyi 1490 nəfərə adambaşına 6 sot (600 kvadratmetr) paylanmış torpaqların istifadəsinə xitam verilmiş və torpaqlar Babək rayon inzibati ərazisinə daxil edilmişdir. Belə ki, vaxtilə Naxçıvan MSSR Nazirlər Sovetinin (indiki Naxçıvan MR Nazirlər Kabineti) 23 iyun 1986-cı il tarixli 231 nömrəli, 28 avqust 1987-ci il tarixli 293 nömrəli, 08 iyul 1988-ci il tarixli 129 nömrəli qərarları ilə kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan Şəhər XDS İcraiyyə komitəsinə (indiki Naxçıvan Şəhər İcra Hakimiyyəti) Babək rayonunun “Uzunoba” və “Sirab” gölləri ətrafında 93,0 hektar torpaq sahəsi ayrılmışdır. Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsi yuxarı təşkilatlarla razılaşdırılmış qaydada hələ 1985-ci il tarixdə 22/C qərarı ilə Naxçıvan şəhərinin idarə, müəssisə və təşkilatlarında çalışan 1490 nəfərə adambaşına 6 sot (600 m2) “Sirab” və “Uzunoba” gölləri ətrafında 93,0 hektar torpaq sahəsi ayırmışdır. Bildirir ki, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin məsul işçisi olaraq kollektiv bağçılıq təsərrüfatının üzvü kimi 17 deka br 1986-cı il tarixdə Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 503 nömrəli qərarı ilə ona da “Sirab” gölü ətrafında ayrılmış ərazidən püşk atma yolu ilə 10 nömrəli sahədən 600 kvadratmetr torpaq sahəsi verilmişdir. Ailə üzvlərilə birlikdə həmin torpaq sahəsində yardımçı təsərrüfatı inkişaf etdirmək üçün Naxçıvan şəhər layihə-smeta bürosunun 494/90 nömrəli sifarişi əsasında 7 min manat ssuda pul götürərək ona məxsus sahədə ev tikmişdir. Apellyator qeyd edir ki, Naxçıvan şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələrinə paylanması üçün Babək rayonunun “Uzunoba” və “Sirab” gölləri ətrafında adambaşına 6 sotdan, 1490 nəfərə cəmi 93,0 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsi tərəfindən orderlə, qanuni hüquqi əsaslarla rəsmiləşdirilmişdir. Hüquqi əsaslandı rma tək bununla yekunlaşmamış, bağçılıq-bostançılıq yoldaşlıq üzvlərinə Naxçıvan MSSR Nazirlər Sovetinin üzvlük biletləri, torpaq sahəsində 1 mərtəbəli 3 otaqdan ibarət mənzilin tikilməsi üçün Naxçıvan şəhər layihə-smeta bürosunun smetası əsasında arzu edənlərə o vaxtkı məzənnə ilə 7 min manat dəyərində ssuda ayrılması təmin edilmişdir. Beləliklə, şəhərdə yaşayıb işləyən respublikanın dəyərli sıravi vətəndaşları, habelə rəhbər partiya, sovet, həmkarlar ittifaqı və komsomol təşkilatlarının işçiləri gərgin zehni əməkdən sonra gözəl, təbii mənzərəyə malik açıq havada sağlamlıqlarını bərpa edir, ekoloji təmiz və saf meyvə-tərəvəz yetişdirir, həmçinin təbiətin qoynunda asudə vaxtlarını səmərəli keçirirdilər. Naxçıvana gedib geri qayıdan bağçılıqbostançılıq birliyi üzvləri, həmçinin iddiaçı əzab -əziyyətlə ssuda hesabına yararlı hala salınmış sahədə daldalanmaq və yaşayıb-yaratmaq məqsədilə tikib başa çatdırdıqları tikililərin dağıdıldığının və mülklərinin yararlı tikinti materiallarının baxımsızlıq və nəzarətsizlik ucbatından naməlum adamlar tərəfindən daşınıb aparılmasının şahidi olmuşdurlar. Əksəriyyəti 10 metr uzunluğunda yaşamaq üçün bütün tələblərə cavab verən, hər cür şəraitə malik Naxçıvan şəhər layihə-smeta bürosu tərəfindən eskizləri hazırlanmış 1 mərtəbəli 3 otaqdan ibarət mənzillərə vətəndaşlar rast gəlmir, sanki burada belə bir tikinti, 600 kvadratmetrlik üzüm şpalerləri ilə tikanlı məftillə çəpərə alınmış həyətyanı sahələri olmamışdır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı X5 bilə-bilə qanunsuzluğa yol verərək, vəzifə səlahiyyətlərini aşaraq, vətəndaşları n konstitusiya hüquqlarını pozaraq “Uzunoba” və “Sirab” gölləri ətrafında ölkədə məhsul bolluğuna töhfə verən minlərlə insana, daha doğrusu 1490 nəfərə adambaşına 6 sotdan (600 kvadratmetr) paylanmış 93 hektar torpaq sahəsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına və 4-cü bəndinə əsaslanaraq 19 fevral 2009-cu il tarixdə 36 №-li Sərəncamla Naxçıvan MSSR Nazirlər Sovetindən tələb etmişdir ki, İcraiyyə Komitəsinin 17 dekabr 1986-cı il tarixli 503 nömrəli qərarı ilə aldıqları torpaq sahələrindən istifadə hüquqlarına xitam verilsin və torpaq sahələri Babək rayon inzibati ərazisinə daxil edilsin. O, bunu onunla əsaslandırmışdır ki, torpaq sahələrindən səmərəli istifadə olunmamış və heç bir torpaq vergisi ödənilməmişdir. Bir nəfər yoxdur ki, Vüq ar Səfərovdan soruşsun: ”Ay yoldaş, indiyədək sahəyə nə kimi kommunal xidmətlər göstərmisən, sahəyə yol çəkmişdin, işıq, qaz, içməli su vermişdin, daha doğrusu bir nəfərin adını çək ki, ona yaxınlaşıb torpaq vergisi tələb etmisiniz?! Və yaxud vergidən imtina edəni inzibati məsuliyyətə cəlb etmisiniz! Layiq olmayan səlahiyyətlərə malik olduğundan ağına-bozuna baxmadan yararlı hala saldıqları 600 kvadratmetr torpaq sahəsini çəkdikləri zəhmət, xərclədikləri pul qarışıq tikdikləri daxmaları verdin küləyə. Bəs onların müstəqil dövlətimizin vətəndaşı kimi konstitusiya hüquqları harada qaldı?!” İddiaçı bildirir ki, bu yaxınlarda Naxçıvan şəhərində olarkən “Sirab” gölü ətrafında dövlətdən götürdüyü 7 min manatla min bir zəhmətlə tikdiyi yaşayış binasının vəziyyətini yoxlamaq istəyib, orada daşı da ş üzərində görməyib. Babək rayon əmlak məsələləri komitəsində olub, ona deyiblər ki, məsələnin həlli ilə onlar məşğul olmur. Min bir əzab-əziyyətlə tikib hasilə gətirdiyi binanın və 600 kvadratmetr ərazinin hasara alınmasında, tikinti-quraşdırma işlərinin görülməsində, dövlətdən götürdüyü ssudanın ödənilməsində adlarını sadaladığı və sadalamadığı vəzifəli şəxslər məsuliyyətsizliyə yol vermişdirlər. Məhz buna görə də Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı qeyd edir ki, 29 oktyabr 2024-cü il tarixdə keçiriləcək iclas qabağı 16 oktyabr 2024-cü il tarixdə ona məhkəmə tərəfindən göndərilən məktuba elektron formada cavab məktubu yazıb göndərmişdir. İkinci iclasa, 28 noyabr 2024-cü il tarixdə keçiriləcək iclas qabağı 30 oktyabr 2024-cü il tarixdə göndərilə n məktuba isə yazdığı cavab məktubunu 04 noyabr 2024-cü il tarixdə poçtla göndərərək bildirmişdir ki, “iddia tələbiniz dəqiq və aydın ifadə edilməmişdir”, “söküldüyünü iddia etdiyiniz binanın sizin mülkiyyətinizdə olmasını təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilmiş sənədlər içərisində öz əksini tapmadığından hazırki tələbi irəli sürə bilməyiniz üçün subyektiv hüquqa malik olub-olmadığınızı müəyyən etmək mümkün olmamışdır”, “əlavə olaraq iddia ərizəsinə rus dilində əlavə edilmiş sənədlər Azərbaycan dilində tərcüməsi ilə müşayiət olunmalı olduğu halda, tərəfinizdən bu tələbə də əməl edilməmişdir”, “qeyd olunanlara əsasən iddia tələbinizin dəqiqləşdirilməsi Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli 36 nömrəli sərəncamının sizə məlum olduğu anı müə yyən etməyə imkan verən müvafiq sübutların, eləcə də qeyd olunan binaya mülkiyyət hüququnuzu təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması üçün sizə 29 oktyabr 2024-cü il tarixədək müddət təyin olunur” və “məhkəməyə gəlməməyin səbəbləri barədə iclasın təyin olunduğu vaxtadək məhkəməyə məlumat verilməlidir” - kimi iradlarına birinci elektron qaydada, ikincisi isə poct vasitəsilə vaxtında cavab vermiş, hətta səbəb və dəlillər gətirərək xahiş etmişdir ki, məhkəmə iclasında iştirak etməməyini saymazlıq kimi qəbul etməsinlər. İkinci tutarlı dəlili ondan ibarətdir ki, 29 oktyabr 2024-cü il tarixdə keçirilən birinci məhkəmə iclasında hakim Elnur Hüseynov ona hörmət və ehtiram göstərərək yaşlı xəstə olduğunu nəzərə alıb katib X7 yanında demişdir ki –“Aşur müəllim, 28 noyabr 2024-cü il tarixdə k eçiriləcək ikinci məhkəmə iclasına gəlməyə bilərsən”. Yuxarıda İnzibati Məhkəmənin ona bildirdiyi 2 ədəd məktubunda qeyd olunan irad və nöqsanlar real həqiqəti əks etdirmir. Böyük hörmət və ehtiramla qarşılandığını, məhkəmə iclasında çıxışının səbr və diqqətlə dinlənildiyini, ona hər cür qayğı ilə yanaşıldığını inkar edə bilmədiyi kimi, yuxarıda sadaladığı məktublarda göstərilən irad və nöqsanların əsil həqiqəti əks etdirməməsini də çox böyük təəssüf hissi ilə qeyd etmişdir. Axı o bütün bu irad və nöqsanları 29 oktyabr 2024-cü il tarixədək, yəni ilk məhkəmə iclasına qədər aradan qaldırmış, hətta pensiyaçı kimi çətin maddi durumunu nəzərə almadan dərman pullarını xərcləyib qeyd olunan rus dilli sənədləri azərbaycan dilinə tərcümə etdirərək notariat qaydasında təsdiqləyib elektron formada mə hkəməyə təqdim etmişdir. Məhkəmə iclasında o özü haqqında geniş və ətraflı məlumat verməklə yanaşı, iddiasının nədən ibarət olduğunu faktlarla sübut etməyə çalışmışdır. 04 noyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə 2-1(122)-1423/2024 saylı iş üzrə iddiaçı qismində ərizə yazıb göndərərək qeyd etmişdir ki, “28 noyabr 2024-cü il tarixdə saat 15:30-da Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin iclasında iştirak etmək tələbilə əlaqədar bildirmək istəyirəm ki, xahiş edirəm Azərbaycan Vətən Müharibəsi veteranı, 2-ci qrup əlil, koronar-şuntlama əməliyyatı keçirərək ürəyində 3 damarı dəyişdirilmiş bu 77 yaşlı qocanın nasaz olduğunu, təyyarəyə risk edərək mindiyini nəzərə alıb, məhkəmə iclasında iştirak etməməsini saymazlıq kimi qəbul etməyəsiniz. X16 Heydər Əliyev ideya və düşüncələrinin daşıyıcısı olduğunuza əmin olduğumdan obyektivliyinizə etibar edir və iclasın mənsiz aparılmasını xahiş edirəm”. İnzibati Məhkəmə bütün bunları nəzərə almaq əvəzinə, 28 noyabr 2024-cü il tarixdə 2-1(122)-1423/2024 nömrəli qərardad qəbul edərək iddianı mümkün saymamışdır. Apellyator hüquqi, demokratik dövlət quruculuğunda öz layiqli töhfəsini verən müstəqil Azərbaycan dövlətinin bir qolu olan “Ədalət mülkün təməlidir” devizini həmişə rəhbər tutan məhkəmədən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının üzvlərindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 2024cü il tarixdə qəbul etdiyi 2-1(122)-1423/2024 saylı qərardadını ləğv edərək, o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən bi nanın bu günkü məzənnə ilə hesablanıb pulunun ödənilməsi və muxtar respublikanın rəhbər vəzifələrində 53 il qüsursuz çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X15 X9 layiq görülmüş, Azərbaycan Respublikasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunmasına, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılmasına, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 25 dekabr 2024-cü il tarixdə iddiaçının eyni məzmunda təkrar apellyasiya şikayəti daxil olmuşdur. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəməyə 06 yanvar 2025-ci il t arixdə daxil olmuş ərizəsində iddiaçı səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X11 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(122)-1423/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəala rını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq m üddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati işin materiallarını araşdırıb, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı ol mayaraq yoxlayaraq, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarından aydın olur ki, Naxçıvan MSSR Nazirlər Sovetinin 23 İyun 1986-cı il tarixli 231 nömrəli, 28 avqust 1987-ci il tarixli 293 nömrəli, 08 iyul 1988-ci il tarixli 129 nömrəli qərarları ilə kollektiv bağçılıq təşkil olunması məqsədilə Naxçıvan Şəhər XDS İcraiyyə komitəsinə (indiki Naxçıvan Şəhər İcra Hakimiyyəti) Babək rayonunun “Uzunoba” və “Sirab” gölləri ətrafında 93,0 hektar torpaq sahəsi ayrılmışdır. Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 17 dekabr 1986-cı il tarixli 503 nömrəli qərarı ilə order əsasında İddiaçı bağ üçün Sirab gölü ətrafındakı ərazidən 600 kv metr torpaq sahəsi verilmişdir. Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan şəhər şöbəsinin müdiri, X1, Naxçıvan şəhər İcra Hakimiyyəti Aparatının şəhər təsərrüfatı, memarlıq və tikinti şöbəsinin müdiri, X2 şöbəsinin müdiri və Naxçıvan MR X10 Komitəsinin Naxçıvan şəhər şöbəsinin aparıcı mütəxəssisisindən ibarət tərkibdə yaradılmış komissiya tərəfindən tərtib edilmiş 16 fevral 2009-cu il tarixli aktdan görünür ki, Naxçıvan MSSR Nazirlər Sovetinin 23 iyun 1986-cı il tarixli 231№-li, 28 avqust 1987-ci il tarixli 293№-li, 08 iyul 1988-ci il tarixli 129№-li qərarları ilə kollektiv bağçılıq təşkil olunması məqsədi ilə “Uzunoba” və "Sirab” gölü ətrafında ayrılmış 93.0 hektar torpaq sahəsinin istifadə vəziyyəti yoxlanılmış, Naxçıvan şəhər XDM İK-si tərəfindən Naxçıvan şəhərində yerləşən idarə, müəssisə və təşkilatlara Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan “Uzunoba” və “Sirab" gölü ətrafında paylanmış torpaq sahələrinə baxış keçirilərkən məlum olmuşdur ki, ayrıldığı gündən torpaq sahələrindən səmərəli istifadə olunmamışdır. Bundan başqa həmin torpaq sahələrinə vətəndaşlar tərəfindən heç bir torpaq vergisi ödənilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına və 4-cü bəndinə uyğun olaraq istifadəsiz qalan və hal-hazırda yararsız vəziyyətə düşmüş həmin torpaqların qorunması, gələcəkdə qanunauyğun şəkildə istifadə edilməsi məqsədi ilə torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi və aidiyyatı üzrə Babək rayonunun inzibati ərazisinə qaytarılması məqsədə uyğun hesab edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 36 nömrəli sərəncamı ilə “Uzunoba” və “Sirab” gölü ətrafınd a yerləşən 93,0 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmiş və Babək rayon inzibati ərazisinə daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 fevral 2009-cu il tarixli 18 nömrəli qərarı ilə “Uzunoba” və “Sirab” gölü ətrafında kollektiv bağçılığın təşkili üçün ayrılmış 93,0 hektar torpaq sahəsinin Babək rayon inzibati ərazisinə qaytarılması haqqında” Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 fevral 2009-cu il tarixli, 36 nömrəli sərəncamı təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, İddiaçı o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən binanın bu günkü məzənnə ilə pulunun hesablanıb ödənilməsi, 53 il iş stajına malik muxtar respublikanın rəhbər vəzifələrində çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X15 X9 la yiq görülmüş, Azərbaycan Respublikasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş, 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunması, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Mə cəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 a prel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Məcburetmə haqqında iddia onunla xarakterizə olunur ki, şəxsin arzuladığ ı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymaq məhkəmədən tələb olunur. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsa sən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən bərpa edilir. Lakin iddiaçı birinci instansiya məhkəməsində müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı vəsatət və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiala rda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müva fiq olaraq qeyd edir ki, iş materiallarından aydın olduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu, həmçinin ona ayrılmış torpaq sahəsində inşa etdiyi tikilinin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsi zliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. Kollegiya iş ü zrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024cü il tarixli, 2-1(122)-1423/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "o vaxtkı məzənnə ilə 7 min manata tikib ərsəyə gətirdiyi izi-tozu bilinməyən binanın bu günkü məzənnə ilə pulunun hesablanıb ödənilməsi, 53 il iş stajına malik muxtar respublikanın rəhbər vəzifələrində çalışmış, nümunəvi işinə görə 2 dəfə Azərbaycan SSR X15 X9 layiq görülmüş, Azərbaycan Respublikasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, 46 yaşında 3 il müqavilə əsasında həqiqi hərbi xidmətini cəbhə bölgəsində keçirmiş, 77 yaşlı ağsaqqalın qanuni hüquqlarının bərpa olunması, daha doğrusu əvvəlki torpaq sahəsinin qaytarılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi ”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2-1(122)-1423/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 21(122)-1423/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar